Forum istifadəçilərinin təhlilləri.

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#21 Сообщение smersh70 » 11 окт 2020, 01:34

Sağ ol,forumuzun yaradıcısı.. :clap:
------
Cəbhədən sizə məktub.

Yenə deyəcəksiniz ki,irad bildirib deyinir. Bəs mənim sizdən başqa dirəniş yerim varmı?. Niyə adamı sındırırsınız?. Noolub? Nə baş verib. Atəşkəsmi?.

Kimsə fikirləşibmi ki ,qüvvələrin dəyişilməsi vacibdir? Kimsə fikirləşibmi ki, aran Qarabağın istisində bu it iyi verən leşləri torpaqdan rədd eləmək lazımdır? Kimsə fikirləşibmi ki ,“teymurov pastasında” çimən ayaqları yumaq lazımdır? Kimsə fikirləşibmi ki, alınan ərazilərdə möhkəmlənmək lazımdır? Kimsə fikirləşibmi ki,üzərinə palçıq sürtülmüş maşınlarda palçıq iyi verən əsgər bir hamamlanmalıdır? Kimsə fikirləşibmi ki, ....... nə isə. UZAQDAN DAVA NƏ QƏDƏR ŞİRİNDİR İLAHİ. O Feyspoxunuz qırılsın, VPN iniz yansın. Bəsdirtin daha. İllər uzunu təhsil, səhiyyə, polis, kanalizasiya, kommunal, tikinti ekspertliyi etdiniz-danışmadıq. Heç olmasa hərb anlamını hərbə buraxın. Nəqqədər gücsüz zəlilsiniz ki, bu uzun günlərin qələbələrini 1 saata unutdunuz. Bəlkə elə düşündünüz ki ,Qarabağ 3- 5 günə “hurreylə” qayıdacaq gəlib oturacaq Bakının tarqovusunda və siz də südyanığı uşaqlar kimi cumacaqsınız onun süd vəzisinə? 1000 dəfə demişəm bu da 1001 . Bu müharibə hələ çəkəcək. Burada dayanmalar, durmalar da olacaq və bu mütləqdir.

Bu gün yeni gələnlərinm qabağında çıxış edən zabit sordu:"Kimin evdə problemi varsa,kim tək evladdısa, kim irəli getməkdən ehtiyatlanırsa -sola keçsin. Qalanları sağa." Sol boş qaldı. Lakin toplumun arasında adı çəkilən kateqoriyadan N qədər vardı. Heç kim qalmaq istəmədi. Hamı döyüş dedi. Bax budur mühəribənin müharibədəki üzü. Başqa üz isə zəlil qoca qarılar kimi sızıldamaq, feysbukda telnyaşkanı cırmaq, şərh ambrazuruna sinəsini dirəmək və sonda mövzu tankının üstünə əlində qumbara “za rodinu ,za Stalina” getmək.

Tüpürdüm bu feysbuka. Hərdən qəlbimə məlhəm dostlarım üçün girib, onlarla uzaqdan görüşəcəm. Məni söyə, böhtanlaya bilərsiniz. Hətta dostluğumu da tərk edə bilərsiniz. Lakin sizə baxıb hansısa qotur “atəşkəsə” sınmaq mənim seçimim deyil. Burda qalacam. Uzun müddət. Siz ağzınız gələni şərhdə yazıb sakit gedib evlad və nəvələrinizin yanında yatanda, mən burda nəvələrimin şəkli olan smartfonuma baxıb bu palçıqlı maşında yatacam.Amma sınmayacam.

Bilirsiniz niyə? Çünki bu müharibədə bir çoxu heç nə itirməyib. Emosiyalarından başqa. Mənsə özümü itirmişəm.... Onu axtarmağa mənə mane olan –düşmənimdir.

Bura yaxşıdır. Burda nə sızlayan, nə deyinən, nədə uzun uzadı “politoloqluq edən var” . Burda hər şey sadə və bəsitdir. Həyəcan verilir ,sən elə sadə bir anlamla dumanda yox olursan. Maşının tenti bağlanır, uzaqda partlayan mərmilərlə dolu bir arzu və istəyə doğru yola düşürsən.
Sərt yazdım. Bağışlamayın məni. Mən də sizi bağışlamıram....
Hələlik. Ya o dünyada, ya bu dünyada görüşəndə vaxt olsa bu “atəşkəsi “ yada salıb doyunca gülərik.
10.10. 2020 Füzuli.
Ehtiyatda olan zabit,"Legion" qrupun rəhbəri
— с Абузером Абиловым. :text-bravo:

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#22 Сообщение Ifti » 22 мар 2021, 13:08


Аватара пользователя
bizimeller
партизан
Сообщения: 1214
Зарегистрирован: 27 июн 2020, 12:44

Благодарил (а): 5302 раза
Поблагодарили: 926 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#23 Сообщение bizimeller » 23 мар 2021, 03:18

Ifti, ordumuzun irelileyisini oxlarla xeritede gosteren video duzeldebilsen kalan like yigarsan. :character-oldtimer:
Anjax cetin sobetdi bu. Melumat azdi.
Goresen bizimkiler ne qeder senedlesdire bilib muhum doyusleri? :think:

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#24 Сообщение Ifti » 23 мар 2021, 12:38

bizimeller писал(а):
23 мар 2021, 03:18
Ifti, ordumuzun irelileyisini oxlarla xeritede gosteren video duzeldebilsen kalan like yigarsan. :character-oldtimer:
Anjax cetin sobetdi bu. Melumat azdi.
Goresen bizimkiler ne qeder senedlesdire bilib muhum doyusleri? :think:
Salam qardaşım. Birincisi, biliklərim azdır. Oxlarla nəsə göstərmək üçün. İkincisi, kompüterim köhnədi, normal proqram yoxdur müəyyən işlər görməyə.
Sözlərlə deyə bilərəm. Bizimkilər Lələtəpədən üzü Horadiz-Cəbrayıl istiqamətində hücuma keçiblər. 03 oktyabr. Kölgənin uzunluğuna və düşmə bucağına görə səhər vaxtıdır. Günortaya çox var. Bizim batalyon motoatıcı təhkim olunmuş tanklar və pdm-lərlə düşmən mövqelərinə doğru irəliləyirlər. Düşmən gözləyir. Artilleriya Qarğabazar və həndəvərində atəş açmağa hazırdır. 4 artilleriya batareyası var bir birindən aralı. Hərəsində 3-5 D30 topu (122 mm). Düşmən bizim batalyona qarşı 2 - 3 batalyon çıxarıb. 100 dən çox yük avtomobiiləri saydım düşmənin, onlarla zirehli texnika (PDM-lər üstünlük təşkil edir). Tanklarını vurmuşuq. Onlar artilleriyaya üstünlük verirlər. Bizim öndə gedən bir iki manqa, bir tağıma qədər giriblər düşmən dayaq məntəqəsinə. Döyüşə bir tank və bir PDM dəstək verir. Bizim pualar işləyir. TƏİRKlər də. Bir texnika təzə vurulub, cayır cayır yanır. Döyüşün (hücumun) istiqaməti düz Cəbrayıla doğrudur. Ermənilər sol cinahda aşağıda, Arazla təpəliklərin arasındadırlar. Yuxarını görmürlər. Amma bizimkilər bu cinahı bağlamaq üçün texnika göndərir (yolda bir neçə texnika var). Qarğabazar istiqamətində olan düşmən qüvvələri cinahdan bizimkiləri vurmasın deyə, orada üzbəüz olan motoatıcı batalyon əmr gözləyir. Texnikalar bəziləri qazmalarda, bəziləri torpaq valın arxasında, mühərriki xoddu vəziyyətdədir. Google da baxın, əgər imkanınız varsa. Məni qəhər boğur. Bilmirsən sevinəsən, bilmirsən ağlayasan. Allah Şəhidlərimizdən, Qazilərimizdən və Veteranlarımızdan razı olsun. Amin.

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#25 Сообщение Ifti » 23 мар 2021, 14:32


burada bir az daha ətraflıdır, bacardığım qədər. Pisini-yaxşısını üzürlü hesab edin. Danışmaq bəzən çox çətindir.
Sayğılar.

Аватара пользователя
bizimeller
партизан
Сообщения: 1214
Зарегистрирован: 27 июн 2020, 12:44

Благодарил (а): 5302 раза
Поблагодарили: 926 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#26 Сообщение bizimeller » 23 мар 2021, 22:34

Ifti писал(а):
23 мар 2021, 12:38
► Показать
Sevinmek lazimdi. Bele emeliyyatlari hami aparabilmir. Hec indiki ruslarin girdiyi kol da deyil. Ona gore el-ayaga dusubler. 8-)

Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#27 Сообщение Ifti » 03 апр 2021, 09:14


Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#28 Сообщение Ifti » 09 апр 2021, 10:15


Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#29 Сообщение Ifti » 13 апр 2021, 08:59


Аватара пользователя
Ifti
партизан
Сообщения: 2608
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 788 раз
Поблагодарили: 1186 раз

Re: Forum istifadəçilərinin təhlilləri.

#30 Сообщение Ifti » 02 май 2021, 16:56


Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»