NATO & Azerbaijan

Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

NATO & Azerbaijan

#1 Сообщение Ifti » 09 окт 2012, 13:11

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında oktyabrın 8-də Azərbaycan Respublikasının 2012-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.
Аzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, "28+1" formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər, Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO-nun üzv ölkələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanla NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.
Изображение
http://az.trend.az/news/politics/2074769.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: NATO & Azerbaijan

#2 Сообщение Ifti » 10 окт 2012, 21:58

http://az.apa.az/xeber_Azerbaycanin_mud ... 75037.html" onclick="window.open(this.href);return false;

Səfər Əbiyev: “İşğalın yaratdığı gərginlik Azərbaycanın İSAF əməliyyatlarında iştirak səylərini məhdudlaşdırır”

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 10-da Şimali Atlantika Şurasının Əfqanıstana həsr olunmuş ISAF formatında iclasında iştirak edib.
Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, iclas zamanı nazir S. Əbiyev çıxış edərək Əfqanıstanda aparılan ISAF əməliyyatının cari vəziyyətinə dair fikirlərini bölüşüb, Azərbaycanın göstərdiyi çoxtərəfli töhfələrin davam etdiriləcəyini qeyd edib. Habelə, S. Əbiyev Azərbaycanın ISAF əməliyyatının yekunlaşacağı 2014-cü ildən sonra da Əfqanıstana yardımlarını davam etdirəcəyini vurğulayıb.
Bununla yanaşı, naziri qeyd edib ki, beynəlxalq hüquq və NATO/SNT prinsiplərinin kobud pozulması yolu ilə Azərbaycan torpaqlarının işğalının yaratdığı gərginlik ölkəmizin bu istiqamətdəki səylərini məhdudlaşdırır. O, müxtəlif bəhanələrlə “status-kvo”nun saxlanılması və işğalın davam etdirilməsinin Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid törətdiyini də vurğulayıb.
Brüsselə səfəri çərçivəsində S. Əbiyev bir sıra dövlətlərin müdafiə nazirləri ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

USA & Azerbaijan

#3 Сообщение Ifti » 11 окт 2012, 13:36

Azərbaycan ABŞ-ın iştirakı ilə Fars körfəzində İrana qarşı hərbi təlimə qatılmaqdan imtina edib

Azərbaycan ABŞ da daxil olmaqla 30 ölkədən olan hərbçilərin iştirakı ilə ötən ayın sonlarında Fars körfəzində keçirilmiş «International Mine Countermeasures Exercise 2012» hərbi təlimlərinə qatılmaqdan imtina edib.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Təlimdə iştirakla bağlı Azərbaycana müraciət olunsa da, rəsmi Bakı bundan imtina edib.
Qeyd edək ki, sentyabrın 23-dən 27-dək davam etmiş təlimdə İranın körfəzdə ehtimal olunan minalama təhlükəsinin aradan qaldırılması imkanları imitasiya olunub.
Təlimə 30 ölkədən hərbçilər iştirakçı və müşahidəçi qismində qatılıb. Təlimə Xəzəryanı ölkələrdən Qazaxıstanın hərbçilərinin müşahidəçi qismində qatıldığı bildirilir.

http://az.apa.az/xeber_Azerbaycan_ABSh- ... 75093.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: NATO & Azerbaijan

#4 Сообщение Ifti » 18 окт 2012, 16:24

Ötən gün Çexiyanın paytaxtı Praqa şəhərində NATO-nun təşkilatçılığı ilə “Gələcəyin Əsgəri-2012” (Future Solider 2012) sərgi və seminarı işə başlayıb. “AzeriDefence”nin məlumatına görə, sərgidə müxtəlif ölkələrdən qatılan firmalar “gələcəyin döyüşçüsü” layihələrini, həmçinin “gələcəyin əsgərləri” üçün nəzərdə tutulan texnologiyaları nümayiş etdirirlər.
Seminarda isə müxtəlif NATO ölkələrində “gələcəyin əsgəri” konspesiyaları barədə məlumatlar verilir.
Sərgiyə Azərbaycan Müdafiə Nazirliyindən nümayəndə heyəti qatılıb.

Fotolar “Military Technology” jurnalının saytından götürülüb

http://azeridefence.com/news.php?id=7737" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: NATO & Azerbaijan

#5 Сообщение Ifti » 19 окт 2012, 12:27

Adam Sterlinq: NATO ilə dialoq ABŞ və Azərbaycan əməkdaşlığını möhkəmləndirib

Son on il ərzində Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələləri üzrə ikitərəfli dialoq çərçivəsində çox işlər görülüb. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq cümə günü jurnalistlərə bildirib.
"Bu dialoq ümumi maraqların aşkar olunmasına yönəlib. Biz mütəmadi olaraq hərbi təlimlər keçirir, silahlı qüvvələrimizin imkanlarını möhkəmləndirir və çoxtərəfli formatda, hər şeydən əvvəl Əfqanıstanda NATO-nun ISAF qüvvələri çərçivəsində çalışırıq", - Sterlinq deyib.
O hesab edir ki, həmin tədbirlər ABŞ-Azərbaycan əməkdaşlığını möhkəmləndirir.
"Son on il ərzində bizim birgə işlədiyimiz əsas problemlərdən biri Əfqanıstandır. Əlbəttə, bizim qüvvələrimiz Əfqanıstanda birgə xidmət göstərir. Lakin bundan başqa, Azərbaycan Əfqanıstandakı NATO missiyası üçün əsas tranzit dəhlizdir", - Sterlinq deyib.
Əfqanıstandakı əməliyyatlarda antiterror koalisiyasının çoxmillətli kontingenti iştirak edir. Əməliyyatlara ABŞ SQ komandanlığı nümayəndələri, eləcə də NATO komandanlığı altında ISAF kontingenti rəhbərlik edir.
"Onların vəzifəsi "Taliban" hərakatının və beynəlxalq "Əl-Qaidə" terrorçu qruplaşmasının yaraqlılarının axtarışı və məhv edilməsidir", - diplomat deyib.

http://az.trend.az/regions/scaucasus/az ... 78570.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: USA & Azerbaijan

#6 Сообщение Ifti » 19 окт 2012, 12:28

ABŞ nüvə texnologiyalarının yayılmasının qarşısının alınmasında Azərbaycanın töhfəsini qiymətləndirir

ABŞ Azərbaycanın İranın nüvə silahı hazırlamasının qarşısını almaqda dünya birliyinə göstərdiyi dəstəyi çox qiymətləndirir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq cümə günü jurnalistlərə bildirib.
"Bütün dünya İranın nüvə silahı əldə etməsinə mane olmaqda maraqlıdır. Azərbaycan İranın qonşusu kimi, bu problemə xüsusi, yüksək maraq göstərir", - Sterlinq deyib.
Onun sözlərinə görə, ABŞ İranın nüvə proqramının qarşısını almaqda irəliləyişə nail olub.
"Bu gün dünya ictimaiyyəti İran hökumətini iqtisadiyyatı inkişaf etdirmək üçün yaxşı imkanlara malik olduğuna inandırmalıdır", - Sterlinq bildirib.

http://az.trend.az/regions/scaucasus/az ... 78559.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2605
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 787 раз
Поблагодарили: 1184 раза

Re: USA & Azerbaijan

#7 Сообщение Ifti » 19 окт 2012, 13:11

ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 19-da ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.

aziz
Новобранец
Сообщения: 18
Зарегистрирован: 19 фев 2013, 19:01
Откуда: Republic of Turkey

Поблагодарили: 9 раз

Re: USA & Azerbaijan

#8 Сообщение aziz » 20 фев 2013, 03:25

Azerbaycan terefi düz edir.İndiki veziyyetde İranı qıcıqlandırmamaq lazımdır.ABŞ heç özü İrana hücum etmeyi göze almır biz neye göre İranla konflikti göze almalıyıq?Ne vaxt güclenerik onda meseleye daha ferqli baxarıq.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: NATO & Azerbaijan

#9 Сообщение smersh70 » 07 янв 2016, 18:53

Əfqanıstandakı sülhməramlılarımızın iki zabiti Müdafiə nazirinin əmrinə əsasən mükafatlandırılıb

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlı kontingentinin tərkibində xidmət keçən iki zabitimiz Müdafiə naziri general-polkovnik Zakir Həsəsnovun əmrinə əsasən mükafatlandırılıb.
Tibb xidməti kapitanı Abdullayev Şükür Rüstəm oğlu və tibb xidməti kapitanı Əkbərov Gündüz Famil oğlu 2015-ci il dekabrın 11-də İspaniya Krallığının Əfqanıstandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı xəsarət almış insanlara ixtisaslı tibbi yardımın göstərilməsində peşəkarlıq nümayiş etdiriblər.
İnsan tələfatı ilə nəticələnən terror aktı nəticəsində yaralıların bir qismi zabitlərimizin xidmət etdiyi tibb məntəqəsinə təxliyə edilib.
ИзображениеИзображение
Hərbi həkimlərimiz ağır yaralılara operativ tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahi əməliyyat edərək əfqan vətəndaşının həyatını xilas etməyə nail olublar.
Hərbi qulluqçularımızın çətin və ağır vəziyyətdə göstərdikləri peşəkarlıq NATO-nun Əfqanıstandakı Türk Silahlı Qüvvələri komandanlığı tərəfindən də yüksək qiymətləndirilib. Hər iki zabitimizə Türk Tapşırıq Qüvvələri Komandanı diviziya generalı Cahit Bakırın imzası ilə də təşəkkür məktubu təqdim olunub.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: NATO & Azerbaijan

#10 Сообщение smersh70 » 28 окт 2017, 14:28

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu başa çatıb – VIDEO

Gürcüstan Silahlı Qüvvələrinin Vaziani hərbi bazasında NATO-nun dəstəyi ilə keçirilən Logistika cavabdehləri kursu başa çatıb.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Kursun bağlanış mərasimi Gürcüstan Silahlı Qüvvələrinin IV mühəndis-mexanik briqadasında keçirilib. Norveç və Finlandiya mütəxəssisləri tərəfindən keçirilən kurs nəzəri və praktiki hissədən ibarət olub. iki həftəlik kursda Gürcüstan, Azərbaycan və Moldovadan Müdafiə nazirliklərinin nümayəndələri qaıtılıblar.

Kursa bitirən iştirakçılara buraxılış sertifikatları, Finlandiya və Norveçdən gələn müəllim heyətinə isə təşəkkür sertifikatları verilib.

Kursda iştirak edən hərbçilər NATO-nun logistika konsepsiyası və funksiyaları, əməliyyatlara logistik dəstək, çoxmillətli logistika üzrə əməliyyatlar və onun koordinasiyası barədə nəzəri və praktiki biliklər əldə ediblər.

Gürcüstanda ikinci dəfə baş tutan təlim NATO-Gürcüstan (SNGP) proqramı çərçivəsində həyata keçirilib. Təlimin məqsədi NATO logistikası və ondan istifadə barədə ətraflı məlumat vermək olub.

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»