Səfəvilər

Eşitdiyimiz və öyrəndiyimiz
Автор
Сообщение
shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#11 Сообщение shahkulu » 21 окт 2013, 20:34

Şiəlik monqol işğalı dövründə 13-14-cü əsrdə Azərbaycanda sürətlə yayılmağa başladı...Hurufilik,əxilik,qızılbaşlıq şəklində özünü göstərdi..Hətta iş o yerə çatdı ki Şiəlik Hülakü dövlətinin də rəsmi əqidəsinə çevrildi-Olcaytu xaqan səhv etmirəmsə şiəliyi qəbul edib və xütbələrdə sikkələrdə 12 imamın adının yad edilməsinə fərman verib

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#12 Сообщение Одиссей » 21 окт 2013, 20:37

shahkulu писал(а): Şeyx Zahidin türkmən mənşəli olub olmaması mənə məlum deyil-amma nə o nə də Səfi heç biri sünni olmayıblar...Səfəvilər lap qədimdən şiə əqidəsi əsasında qurulmuşdur..
Шейх Захид Гилани (تاج الدين ابراهيم الكردي السنجاني Тадж аль-Дин Ибрагим ибн Рушан Амир аль-Корди аль-Санджани, 1216-1301) - средневековый иранский поэт и общественный деятель, суфийский дервиш, глава (муршид камаль) ордена Захидийя в Лахиджане.

Предки шейха Захеда происходили из города Санджан в Хорасане (в современном Туркменистане), откуда они, спасаясь от сельджукского вторжения, в XI веке переселились в Гилян. Сам шейх был родом из современного Талыша: его гробница, чрезвычайно почитаемая, находится в Ленкоранском районе в селе Шыхакеран( Шейхакун -талыш. Дома Шейхов - русс.) (на территории нынешнего Азербайджана), а одна из двух его семей проживала в селении Хильякеран (Гилякеран) недалеко от Астары.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#13 Сообщение shahkulu » 21 окт 2013, 20:43

Одиссей писал(а):
shahkulu писал(а): Şeyx Zahidin türkmən mənşəli olub olmaması mənə məlum deyil-amma nə o nə də Səfi heç biri sünni olmayıblar...Səfəvilər lap qədimdən şiə əqidəsi əsasında qurulmuşdur..
Шейх Захид Гилани (تاج الدين ابراهيم الكردي السنجاني Тадж аль-Дин Ибрагим ибн Рушан Амир аль-Корди аль-Санджани, 1216-1301) - средневековый иранский поэт и общественный деятель, суфийский дервиш, глава (муршид камаль) ордена Захидийя в Лахиджане.

Предки шейха Захеда происходили из города Санджан в Хорасане (в современном Туркменистане), откуда они, спасаясь от сельджукского вторжения, в XI веке переселились в Гилян. Сам шейх был родом из современного Талыша: его гробница, чрезвычайно почитаемая, находится в Ленкоранском районе в селе Шыхакеран( Шейхакун -талыш. Дома Шейхов - русс.) (на территории нынешнего Азербайджана), а одна из двух его семей проживала в селении Хильякеран (Гилякеран) недалеко от Астары.
Bəli bu da bir versiyadır və çox inandırıcı versiyadır

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Səfəvilər

#14 Сообщение Одиссей » 21 окт 2013, 20:44

Zahidiyyə Sufi ordeninin saytı: http://www.allahoo.org/" onclick="window.open(this.href);return false;
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvilər

#15 Сообщение shahkulu » 21 окт 2013, 20:55

Одиссей писал(а):Zahidiyyə Sufi ordeninin saytı: http://www.allahoo.org/" onclick="window.open(this.href);return false;
bu barədə xəbərim yox idi!!çox sağ olun Odissey!

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Səfəvi Qızılbaş ruhaniliyi

#16 Сообщение shahkulu » 05 дек 2013, 18:22

1Səfəvi-Qızılbaş ideologiyasının əsasları.
XV əsrin ikinci yarısında meydana çıxmış olan Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türkdilli tayfaların tarixində yeni bir səhifə açdı.
Dini baxımdan Qızılbaşlıq İslamda inqilab yaratdı. Tam anlamı ilə demək olar ki,Qızılbaşlıq hərəkatı İslamda Reformasiya hərəkatı idi.Bu təriqətin mənsubları şiəliyi sufiliyin müxtəlif cərəyanları ilə zənginləşdirərək şiəliyə dayanan böyük bir Qızılbaş dövləti qurdular.
Bu dövləti qurmuş olan Şah İsmayılın amalı ədalətli bir dövlət qurmaq, burada yaşayan türkdilli tayfaları uzun illər məruz qalmış olduqları yadelli basqınlardan və tayfalar arası çəkişmələrdən qurtarmaq və onlar üçün gözəl güzəran təmin etmək olmuşdur. Amma tarixi şərait belə gətirdi ki, bu dövlət qərbdən Orta əsrlərin ən qüdrətli dövləti olmuş Osmanlı imperiyasının, şərqdən isə Özbəklərin Şeybanilər dövlətinin ardı-arası kəsilməyən hücumlarına məruz qalıb mövcudluğunu qorumaq naminə müharibələr aparmış oldu. Tarixin qismət etmiş olduğu qonşu dövlətlərin sünni ruhanilərinin fanatizmi, dini düşmənçilik siyasəti yeritməsi, öz dövlətlərini müharibələrə sövq etməsi tarixin axarını dəyişdirmiş oldu. XVI əsr bu üç türk dövlətinin bitməyən müharibələr əsri oldu. Əslində Osmanlıların Səfəvilərlə müharibəsini bir növ Reformasiya uğrunda müharibə kimi də qəbul etmək olar hansı ki,burada Osmanlı dövləti anti-reformator qismində çıxış edir.
Qızılbaşlıq haqqında bir çox əsərlərin olmasına baxmayaraq yazımızda məqsəd bu hərəkatın mənşəyinə, yaranmasına, günümüzdəki mövcudluğuna müasir şərait baxımından qısa bir nəzər salmaqdır.
Səfəvi-Qızılbaş ideologiyasının və qızılbaş hərəkatının mahiyyətinin nə olduğunu dəqiq anlamaq üçün ilk öncə bu hərəkatın yarandığı dövrə,həmin dövrdə Azərbaycanın və bütövlükdə Yaxın və Orta Şərqin sosial-iqtisadi vəziyyətinə,həmçinin Qızılbaşlığın bilavasitə bağlı olduğu sufilik və hürufilik dünya görüşlərinə baxmaq lazımdır.
XIII əsrdə monqolların,XIV əsrin sonunda isə Teymurun dağıdıcı yürüşləri nəticəsində Azərbaycan bir sıra qırğınlar və dağıntılarla üz üzə qaldı.XIII-XIV əsr boyu davam edən Hülakü-Qızıl Ordu müharibələri,Teymurun yürüşləri, minlərlə sənətkar ailəsinin Azərbaycandan uzaq diyarlara aparılması,feodal ara müharibələri-bütün bunların əziyyətini xalq çəkir və sosial narazılıqları artırırdı.Üstəlik bu dövrdə xurafatın dində hakim olması,istənilən yenilikçiliyə qarşı çıxmaları,din adı ilə öz şəxsi maraqlarını güdmələri Ortodoksal Sünni məzhəbinə xalqın nifrətini artırırdı.
Bütün bunlardan əlavə bəhs olunan dövrdə ölkədə siyasi birliyin vahidliyin olmaması,mərkəzləşdirilmiş dövlətin yoxluğu yadelli işğalçılara qarşı xalqın mübarizə əzmini zəiflədirdi.Təbii ki,siyasi birliyin yox olduğu bir şəraitdə xalqı öz ətrafında birləşdirə biləcək bir qüvvə,özü də bəhs etdiyimiz orta çağda ancaq din amili ola bilərdi.Beləliklə XIV əsrdən etibarən əvvəlki sakit,sülhsevər təbiətli sufi görüşlərinin içərisindən xalqı zalıma və zülmə qarşı mübarizəyə səsləyən bir sıra təriqətlər meydana çıxmağa başladı ki onlardan da biri Səfəviyyə təriqəti idi.
Bu təriqətin banisi Pir-i Türkan Şeyx Səfiəddin İshaq Ərdəbili idi.Mənbələrdə onun Şeyx Zahid Gilaninin müridi olduğu və onun qızı Bibi Xanımla evləndiyi bəhs olunur. İ.P.Petruşevski Həmdüllah Qəzvininin məlumatına əsaslanaraq bildirir ki,Şeyx Səfiəddin özü Şafe-i məzhəbli sünni olmuşdur.Lakin o özü öz mühakiməsini öz qeydində şübhə altına alaraq deyir ki,ola bilər ki,Şeyx Səfiəddin özü gizlində şiə idi və şiəliyin təhkiyyə ehkamına əsaslanaraq öz dini inancını gizlədirmiş.Çünkü Şeyx Sədrəddinin müridlərindən biri olan Şah Qasim Ənvar(1357-1434) özü şiə idi.Şeyxin varisi olan Sədrəddinin dövründə artıq Ərdəbil dərviş ordeninin inancı şiə inancı olmuşdur. Həmin dövrdə Şeyx Səfiəddinin müridləri sırasında dövrünün bir sıra görkəmli şəxsiyyətlərinin olması və ona vəqf kimi bağışlanan hədiyyələr də Şeyx Səfinin nə dərəcədə nüfuzlu bir şəxsiyyət olduğunu sübut edir.Fəzlullah Rəşidəddinin Şeyxə yazmış olduğu məktubda ona vəqf kimi verilən torpaqlar və əşyaların adları çəkilir
Təxminən Şeyx Səfiəddin və onun mürşidi Şeyx Zahidlə eyni çağda digər irfani şəxsiyyət Pir Hacı Bektaş-i Vəli Xorasani də Anadoluda fəaliyyət göstərirdi.Onun XIII əsrdə əsasını qoymuş olduğu təriqət də elə onun öz adıyla adlandırılmışdır.Mənbələrin diqqətli analizi həm Səfiəddinin həm də Bektaşi Vəlinin əslində ikisinin də eyni yerdən-Xorasandan gəldiklərini ortaya qoymaqdadır. Belə ki,Şeyx Səfiəddinin uzaq əcdadları XI əsrdə Xorasandan İrana və Azərbaycana köç etmiş oğuz türkləri olmuşlar.Məhz gələcəkdə Şeyx Səfi ocağının Anadolu türkmən boylarının tabe olduğu dərgah halına gəlməsində mühüm rol oyanayan amillərdən olmuşdur.
Bektaşilik XIII-XIV əsrlərdə bütün Anadoluda ən geniş yayılmış bir təriqətə çevrildi.Bu təriqətin Səfəviliklə və Hurufiliklə ideya yaxınlığı çox qısa zaman sonra onları bir birinə birləşdirdi. Şeyx Xacə Əlinin (1392-1429) dövründə ilk dəfə Rum türkmənlərinin(Rumlular)bir qismi Səfəvilərin müridlərinə çevrilmiş və Ərdəbildə yerləşdirilmişdir . Lakin daha sıx əlaqələr məhz Şeyx İbrahimin dövründə qurulmuşdur.Bir sıra rəvayətlərə görə Şeyx İbrahim bir neçə dəfə Anadoluya səfərlər etmiş və Malatyada Merzinlidə Səfəvi ocağı olan Şeyx İbrahim Vəli dərgahını yaratmışdır.
Tezliklə Anadolu türkmənlərinin bir qismini müridliyə qəbul edən Şeyx İbrahim Vəli buraya Anadolu ələvilərinin inancının,təriqətin əsaslarını göstərən “Şeyx Səfi buyruğu” adlı sənədləri göndərməyə başlamışdır.Anadolu ələviləri ilə Səfəvilərin arasında ilk geniş əlaqə məhz indi də Ələvilər arasında Şah İbrahim Vəli adı ilə tanınan Səfəvi Şeyxi İbrahim Şeyxşah(1429-1447) tərəfindən qoyulmuş və Anadoluda yaşayan ələvi-bəktaşilər müridliyə qəbul olunmuşdur.İbrahimin oğlu Şeyx Cüneydin dövründə isə bu əlaqələr daha da sıxlaşmışdır.Əmisi Cəfər və Qaraqoyunlu Cahanşah tərəfindən Ərdəbildən sıxışdırılan Şeyx Cüneyd Anadoluya gələrək burada özünə daha çox mürid toplamış və artıq sülhsevər sufi və dini mövqeyindən hakimiyyət uğrunda mübarizə aparan döyüşkən mövqeyə keçid etmişdir.Onun oğlu Şeyx Heydərin dövründə isə bir sıra tədqiqatçıların fikrincə 12 dilimli çalma qızılbaşların baş geyimi olmuş və məhz elə buna uyğun olaraq da qızılbaş adı yaranmışdır.
Nəhayət Səfəvi xanədanının müridləri olan Anadolu türkmən tayfaları Azərbaycan Səfəvi dövlətinin yaranmasında olduqca mühüm rol oynadılar.
Səfəvilərin ideoloji görüşlərinə dair çoxlu sayda monoqrafiyalarda məlumat verilsə də zənnimcə onlardan əksəriyyəti həqiqətə uyğun deyildir.Yuxarıda da göstərdiyim kimi Əli-ilahiliklə Anadolu Ələvi-Bektaşiliyinin qarışıq salınması habelə bu iki təriqət arasında zahiri oxşarlıq və coğrafi yaxınlıq bu qarışıqlığa səbəb olmuşdur.İ.P.Petruşevskiy şiələrə və özəlliklə də qızılbaşlığa qarşı qərəzli mövqedən çıxış edən Fəzlullah ibn Ruzbihan əsərinə əsaslanaraq bildirir ki,qızılbaşlar Cüneydi tanrı onun oğlu Heydəri isə tanrının oğlu sayırdılar .Yenə həmin müəllifə əsaslanaraq yazır ki,Şeyx Heydərin müridlərinin içində onu Allah sayan və ya Allahın onun içində olduğunu zənn edən əliilahilər də var idi.
Oqtay Əfəndiyev də öz monoqrafiyasının Qızılbaşlığın ideoloji məsələlərinə dair həsr etdiyi bölməsində Petruşevskinin yuxarıdakı fikirlərini inkişaf etdirərək yazır ki,qızılbaşlıq ifrat şiə cərəyanı idi.Şiələrin kəlimeyi şəhadətdə “Əliyyən Vəli-ullah” kəliməsini əsas gətirərək Oqtay Əfəndiyev bildirir ki,qızılbaşlar əslində Muhammədi Allahın rəsulu Əlini isə onun dostu hesab etdiklərindən əslində Əlini Muhamməddən üstün tuturdular. Heç bir əsasa və dəlilə əsaslanmayan yuxarıdakı mühakimələri yürütdükdən sonra O.Əfəndiyev daha da irəli gedərək Qordlevskinin fikirlərini əlində rəhbər tutaraq qızılbaşların Əlini Allah İsmayılısa insan bədəninə girmiş Allah kimi qələmə verir və öz düşüncəsinə görə əli ilahiliyi əslində qızılbaşlıq kimi qələmə verir. Digər həmin dövrün araşdırmaçıları isə bu yuxarıda gedən konsepsiyanı əsas olaraq qəbul etmiş və heç bir ciddi araşdırma aparmamışdır.Bunlara ən əsas səbəb isə yenə yuxarıda bildirdiyim kimi əliilahi və ələvi qarışıqlığı və Xətayi Divanında keçən bəzi ifadələrin mənasına varılmadan hərfən qəbul edilməsi olmuşdur.
Yuxarıda da bildirdiyim kimi,əliilahilik əsasən İranda və qismən də Kiçik Asiyada kürdlər arasında geniş yayılmış bir inancdır.Halbuki Qızılbaş tayfaları içərisində hər hansısa bir kürd tayfasının olduğu məlum deyil. Qızılbaş tayfaları türk tayfalarından ibarət idi və həmin tayfaların bir qismi-daha doğrusu onların nəsilləri bu gün də Türkiyənin Ərzincan,Sivas,Malatya,Ərzurum,Diyarbəkir,Van,Qars,Iğdır,Güney Azərbaycanın Urmiyyə,Xoy,Salmas,Ərdəbil,Qaradağ bölgələrində yaşamaqda və öz Qızılbaş ələvi inanışlarını sürdürməkdədirlər.
Qızılbaşlıq ideologiyasının əsaslarına dair mənbələrdə bizə çox az əsasən də bir tərəfli və qərəzli məlumatlar gəlib çatmışdır.Osmanlı mənbələri Qızılbaşlıq hərəkatını və qızılbaşları bidətçi saydıqlarından qızılbaşlar barədə iftira xarakterli,qərəzli məlumatlar saxlamışlar.Hətta indinin özündə də Türkiyədə qızılbaş sözü təhqir mənasını verir və bu baxımdan Türkiyənin ələvi-bektaşi və sünni əhalisi arasında sosial qarşıdurmalar baş verir.
Digər mənbələrdə gedən məlumatlarda isə əsasən mənbəni yazan adamın qızılbaş dərvişlərinin,müridlərinin dediyi ifadələrin mənasını başa düşməmiş və sözün bir başa mənasında yazmışlar.
Bizim üçün Qızılbaşlıq ideologiyasını başa düşməkdə əsas mənbələr əsasən Şah İsmayıl Xətainin divanı və bir də bu gün Ələvi-Bəktaşiliyin dini normativ aktları səviyyəsində sayılan və Ərdəbil xanədanlığı(Ərdəbil sufi ordeni)tərəfindən göndərildiyi deyilən “Şeyx Səfi vəsiyyətnaməsi/və ya buyruğu” , “İmam Cəfər buyruğu”, “Böyük buyruq” adlanan unikal mənbələrdir .Bu mənbələrin adları ayrı ayrı olsa da əslində az dəyişikliklə bir-birinin təkrarı sayılır.Hesab olunur ki,bu “buyruqlar” əslində eyni sənədin müxtəlif nüsxələri və əlyazmalarıdır.Bu baxımdan Ələviliyin təriqət əsaslarını müəyyən edən bu sənəd əgər həqiqətən də Ərdəbil dərgahı tərəfindən göndərilibsə onda bu sənəd və həmçinin bu günkü Ələvi-qızılbaş inancı bizə Səfəvi-Qızılbaş ideologiyasının əsaslarını öyrənmək üçün əvəzsiz mənbə sayıla bilər.
Əvvəlcə qısa olaraq Anadolu Ələvi-Bəktaşi Qızılbaş inancı barədə məlumat verək.Bu günkü Ələvi qızılbaş inancının kökü mərkəzi Asiyaya və Xorasana gedib çıxır.XI əsrdə türklər artıq islamla tanış olsalar da Ərəbistanın özündə Əməvi və Abbasilər tərəfindən bir sıra dəyişikliyə uğrayan bu təktanrılı din-köçəri və azadlıq sevən türklərin həyat tərzinə uyuşmurdu.Üstəlik islama qədər də türklərin özünün təktanrılı dini vardı.Bu baxımdan İslam çox çətinliklə türklər arasında yayılırdı. Türklərin bir çoxu islamı qəbul etsə də yenə də öz əski türk inanışlarına əməl etməkdə davam edirdilər.XII əsrdən etibarən Mərkəzi Asiyada pir Əhməd Yasəvi(1093-1166) əski Tanrıçılıq dininin bəzi İslama zidd olmayan adət ənənələrini və həmçinin inanışlarını çox böyük uğurla “sintez” edərək öz sufi məktəbini yaratdı.Çox tezliklə Yəsəviyyə təriqəti bütün Xorasana yayıldı.XI-XII əsrdən Azərbaycan istiqamətində kütləvi axın edən oğuz-türkmənlər artıq özləri ilə türk əski Tanrıçılıq dini ilə İslamın fəlsəvi sintezi Azərbaycana gətirmişdilər.Belə ki,əski türk tanrıçı dinində bütün türk elinin ağsaqqalı Tanrının yerdəki nümayəndəsi,müqəddəs şəxs Qam dədə və ya sadəcə dədədir.Bu şəxs türk elinin ağsaqqalıdır-müqəddəs şəxsdir.Hər nə desə düz çıxar.Türklərin əski ibadətlərini də Qam dədənin qopuz çalması eşliyində olurdu.Qopuzun və ya domburanın səsindən vəcdə gələn qədim türklər ekstaz vəziyyətində xüsusi ruhani səmavi rəqslər edər və bununla ibadət etmiş olardılar.
Bu qədim ibadətin qalıqlarını biz “Kitab-i Dədəm Qorqud” eposunda da görürük.Belə ki,demək olar ki,bütün Qorqudşünas alimlərin yekdil rəyi budur ki,Kitab-i Dədə Qorqud eposu hələ tam islama keçməmiş və öz əski inanışlarını saxlamaqda olan türklərin təfəkkürünün məhsuludur.Bu eposda da Oğuz elinin ağsaqqalı,Məhəmməd peyğəmbərə yaxınlığı ilə tanınan nurani,pirani,müqəddəs bir kişi olan “Dədə Qorqud” olmuşdur.O,hər nə desə idi o da yerinə yetərdi.Qopuz çalar alğışı qarğışı yerinə yetərdi.
Bu günkü Ələvi-Bəktaşi icması da məhz bir növ qədim tengriçi türklərin icmasını xatırladır.İcmanın başında Peyğəmbər soyundan gəldiyi iddia edilən Dədə durur.Dədə Məhəmməd peyğəmbəri simvolizə edir.Onun da alqışı qarğışı yerinə yetəndir.Əgər təkyədə(icmada)hər hansısa bir problem olarsa o zaman Dədə bu mübahisələri bütün icma qarşısında həll edir.Dədə müqəddəs olduğundan onun sözü qanundur.Çünkü o bütün icmanın mürşididir.Taliblər onun göstərişlərinə sözsüz əməl etməlidirlər.
Ələvilər özlərini Cəfər-i Sadiq məzhəbindən sayırlar.Cəfərilərin inandığı hər şeyə onlar da inanırlar.Yəni Cəfərilərin qəbul etdiyi Allahı Muhəmmədi,12 imamı,Quranı,sünnəni həmçinin dinin əsasları olan namazı,orucu, zəkatı,həcci vəs. qəbul edirlər.İlk baxışdan heç bir fərq nəzərə çarpmır.Lakin bütün yuxarıda sadaladılqarımın izahı barəsində fikirlər haçalanır.Belə ki,Ələvilər əsas şəkilə deyil niyyətə fikir verməyin mühüm olduğunu,zahirə deyil batinə baxmağın vacib olduğunu deyirlər və yuxarıda sadaladıqlarımın özlərinə məxsus təsəvvüfi izahını verirlər.Ələvilərdə Cəfərilərdəki kimi 5 və ya 3 vaxtlı namaz yoxdur.Ələvilər hər həftənin Cümə axşamı gecəsi(Cümə axşamından Cüməyə keçən gecə)bütün Ələvi icması Cəm evi adlandırılan və İcmanın bütün vacib məsələlərinin qeyd olunduğu bizim məscidi xatırladan evə yığışırlar.
Həm də ortodoksal Cəfərilərdən fərqli olaraq qadınlarla kişilər bir yerdə ibadət edirlər.Ayin-i Cəmdə taliblər elə otururlar ki,onların üzü Dədəyə və Rəhbərə tərəf olsun.Çünkü Ələvilərə görə Dədə Muhamməd peyğəmbərin simvoludur və onu təmsil edir..Əgər Allah hər yerdədirsə deməli daş divar qiblə ola bilməz.Əsl qiblə insanın özüdür.Çünkü Haqq Möminin qəlbindədir.(Yəni saf ürəkli,təmiz ixlaslı olan mömin bəndə haqqa daha yaxındır əgər ona diqqətlə elm gözü ilə baxsan Haqqı onda “görə” bilərsən.Ən-əl Həq də elə budur )Təsəvvüfdə Allahdan başqa heç nə yoxdur və bunu dərk etmək elə ən yüksək Tövhid məqamı sayılır.Bu məqama görə gördüyümüz hər şey Tanrının varlığının bir əsəridir və hər bir şey Onu təmsil edər və hər bir şeydə O vardır.Mükəmməl olan,saf olan hər şeydə tanrını görmək mümkündür(Yəni mükəmməl olan bir şeyin yaradıcısı da mükəmməl olmalıdır.Necə ki bir mükəmməl sənət əsərinə baxdıqda onun sənətkarının necə qüdrətli bir sənətkar olduğunu “görmək” olur .
İnsana və xüsusilə də İnsan-ı Kamilə baxanda orada Allahı görməkmümkündür.Allah onlarda zahirə çıxır özünü göstərir.Bu üzdən qiblə daş divar deyil məhz insan-ı kamil olan mürşidin cəmalıdır. )Ələvilər öz ibadətlərinə həmçinin bu cür dəlil gətirirlər ki,əslində Kəbənin qiblə seçilməsində məqsəd bütün insanların bir istiqamətdə üzünü çevirməsidir.Bu baxımdan Kəbədən cənub tərəfdə namaz qılanla Kəbədən şimal tərəfdə namaz qılan üz-üzə durmuş olurlar .Cəmdə də eynən bu prinsip uyğulanır.Cəm ibadəti zamanı ələvilər yalnızca Cəmin müəyyən bir hissəsində ərəbcə Quran ayələrini oxuyurlar.Qalan hissələrdə bütün ibadət məhz türkcə aparılır.Saz ibadətin ayrılmaz bir hissəsidir.Zakirin və ya dədənin çaldığı sazın eşliyində 7 ulu ozan adlandırdıqları möhtərəm söz ustadlarının və digər söz ustadlarının sözlərinə yazılmış “türkülərin”(əsasən Şah Xətayinin,Kul Himmətin,Pir Sultan Abdalın şeirlərini istifadə edirlər) müşayiəti ilə Ələvilər “əl ələ əl Haqqa!” deyib qadın kişi ayrımı etmədən səmah ruhani rəqsini ifa edirlər.İbadətdə Quranda adı çəkilən Qiyam,Ruku,Səcdə də vardır.Cəm ayininin sonunda iştirakçılara xüsusi qida-Hak Lokması və su paylanılır.
Ayin Meraclama oxunması ilə başa çatır.(Cəm ibadətinin görüntüləri Əlavələr bölümündə verilmişdir.)Cəm haqqında daha ətraflı irəlidə bir daha bəhs edəcəyik.Ümumiyyətlə Ələvilikdə heç bir məcburiyyət yoxdur.Ələvilərə görə və Ələvi-Bektaşi qızılbaş ideologiyasına görə din bir növ Allah ilə bəndə arasında eşqdir.Bəndə aşiq Allah isə onun Məşuqudur.Bu Allah eşqi bəndənin öz pirinə mürşidinə,ata anasına,və ailəsinə sevgisində zühur edir. Bu baxımdan Ələvilər edilən ibadətdə şəkilə deyil niyyətə əsas fikir verirlər-çünkü Məşuq aşiqin qəlbinə baxar.Ortodoksal islamdan fərqli olaraq Ələvi-Bektaşilikdə gündəlik edilən ibadət heç də Allah qarşısında borc sayılmır.Çünkü onlara görə Məşuqla aşiq bir birlərini təmənnasız sevirlər və Məşuq aşiqə etdikləri qarşısında heç bir qarşılıq gözləməz-sadəcə sevgi istər.Bu baxımdan ələvilikdə əslində müsəlmanlığın təməl inancı olan axirət inancı və cənnətə cəhənnəmə inam olsa da əslində ələvilikdə nə cənnət sevdası,nə də cəhənnəm qorxusu var.Çünkü onların düşüncəsinə görə Allahı sevmək onun bəndələrini sevməkdir və onlara qarşı xeyirxah olan insan Allaha etdiyi ibadəti və yaxşılığı,xeyirəməli heç bir qarşılıq gözləmədən etməlidir.Həmçinin Ələvilər açıq aşkar namaz qıldığını,hər hansısa savab iş gördüyünü cəmiyyət içərisində göstərməyi bəyan etməyi sevməzlər və buna pis baxarlar.Çünkü onlara görə bütün bunlar Aşiqlə Məşuq arasında olan məsələlərdir.Allahın bilməsi yetərlidir.

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#17 Сообщение shahkulu » 05 дек 2013, 18:31

Ələviliklə Cəfərilik arasında islamın təməl şərtlərinin izahında da fikir ayrılıqları vardır.Bunda əsas səbəb Ələvi-Bəktaşilərin Quranın daha çox batini(iç, daxili)yozumuna diqqət yetirmələri və daha çox ona əməl etmələridir.Çünkü onların fikrincə Quranda keçən hər bir kəlimə nəyisə ifadə edir və insanlara hər hansısa bir fikri aşılamaq istəyir.
Yuxarıda bildirdik ki,namaz dedikdə Cəfərilər hər bir müsəlmanın etməli olduğu 5 vaxtlı müəyyən şəkilli və hərəkətli dini ritual başa düşülür.
-Ələvilər Cəfərilərin qılmış olduğu namazı inkar etməzlər lakin Ələvi-Bektaşilərə görə namaz(ərəbcə Salat) əsas mənası ilə hər bir insanın etdiyi dua və zikrdir.Çünkü onlara görə duanın özü də ,Allahı zikr etmək də namazdır.Bu baxımdan Qurani Kərimdə namazın dəqiq zamanı və şəkli(qiyam,ruku,səcdə istisna olmaqla)yazılmamışdır.Əksinə,Allah öz kitabında hər yerdə və hər vəziyyətdə-yatarkən,oturarkən,yol yeriyərkən,səfərdə olarkən Allahın adını zikr edin buyurur.Quran-i Kərimdə namazın vaxtı kimi ancaq gecə göstərilir və bu üzdən də Ələvilər Cümə axşamı gecəsi cəm ibadəti yerinə yetirirlər..
Həmçinin Ələvi-bektaşilər Hz.Əlinin “Xalqa xidmət Haqqa xidmətdir” kəlamını əsas gətirərək işləməyin və xalqa xidmətin də ibadət olduğunu qeyd edirlər.
-Oruc dedikdə Cəfərilər əsasən İslamda vacib buyurulan xeyir əməl sayılan və əsasən də Ramazan ayında yerinə yetirilən 30 gün boyunca saxlanılan pəhrizi başa düşürlər.
-Ələvilər isə oruc dedikdə ilk növbədə pəhriz-yəni insanların özlərini günahlardan qorumaları,tövbə etmələri nəzərdə tutulur.Bunun üçün talib hər il müəyyən vaxtda öz ətrafını və qohum qardaşlarını təriqət yoluna getdiyini bildirir və halallıq istəyir.Şəkli oruc kimi isə Ələvilər üçün İmam Hüseynin şərəfinə Muharrəm ayının ilk 12 günü,Fevral-Mart aylarında 3 gün tutulan Xızır orucunu tuturlar.Ramazan orucu ələvilər arasında bir o qədər çox qəbul olunmur.Prinsip etibari ilə Ramazan orucunu qəbul edirlər.Lakin ələvilər Ramazanda orucu 3-5 gün ən uzağı isə 1 həftə ərzində tuturlar(əsasən Hz.Əlinin zərbətləndiyi günlər və Qədr gecələri).
-Zəkatı Cəfərilər Allah yolunda verilən vergi kimi anlayırlar.Ələvilər də bunu eyni cür qəbul edirlər lakin ələvilər əslində əsl zəkatın gülər üz,xoş söz olduğunu bildirirlər.
-Həcc Cəfərilərə görə İslamın 6 vacib əməlində biridir.Bunu ələvilər də qəbul edirlər.Lakin yenə də həcc dedikdə onlara görə insanların qəlbinə yol tapmaq nəzərdə tuturlar.Çünkü insan özü kəbədir və onun qəlbi Allahın məkanıdır.Allahı görmək istəyən insanın könlünə səfər etməlidir.
Bu və ya digər təsəvvüfi görüşləri Ortodoksal Cəfəriliklə Ələvi-Bektaşiliyi ayırır.
Ələvilik nədir sualına ələvilər özləri aşağıdakı kimi cavab verirlər:
“Allah, Muhammed, Ali kutsallığını kalbinde taşıyan , Hz.Ali’nin adaletinden ayrılmayan temelinde insan sevgisi bulunan her dine , mezhebe her inanca saygı duyan ve hoşgörü ile bakan, dil, din, ırk, renk , farkı gözetmeyen eline diline sahip olma ilkelerini şart koşan, gelmek isteyen, inançlı insanları çatısı altına alarak manevi susuzluklarını gideren, insanları yaşadıkları toplumda kendi istekleriyle kendi kendilerini yargılamalarını sağlayan, laik,demokrat, eiştlikçi, katılımcı, paylaşımcı düşünceyi savunan, zalime ve zulme karşı gelen, mazlumun yanında olan, şeriatın bağnaz kuralllarına bağlı olmayan, ve onu reddeden, İslam dinini kendine göre ve sunni inancın dışında yorumlayan, aslı doğruluk, kemali dostluk, cevheri, merhamet, görüşü eşitlik, hazinesi bilgi, meyvası sevgi hamuru ile yoğrulmuş, insanı Kamil ve erdemli insan yaratmayı ön gören, korkuyu aşıp sevgi ile tanrıya yönelen, Enel-Hak ile insanın özünde tanrıyı gören, yaradan ile yaradılan ikiliğinen Varlk Birliğine varan, edep ve ahlaklığı yaşamın temeline oturtan, insanı yücelten, hamurunda hem ilahiliğin hemde irfaniliğin mayası bulunan; kişinin ahlaklı ve karakterli yaşam ilkelerini belirleyen, Hz. Muhammed ve Hz. Ali’den gelen neslin imametini teberra ve tebelle ilkesi ile sahiplenen, dini biçim ve şekil olarak değil, gerçek anlamıyla algılayan, dini bağımsız bir irade gücü ve batını özelliği ile evrimleştiren akıl ve iman bütünlüğünde birleştiren ve tüm bunları Kırklar Cemi ile yürüten bir inanç sistemidir. Alevilik Aleviler için üst kavramı, Bektaşilik ve Kızılbaşlık ise alt kavramları oluşturur”

Ələviliyin təriqət əsaslarını yuxarıda qeyd etdiyim kimi Buyruqlar müəyyən etmişdir.Əldə etmiş olduğum Buyruqların dili onu deməyə əsas verir ki,bunlar ən geci XV-XVI əsrlərdə Türkcənin Azərbaycan ağızı ilə yazılmışdır və bu faktın özü həqiqətən də bu buyruqların ən geci XV əsrdən başlayaraq Ərdəbil dərgahı tərəfindən göndərildiyi faktını təsdiq edir.Orada tez-tez İmam Cəfərə istinad edildiyindən bu buyruqlar bir çox hallarda İmam Cəfər buyruğu da adlanır.Bu buyruğun əlimizdə olan ən qədim nüsxəsi Bisati tərəfindən 1607-ci ildə qələmə alınmış olsa da bunun üzünün köçürmə olması dəqiqdir.Çünkü yuxarıda qeyd etdiyim kimi yazının dili ancaq XIV-XV əsrlərin ƏdəbiAzərbaycan türkcəsinə aiddir.
Buyruqlarda həmçinin təriqətin əsasları,pir-talib münasibətləri,həmçinin qızıl-
baş sufi ruhani zümrəsinin iyerarxik quruluşu da verilmişdir.
Təriqət yolunu izah edən başlıqda talibə təriqət yolunun nə olduğu izah edilir:

“Ey talib, Həzrəti Muhamməd Mustafa sallalahu Taalâ əleyhi vəsəlləm və Həzrəti Fatıma və İmam Həsən və İmam Hüseyin və Oniki İmamın və sərvəri ənbiyanın rahı təriqətin bəyan edəlim kim bu yolda bu ərkânda rahı Haq ola və ərkânı qədim ola.
Məlum olur kim, beş kimsə zikr oldu. Biri Şahı Mərdan Əli, biri Həzrəti Fatıma, biri İmam Həsən, biri İmam Hüseyin, biri İmam Zeynəl Abidin. Bunların sözləridir. Əvvəlinci, hamuşluk (səssizlik) maarifətin bəyan edər. İkinci, zəhirnuşluk(zəhəri nuş etmə) maarifətin bəyan eder. Üçüncü bap, pərdəpuşluk (örtücü) maarifetin bəyan edər. Dördüncü, sufîlik bəyan edər.

Əgər sual etsələr kim “kimin fərzəndisən?” Cəvab ver kim: “Birinci şəriət, ikinci təriqət, üçüncü maarifət, dördüncü sırrı həqiqət; yol bunlardır diyəsin. Mânâsı budur kim, bu dörd âləmdir. Elminə əməl etmək dünyada tamah etməməktir. Tamah əhli didar görməz.”

Təriqətin şərtlərinin nələr olduğuna dair İmam Cəfər buyruğundan aşağıdakı göstəriş vardır:

“Sual etsələr kim, Təriqətin icabı qaçdır?. Cəvab ver kim: On ikidir. Birinci: Əvvəl kendi özün həssas etmektir(təmizləməkdir). İkinci: Maarifət toxumun əkməktir. Üçüncü: Meşfuk bəsləməktir. Dördüncü: Rıza ətəyin dutmaktır. Beşinci: Hikmət sıfatun səm etməktir. Altıncı: Özünü xidmət hörmətin saxlamaqdır. Yedinci: Özünü xidmət hörmətin saxlamaqdır. Səkizinci: Özünü səbr əlinə vermektir. Dokuzuncu: Muhabbət giləsi ilə ölçməktir. Onuncu: Təqva dəyirmanında özün arıtmaqdır. Onbirinci: Su ilə yuğurmaqdır. Onikinci: İradət tənnurunda bişmek ve ixlas süfrəsınə girmek özün dərvişlərə və fəqirlərə sərfetməktir”

Görüldüyü kimi Qızılbaş yolu və təriqətin əsası mənəvi saflıq,hikmət,elm,bilik,səbr,təqva iradə və s.insani keyfiyyətlərdir.Bu baxımdan həmçinin Ələvi-Bektaşi inancını araşdırarkən əminliklə söyləmək olar ki,qızılbaşlıq inancında hürufilik izləri də vardır.Lakin böyük bir ehtimalla qızılbaşlığın özü hürufiliyə çox ciddi təsir etmiş və hurufilərin çox ciddi təqib edildiyi XV əsrin ortalarında Bəktaşilər arasında qarışdığını güman etmək olar. Sufilik yoluna girən talib Pirə sözsüz qulaq asmalıdır.Pir də öz talibini bildiyi hər şeyi öyrətməli onun gerçək bir sufi olması üçün əlində gələni etməlidir.
Talibin boynuna düşən vacibatlar 3 sünnət 7 fərzdir.Buyruqda bununla bağlı aşağıdakılar yazılmışdır:

“Talibin boynunda Sufilik haqqında üç sünnəti vardur:Birinci gönlündə kin kibir (təkəbbür)olmaya,ikinci:qəlbində ədavət olmaya ,üçüncüsü türab ola(torpaq ola)”

Ələvililər bu gün 3 sünnət dedikdə əsasən aşağıdakıları anlayırlar :
1)Allahın birliyinə inanmaq;2)Ədavət saxlamamaq;3)Təriqətin əmrlərini yerinə yetirmək;

İlk baxışdan elə görünə bilər ki,yuxarıdakılar bir birinə uyğun gəlmir.Lakin dərinliyə vardıqda əslində ələvilikdəki 3 sünnətlə Buyruqda göstərilən 3 sünnətin eyni mənanı daşıdığı aydınlaşmış olur.Belə ki,Buyruqda buyrulan 1-ci şərt(təkəbbürü atmaq) əslində öz varlığını yox edib ancaq Allahın varlığına inanmaq anlamına gəlir.Çünkü təsəvvüfdə insanın öz varlığına şəhadət etməsi onun özünü Allahdan ayırmasıdır .Halbuki Allah və varlıq ikisi də vəhdətdirlər və birbirilərindən ayrı deyillər.
Əslində varlıq Yaradanın zühuru-yəni eynən bir güzgüdəki kimi əksidir.Bu baxımdan varlıq yoxdur.Varlığın özünü təsdiq etməsi ikilik sayılır.

3-cü bənddə isə torpaq olmaq-Pirin ayağının altında torpaq olmaq,alçaq könüllü başı aşağı olmaq deməkdir ki,bu da təriqətin əsasını təşkil edir.
(Aşağıda Şah İsmayıl Xətayinin divanından alıntılarla Ələviliyin elə Səfəvi qızılbaşlığı olduğuna dair dəlilləri təqdim edəcəyik.)
Yeddi fərzlə bağlı isə Buyruq talibə aşağıdakıları əmr edir:
“Birinci budur ki: Mürəbbisinə(Tərbiyəçi,lələ.) düşə. İkinci: Musahib ola. Üçüncü: Tac uruna. Dördüncü: Sırdar ola. Beşinci: Yârə yâr ola və özü ulu ola. Altıncı: Beli bərk ola(günahlardan çəkinə ,nəfsini qoruya) Yedinci:Haq ilə söhbət qıla(zikr edə)”
Burada mürəbbi dedikdə heç şübhəsiz tərbiyəçi və lələ nəzərdə tutulur ki bu da Ələvi-Qızılbaş ruhani zümrəsində mühüm yerlərdən birini tutur.Növbəti bölümdə bu barədə ətraflı məlumat veriləcəkdir.
Tac vurmaq isə təriqət yoluna baş qoymaq mənasını verir:

“Əgər sual etsələr ki “ tacın fərzi nədir?” Sən de ki “Pirdir, pirin sohbətin dutmaq və pirə qulluq etməkdir. Və tacın sünnəti pirə itaət etməkdir. Tacın əsli istiğfar etməkdir. Və mühasibiylə günahına tövbə etməktir. Tacın fər’i(qolları, budağı) cahillə söhbəttən etiraz eyləyip və fahişə avratdan kəsilməkdir” .

Və məhz imam Cəfər buyruğu və ya Şeyx Səfi buyruğu adlı sənəddə ilk dəfə tarixşünaslıqda uzun zamandır davam edən qızılbaş sözünün mənası və ümumiyyətlə qızılbaşların nə üçün qırmızı çalma taxdıqlarının izahı verilir:

“Əgər sual etsələr kim “göktən qaç tac endi?” cəvab ver kim ”yedi tac endi”. Əvvəlinci, Adəm Səfiyullah’a ak endi. İkinci, Nuh Nəbi’yə ak endi. Üçüncü Xəlil İbrahim’ə siyah endi. Dördüncü, Musa’ya sarı endi. Beşinci, İsa’ya gök endi. Altıncı, Həzrəti Rəsul’ə yeşil endi. Yedinci, Əmirül Mömin’in Həzrətlərinə qırmızı endi “

Deməli qızılbaşların geydiyi “tac” əslində təsadüfi baş örtüsü deyildir.Tac təriqət yoluna baş qoymaq,”əlinə,dilinə,belinə” sahib olmağın mənasını verir.Onun qırmızı rəngdə olması da Əliyə bağlı olduqlarının işarəsidir.Çox təəssüf ki,indiyə qədər Səfəvilər dövləti və qızılbaşlıq ideologiyası ilə bağlı yazılan əsərlərin heç birində Şeyx Səfi buyruğuna və ya İmam Cəfər buyruğuna müraciət edilməmiş və məhz bu üzdən tarixşünaslıqda yuxarıda qeyd etdiyim məsələlərlə bağlı dolaşıq fikirlər qalmaqdadır.

Sufi-qızılbaş yolunun əsasını dörd qapı və hər qapı 10 məqam olmaqla 40 məqam təşkil edir.Bu dörd qapı “şəriət”,”təriqət”,”mərifət” və “həqiqətdir”.Bu yol talibin Haqqa doğru yeridiyi yoldur.Həqiqət məqamında talib artıq öz yoxluğunu dərk edərək Haqqın varlığına və Vəhdaniyyətinə iqrar edərək Haq ilə Haqq olur.Ən-əl Həqq kəliməsinin də açarı məhz budur.Çünkü təsəvvüfə görə “görən də görünən də,sevən də sevilən də Haqqdır”.
Seyr-suluk(Təriqət yolu)-un özünün hər mərhələsinin öz salamı,öz cənabəti,öz qüsulu,öz ibadəti vardır. Bütün bunlar həmçinin talibin gözləməli olduğu 12 ərkan haqqında da Buyruqda məlumat verilir:

“İmam Cəfər Həzrətlərinə talib olana ərkân budur. Birinci: Qənaət əhli olmalı. İkinci: Səbr əhli olmalı. Üçüncü: mülâyim olmalı. Dördüncü: Cömərt olmalı. Beşinci: Gördügünü görmədim deməli. Altıncı: Pirdən rızasız iş istəməməli. Yedinci: Dögənə ve sögənə qul olmamalı. Səkizinci: Küfrü iman saymamalı. Dokuzuncu: Sağ mürəbbi(tərbiyəçi lələ-S.B). Onuncu: Sağ musahip. On birinci:Sağ söhbət,on ikinci sağ aşina.

Ondan sonra, səlâmün əleyküm demək, şəriət əhlinə gəlmişdir. Eşq olsun demək , təriqət əhlinə gəlmiştir. Quvvət olsun demək, maarifət əhlinə gəlmişdir. Hü demək həqiqət əhlinə gəlmiştir. İmdi məlum oldu ki, sağ birdir. Müşkil qırktır.

Adəmden son peyğəmbər gəlincəyə deyin yol ərkân yoq idi. Muhammed Mustafa və Əliyyəl Murtaza cümləyə rəhmət gəldilər, dini zahir eylədilər. Ərkân qoydular. Şəriət zahir oldu. Təriqət və Həqiqət sir oldu.Şəriət Muhammədin oldu.Təriqət və Həqiqət Əliyə gəldi. “

“…..şəriat cünubu, su ilə təmiz olur. Təriqət cünubu, pir əlindən təmiz olur. Maarifət cünubu, mürşit əlindən təmiz olur. Həqiqət cünubu mürəbbi əlindən təmiz olur. Musahip cünubu, kəm huylarına tövbə edip yaramaz əməlin tərk edib xəlifə əlindən təmiz olur.”

Sufi Qızılbaşlığın ayrılmaz tərkib hissələrindən biri də İqrardır.İqrar söz,and mənasındadır.”Var olmaq üçün verilmiş söz”deçəkdir.Ələvi-Qızılbaşlıqda “öl iqrar vermə,öl iqrarından dönmə!” deyimi vardır .İqrarını pozan adam təriqətdən çıxmış sayılır.İqrarın bir neçə növü vardır:Allah qarşısında iqrar,mürşid qarşısında iqrar,rəhbər qarşısında iqrar,mürəbbi qarşısında iqrar,musahiblik iqrarı,həyat yoldaşı qarşısında iqrar,kirvəlik iqrarı vəs.Bunlardan ən önəmlisi təbii ki,Allah qarşısında iqrardır.Başqa sözlə desək bu bizim anladığımız kəlimeyi şəhadətdir.Ələvi qızılbaşlıqda hər mərhələnin öz təsdiq və təslimi-yəni kəlimeyi Şəhadəti vardır.Şəriət mərhələsi üçün Allahdan başqa ilah yoxdur,Muhamməd onun rəsulu,Əli isə Allahın dostudur. Təslim və təsdiqin ən uca məqamı isə Allahdan başqa mövcudat yoxdur deməkdir.
Bunda başqa ələvi-qızılbaşlığın ən mühüm iqrarlarından biri də pir-i mürşid qarşısında iqrardır.İmam Cəfər buyruğu bu iqrarı belə səsləndirir:
“Başımı yoluna qoydum, mənim degil sənindir. Yəni ər haq meydanıdır. Məlum oldu ki meydana gələn kişi başını top eyləyip ustadına al deməktir. Və həm dəxi kendi özünü meydanda kölə edip başından və canından geçmək gərəktir. Öylə olmaq, kendini təsdiq və təslim qılmaktır”
Qırxlar məclisinə inam da Ələvi qızılbaşlıq ideologiyasında əsas yerlərdən birini tutur.Belə ki,rəvayətə görə Muhaməd Peyğəmbər meraca gedərkən yolda bir aslana rast gəlir.O aslana barmağındakı üzüyü verir.Sonra Meracda Allahla doxsan min kəlam “səsləşəndən” sonra geri dönərkən bir məclisə uğrayar.Qadın və kişilərdən ibarət 40 nəfərin olduğu sirli məclisdə Əlini və onun barmağında az öncə aslana vermiş olduğu üzüyü görər və tanıyar.Həmçinin orada Həsəni,Hüseyni,Fatiməni,Salman Farsini tanıyar.Bu 40 nəfərlə bir yerdə içdiyi şərbətdən “dəm” olub Səmaha(ilahi eşq vəziyyətində,vəcd halında oynanılan rəqs)girər və Əlinin vilayətini orada təsdiq edər.Ələvilərin inancına görə sirli 40 ərənlə gerçəkləşdirilmiş olan bu cəm mərasimi ilk cəmdir.Peyğəmbərin qırxlar məclisini bir sıra qəzəllərində,şeirlərində və həmçinin ələvi qızılbaşlar arasında məşhur olan Meracnaməsində adını çəkir.
Qırxlar məclisinə inamın Ələvi-Qızılbaşlıqda vacib şərt olduğu həmçinin Buyruqlarda da qeyd olunmuşdur.
Müsahiblik Ələvi-qızılbaş inancında mühüm yerlərdən birini tutur.Müsahib-qarşılıqlı sahib olma deməkdir.Müsahib olanlar bir birlərinə görə qarşılıqlı məsuliyyət daşıyır,bir birilərinin günahlarına görə məzəmmət edir və uğurlarını da öz uğurları sayırlar.Müsahib olan şəxslər demək olar ki,eyni ailə olurlar.Qızılbaşlıqda buna həmçinin qarındaş olma ərkanı da deyilir.Müsahiblər bir birlərinin valideynlərini özlərinə valideyn,övladlarını isə öz övladı sayırlar.Bu üzdən Müsahiblər həm özləri həm də onların övladları evlənə bilməzlər. Ələvi qızılbaşlıqda Hz.Əli ilə Hz.Muhəmmədin də müsahib olduğu inancı vardır.Lakin Hz.Əli ilə Hz.Fatimənin-yəni Hz.Muhammədin qızının evlənməsini vilayət və nübüvvət nurunun birləşməsi kimi dəyərləndirirlər və buna zahiri anlamda deyil batini anlamda baxarlar.
Qızılbaş uşaqlar bəlli bir yaşa çatdıqdan sonra kəmərbəst olunur.Yəni mürəbbi tərəfindən təlimə götürülür.Mürəbbisi onu tərbiyələndirdikdən təriqətin əsaslarını öyrətdikdən sonra müsahibliyə girir və təriqət iqrarı verir.
Ələvi-Qızılbaş ideologiyasında İbadətin də öz yeri vardır.Ələvilərin toplu halda etdikləri ibadət Cəm ibadəti adlanır.Bu ibadət bir növ Cəfərilərin keçirdiyi Cümə namazının Qızılbaş ələvilikdəki qarşılığıdır.Lakin bu ibadətdə Cümə namazından fərqli olaraq qadın kişi ayırımı edilmir.qadınlarla kişilər bir yerdə ibadət edirlər.Ələvilərə görə Cəm eynən qiyamət günündə bütün insanların bir yerdə cəm olunacağına,Allah qarşısında bütün insanların bərabərliyinə həmçinin Tövhidə(vəhdətə,Vəhdət-i Vücuda) işarədir.Cəm ibadətinin keçirilməsinə 12 xidmət sahibi nəzarət edir.Onlar haqqında növbəti bölümdə ətraflı məlumat veriləcəkdir.
Ələvilikdə Cəm-in özünün də mərhələləri vardır:Cəm,Cəm-ül-Cəm,Eyn-ül Cəm,Əhədiyyətül-Cəm.Xalq ibadəti olan Cəmə hər kəs buraxılır lakin digərlərinə isə əsasən təriqətin yuxarı mərtəbəsinin sahibləri buraxılırlar.
Qızılbaşlıqda həmçinin dövriyyə inanışı da var idi.Dövriyyə insanın təkamülü onun torpaq olmaqdan insan olmağa qədər keçmiş olduğu inkişaf yoludur.Sufi fəlsəfəsinə görə insan iki təbiətlidir:sufli təbiətli və ülvi(ilahi) təbiətli.Sufli təbiəti onun heyvani və nəfsani istəkləridir ki,sufli təbiətinə görə insan heyvandan heç nəyi ilə fərqlənmir.Ülvi təbiət isə insanı Adəm qılan təbiətdir.Yəni onu Haqq qatında dünyanın əşrəfi edən bütün xüsusiyyətlər-ağıl,dərrakə,əxlaqi saflıq,nəfsini öldürmə,Allaha bağlılıq-bunların hamısı İlahi xüsusiyyətlərdir.Ruhun özü də məhz bu baxımdan iki təbiətlidir-sufli və ülvi.Bütün heyvanların ruhları sufli təbiətli ruhlardır.Əgər bir insan öz sufli təbiətinin əsiridirsə onun ruhu məhz sufli təbiətlidir və həmin insanın heyvandan heç bir fərqi yoxdur.
Dövriyyə fəlsəfəsinə görə insan daha doğulmadan öncə İlahi nur ikən doğulana qədər müəyyən yol gəlib keçmişdir.Əvvəlcə ruh olmuş və daha sonra torpaq kimi doğulmuşdur,torpaq kimi doğulduqdan sonra nəbat(bitki) və heyvan şəkilndə gəlib getmiş və ən sonda isə insan şəklində doğulmuşdur.Qızılbaş-ələviliyə görə sufli təbiət məhz bu zaman qazanılmışdır.
Ələviliyin təməl ideologiyalarından biri məhz təbərra və təvəlladır.Təvəlla-Allahı,onun rəsulunu və pak əhli beytini,imamları sevmək,təbərra isə onları sevməyənləri isə sevməmək və onlara nifrət etməkdir.
Həmçinin Əmr be maruf və nəhy əz münkəri-Doğru yola yönəltmə və günahlardan çəkindirmə -Ələvi qızılbaşlıq ideologiyasında mühüm yer tutur.
Ələvi-Qızılbaşlıqda eyni zamanda özlərini məzəmmət etmə və pir qarşısında “dara durma”,”özünü dara çəkmə” qavarmı da vardır ki,bu da təslim olma səcdə etmə və inayət istəmə deməkdir.Ələvinin günahlarını yumaq üçün pir qarşısında və ələvilər qarşısında tövbəsi anlamına gəlir.
Beləliklə özünün sadə xalq fəlsəfəsi ilə,əxlaqi təmizliyi ilə Qızılbaşlıq XIV-XV əsrdən etibarən bütün türkmən tayfalarını öz ətrafında birləşdirə və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə qaldıra bilmişdi.Səfəvi şeyxləri sünni hakimlərin və dini elitanın xalqın ruhuna yad olan mürtəce siyasətlərinə qarşı özlərinin xalqın ruhundan xəbər verən Qızılbaşlıq ideologiyasını qarşı qoyur və sürətlə öz sıralarını genişləndirirdilər.Mürşidə bağlılıq,onun itaətindən çıxmamaq,gərəkirsə onun yolunda can vermək,elm ərkan sahibi olmaq qızılbaşlıq ideologiyasının əsas qayələrindən idi.Məhz bu faktor ələvi qızılbaşlığı XV əsrin sonlarında sayca az olmalarına baxmayaraq Azərbaycan uğrunda mübarizədə qalib gəlmələrində əsas oldu.


shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#18 Сообщение shahkulu » 05 дек 2013, 18:34

2.Səfəvi-Qızılbaş ruhani zümrəsi.
Hər bir dini təriqət də olduğu kimi Səfəvi-Qızılbaşlığında da ruhani zümrəsi var.Bu zümrə ortodoksal şiə ruhani zümrəsindən fərqli olaraq müəyyən bir iyerarxik quruluşla bir birinə bağlı olan sufiləri,dərvişləri,qaziləri,təriqət başcılarını vəs. özündə cəmləşdirirdi.
Sufi təriqət üzvlərinin cəmiyyəti və icması təkyə adlanırdı.Bu icmanın özünün dini rəhbəri və bu rəhbərə tabe olan müridləri,talibləri var idi.Bütün bu icma rəhbərləri özləri Səfəvi xanədanı tərəfindən göndərilən xəlifəyə,xəlifələr Xəlifət-ül Xüləfaya o da öz növbəsində Mürşid-i Kamilə yəni Səfəvi seyxlərinə,1501-dən sonra isə şahlara tabe idilər.Lakin Səfəvi şahlarından Mürşid-i Kamil titulunu həqiqi mənada daşıyan yalnız Şah Xətayi olmuşdur.Digərləri bu adı formal olaraq Anadolu Ələvi-qızılbaşlarından Osmanlılara qarşı istifadə etmək üçün daşımışlar.
Ümumiyyətlə ayrı-ayrı epizodik məlumatları çıxmaq şərti ilə ilə tarixşünaslıqda bu mövzu ayrıca tədqiqat kimi işlənilməmişdir.Bu mövzu haqqında biz yalnız Ələvi müəlliflərin əsərlərində rast gələ bilirik
Lakin bu əsərlər ancaq Anadolu Ələvi-Bektaşi ruhani zümrəsi barədə məlumat verdiyindən biz bu əsərlərin heç birində Anadolu Qızılbaşları ilə Səfəvi xanədanı arasındakı əlaqələrin tarixinə rast gəlmirik.Bu baxımdan həm mənbələrin özündə,həm də ki,tarixşünaslıq əsərlərində demək olar ki bu mövzu işlənməmişdir və hələ də işlənməsini gözləyir.
Yuxarıdakı bölümdə biz Anadolu Ələvi-Bektaşiliyinin Qızılbaşlıqla birbaşa əlaqəli olduğunu sübut edən sənədi-müxtəlif adlarla tanınan və əsasən Ərdəbil xanədanı tərəfindən Ələvi-Bektaşilərə təriqətin əsaslarını düzənləmək üçün göndərildiyi məlum olan-Buyruqları sizlərə təqdim etmişdik və bildirmişdik ki əgər bu sənəd Səfəvi şeyxləri tərəfindən Anadoludakı ələvi müridlərə göndərilibsə
deməli bu buyruqlar onların özləri üçün də keçərlidir.
Ümumiyyətlə Anadolu Ələvi-Bəktaşiliyinin Səfəvi dərgahı ilə bağlı olmasını sübut edən bir sıra mənbələr vardır.Şah İsmayılın şeirlərində əks olunan qızılbaşlıq ideologiyası ilə ələviliyin müqayisə edilməsi,onun Ələvilərin yeddi ulu ozanından biri sayılması,Şah İsmayılın Sultan Səlimə yazdığı məktublarının birində Anadolu ələvilərini öz müridləri adlandırması, habelə Ələvilərin dahi söz sənəti ustalarından olan Pir Sultan Abdal,Qul Himmətin və s.şeirlərində bir sıra hallarda həm şah Xətayiyə həm də digər Səfəvi şahlarına müraciətlər onları öz mürşidləri saymaları məhz Səfəvi Qızılbaşlığının Anadolu Ələviliyi ilə birbaşa bağlılığına işarədir.
Haqqında söhbət açdığım mənbələri analiz edərək Səfəvi-Qızılbaş Ruhani zümrəsini aşağıdakı kimi nisbi təbəqələşməsini verə bilərik:

1.Ali ruhanilər-Təriqət başçıları:Mürşid-i Kamil,şeyx,mürşid/dədə,xəlifət-ül xülafa,xəlifə,rəhbər ,
2.Təlim verən,yolgöstərən bələdçilər:Rəhbər(ustad),mürəbbi(lələ)
3.Cəm ibadətini təşkil edənlər:gözcü,çerağçı,zakir,süpürgəşi(fərraş),təzəkkar, ,səqqa,loğmaçı,qapıçı,peyik(carçı),iznikçi
4.Mücahid sufilər-əsasən qazilər,sipahilər,sərbazlar,canbazlar,
5.Təriqətin sadə üzvləri:taliblər,dərvişlər,abdallar,qələndərlər,əxilər vəs.

Onu da qeyd edim ki,bu yuxarıda qeyd etdiyim təsnifat özü tamamilə nisbi bir təsnifatdır.Çünkü hər hansısa bir təbəqəyə aid etmiş olduğum təriqət üzvünü eyni zamanda bir neçə başqa təbəqəyə də(əsasən özündən aşağıdakı)aid etmək olar.
Qızılbaş ruhani zümrəsində hər bir təriqət üzvü bir biri ilə pirlik taliblik əlaqəsi ilə bağlıdır.

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#19 Сообщение shahkulu » 05 дек 2013, 18:34

Pir dedikdə əsasən peyğəmbər soyundan gələn və taliblərə yol göstərən Mürşidlər nəzərdə tutulur.Bu baxımdan Qızılbaşlıqda təriqət üzvləri xüsusi bir iyerarxiya ilə bir birinə bağlıdırlar.Hər bir talibin mürşidinin mürşidi eyni zamanda onun da mürşidi və piri sayılır.Hər bir mürşidin talibinin talibi onun da talibi sayılır.
Taliblər iqrar verdikləri andan öz canlarını rəhbərə və mürşidə verirlər və onların göstərişlərinə sözsüz itaət edəcəklərinə iqrar verirlər.İqrarını pozan talib müridlikdən çıxarılır.Eyni zamanda mürşidlər və rəhbərlər də xüsusi ağıla dərrakəyə bacarığa malik olmalı və öz talibini irşada yetirməyi bacarmalıdır.Həmçinin mütləq bir şəkildə pir seyyid Peyğəmbər nəslindən olmalıdır çünkü simvolik olaraq pir Hz.Peyğəmbəri təmsil edir.
Buyruqlarda pirlik,taliblik,pir-talib münasibətləri,pirin və talibin öhdəsinə düşən vəzifələr həmçinin Qızılbaş ruhani zümrəsinə aid bir çox məsələlər işıqlandırılmışdır.
Pir olan kəsin vəzifələrinin nə olduğu,onun talibi ilə münasibətləri,daşıdığı məsuliyyət,həmçinin kimlərin pir seçiləcəyinə dair göstərişlər Buyruqda öz əksini tapmışdır:
“Zira əzəldən hırka və məftul və irşad və tövbə və pirlik və səccadə bunun cümləsi Şahı Merdan Əli’yə gəlmişdir. Şimdi şah evladı və nəsli olmayan kimseye pirlik etmək caiz değildir. Evlad-ı Muhammed-Ali’den ola ki pirliği caiz ola. İlmi ile iş yapa. Dört kapı, kırk makamdan on iki erkândan , on yedi kemerbestten, üç sünnetten, yedi farzdan, bir şarttan, meşayihi kübra ilminden haberdar ola. Ve tarikat ile otura, dura ki hakikat ile yola vara ki pirliği caiz ola. Çünki talib ve yol mürşidindir.”
Göründüyü kimi pir peyğəmbər nəslindən seçilməklə olduqca böyük bir məsuliyyət daşıyır.Çünkü o bir tərəfdən peyğəmbərin nəslindəndir və onu təmsil edir digər bir tərəfdənsə o həmçinin öz talibini irşada yetirməyə,onu işıqlandırmağa,mühüm elmləri ona öyrətməyə borcludur.Talibinin də məsuliyyəti onun üzərindədir.
Pir talib münasibətlərini nizamlayan Buyruqda ayrılıqda həm pirin həm də talibin üzərilərinə düşən vəzifə öz əksini tapmışdır.Pirin borcu və vəzifəsi talibini irşada yetirmək onu ərən etmək,talibin borcu isə öz pirinə,rəhbərinə,müsahibinə,mürəbbisinə(lələsinə) qulaq verməli və onların sözlərini dinləməlidir:
Ve İmam Cafer Sadık Hazretleri bir kavilde, öyle buyurmuştur ki, cemi yol ehli olan pir ve talip ola. Bir pir, talibi irşad eylemese ve talip de irşad olmasa o nasıl pir olur. Ve dahi talip de pirin sözüne kail olmadı, rehbere ve müsahibe kail olmadı ve teslimi rıza kapısında olmadılar, tarikatı, hakikâti hal bilmediler; yoldan erkândan dışarı çıktılar. Ol taliplerin ikrarları caiz olmaz.
Ve talip dahi öyle ola ki rehbere ve müsahibe kail ola ve dahi bir talip rehberinin ve müsahibinin nüfusun tutmasa ve buyurduğuna gitmese ol talip, talip olamaz, kalıp olur. Onların ikrarı caiz ve kurbanı kabul değildir. Yedi Tamunun kapısı ol kimselere açıktır. Və səkkiz uçmaq qapısı onlar üçün bağlıdır
Əgər talib öz pirinə dönük çıxarsa,verdiyi iqrarı pozarsa,pirinin,rəhbərinin göstərişlərini tutmazsa o dönük sayılır təriqətdən qovulur.Əgər ki,pir öz talibinin irşada yetməsi ilə məşğul olmazsa,seyidliyə yaraşmayan hərəkətlər edərsə o seyidlikdən və pirlikdən məhrum olmuş sayılır:
“Ol kimseler tarikatte ve hakikatte dönek sayılır.Eğer, evladı Resule ikrar getirmeyip biat kılmayan ve iradet getirmeyen, gerek pir, gerek talip her kim olursa olsun; yedikleri haram ve yudukları murdar, ikrarları caiz değildir. Tacı delik, tarikatta dönek, yüzleri karadır. Erkâna, tarikata ve hakikata sığmazlar. Zira ki evladı Resulden reddolmuşlar ve hem onlar sermayesiz kalmışlardır. Evladı Resule biat kıldığı zaman serçeşmeye ermiş ola “
Pir olan kimsələr nələri bilməsi gərəkdiyini buyruq çox açıq şəkildə bildirir:
“İmam Cafer Sadık Hazretleri buyurur ki: Pir olan kimseler kamil olalar. Dört kapı nedir,bileler. Evvel şeriatı, ikinci tarikatı, üçüncü marifeti, dördüncü hakikâtı bilmek gerekir ki bunlar nereden geldi, neden hasıl oldu, aslı nedir, bunların edebi nedir, udu nedir, hayası nedir, erkânı nedir, tövbesi nedir, farzı nedir, sünneti nedir, nafilesi nedir ,işlemesi nedir, bunları bile.
Şimdi, pir olan kimselere gerekir ki şeriat gemisine gireler, tarikat denizinde yüzeler, marifet dalgıcı olup hakikat incisine erişip çıkaralar. “
Demək pir olmaq üçün təkcə peyğəmbər soyundan gəlmək kifayət etməz.Pir olanlar gərək dörd qapı qırx məqamı bilələr və ən azı təriqət məqamında olalar,hər cür elmdən kamil şəkildə xəbərdar olalar əxlaqlı,saf,arif və aqil olmalı idilər.
Mürşidlər eyni zamanda bundan başqa bir icmanın rəhbərləri kimi icmanı da idarə edirlər.Bütün mübahisəli məsələləri həll edirlər.Hər hansısa bir mərasim olduqda istər toy mərasimi olsun istər yas-o mərasimi mürşid tərəfindən aparılır.Müsahib olanlar,yola çıxanlar,halallıq alanlar,üzrxahlıq edənlər,talibliyə qəbul olunanlar,evlənənlər,sünnət edənlər vəs.hamısı mürşidin rızasını almalı idilər.
Rəhbər(Ustad)-Qızılbaş icmasında Mürşiddən sonra ikinci yeri tutur.Rəhbər əsasən taliblərə yol göstərilməsi,onlara ədəb ərkan öyrədilməsi,təriqətin ədəb ərkanını,üç sünnət,yeddi fərzi,təsdiq və təslimi,təriqətin 12 ərkanını öyrədir ,onlara təriqət yolunda bələdçilik edir və onları bir növ “mürşid ətəyindən yapışmağa”hazırlaşdırırlar.Bu baxımdan rəhbərlərin özləri də olduqca bilikli bir şəxs olmalı idilər.
Xəlifə-nümayəndə,canişin mənasını verir.Səfəvilər dövründə Xəlifə Səfəvi şeyxlərinin yəni Mürşid-i Kamilin yerlərdəki nümayəndəsi idi.Bir sıra hallarda xəlifələr məhz Anadoludakı ələvi-bektaşilər arasında missionerliklə məşğul olub onları səfəvi xanədanının müridləri edirdilər.Xəlifələrin ələvi icması arasında nüfuzu çox böyük idi və onlar xəlifənin göstərişlərinə qulaq asır və lazım olduqda xəlifənin göstərişi ilə Osmanlı hökümətinə qarşı müəyyən hərəkətlərdə də bulunurdular.
Xəlifələr əsasən XV-ci əsrdən etibarən Anadolu ələviləri yola gətirmək və mürid toplamaq üçün əsasən Səfəvi şeyxləri zamanından göndərilirdi.Bu xəlifələrin özləri və oğulları sırasından Anadolu Ələvi-Bəktaşiləri arasında parlaq şəxsiyyətlər çıxmışdır.Məsələn məşhur 1510-1512-ci illər məşhur Şahqulu üsyanının rəhbəri olan Şahqulu baba Şeyx Heydərin Təkə elindən olan Həsən adlı xəlifəsinin oğlu idi.
Ələvilərin böyük soy ustadı olan Kul Himmət də özünün Ərdəbildən gəldiyini və Səfəvi soylu olduğunu şeirlərində bildirir və böyük bir ehtimalla onun özü də ya xəlifə olmuş ya da hər hansısa bir xəlifənin oğlu olmuşdur.
Xəlifələrin əsas vəzifələri əsasən icmaların işlərinə nəzarət etmək həmçinin mərkəzdən gələn tapşırıqları və buyruqları mürşidlərə çatdırmaq idi.Xəlifə həmçinin mürşidin yanında rəhbər rolunu da oynaya və müridlərə ustadlıq da edə bilirdi.Bu baxımdan təriqət qaydalarını pozanlar ən müxtəlif şəkildə cəza da alırdı.Ən geniş yayılmış cəza pul cəzası idi.Bu barədə buyruqlarda məlumat vardır:
“Evvel farz budur ki; zahit dinini şeytandan nice sakınırsa ehli tarikat dahi yolunu dinini öyle sakına.
İkinci farz budur ki; desti kudret makamına iletmiş ola. Yani candan geçe haktan dönmeye.
Üçüncü farz oldur ki; dünya kendine zerre kadar gelmeye.
Dördüncü farz oldur ki; halifeden tövbe ala
Pes, evvel sünnetten düşen talibi kendi gönlüne salasız. Nice hizmet ederse kabul edesiz. İkinci sünnetten düşen talipten bir akçe tercüman alasız. Üç akçe halifeye veresiz. Üçüncü sünnetten düşen talibe bir tarik uralarÜçüncü farzdan düşen talibe; dokuz tarik uralar. Dokuz akçe tercüman alalar. Üç akçe halifeye veresiz.

Böyük bir ehtimal ki,cəza olaraq yığılan pullar Səfəvi xanədanına göndərilir və xanədanlığın müəyyən tələbatlarını ödəmək üçün sərf edilirdi.Xəlifələr daha çox təkəlü tayfasından seçilirdi.
Səfəvi qızılbaş ordenində Xəlifət-ül-xüləfa rütbəsi də var idi ki,bu da xəlifələr xəlifəsi-yəni xəlifələr şəbəkəsinin başçısı idi.Əslində o Səfəvi xanədanının bütün fəaliyyətini istiqamətləndirir və ona nəzarət edirdi.Xəlifələrdən gələn məlumatları,ləvazimatları,pulları qəbul edir və bu barədə mürşid-i kamilə(şeyxə və ya şaha) xəbər verirdi.
Onlar ilkin təriqətin ali başçıları kimi öz sufilərindən kor-koranə
itaət tələb etdilər”. Böhranlar dövründə onlar öz tərəfdarlarının“şahsevənlik” hisslərinə müraciət edirdilər, çox zaman tayfalararası didişmələri təriqət ardıcılları arasında hökm sürən, müridləri öz “mürşid-i kamilinə” (yəni şaha və ya şeyxə) danışıqsız itaətə çağıran ən sərt intizam sayəsində
yoluna qoyurdular
“Xəlifələrlə” yanaşı “ithaf olunanlar”ın “pirə” (“böyüklər,ağsaqqallar”) adlanan daha bir kateqoriyası da var idi. V.F.Minorskinin fikrincə, “xüləfa” “xəlifət əl-xüləfanın” qısaldılmış formasıdır. Təriqətin işlərini idarə edən və onun tələblərində bacarıqlı sərkərdə kimi xidməti olan İsmayılın ən yaxın silahdaşlarından biri mənbəklərdən göründüyü kimi Xədim bəy Xüləfa, yaxud adı tez-tez qısaca çəkilən Xüləfa bəy olmuşdur.
“Xəlifət əl-xüləfa” qızılbaş tayfalarının imtiyazlı zümrəsi içərisindən təyin edilir və bir qayda olaraq, türk (azərbaycanlı) olurdu. Səfəvi sülaləsinin şahları onların köməyi ilə yalnız özlərinin arxalandıqları, onları hakimiyyət başına gətirmiş qüvvələrə deyil, həm də öz ardıcıllarının geniş şəbəkəsinə nəzarət edirdilər. Xəlifət əl-xüləfalar böyük hakimiyyətə malik olub “mürşid-i kamilin” (yəni şahın) təriqət işləri üzrə müavinləri sayılırdılar. Məsələn, I Şah Təhmasib dövründə xəlifət əl-xüləfa vəzifəsini tutan Hüseynqulu Xüləfa Rumlunun adı çəkilir. O, “təbil və bayraq sahibi” olmasa da, böyük nüfuz və təsir sahibi idi. Diyarbəkirdən və Kiçik Asiyanın digər vilayətlərindən “şah astanasına” gələn çoxsaylı sufilər tamamilə ona tabe idilər. İskəndər bəy Münşi I Təhmasibin müasirləri olan əmirlərin siyahısında adi “xəlifə”lərin siyahısında 3 şamlı, 1 türkman, 4 zülqədər, 3 qacar, 1 kürd,1 cağatay tayfa əmirlərinin adlarını çəkir.Onların arasında Bolğar Xəlifə,Ərdoğdu xəlifə,Dədə Xüləfa Ustaclu,Xəlifə Ənsar vəs.

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Səfəvi Qızılbaş ruhaniliyi

#20 Сообщение shahkulu » 05 дек 2013, 18:38

Mürşid-i Kamil-Bütün təriqətin başçısı və Səfəvi xanədanının rəhbəri olan şəxsdir mürşiddir.1501-ci ilə qədər Ərdəbil Səfəvi xanədanının şeyxləri mürşid-i kamil olurdular.1501-dən sonra isə bütün Səfəvi şahları mürşid-i kamil idilər.Lakin Səfəvi şahlarından Şah İsmayılı çıxmaq şərti ilə digərləri bu adı öz üzərində formal olaraq daşıyır və mürşid-i kamil olmaq üçün lazım olan heç bir tələblərə cavab vermir və ümumiyyətlə Səfəviyyə və Ərdəbil xanədanı ilə maraqlanmırdılar.
Onun adından ancaq formal olaraq hər hansısa bir zərurət yarandıqda mürşid-i kamil adından istifadə edirdilər.Məsələn,sünni ruhanilərin təsirinə düşən Şah II İsmayıl(1576-1578) Bolğar xəlifəyə acıqlanarkən ətrafında olan sufilərə onu döyməyi əmr edərkən bunu belə əsaslandırır ki,”bir xəlifə ki,öz mürşid-i kamilinə yalan deyir ,cəzaya layiqdir.”
Lakin buna baxmayaraq qızılbaş tayfaları və təriqət üzvləri Səfəvi şahlarını hər zaman öz mürşid-i kamilləri hesab etmişlər və elə İskəndər bəy Münşinin yuxarıda verdiyim məlumatında bu dediklərim öz təsdiqini tapır.
Ümumiyyətcə o dövrün qaynaqlarını araşdırarkən belə bir nəticəyə gəlmək olur ki,Səfəvilər dövləti yarandıqdan sonra dini baxımdan ruhanilik iki təbəqəyə bölünmüşdü:

1)Dövlətin rəsmi ideologiyası kimi qəbul edilən Ortodoksal Şəriət Cəfəriliyi və onun ruhani zümrəsi
2)Sufi-Qızılbaş təriqəti və Ərdəbil xanədanına aid olan sufi ruhaniliyi..

Bunlardan heç biri Şah İsmayılın dövründə bir birlərinə qarışmırdılar.Şah İsmayıl Xətayi əsasən ikincilərə meyl edirdi.Mənbələrin bir çoxunda Şah Xətai məhz mürşid-i Kamil,Avropa qaynaqlarında isə Böyük Sofi(Sufi) adlanırdı ki,bu sözün özü də elə Mürşid-i Kamil deməkdir.Çox olsun ki,sarayda və şahın ətrafında İsmayıl öz sufi əhatəsi ilə daha çox vaxt keçirirdi.Belə güman etmək olar ki,Səfəvi-Qızılbaş ruhaniliyinin öz məclisi(cəmi) var idi və bu məclisdə Sufi Təriqəti üzvləri öz Səfəvi-Qızılbaş ibadətlərini yerinə yetirirdilər.Mənbələrin incələnməsi onu göstərir ki,bu məclisə əsasən qızılbaş tayfa başçıları daxil olurdu.Şah İsmayılı sufilər dəlicəsinə sevirdilər və bu sevgi indiyədək ələvi-qızılbaşlar arasında yaşamaqdadır.

Lakin onun ölümündən sonra yerinə gələn oğlu Təhmasib(124-1576)bu sufi qızılbaş məclisinə və ümumiyyətlə qızılbaşlığa o qədər də önəm vermədi və əsas diqqəti ortodoksal cəfəriliyin Azərbaycan və İranda yayılmasına yönəltdi.Üstəlik Sufi Qızlbaş məclisinin əsaslarını sarsıdacaq bir sıra addımlara da əl atdı:Bir sıra Qızılbaş əmirlərini edam etdirdi,həmçinin əvvəllər onun atası Şah İsmayıla sədaqətlə xidmət etmiş bir sıra sufiləri,qələndəriləri təqib etdi.Lakin buna baxmayaraq Sufi ordeni öz varlığını sürdürdü.Görünür bu orden formal da olsa Osmanlılarla müharibədə Anadolu qızılbaşlarını yönətmək üçün gərəkli idi.
Sufi təşkilatı o dərəcədə yaşamağa qabil idi ki, hətta I Abbasın ölümündən sonra da şahın öz ardıcıllarının “mürşid-i kamili” olması ideyası onun nazirləri tərəfindən tanınmışdı. Lakin sonralar xəlifət əl-xüləfa vəzifəsi siyasi hakimiyyətdən uzaqlaşdırıldı və sadəcə olaraq “sufilərin işlərinə dair katibliyə” çevrildi. Məsələn, “Təzkirət əl-mülük”də göstərilir ki, şahın adından fəaliyyət göstərən xəlifət əl-xüləfa bütün vilayətlərə (məmalik) öz nümayəndələrini (xəlifə) təyin edir.

Sufi-Qızılbaşlıq XVI əsrin sonlarında I Şah Abbasın (1587-1629)hakimiyyəti dövründə qızılbaşların sıxışdırılması ilə öz mövqelərini tamamilə itirdi və demək olar ki,dövlətdə aparıcı rol fars ünsürünün əlinə keçmiş oldu.
Mürəbbi və ya lələ-tərbiyəçi deməkdir.Sufi-Qızılbaş ruhaniliyində aparıcı yerlərdən birini tutur.Onun əsas vəzifəsi tərbiyələndirmək,talibləri yola hazırlamaq və müsahib etməkdir.Mürəbbilər qızılbaş uşaqlarının tərbiyəsi ilə məşğul olur,onları yola hazırlayır və nəhayət bəlli bir yaşa çatdıqda müsahib edir.Şah İsmayıl Xətayinin lələsi Hüseyn bəy Şamlı olmuşdur.
Bundan başqa Cəm evinin 12 xidmət sahibi də Qızılbaş ruhaniliyində mühüm yeri tutur.Onların hər biri simvolik batini məna daşıyır.Cəm evi batini anlamda “könül evidir”
Gözcü-Cəm ibadətini təşkil edən 12 xidmət sahibi arasındadır.Rəhbərin yardımçısıdır.Cəmdə ədəb ərkanı təmin edər,Cəmin qayda qanununa hər kəsin riyaət etməsinə nəzarət edər.Günah işlətmiş olanların,yol düşkünlərinin Cəm-ə girməsinə icazə verməz.
Batini anlamda “könül evinə” şeytanın girməsinin qarşısını alandır.
Çerağçı -Cəm evinin işıqlandırılmasından məsuliyyətlidir.Batıni anlamda qəlblərin aydınladılmasına və İlahi nurun qəlblərə yol tapmasını simvolizə edir.
Zakir -İbadətlərdə musiqi alətlərinin(əsasən sazın)vasitəsi ilə gözəl səslə dini musiqiləri ifa edəndir.Bundan başqa Quran oxunması işi də zakirə aiddir
Süpürgəçi(fərraş) -Cəm evinin təmizliyinə görə məsuliyyət daşıyır.İbadətdən qabaq Cəm evini təmizlər.Batın-i anlamda qəlb evinin silinib təmizlənməsinə işarədir.Çünkü Haqqın məkanı olan qəlb evi təmiz olmalıdır.
Təzəkkar -Təriqət abdəstinin alınmasına xidmət edir.Əlində ləyən,su qabı,çiynində dəsmal xidmətdə durar.Bu da günahlardan təmizlənməni simvolizə edər.
Səqqa -Cəm evində su,süd,şərbət paylayandır.Müsahib olan,yola girən canlara səqqa şərbət sunar.Bu da simvolik mənada eşq badəsi və aşiq olmaq deməkdir.
Loğmaçı -Qurban və yemək işlərinə baxar.Cəm ibadətinə gələn hər bir qızılbaş özü ilə yemək gətirir və Loğmaçı onları toplayıb bərabər şəkildə bölür və hamıdan halallıq alır.
Qapıçı -Gözcünün yardımçısıdır.Cəm evinə gələnləri qarşılayar.Onların ədəb ərkan içərisində oturmalarına nəzarət edər.Cəmin hüzur və ilahi duyğusallıq içərisində keçməsini təmin edər
Peyik -Carçı,xəbərçi mənasını verir.Cəmin olacağını bütün qızılbaş icması üzvlərini bildirir və hamının Cəm ibadəti olacağından xəbərdar olmasına çalışar.Bir növ müəzzinin vəzifəsini xatırladır.
İznikçi Cəm evinə gələnlərin ayaqqabılarını yerləşdirir və onlara sahib çıxır habelə süpürgə xidmətini edənə köməkçi olur.

Beləliklə əsası qardaşlıq,birlik,bərabərlik,eşq və böyüklərə hörmət olan Qızılbaşlıq özündə türklərin ən qədim mədəniyyətinin izlərini daşımaqla islamın təsəvvüfi yolunu özündə əks etdirən bir yoldur.Və XV əsrin ortalarından etibarən məhz bu ideologiya özünə həm Azərbaycanda yaşayan həm də Azərbaycandan kənarda yaşayan Azərbaycanlı türkmən tayfaları arasında özünə olduqca geniş yer tapdı və əslində bu hərəkət həm Azərbaycan taxtı uğrunda hərəkat idi həm də İslamda müəyyən mənada Reformasiya hərəkatı idi.Ortodoksal İslamdan fərqli olaraq heterodoksal Ələvi-Qızılbaşlıq əvvəla Kiçik Asiyanın əksəriyyətini əhatə edirdi,ikincisi də hər cürə yenilikçiliyə,demokratik fikir müxtəlifliyinə açıq olan bir inanc idi.
XV əsrdən etibarən Qızılbaşlığın hərbi xarakter alması ilə yeni ruhani zümrəsi yarandı ki,buraya da qaziləri,sufiləri,qələndəriləri, aid etmək olar.Məna etibarı ilə eyni olan bu hərbiləşdirilmiş sufilər Din və Allah uğrunda,Mürşidi-Kamil uğrunda müqəddəs müharibəyə Qəzavat və Cihada gedənlər anlamına gəlir.
Qalan bütün qızılbaşlar-sofular,dərvişlər,abdallar,taxtacılar,bəktaşilər vəs. sadə qızılbaş camaat və icma üzvləri idi.Lakin bütün yuxarıda adını çəkdiyim ruhanilər də məhz bunların arasından çıxırdı
Qızılbaşlıq meydana gəlmədən öncə Kiçik Asiyada artıq bu inanc sistemi geniş yayılmışdı və Yunus Əmrə,Kayqusuz Abdal bu inancın içindən çıxmış və Azərbaycan söz sənətinin parlaq nümayəndələri olan Nəsimiyə,Xətayiyə,Füzuliyə önəmli təsir etmişdi.
Şübhəsiz ki,Səfəvilər dövlətinin banisi Şah Xətayinin dünya görüşündə və yaradıcılığında öz əskini tapmışdır.

Ответить

Вернуться в «Uzaq Tarix»