Azərbaycan xalqının etnogenezisi məsələsi
Добавлено: 21 окт 2013, 00:36
Bu temada Azərbaycan xalqının etnogenezisi məsələsini araşdırmağı təklif edərdim..
Çünkü Azərbaycan tarixşünaslığında indiyədək bu məsələ ən dolaşıq məsələ olaraq qalır..Əslində burada heç bir dolaşıqlıq yoxdur və 20-ci əsrin 70-80-ci illərində bizim gözəl akademik tarix elmimizin nümayəndələri bu məsələni həll etmişdilər..Bu mövzu ilə bağlı ən gözəl ən tutarlı əsər Ə.S.Sumbatzadənin:Azərbaycanlılar etnogenez və xalqın təşəkkülü əsəridir(rusca).Lakin müstəqillik çağında tariximizə millətçiliyin bulaşması ilə və tarixin hakim ideologiyaya tabe etdirilməsi ilə bütün məsələlərdə olduğu kimi bu məsələdə də dolaşıqlıq yaradıldı. 19-20-ci əsrdə istər görkəmli Azərbaycan tətqiqatçılarının istərsə də nüfuzlu xarici tətqiqatçıların Azərbaycanın keçmiş əhalisi ilə bağlı apardığı bütün araşdırmalar və onların nəticələrinin,yüzlərlə linqvistik araşdırmanın hamısının üzərindən xətt çəkildi..Bu cür ura-patriotların(onların əksəriyyəti heç tarixçi də deyildir) iddialarına görə Azərbaycanın ən qədim əhalisi ən qədim zamanlardan bəri yalnız türklər olmuşlar-hətta mannalılar,midiyalılar,albanlar hətta onlardan da qədim kutilər lullubilər vəs. hamısı türklər olmuşlar və bu torpaqlarda yalnız türklər yaşamışlar.(Halbuki bu xalqlardan heç birinin dilinə aid yazılı mənbə yoxdur,olan qalan materialların heç hansı türk dilləri ilə izah olunmur).Bu iddialardan çıxış edərək özlərinə yeni bir teoriya irəli sürdülər-türklərin vətəni ön Asiyadır..Amma bu teoriyanın müəllifləri sadə bir suala çözüm tapa bilmədilər-necə ola bilər ki m.ö 4-3 minilliklərdə prototürklər həm ÖnAsiyada ola bilir eyni zamanda da Altaylarda da ola bilir???Qəbul etsək bir yerdən o biri yerə köç olub-yaxşı bəs bu köçün arxeoloji,antropoloji dəlilləri haradadır??Niyə heç bir yazılı qaynaqda şərq istiqamətində hər hansısa köçdən söhbət getmir??
Çox təssüf ki bu teoriya indiyədək Azərbaycanın Ali məktəblərində və orta məktəblərində əsas konsepsiya kimi keçirilir...