Габалинская РЛС-политика или принуждения

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Для кого важна Габалинская РЛС?

#91 Сообщение mirotvores70 » 21 дек 2012, 19:44

Завершена инвентаризация Габалинской РЛС

Изображение
омиссия по инвентаризации завершила свою работу по инвентаризации движимого и недвижимого имущества на Габалинской РЛС на территории Азербайджана. Об этом эксклюзивно АПА стало известно из военных источников. По итогам инвентаризации будет подготовлен соответствующий документ и представлен правительствам Азербайджана и России. Отметим, что азербайджанский состав совместной азербайджано-российской комиссии по инвентаризации движимого и недвижимого имущества на Габалинской РЛС (РЛС "Дарьял") был утвержден 15 ноября. Комиссии было поручено осуществить в течение месяца инвентаризацию на Габалинской РЛС и представить информацию о результатах в Кабинет министров. Председатель комиссии по инвентаризации - командующий ВВС, генерал-майор Алтай Мехтиев, зампредседателя комиссии - завсектором регистрации государственного имущества Госкомимущества Исмаил Гасанли. Напомним, что ранее в интервью журналистам замминистра иностранных дел Араз Азимов заявил о том, что в связи с закрытием Габалинской РЛС соответствующие комиссии должны приступить к решению технических вопросов по приему-сдаче оборудования, являющегося собственностью России. "Возможно, они начнут работать со следующего года", - сказал А.Азимов. По его словам, Азербайджан провел с Россией обсуждения по Габалинской РЛС, и вопрос был решен в правовых рамках. "Истек срок соглашения по аренде, являющегося основой десятилетнего сотрудничества. Договоренности по условиям подписания нового соглашения достигнуто не было, поэтому было принято решение о закрытии Габалинской РЛС", - сказал Азимов (Тrend). В свою очередь независимый военный эксперт Узеир Джафаров в интервью "Эхо" отметил, что в структуру Габалинской РЛС входит сама станция, а также военный городок и коммуникационное оборудование, которое обеспечивала жизнедеятельность "Дарьял". "Все это было задокументировано, и все движимое имущество будет вывезено в Россию, т.к. считается собственностью РФ. Остальное, включая само здание, военный городок, гостиницу, дома и всю инфраструктуру, будет передано Минобороны Азербайджана. Хотя в комиссии присутствуют представители различных министерств и учреждений, но в основном все будет контролировать МО. Дальнейшее решение примет руководство страны", - подчеркнул У.Джафаров. Напомним, что российские военные использовали Габалинскую РЛС на основании Межгосударственного соглашения между Азербайджаном и Россией, заключенного в январе 2002 года. "Дарьял" контролировал территорию в радиусе 6 тыс. километров и мог одновременно отслеживать 20 сложных и 100 одиночных целей.

В российских СМИ упоминалось о том, что официальный Баку запрашивает у Кремля порядка 300 млн. долларов США в год, а Москва не соглашается. Ранее МИД России подтвердил закрытие Габалинской РЛС в Азербайджане в связи истечением 9 декабря 2012 г. срока действия Соглашения между Российской Федерацией и Азербайджанской Республикой о статусе, принципах и условиях использования Габалинской радиолокационной станции (РЛС "Дарьял") российская сторона с 10 декабря 2012 г. прекратила эксплуатацию станции. При этом У.Джафаров не исключил, что впоследствии станция в Габале будет уничтожена. Он также напомнил о том, что накануне посол США заявил о том, что Габалинская РЛС их не интересуют. "То, что с азербайджанской стороны комиссию возглавляет командующий ВВС, генерал-майор Алтай Мехтиев, говорит о том, что вся ответственность за данный объект будет возложена на Минобороны. Не могу точно сказать, что ее тут же разберут до последнего камня. Возможно, законсервируют, а потом будет принято решение. Думаю, между сторонами не будет разногласий", - отметил военспец. При этом У.Джафаров отметил, что то имущество, которое обеспечивало жизнедеятельность станции, будет вывезено в Россию. Все остальное, находящееся на стационаре, будет передано азербайджанской стороне согласно договоренности. "Вряд ли мы сумеем запустить данную станцию, т.к. есть код запуска данного объекта. Да и Россия не согласится на это. Данный объект можно использовать и как музейный объект. А когда интерес туристов пропадет, данный объект можно и разобрать", - заключил военспец.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Aragorn

Re: Для кого важна Габалинская РЛС?

#92 Сообщение Aragorn » 09 янв 2013, 16:19

http://az.apa.az/news/284340" onclick="window.open(this.href);return false;

Andrey Kazantsev: “Qəbələ RLS-in istismarının dayandırılması son nəticədə Rusiya-Azərbaycan münasibətlərinin xeyrinədir” - MÜSAHİBƏ

“2013-cü ildə Qarabağda müharibə baş verməyəcək, amma sülh olacağını gözləmək də sadəlövhlük olardı”
Moskva. Fərid Əkbərov-APA. Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq analitik-tədqiqat mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazantsevin APA-nın Moskva müxbirinə müsahibəsi

- 2012-ci il Cənubi Qafqazda baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Ümumilikdə Cənubi Qafqazda situasiya kifayət qədər ziddiyyətli təsir bağışlayır. İki əsas regional münaqişə (Azərbaycan-Ermənistan və Rusiya-Gürcüstan) bir qədər fərqli dinamika alıb. Ermənistan-Azərbaycan münasibətlərində vəziyyət yaxşılaşmır, əksinə münaqişənin güc yolu ilə həlli ehtimalı artmaqda davam edir. Faktiki olaraq demək olar ki, çoxdan lokal mövqe müharibəsi gedir. Tərəflər mütəmadi olaraq bir-birinə atəş açırlar, lakin hələlik tutduqları mövqelərdən irəli getməyə cəhd göstərmirlər. Bundan başqa münaqişənin olduğu ərazilər və silah tətbiqi miqyası məhduddur. Münaqişəyə cəlb olunmuş tərəflərin bir-birinə əks mövqelərini, həmçinin beynəlxalq vasitəçilər tərəfdən real marağın mövcud olmamasını nəzərə alaraq bu münaqişənin həllinin siyasi baxımdan çıxılmaz dalana dirəndiyini də demək olar. Məsələn, həm Qərbdə, həm postsovet məkanında Abxaziya və Cənubi Osetiya münaqişələrinə nə qədər böyük diqqət ayrıldığına, beynəlxalq media məkanında bu münaqişələrin hansı rol aldığına, münaqişədən zərərçəkənlərə həm Qərb, həm Rusiyanın nə qədər sponsor yardımı göstərdiyinə diqqət yetirin. Bununla müqayisədə Dağlıq Qarabağ münaqişəsi ətrafında sakitlik hökm sürür. Və bu beynəlxalq ictimaiyyətin böyük səhvidir, çünki münaqişənin yeni aktiv mərhələsinin başlanmasının nəticələri bütün Avrasiya və Avropa məkanı üçün fəlakətli ola bilər.
Eyni zamanda Saakaşvilinin parlament seçkilərində məğlubiyyətindən sonra Rusiya-Gürcüstan münasibətlərində müəyyən normallaşma potensialı meydana çıxıb. Lakin təbii ki, bunu çox şişirtmək də lazım deyil, çünki Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etməyə hazır deyil. Bundan başqa Rusiya-Gürcüstan münasibətlərinin məhdud da olsa normallaşmaq şansı Rusiya ilə Qərb arasında ziddiyyətlərin artması, mövcud qalmaqallar fonunda istifadə olunmaya da bilər. Moskva ilə münasibətləri normallaşdırmağa can atan Barak Obamanın prezident seçkilərində qalib gəlməsinə baxmayaraq bütün bunlar baş verir.
Daha bir ziddiyyət düyünü - İran-Azərbaycan münasibətləridir. Burada çox şey uğursuz alınıb: İran ətrafında ümumi beynəlxalq situasiya, tarixi Cənubi Azərbaycan məsələsi, Xəzərin bölgüsü və s. 2012-ci ildə bu istiqamətdə müəyyən stabilləşmə müşahidə olundu, lakin qeyd etdiyini məsələlər hələ də öz həllini tapmayıb. Ötən il beynəlxalq ictimaiyyət ən azı Fars Körfəzində yeni müharibədən qaçmağa müvəffəq oldu, bu müharibənin Azərbaycana da təsiri ola bilərdi – qaçqın axını və s. Bu münaqişənin nəticələri daha fəlakətli ola bilərdi, Tehranın nüvə proqramı ətrafında ABŞ-İran münaqişəsi nəticəsində Fars körfəzindən neft nəqlinin dayandırılması qlobal iqtisadi böhrana səbəb ola bilər. Təəssüf ki, hələlik təxirə salınan bu ssenari istənilən an gerçəkləşə bilər. 2012-ci ildə İsrail baş nazirinin İran nüvə proqramı üçün cızdığı “qırmızı xətt”i yada salaq. Adətən belə təhdidləri boş yerə etmirlər.

- Vəziyyət necə yekunlaşa bilər və yeni, dəyişmiş Qafqazda Azərbaycanın rolu necə olacaq?

- Mən Qarabağ münaqişəsi ilə bağlı optimist olmaq istərdim, amma hələlik optimizm yersizdir. Düşünürəm ki, münaqişəyə cəlb olunmuş bütün tərəflər üçün əsas məsələ - müharibədən qaçmaq və münaqişənin uzunmüddətli perspektivdə siyasi nizamlanmasının əsasını qoymaqdır. Təəssüf ki, hətta 3-5 illik perspektivdə belə siyasi problemlərin həlli imkanlarını görmürəm. Bu məsələdə həlledici məqam beynəlxalq birliyin mövqeyi olmalıdır. İran problemi də artıq 2013-cü ildə kəskinləşə, proqnozlaşdırılmayan nəticələrə gətirib çıxara bilər.
Qeyd olunan xarici siyasi problemlərə baxmayaraq Azərbaycanın Cənubi Qafqazdakı roluna dair iki əsas pozitiv tendensiyanı qeyd etmək mümkündür. Çox güman ki, bu tendensiyalar gələcəkdə də davam edəcək. Birincisi, Azərbaycan iqtisadiyyatı regionda ən böyük iqtisadiyyatdır və beynəlxalq karbohidrogen bazarında ciddi dəyişikliklərin olmayacağını nəzərə alsaq, ölkənizin Cənubi Qafqazda mərkəzi iqtisadi rolu artmaqda davam edəcək. İkincisi, Azərbaycan rəhbərliyi ölkənin iqtisadi gücünü məharətlə siyasi təsir vasitəsinə çevirir. Ötən il Azərbaycanın iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, may-iyun aylarında TŞ-ya sədrlik etməsini, “Eurovision” müsabiqəsini uğurla keçirməsini qeyd etmək istərdim. Bu siyahıya qarşıdan gələn Avropa Olimpiya Oyunlarına ev sahibliyi hüququnun əldə olunmasını da əlavə etmək olar. Perspektivdə qeyd olunan tendensiyalara üçüncünü də əlavə etmək olar: qloballaşma proseslərinin inkişafından asılı olaraq Azərbaycanın Şərq-Qərb dəhlizində əsas tranzit mərkəzlərindən birinə çevrilməsinə daha çox ehtiyac duyula bilər. Hələlik regionda müxtəlif münaqişələrin mövcudluğu buna mane olur, çünki bu münaqişələr istənilən layihənin riskini artırır.

- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç olmasa bir millimetr irəliləyiş görürsünüzmü?

- Təəssüf ki, irəliləyiş yoxdur. Məncə, danışıqlar prosesinin iştirakçılarının, ilk növbədə ATƏT-in Minsk Qrupunun ən böyük səhvi Qarabağın beynəlxalq hüquqi statusunu əsas problemə çevirməkdir. Beynəlxalq münasibətlər elmi nöqteyi-nəzərindən bu “sıfır çəkiyə” malik problemdir – yəni Bakı uduzsa, İrəvan udacaq, yaxud da əksinə. Bundan başqa bu məsələ ətrafında həddən artıq tarixi ziddiyyətlər, qarşılıqlı etimadsızlıq, qorxu, milli ambisiyalar dövriyyəyə buraxılır. Bütün bu problemləri bir gecəyə həll etmək olmaz. Buna görə də status probleminin prinsipcə birbaşa diplomatik həll yolu yoxdur. Mənə elə gəlir ki, beynəlxalq vasitəçilər əsas ağırlığı bu problemi müvəqqəti olaraq təxirə salmaq, bir kənara qoymaq, digər əsas məsələləri – atışmalar, qaçqınların durumu və s. – həll etməkdən üzərinə salmalıdır. Və artıq bu əsasda heç olmasa beş il sonra hüquqi statusla bağlı məsələnin həlli potensialını yaratmaq olar. Aydındır ki, nə Bakı, nə İrəvan bu yanötmə manevrinə dair özləri təşəbbüs irəli sürə bilməzlər. Lakin vasitəçilər əgər doğrudan da problemin həllində maraqlıdırlarsa, öz təsir imkanlarını və resurslarını tərəzinin gözünə qoymalıdırlar. Təəssüf ki bu , müşahidə olunmur.

- 2013-cü ildən gözləntiləriniz nədir?

- Ümumilikdə beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliklər və risklər artmaqdadır. Bura iqtisadi böhranı, mümkün lokal münaqişələri, beynəlxalq arenada həlledici oyunçuların çəkilərinin dəyişməsini (istənilən bu cür dəyişiklik qüvvələr balansının da dəyişməsinə səbəb olur. Məsələn Çinlə digər dövlətlər arasında. Qüvvələr balansının dəyişməsi isə mütləq münaqişələrlə müşayiət olunur) misal göstərə bilərəm. Buna görə də ilin sakit keçəcəyini söyləyə bilmərəm. Gəlin necə deyərlər ehtiyatlı optimist olaq, çünki problemlər böyükdür, amma vəziyyətin ən pis ssenarilər üzrə inkişaf edəcəyi də mütləq deyil. Çox güman ki, qorxulu heç nə baş verməyəcək.

- 2012-ci ili Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından necə dəyərləndirirsiniz? Rusiyanın Qəbələ RLS-in istismarını dayandırmasının iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyinə dair bəzi ekspertlərin fikirlərinə münasibətiniz necədir?

- Şəxsən mən hesab edirəm ki, Qəbələ RLS-in istismarının dayandırılması son nəticədə Rusiya-Azərbaycan münasibətlərinin xeyrinədir. Amma təbii ki, qısamüddətli perspektivdə münasibətlərdə belə bir soyuqluq müşahidə olundu. Rusiya istifadəyə verilən Armavir RLS-in bazasında digər dövlətlərdən asılı olmayan sistem formalaşdırmaq şansı əldə etmiş olur. Beynəlxalq münasibətlərdə realizm nöqteyi-nəzərindən hesab olunur ki, bu kimi məsələlərdə digər dövlətlərə, hətta Azərbaycan kimi strateji tərəfdaşlara etibar etmək heç də həmişə məqsədəuyğun deyil. Müvafiq olaraq Moskva daha Azərbaycanda Qəbələ RLS-in taleyinə təsir edə biləcək siyasi konyukturun dəyişməsindən ehtiyatlanmayacaq və Moskva ilə Bakı arasında münasibətlər stabil olacaq. Eyni zamanda amerikalılar da Qəbələyə gəlməyəcək, çünki orada hər şey texniki baxımdan köhnəlib və RSL məsələsi ikitərəfli münasibətlərin gündəliyindən sürətlə çıxmış olacaq.
Əksinə əgər Moskva Qəbələ RLS-in modernləşməsinə böyük pullar yatırmış olsaydı və birdən ondan istifadə etmək imkanını itirsəydi, münaqişə ciddi xarakter alardı. Ümumiyyətlə Rusiya-Azərbaycan münasibətlərinin əsasını hərbi obyektlər deyil, iqtisadiyyat təşkil etməlidir, iqtisadi əməkdaşlıq sahəsində isə hələ çox iş görmək olar.

- Sizcə, Dağlıq Qarabağ münaqişəsi kəskinləşərsə, Rusiya-Azərbaycan münasibətlərinin müəyyən qədər soyuması fonunda Moskva hansı mövqe tuta bilər?

- Moskvanın rəsmi mövqeyi ondan ibarətdir ki, Rusiya eyni zamanda həm Azərbaycan, həm Ermənistanla strateji tərəfdaşlıq münasibətlərini dəstəkləyir. Buna görə də hesab edirəm ki, yeni müharibə başlayacağı təqdirdə Rusiya real olaraq neytral mövqe tutacaq. Rusiya ilə Ermənistan arasında hərbi əməkdaşlıq barədə razılaşmalar hətta formal olaraq belə Dağlıq Qarabağa şamil edilmir. Ümumiyyətlə, ilk əvvəldən Moskva üçün bu müqavilələrin rasional mənası Ermənistanın sovet sərhədlərində təhlükəsizliyini təmin etməkdən, Türkiyənin potensial müdaxiləsindən qorumaqdan, Cənubi Qafqazda postsovet inteqrasiyası dövründə hansısa strukturları qorumaqdan ibarət olub, Rusiyanı strateji olaraq Qarabağ münaqişəsinin tərəflərindən birinə çevirmək mahiyyəti daşımayıb.
Lakin Moskva (bu situasiyada Qərblə bilrikdə) hərbi əməliyyatların bərpa olunmaması üçün səylərini əsirgəməyəcək, çünki bundan həm Rusiya, həm Avropa Birliyi, həm də ABŞ uduzmuş çıxacaq. Rusiya postsovet məkanında stabilliyin pozulmasında uduzacaq, Avropa Birliyi Avropa Qonşuluq Siyasətində və “Şərq Tərəfdaşlığı” proqramında uduzacaq, ABŞ isə onsuz da gərgin olan Yaxın Şərqdə yeni problemlərin meydana çıxmasında uduzacaq. Buna görə də münaqişənin qəfil eskalasiyası baş verərsə, Minsk Qrupu Dağlıq Qarabağ məsələsini yenidən “xatırlayacaq” və birgə diplomatik səyləri aktivləşdirəcək.

- Moskvanın Gürcüstanda olduğu kimi tərəflərdən birini açıq-aşkar dəstəkləməsini gözləmək olarmı? Ümumiyyətlə münaqişənin nizamlanmasını bu il Ermənistan və Azərbaycanda keçiriləcək prezident seçkiləri fonunda necə dəyərləndirirsiniz?

- Moskvanın belə addım atacağını düşünmürəm, çünki bu, Rusiya-Azərbaycan münasibətlərini birdəfəlik korlamış olardı. Hətta Gürcüstanla vəziyyətdə belə bu mövqeyə Rusiya-Gürcüstan açıq silahlı münaqişəsi, Saakaşvilinin şəxsiyyətinin Moskvada birmənalı qəbul olunmaması, Qərbin Kosovonun müstəqilliyini tanımasına Rusiyanın sərt reaksiyası və bu kimi digər çoxlu faktorlar təsir göstərdi. Bundan başqa Abxaziya və Cənubi Osetiyanın tanınmasının beynəlxalq səviyyədə nəticələrini mürəkkəb və birmənalı deyil, buna görə də, məhz bu amil özü belə addımların təkrarlanmasına yol verməmək üçün yaxşı arqumentdir.
Düşünmürəm ki, hər iki ölkədə prezident seçkilərini münaqişənin dinamikası ilə birbaşa əlaqələndirmək olar. Təbii ki, kimsə öz maraqları üçün vəziyyətin gərginləşməsindən istifadə edə bilər. Lakin ciddi siyasi qüvvələr real irimiqyaslı müharibənin baş verməsində maraqlı olmamalıdır. Bu müharibənin həddən çox gözlənilməyən nəticələri ola bilər. Həm də tərəflərin topladığı resursları nəzərə alsaq, yeni müharibə SSRİ-nin süqutundan sonra baş verən müharibədən qat-qat dağıdıcı ola bilər. Buna görə də 2013-cü ildə Qarabağda müharibə baş verməyəcək, amma sülh olacağını gözləmək də sadəlövhlük olardı.

Закрыто

Вернуться в «Геополитика»