Silah və sursatla davranma qaydaları

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Silah və sursatla davranma qaydaları

#1 Сообщение mirotvores70 » 29 янв 2012, 00:40

Əsgər ücün yaddaş.
Silahla rəftar zamanı təhlükəsizlik texnikası


1. Silahı aldığınız zaman onun dolu olmadığına əmin olmanız ücün yoxlayın.
2. Silahla rəftar zamanı onu insanlara cevirməyin,lazım olmadığı anda onunla insanları nişana almayın və icazə verməyin ki,sizi nişana alsınlar.
3. Hər bir silahı yoxlamadığınız anda,onu dolu sanın.
4. Silahı boşaltsanız belə,onunla dolu silah kimi ehtiyatla davranın.
5. Caxmağı cəkdiyiniz an,silahı ancaq hədəfə nişanlayın ya da onu 45-60 dərəcə göyə qaldırın.
6. Hec zaman əlinizi lazımsız olaraq tətiyə basmayın,əyər bununcün ehtiyac yoxsa.
7. Təlim atışları zamanı,xidmətə cıxmazdan əvvəl silahın lüləsini tam quruyana qədər sil və yoxla ki,lülədə kənar vasitələr olmasın.
8. Cilahı ələ alarkən onun sazlığını və onun ləvazimatlarının sazlığını yoxla.
9. Atəş zamanı silahı düz tut ki,caxmaq əlini yaralamasın.
10. Lazım olmadıqda silahı qoruyucudan cıxarma.
11. Komandirlərin əmri olmadıqda silahı başqa şəxsə vermə.Bu cinayətdir.
12. Silahın üzərində lazımsız təmir işləri aparma.Bu qadağandır.
13. Silahı nizamnamədə göstərildiyi kimi tut.
14. Silah ləvazimatlarını,bunun ücün nəzərdə tutulmuş yerlərdə saxla.
15. Lazımsız yerə gülləni lüləyə ötürmə.
16. Əmr olmadığı halda silahın daraqlarını doldurma.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Silah və sursatla davranma qaydaları

#2 Сообщение mirotvores70 » 29 янв 2012, 00:41

Əsgər ücün yaddaş.
Top və Haubitsalarla rəftar zamanı təhlükəsizlik texnikası

1. Topları qoşquya qoşduğunuz zaman qoşulmanın dəqiqliyini yoxlayın.
2. Marşa cıxmazdan əvvəl topun təkərlərindəki havanı yoxlayın.
3. Marşa cıxmazdan əvvəl topun acılan hissələrinin kip bağlandığını yoxlayın.
4. Qoşqudan acılan zaman əlinizi bə başqa bədən hissələrinizi zərbələrdən qoruyun.
5. Topu döyüş vəziyyətinə əmr olmadan gətirməyin.
6. Döyüş vəziyyətinə gətirilən zaman topun dəqiq torpağa oturduğuna əmin olun.
7. Döyüş vəziyyətinə gətirdiyiniz topun tarazlığına əmin olun.
8. Optik cihazlar və nişangahları zərbədən və kirlənmədən qoruyun.
9. Topun və onun ləvazimatlarının üzərində lazımsız təmir aparmayın.
10. Təmizləmə işlərindən qabaq,topun boş olduğuna və caxmağın acıq olmasına əmin olun.
11. Ehtiyac olmadıqda caxmağı və lülənin ağzında olan qoruyucunu acmayın.
12. Ştat cədvəlinə uyğun olan vəzifənizin göstərildiyi yeri dəyişməyin.
13. Döyüş başlıqları ilə ehtiyatlı davranın və onları zərbələrdən qoruyun.
14. Mərmiləri,dolu gilizləri bir-birinin üstünə qalaqlamayın və onları zərbələrdən qoruyun.
15. Döyüş halına gətirilmiş mərmiləri topun doldurucu hissəsinə dəqiq yeridin.
16. Dolu gilizlərin kapsulunu zərbələrdən qoruyun və ehtiyac olmadıqda barıt hissəsinə toxunmayın.
17. Mərmi ,döyüş başlıqları və gilizlərin yaxınlığında od yandırmayın.Əyər acıq od yaxınlıqda varsa,qığılcımların mərmi,giliz və başlıqlar tərəfə ucmasına yol verməyin.
18. Komandirin atəş komandası olmadan caxmağı buraxmayın.
19. Topu lazımsız yerə nişangahdan yayındırmayın.
20. Atəş zamanı geriyə təpilən mexanizmlərdən uzaq durun.
21. Lüzum olmadıqda topun maskalanma örtüyünü acmayın.
22. Lazım gəldikdə yaralanmış heyət üzvünə kömək edin və onun vəzifəsini icra edin.
23. Əmr olmadıqda öz yerinizi dəyişməyin və onu başqasına həvalə etməyin.
24. Atəşdədən qabaq lülənin boş və təmiz olmasına əmin olun.
25. Topda nasazlıq aşkar olunduqda dərhal komandirə bu haqda məruzə edin.
26. Əzilmiş,paslanmış və deformasiyaya uğramış döyüş başlıqları,mərmilər və gilizlərdən istifadə qadağandır.
27. Kalibrə uyğun olmayan sursatlardan istifadə qadağandır.
28. Komandirin əmri olmadan döyüş yerini dəyişməyin və topu marş halına gətirməyin.
29. Hec zaman təlimdə və döyüşdə tabel silahınızdan,fərdi kimyəvi müdafiə vasitələrinizdən ayrılmayın.Sizə təhkim olunmuş silahı və artilleriya vasitəsini təmiz,saz və atəşə yararlı saxlamaq Sizin döyüş tapşırğınızdır.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Silah və sursatla davranma qaydaları

#3 Сообщение mirotvores70 » 29 янв 2012, 00:42

Əsgər ücün yaddaş.
Döyüş zonasında əsgərin hərəkətləri.


1.Tanımadığın hərbi geyimliyə-bu yüksək cinli zabit olsa belə-öz hərbi hissən haqda məlumat vermə.
2.Tanımadığın rütbəli hərbci Sənə əmr verdiyi zaman,onun əmrini öz komandirlərinə catdır.
3.Rabitə vasitələrində acıq məlumat vermə-YADINDA SAXLA:DÜŞMƏN SƏNƏ QULAQ ASIR.
4.Yaralanmış hərbci yoldaşına kömək et,onu yardımsız buraxma.
5.Postlarda xidmət zamanı,parol söyləməyən şəxsi tanısan belə,əraziyə buraxma və onu məhf etməyə hazır ol.
6.Yerli əhali ilə mərhəmətli rəftar et,amma hec kimə döyüş tapşırığı haqda məlumat vermə.
7.Cəngərdən lazımsız halda cıxma və lüzum olmadan düşmənə oz yerini tanıtma.
8.Səngərdə maskalanmanı təmin et.YADINDA SAXLA:DÜŞMƏN SNAYPERİ SƏNİ GÖRÜR.
9.Ərazini müşahidə et,düşmənin hərəkəti və yeri haqda komandirinə məlumat ver.
10.Silah və sursatını saz və döyüşə hazır vəziyyətdə saxla.
11.Əl qumbaralarını bunun ücün nəzərdə tutulmuş yerlərdə saxla və onların üzüklərini başqa əşyalara ilişməkdən qoru.
12.Pusquda,postlarda və digər maskalanmış ərazidə acıq od yandırmaqla,tüstünün görünməsinə şərait yaratma.
13.Xəstələdiyin zaman,Səni dəyişənə qədər gözlə və döyüş yerini özübaşına buraxma.
14.Yaralandığın zaman döyüş yoldaşına bu haqda xəbər ver,daldaya sürünməyə calış və ilk yardım paketindən istifadə et.
15.Əsir götürdüyün zaman,bu haqda komandirinə məlumat ver və onu sağ catdırmağa calış.Əsir üzərində əzabverici hərəkətlər BEYNƏLXALQ CİNAYƏT HESAB OLUNUR.
16.Qarşındakı düşməni hec zaman zəf bilmə,bu sayıqlığı azaldır.
17.Döyüş sursatlarına qənaət et,onlardan lüzumsuz yerə istifadə etmə.
18.Hərbi texnikanı,vasitələri kirlənmədən və armosfer faktorlarından qoru.
19.Ərazidə şübhəli mülki və yaxud hərbi geyimli olduqda dərhal komandanlığa məlumat ver və onların yaxınlaşmasına imkan vermə.
20.Şübhəli görünən hər bir ləvazimat ,əşya ,avadanlıq və digərlərinə toxunma.Bu surpriz minaları ola bilər.
21.Getdiyin yolda şübhəli məftil,oyuq,təzə tökülmüş torpaq,nizamı pozulmuş qar,qarda və torpaqda izlər,süpürgə yerləri göründükdə,o yeri kənardan kecməyə calış və bu haqda minaaxtaranlara xəbər ver.
22.Müdafiə zamanı bədən üzvlərini səngərdən kənarda qoyma və özünü qorumaq ücün səngərini nizamnamə və göstəricilərə uyğun qur.
23.Hücumda tez hərəkət etməyə calış və silahdan daha dəqiq istifadə et.
24.Mənbəyi məlum olmayan qida və sudan istifadə etmə.Bunlar zəhərlənmiş ola bilər.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Наш труд -ето помош Армию

#4 Сообщение mirotvores70 » 29 янв 2012, 00:44

Əsgər ücün yaddaş.
Ekstremal və səhra şəraitində yaşama vasitələri



• Yay aylarında kütləvi halda su icilən zaman kazarma şəraitindən kənarda difteriya , malyariyadan və bağırsaq infeksiya xəstəliklərindən qorunmaq ücün,icməli suyu dəvətikanı ilə qaynadıb şəxsi heyətə vermək məqsədəuyğundur.Dəvətikanı bitgisində antibakterial və antibiotik materialların olması onun bu məqsəd ücün istifadəsini dəyərli edir.
• Qarın və bağırsaq pozulmaları zamanı fəsildən asılı olaraq,nar qabığı,dağ nanəsi və cobanyastığı bitgisini dəmləyib icmək məqsədəuyğundur .Bu bitgi və meyvələrin tərkibində antibakterial maddələr mövcuddur.
• Əyər cəkmələr su buraxırsa,ayaqları corabla birlikdə sellofana bükmək məqsədəuyğundur.
• Su icən zaman ancaq axar caylardan və bulaqlardan icməniz məsləhətdir.Axar suyu zəhərləmək mümkün deyil.
• Covğun və şaxta zamanı dodaqlarınızı əlinizlə silməyin.Bu dodağınızın cızılmasına səbəb olar.Əyər hər halda bu baş vermişsə,əldə olan bitgi,heyvan yağları ilə cızığı şaxtadan qorumağa calışın.Ət konservlərinin üzərində yayılmış piydən də istifadə etmək olar.Bu piydən ayaqlara sürtərək,onları don vurmadan da qorumaq olar.Donmağa başlayan bədən üzvlərinizi əllərinizlə sürtməyə başlayın.Şaxtada yatmağa calışmayın.Şaxta vaxtı hərəkət,bədənin üzvlərini donmadan qoruyar.
• Yanıq yaraları zamanı,sanitar gələnə qədər,yaranı urinoterapiya ilə yumağa calışın.Vacıbdir ki,sidik özünüzün olsun.
• Əyər ərazidə axar su yoxsa,kicik göllərin suyuna 1-2 damla yod qatıb icmək olar.
• Yemək olmadığı və ov heyvanlarının olmadığı ərazılərdə,ilanı öldürərək ,başından 4 barmaq aşağı kəsmək,dərisini corab kimi soymaq,qarın hissəsini kəsib icini təmizləmək lazımdır.Bu əti suda yaxud od üstündə bişirib yemək olar.Əsasən kirpilər,canaqlı bağalar və hövzələrdəki kicik balıqlar da qida ücün yararlıdır.
• Bitlərdən qorunmaq ücün,geyimin sıx yerlərinə ipək qoymaq məqsədəuyğundur.İpək öz-özünə toxunanda elektrik əmələ gətirir ki,bu da xırda həşəratlar ücün öldürücüdür.
• Ən azı gündə bir dəfə bədəninizi nəzərdən kecirin ki,zərərverici həşəratların sancdığı yerləri təyin edə biləsiniz.Əyər həşərat dərinizə yapışıbsa,onu qopartmayın.Onun üctünə vazelin,yağ yaxud ağac qabığının şirəsini yaxın.Həşərat hava ala bilmədiyindən ,bədəninizdən qopacaq.
• Həşəratların sancdığı yeri dezinfeksiya edin.Varsa spirtlə,yoxsa adi sabunla yuyun.Yadda saxlayın ki sabunun tərkibində qələvilər olduğundan,o antibakterial keyfiyyətə malikdir.Bu əməliyyat ücün coxlu qoxusu və ətri olan maddələrdən istifadə etməyin-cünki ətir və qoxu külək axını ilə hərəkət edərək,düşmənə sizin olduğunuz səmti nişan verə bilər.
• Həşəratların sancdığı yerləri soyuq su ilə kompress etmək olar.Bilavasitə sancı yerlərinə kül və sarımsaq sürtmək ,qaşınmanı azaldır.
• Qış aylarında istirahət vaxtı acıq havada-külək altında qalmaq olmaz .Özünüzə qayalardakı mağaralarda və oyuqlarda yer secin.Secim vaxtı daş və qar ücqunlar təhlükəsi olan yerlər məqsədəuyğun deyil. Acıq təpələrdə cadır və örtük qurmaq olmaz-bu yerlər küləkli olur.Dərələrin dibi hər zaman nəmişlik olduğundan,bura da əverişli deyil.Qurumuş ağacların alti da təhlükəlidir-külər zamanı ağac üstünüzə aşa bilər.Tək ağacların altını istirahət yeri secməyin-ildırım vura bilər.İstirahət yerini secərkən fikir verin ki,düşmən sizin olduğunuz yeri təyin edib,atəşlə məhf etmısin.Secdiyiniz yeri,istiliyin getməməsi ücün tam bağlamayın.Təmiz hava ücün yer saxlayın.Əyər secdiyiniz yerdə od yandırırsınızsa-havanın dəyişilməsi vacıbdir.Əks təqdirdə yatarkən boğula bilərsiniz.
• Alov əldə etmək ücün,əvvəlcədən kibrit qutusunu sellofana bükərək özünüzlə götürün.Bu zaman kibrit qutusunun səslənməməsi ücün,onun icinə pambıq doldurun.Kibrit cöplərini,qara hissəsinə ərinmiş şam tökməklə də nəmişlikdən qorumaq olar.Bundan əlavə kicik alışqanları da sellofana bükmək olar.Yadınızda saxlayın ki,qazı qurtarmış alışqandan qığılcım almaq ücün də istifadə etmək olar.Caxmaq daşı da alov əldə etmək ücün bir vasitədir.Bu məqsəd ücün qol saatlarının şüşələrindən və başqa böyüdücü şüşələrdən də istifadə etmək olar .
• Zəhərlənmə hiss etdikdə,sünii yolla qaytarmağa calışın.Bunun ücün barmağınızla ağız boşluğundan boğazınızı basmağa calışın.Qaytardıqdan sonra isə duzlu su icməyə calışın.Yadda saxlayın ,duzun tərkibində yod vardır,bu da qida zəhərlənməsini neytrallaşdıra bilir.Qida zəhərlənməsinin ilk anlarında aktiv kömür də udmaq olar.Kömür zəhərli maddələri özünə cəkə bilir.
• Əyər əlinizə zəhərli maye toxunmuşsa,onu gözünüzə,dodaqlarınıza,qulağınıza,burnunuza toxundurmaqdan cəkinin.Əlinizi axar su ilə yuyun.Burada sabundan istifadə etmək də xeyirlidir. Zəhərli maddə geyiminizə hopmuşsa-geyiminizi tullayın.
• Alt paltarlarınızı həftədə 1 dəfə yumağa calışın.Kirlənmiş alt paltarı bədənin havanı az görən hissələrində dəri qıcıqlanmalarına səbəb ola bilət.Əyər alt paltarınızı yumağa şərait yoxdursa ,onu həftədə 2 saat acıq havada asın.
• Vitaminsizlikdən qorunmaq ücün yayda meşələrdəki meyvə və giləmeyvələrdən qida kimi istifadə edin,qışda isə ağaclarda qalmış meyvələrdən qaynadaraq suyunu və yumşalmış meyvəni yeyin.
• Halsızlıq və qızdırmadan,itburnu,sarıcıcək və kəklikotu cayları vasitəsi ilə qurtarmaq olar.
• Geyiminizi,zirehli jiletinizi uzun zaman baxımsız yerə atmayın,onların üzərinə əqrəb, ilan,qırxayaq və s. Həşəratlar cıxa bilər.Onları geyməmişdən qabaq cırpmanız məsləhətdir.
• Ağcaqanad və sancan milcəklərdən üzünüzü və əllərinizi qoruyun.Onların sancması qaşınmadan əlavə,malyariya və sairə kecici-bakterial xəstəliklərin mənbəyi ola bilər.Bunun ücün üzünüzü bə digər acıq yerlərinizi setkalı əsgilərlə bağlayın,bu da yoxdursa,maskalanmanı pozmadan ,yerli şəraitə uyğun, əsgilərdən kəsərək ,şəlpə halında üzünüzə və əllərinizə örtük düzəldin.Əsgilər yelləndikcə,ziyanvericiləri qorxudacaq.Üzünüzə palcıq,qara neft və kömür cəkməniz də həşəratların sancmasından qoruyur.
• İnsan dərisi ücün səhra şəraitində təhlükəli həşəratlardan biri də-zəlidir.Bu həşərat əsasən durğun və axarı olmayan göllərdə,nəmişlik olan meşə dərələrində yaşayır.Onların dişləməsi ağrılı deyil.Ancaq zəlilər dəriyə yapışdığı zaman ,qan sorduqca təbii anti kaoqulyant ifraz edir.Bu da qanın laxtalanmasının qarşısını alır.Əyər zəli qan sorduqdan sonra düşübsə,sorduğu yer uzun zaman qan buraxır.Bu da bakterial xəstəliklərə yol aca bilər.Əyər bədəninizə zəlilər yapışıbsa,onu qoparmayın,qopardığınız zaman onun başı qan sorduğu yerdə qırılıb qala bilər.bu da həmən yerin sonradan irinləməsinə gətirib cıxarar.Zəlini duzlu su ilə,spirtlə və kürəyinə isti şey basmaqla uzaqlaşdırın.
• Böyük olcülü heyvanlarala raslaşdığınız zaman,özünüzü itirib qacmayın.Bu heyvanın sizin gücsüzlüyünüzə əmin olmasına gətirib cıxarar.Yadda saxlayın ki,heyvanlar insanın qorxduğu zaman ifraz etdiyi qormonları hiss edir.Belə vaxtlarda cəld hərəkət etməkdən cəkinin və heyvanın gözlərinə baxmağa calışın.Sakitcə və asta hərəkətlə geriyə cəkilməyə başlayın.Heyvan bir necə həmlə etsə belə sizə təhlükəi həddə qədər yaxınlaşmayacaq.Sizin qorxmadığınızı hiss edən heyvan cıxıb gedəcək.Bu zaman fikir verin ki,heyvanın cıxıb gedəcək yolunu tutmayasınız.Buna baxmayaraq əyər heyvanın qarşısından qacmısınızsa və heyvan sizi izləyirsə,düz yox tez-tez səmtinizi dəyişməklə qacın.İri heyvanlar manevr etməkdə cətinlik cəkir.Heyvandan qorunmaq ücün ən ideal yer,qacaraq ağaca cıxmaqdır.Əyər heyvan ardınızca cıxarsa,onu ayağınızla vurub salmağa calışın.
• Səhra və meşə şəraitində,maskalanma vacib şərtdir.Bu sizin gizli halda hərəkətinizi,düşmən tətəfdən görünmmənizi və aviakəşfiyyat tərəfdən tapılmamanızı təmin edir.Maskalanma hər zaman vacib amildir:hərəkətdə,istirahətdə,qida qəbul edərkən və s.Maskalanma ücün hər cür yerli əşyalar istifadə etmək olar: ağac budaqları,yerli şəraitə uyğun əsgiər,yarpaqlar,kollar,saman,ot.Əsgərin görünməsini əngəlləyən hər şey istifadə ücün yararlıdır.Qarlı aylarda ağ örtük sizi görünmədən qoruyar,bu zaman unutmaq lazım deyil ki,silah və ləvazimatınızı da ağ materialla bağlamalısınız. Əyər meşə şəraitində sizin geyiminiz öz qoruyucu rəngini itirmişsə: vedrəyə ot və yaxud yaşıl yarpaqlar tökərək üstünə su tökün və qaynar hala gələnə kimi qızdırın,yaranmış rəngləyici mayedə geyiminizi su soyuyana qədər saxlayın və sonra cıxarıb qurudun.Paltar qoruyucu rəngini bərpa edəcək.Maskalandığınız zaman cəld hərəkətlər edərək özünüzü olduğunuz yer və şəraitdən fərqləndirməyin.
• Bir cox hallarda qarşıya qoyulmuş vəzifələrin icrası ücün itlərdən istifadə edilir.
1. Ərazinin yoxlanması,düşmən kəşfiyyatcılarının və onların gizli anbarlarının tapılması.
2. Müdafiə zamanı yaxınlaşan insanların vaxtında təyin olunması.
3. Patrul və ərazinin minalanmasının yoxlanması.
4. Mühün və qorunan obyektlərim mühafizəsi.
• Əyər siz düşmənin izləməsindən qacırsınızsa,onun istifadə etdiyi axtarış itlərini də aldatmağı bacarmalısınız.Bununcün:
1. Üzü küləyə gedərək,su hövzələrinə girməyə calışın.
2. Getdiyiniz yolda arxanızca sərt qoxulu maddələrdən səpin.
3. Üstünüzdə olan papiros tütünündən,sarmsaqdan,neftdən,benzindən və bunlar olmazsa sidikdən istifadə edin.
4. Getdiyiniz yolda yaxşı maskalanmış piyada əleyhinə mina qoyun.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Leta
ополченец
Сообщения: 55
Зарегистрирован: 28 янв 2012, 15:28

Re: Наш труд -ето помош Армию

#5 Сообщение Leta » 01 фев 2012, 07:51

нужны эти переводы

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Наш труд -ето помош Армию

#6 Сообщение mirotvores70 » 02 фев 2012, 03:23

OSA (9К33) — özüyeriyən zenit raket kompleksidir (NATO sinifləşdirməsinə əsasən adı: SA-8 «Gecko»).Kompleks motatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Rusiya istehsalıdır. 27 oktyabr 1960-cı ildə layiəhə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və yüksək vurma qabiliyyətinə malik olduğu bildirilir.
OSA sistemində istfadə olunan raketlər bərk yanacaq əsasında işləyən bir pilləli raketlərdir. SA-8a tipli raketlə 10 km, SA-8b tipli raketlə isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partadıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir. Ən aşağı döyüş hündürlüyü isə 25 m-də yerləşir.
Atma sistemi və lazım olan radar və kompyüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (BAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulmuşdur. O həmçinin suda üzə bilir.
Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radar işləmə məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir. və 20-25 km arasında fəaliyyət göstərir. Raketi idaə etmək üçün iki müxtəlif tezliklə işləyən ötürücü kanallar mövcuddur.
Bu sistemin hədəfi vurma ehtimalı 35 və 85 % arasında qiymətləndirilir.OSA-AK və OSA-AKM sistemlərində bu 55 -85 % arasında yerləşir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Наш труд -ето помош Армию

#7 Сообщение mirotvores70 » 02 фев 2012, 03:24

Toçka -U - taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO adlandırlması:SS-21 Scarab). Kolomen "Maşınqayırma konstruktor bürosu"nda təkmilləşdirilmiş bu sistem Toçka-U (9К79-1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur.
Kompleksə daxildir:
9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər;
Atıçı qurğu 9P129 (9PП129М-1);
Nəqledici-yükləyici maşın 9Т218;
Nəqledici maşın 9Т238;
Avtomatlaşdırlımış nəzarət-sınaq maşını 9V819-1;
Texniki xidmət maşını 9V844;
Arsenal qurğusu komlekti 9F370-1.
Kolomna KBM-də dörd növ raket hazırlanmışdır:
Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79
Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km. uçuş məsafəsinə malikdir.
9M79MKU versiyası tankəleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120-185 km-dir.
9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Silah və sursatla davranma qaydaları

#8 Сообщение mirotvores70 » 02 фев 2012, 03:27

SANAYPERLƏR HAQQİNDA-ONLAR KİMDİR?



Düşəmənin canlı qüvvəsinin məhvini uzaq məsafədən mümkün edən tüfənglərin istehsalına XVIII əsrin ortalarından başlanılıb. Optik cihazı olan belə atıcı silahlar snayper tüfəngləri, onları idarə edən döyüşçülər isə snayperlər adlandırılır.
XVIII əsrdən başlayaraq dünyanın bütün regionlarında aparılan müharibələr zamanı snayperlər xüsusi imtiyazlı döyüşçülər sayılıb.
Seçilmişlər
«Snayper» sözü ilk dəfə İngiltərədə işlədilib. İngiliscə «snipe» olan bu sözün mənası «cüllüt quşunu vurmaqda məharətli atıcı» deməkdir. Cüllüt quşu çox sürətlə uçduğu və gözlənilməz uçuş trayektoriyasına malik olduğu üçün həmişə ovçular üçün çox çətin bir ov sayılıb. İlk dəfə İngiltərədə mahir tüfəng atıcıları snayperlər adlandırılıb. Sonradan bu söz bütün dünyaya yayılıb. Yeri gəlmişkən, Azərbaycanda da snayperliyi özündə ehtiva edən bir atalar məsəli var: quşu gözündən vuran...
Snayperlər xüsusi seçilmiş, yüksək intuisiyalı şəxslərdir. Onlar soyuqqanlıqla və səbrlə lazım olan anın yetişməsini gözləyən və həmin andaca öz işini maksimum dərəcədə yerinə yetirən döyüşçülərdir. Snayperin məharəti ustalıqla düşmənin canlı qüvvəsini tapmaq, onu qiymətləndirmək, şəraitin əlverişli olub-olmadığnı müəyyənləşdirmək və bir atəşlə yox etməklə ölçülür. Snayper nəinki düşmənin canlı qüvvəsini məhv etməlidir, həmiçinin bir atəşlə qarşı tərəfin hərbi vəziyyətinin gedişatını pozmalıdır. Onlar digər keyfiyyətlərə də malik olmalıdırlar. Məsələn, düşmənlərin ayaq üstə gəzməsini məhdudlaşdırmalı, əyilməyə, gizlənməyə məcbur etməli, başlarını belə qaldırmağa imkan verməməlidir. Snayper düşmənn canlı qüvvəsi arasına təşviş salmağı, onları vahimələndirməyi, dağıtmağa nail olmağı bacarmalıdır. Snayperin ən mühüm məqsədi düşmənin canına qorxu salmaqdır. O, düşmənin gözləmədiyi yerdə peyda olmalıdır. Snayper həm də ovçudur. Bu baxımdan ovçu gərək gözə görünməyən olsun. Snayper soyuğa, aclığa, ağrıya, hərəkətsizliyə dözməli, bəzən saatlarla durduğu yerdən tərpənməməyi bacarmalıdır. Düşmənin hər hansı canlı qüvvəsi snayper üçün şikar sayılır. Snayper səbrlə onu izləməli və atəşə uyğun olan bir vəziyyətdə aradan götürməlidir.
Dünyada ilk snayper dəstəsi
Snayperlərin geyinikləri xüsusi maskalanma paltarlarından XVIII əsrin sonlarında istifadə edilməyə başlanıb.
Dünyada mahir atıcılardan ibarət ilk nizami hərbi dəstə 1861-ci ildə ABŞ-da gedən Vətəndaş Müharibəsi zamanı şimallıların ordusunun polkovniki Hiram Berdanın (bu şəxs sonralar Rusiyada «berdanka» adı ilə tanınan tüfəng istehsalına başlayı rəhbərliyi altında yaradılıb. Bu atıcı polkun döyüşçüsü olmaq üçün əsgərlər əvvəlcə ağır bir testdən keçərək, özlərinin peşəkarlıqlarını nümayiş etdirməliydilər. Belə ki, imtahan verənlər 182,9 metr məsafədən 15,2 sm ölçüsü olan hədəfi vurmalı idilər. Berdanın döyüşçüləri o zamanın ölçüləri ilə yüksək keyfiyyətli «Sharps» tüfəngləri ilə silahlanmışdılar. Bu tüfənglər 1371,6 metr məsafədən atəş açmağa imkan verirdi. 1899-1902-ci illərdə davam etmiş ikinci ingilis-bur müharibəsi zamanı daha yüksək keyfiyyətli snayper tüfənglərindən istifadə olunub.
İlk xüsusi snayper məktəbi
I Dünya Müharibəsi dövründə atıcı silahdan uzaq nişanlara açılan atəş sahəsində almanlar birmənal şəkildə başqalarına nisbətən üstünlük təşkil edirdilər. Almanların bu sahədə olan üstünlük səviyyəsi o qədər açıq-aydın idi ki, bəzən onlar hətta müxtəlif əşyalara atəş açmaqla da əylənirdilər.
İlk dəfə 1915-ci ildə Böyük Britaniyada xüsusi snayper məktəbi təşkil edilib. Həmin məktəbdə əsgərlərə snayper ustalığının bütün incəlikləri öyrədilirdi. Bu məktəbdə snayperlərin hazırlanması üçün ən yaxşı müəllimlər kanadalı, avstraliyalı və cənubi afrikalı ovçular olublar. Məktəbdə ilk dəfə britaniyalılar tərəfindən tətbiq edilmiş yüngül yaşıl parçadan və ot çəngələrindən hazırlanmış maskalanma kostyumları sonradan dünyanın bütün ölkələrinin snayperləri üçün ənənəvi geyim formasına çevrildi.
Вложения
images.ssnjpg.jpg
images.ssnjpg.jpg (12.66 КБ) 17140 просмотров
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Наш труд -ето помош Армию

#9 Сообщение mirotvores70 » 02 фев 2012, 03:30

SSRİ-nin «Voroşilov atıcısı»


I Dünya Müharibəsi sona çatdıqdan sonra Böyük Britaniya, ABŞ, Fransa, Almaniya kimi böyük dövlətlər nədənsə snayperlik sahəsində əldə etdikləri təcrübəyə etinasızlıq göstərərək özlərinin atıcı dəstələrini ixtisara saldılar və ya onları tamamilə ləğv etdilər. Həmin dövrdə böyük dövlətlərdən yalnız SSRİ snayper hazırlığı prosesinə ciddi yanaşıb. O zamankı sovet rəhbərliyi, mahir atıcılar üçün xüsusi mükafat-«Voroşilov atıcısı» fəxri nişanı da təsis etmişdi. 1938-ci ildən sonra hər il SSRİ-də 53 min snayper tüfəngi istehsal edilirdi.

Baloğlan Abbasovun snayperlər dəstəsi

II Dünya Müharibəsi zamanı sovet snayperləri daha böyük şöhrət qazandılar. II Dünya Müharibəsinin gedişatında snayperlər arasında əsas qarşılıqlı atışma 548,7 metrdən az məsafədə aparılırdı. Yeri gəlmişkən, II Dunya Müharibəsi zamanı Stalinqradın müdafiəsində azərbaycanlı Baloğlan Abbasovun snayperlər dəstəsi düşmənə ağır zərbələr vurub. Buna görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həmin müharibədə Sovet Ordusunun İvan Kulbertinov, Vasili Zaytsev, Mixail Surkov, Vasili Kvaçantaridze, almanların isə Ervin Köniq kimi çox məşhur snayperləri var idi ki, onların hər biri 500-dən çox düşmən hərbçisi məhv etmişdi.
Snayper tüfənglərinin istehsalında yeni bir dövr.

Snayper tüfənglərinin istehsalında yeni bir dövr Vyetnam müharibəsi ilə başladı. Bu müharibədə snayperlər daha mükəmməl silahla təchiz edilmişdilər.
Sonralar snayper tüfəngləri daha da təkmilləşdirildi. Hal-hazırda snayperlər dünyanın bütün ordularında və həmçinin polisində və xüsusi xidmət orqanlarında mövcuddur. Snayper silahlarından həmçinin cinayətkarlar və terrorçular da istifadə edirlər.
Dünyanın ən mahir atıcısı
İndiyədək dünyada ən uzaq məsafədəki hədəfi sərrast atışla məhv edən bilən snayper kanadalı Rob Farlonq olub. Əfqanıstandakı antiterror əməliyyatlarında iştirak edən bu sülhməramlı hərbçi 2430 m məsafədəki terrorçunu məhv edib.
Hazırda Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Fransa ən yaxşı snayper tüfəngləri istehsal edən ölkələrdir. Məsələn, Rusiyada «Draqunov», SKS-45, SV-99, ABŞ-da AKU-94, Almaniyada «Valter VA2000» kimi yaxşı snayper tüfəngləri istehsal olunur.
Türkyədə də «ASELSAN» şirkəti tərəfindən son model snayper tüfəngi istehsalı olunur. Bu tüfəngə birləşdirilən xüsusi cihaz sayəsində snayper səngərdə uzanaraq başını qaldırmadan hədəfi təyin edə bilir. Bu zaman qarşı tərəf onu görə bilmir. Döyüş zamanı daldalanan əsgər modern pereskop xüsusiyyətlərinə malik cihaz vasitəsilə ətrafına nəzarət imkanı da əldə etmək imkanı qazanır.
Snayperlər 3 bolməyə bolunur:
Ordu snayperləri. Bu tip snayperlər hədəfi 800-2000 metr məsafədən dəqiq vura bilən, eyni zamanda iriçaplı və ağır çəkili tüfənglərdən istifadə edir. Onların vəzifəsi döyüş əməliyyatları zamanı özlərinə əlverişli mövqe seçərək düşmənin canlı hədəflərini, əsasən komandir heyətinə daxil olan şəxsləri və xüsusi fəallıq göstərən ayrı-ayrı döyüşçüləri izləmək, onları qəfil atəşlə öldürmək və tez-tez yerini dəyişməkdir.
Polis snayperləri. Bu tip kəskin nişançlar polisin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı həyata keçirdiyi əməliyyatlar zamanı iş başında olur. Onlar daha yaxın məsafəyə hesablanmış silahlardan istifadə edir və vəzifələri xüsusi təhlükə törədən ayrı-ayrı cinayətkarları uzaq məsafədən məhv etmək, bununla da polisin əməliyyatını asanlaşdırmaqdır.
Nəhayət, xüsusi təyinatlı snayperlər. Bu tip snayperlər xüsusi xidmət orqanlarının əməkdaşları olur və onların xüsusi təyinatlı bölmələrində xidmət edir. Xüsusi təyinatlı snayperlər nəinki hədəfi uzaq məsafədən dəqiq atəşlə məhv edə bilməli, eyni zamanda atəşi açandan sonra görünməz olmalı və heç bir iz buraxmamalıdır. Xüsusi təyinatlı snayperlərin silahları da xüsusi olur, onlar hədəfi daha dəqiq nişan almağa imkan verən nişangahlarla, nisbətən yüngül və kiçik qabaritli, atəş açarkən heç bir səs çıxarmayan silahlarla təchiz olunur.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Silah və sursatla davranma qaydaları

#10 Сообщение mirotvores70 » 02 фев 2012, 03:33

Ми-28Н

Doyuş helikopteri(vertolyotu)"gecə ovcusu" (Rusiya)
Bu helikopter muharibə teatrinda zərbə maşini olaraq,gecə və alcaq uşuş tavani ucun nəzərdə tutulmuşdur!Adətən alcaq ucuş tavani olan ucuş aparatlari RLS(radiolokasiya sistemləri) ucun gorunməzdir. Bu maşinlar 5-ci nəsl inteqrasiya kompleksləri ilə təhciz olunaraqŞgecə və az gorunuşlu vaxtlarda ucmaq qabliyyətinə malikdir!
İnteqrasiya sistemi gecə və gunduz əyilmiş bucaq altinda həm avtomatik ,həm də əl idarəsi ilə ucuş aparmağa imkan verir.Avtomatik rejim ucun kartoqrafik-topoqrafik məlumatlardan istifadə olunur.Butun lazer-teplovizion-uzaqolcmə cihazlarindan başqa,pilotun şleminin eynəyində qurulmuş nişangahlar və gecə gormə cihazi,hədəfi uzaqdan təyin etməyə,qrup şəklində olan hədəfləri avtomatik nişangahda saxlamağa imkan verir.Silahlanmada olan səssurətindən yuksək və yuksək-dəqiq "Ataka" raketləri ,alinan komanda ilə radioelektron pozucu sistemlərin maneəsini dəf edərək,hədəfi 2sm yayinma ilə məhv etmək qabliyyətinə malikdir.
silahlanmasi: 80,130 mm-lik idarə olunmayan raketlər,
qş-23 aviasiya avtomatik topu,
"atdin-yadindan cixdi"tipli"ATAKA" raketləri,
2a42 tipli 30mm-lik avtomatik top qurğusu
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi Hazırlıq»