"Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
Ifti
партизан
Сообщения: 5658
Зарегистрирован: 21 фев 2012, 17:16

Благодарил (а): 2500 раз
Поблагодарили: 3789 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#111 Сообщение Ifti » 20 окт 2026, 00:48

smersh70 писал(а): ↑
20 окт 2026, 00:05
2020 ilin sentyabrın 26 idi
Çıxdım küçəyə, qonşu arvadlar üstümə düşdü ki, sən hərbçi olubsan, sən canı, deyirlər sabah müharibə olajax, düzdümü?
Dedim ay arvadlar, işiniz, peşəniz yoxdu? Gedin nəvələrrnizə baxın... :)
-Səhər müharibə başladı :lol: :lol:
27 sentyabrda heç yerdən heç bir məlumat ala bilməyən kimi Gəncəliyə zəng vurdum. Yolda zəng vurdum, Komissarlığa gedə-gedə. Dedi ki, ermənilər mələyirlər, bizimkilər güman ki, onları mələdirlər. Komissarlığın önünə çatanda gördüm ki, işçilərin əhval-ruhiyəsi yaxşıdır. Dedim könüllüyəm, 67-68-ci adam olmalıyam sizin siyahılarda. Dedilər ki, əsgər və zabitlərimiz nə lazımdır edirlər döyüş meydanında, könüllülərə güman ki, heç ehtiyac olmayacaq. Sonrakı günlər komissarlığın qabağında çox maraqlı hadisələr baş veirirdi. Məndən 25-30 yaş böyük kişilər kəndlərdən, şəhərdən gəlirdilər ki, gedək balalarımızla, nəvələrimizlə birgə vuruşaq. Smerş, həmin günlər bənzərsiz günlərdir. Ümid edirəm ki, gələcək nəsillər necə lazımdır dərk edəcəklər, tarixlərinə xor baxmayacaqlar.
"...настоящая драма разыгрывается на улицах Лондона, а не на театральных подмостках" (Холмс, Шерлок Холмс)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 177475
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 16928 раз
Поблагодарили: 19066 раз

Re: "Ay camahat , qoymayın oğlumu əsgər aparırlar" ....

#112 Сообщение smersh70 » 02 ноя 2026, 19:44

⚡️Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Hərbi Prokurorluqdan bildirilib ki, iyul və oktyabr çağırışları zamanı hərbi xidmətdən yayınmağa cəhd edən şəxslərlə bağlı 5 cinayət işi başlanılıb.

Araşdırmalar zamanı bəzi çağırışçıların psixi və nevrotik pozuntuları simulyasiya etdiyi, özlərinə xəsarət yetirdiyi və tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirdiyi müəyyən edilib. :o

Ответить

Вернуться в «Hərbi Hazırlıq»