Qarabağ savaşında döyüşən batalyonlar(siyahı)

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Elbrus Vahidov
Новобранец
Сообщения: 5
Зарегистрирован: 21 окт 2014, 22:17

Поблагодарили: 3 раза

Qarabağ savaşında döyüşən batalyonlar(siyahı)

#1 Сообщение Elbrus Vahidov » 09 дек 2014, 22:04

Изображение

QARABAĞ SAVAŞINDA DÖYÜŞƏN HƏRBİ HİSSƏLƏR, BATALYONLAR VƏ HƏRBİ DƏSTƏLƏR

Bu siyahı 1992-ci ilin İyun ayını əhatə edir. Ərazi özünü müdafiə batalyonları 1992-ci ilin Aprel ayından briqadalara tabe edilmişdilər və döyüş məsələlərində briqada komandirlərinə tabe idilər. 1992-ci ilin İyul ayında nizami ordu quruculuğu prosesinə uyğun olaraq Müdafiə Naziri Rəhim Qazıyev könüllü özünümüdafiə dəstələrinin nizami ordu hərbi hissələrinə daxil edilmələri haqqında əmr verdi. 1992-ci ilin Avqust ayından başlayaraq könüllü özünümüdafiə Hərbi hissələri, batalyon və dəstələri briqadaların tərkibinə ştat batalyonlar kimi daxil edildilər. Adı gedən briqadaları cavabdeh olduqları müdafiə zonalarına rayonların adıyla bir qeyd etmişəm.
Onu da qeyd edək ki, belə bir addım ilk dəfədir ki, biz tərəfindən atlır, yəni bu işin ideya müəllifləri bizik. Bu işdə əməyi keçən qazilərimizə, başda Nazim Bayramov olmaqla, Nurəddin Xoca, Tofiq Cəfərov, Camal Əhmədov, Vaqif Əlisoy, Arif Paşayev, Balay Nəsibov, Tərlan Eyvazov, Mehdi Cavadov, Qismət İsmətullayev və sabiq müdafiə naziri Rəhim Qazıyevə öz minnətdarlığımızı bildiririk.
----------------------------------------------------------------------------------------------
BRİQADALAR
701 saylı briqada - komandir Zaur Rzayev (Kəlbəcər-Laçın)
702 saylı briqada - komandir İsa Qasımov (Füzuli-Cəbrayıl-Beyləqan-Xocavənd)
703 saylı briqada - komandir Nəcməddin Sadıqov (Tərtər-Ağdərə)
704 saylı briqada - komandir Elbrus Orucov (Şuşa)
706 saylı briqada - komandir Nüsrət Namazov (Qubadlı)
707 saylı briqada - komandir İsa Sadıqov (Qazax-Tovuz-Gədəbəy-Şəmkir)
708 saylı briqada - komandir Elxan Orucov (Ağdam)
123 saylı zərbə-həmlə alayı - komandir Rəsul Süleymanov
811 saylı Laçın alayı - komandir Arif Paşayev
OMON – komandir Rövşən Cavadov
----------------------------------------------------------------------------------------------
BATALYON VƏ HƏRBİ DƏSTƏLƏR
844 saylı Kəlbəcər Xalq Cəbhəsi Batalyonu – komandir İlham Həsənov
710 saylı batalyon - komandir Nəriman Zeynalov
711 saylı batalyon - komandir Qorxmaz Qarayev
712 saylı batalyon - komandir Balay Nəsibov
713 saylı batalyon - komandir Süleyman Əhmədov
714 saylı batalyon - komandir Çingiz Əliyev
772 saylı batalyon - komandir İlqar Qəhramanov
Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 701 saylı briqadaya daxil edildi. Bu batalyonlardan əlavə Azərbaycan Milli Ordusunun həmin ərəfədə komandir Viktor Mudrakın rəhbərliyi ilə 1 desant batalyonu da var idi.
----------------------------------------------------------------------------------------------
723 saylı batalyon – komandir Vahid Osmanov
805 saylı Cəbrayıl ərazi müdafiə batalyonu - komandir Kamil Vəliyev
"Ziyalı" batalyonu - komandir Mahir Həsənov
831 saylı Xocavənd özünü müdafiə batalyonu – komandir Əbdürrəhman Əsgərov
849 saylı Beyləqan özünü müdafiə batalyonu - komandir Elçin Hüseynov
814 saylı Füzuli özünü müdafiə batalyonunu – komandir Mobil Yusifov
720 saylı batalyon – komandir Akif Məmmədov
839 saylı Tuğ özünü müdafiə batalyonu – komandir Rasim İbrahimov
848 saylı Axullu özünü müdafiə batalyonunu – komandir Zahir Həsənov
771 saylı batalyon – komandir Əzizağa Qənizadə
776 saylı batalyon – komandir Eldar Ağayev
702 saylı briqadanın artileriya dviziyası – komandir Nizami Mirzəməmmədov
721 saylı batalyon – komandir Aybar Vəliyev
Ağcabədi özünü müdafiə batalyonu - komandir Tofiq Cəfərov
23 saylı Quba-Qusar özünü müdafiə batalyonu - komandir Əli Eyvazov
Küdrü Qartalları (İmişli) batalyonu
Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 702 saylı briqadaya daxil edildi. "Ziyalı" batalyonu isə DİN nəzdində yaradıldı.
----------------------------------------------------------------------------------------------
1-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov
2-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov
Gəncə OMONu - komandir Tahir Süleymanov;
Gəncə özünü müdafiə batalyonu - komandir Mehman Ələkbərov
Xanlar batalyonu- komandir Saleh İlyasov.
778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak
235 saylı batalyon – komandir Rəsul Süleymanov
224 saylı batalyon – komandir Camal Əliyev
733 saylı Bərdə özünü müdafiə batalyonu – komandir Elçin Əliyev
Azadlıq Bərdə özünü müdafiə batalyonu – komandir Ələmşah Məmmədov
Milli Qurtuluş batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev
Mingəçevir-1(MB-1) batalyonu – komandir Alı Yahyayev
Mingəçevir-2(MB-2) batalyonu – komandir Şaiq Mustafayev
Tərtər özünü müdafiə batalyonu – komandir Elman Hüseynov
Goranboy özünü müdafiə batalyonu – komandir Tacir Adıgözəlov
Boz Qurd rezerv-həmlə batalyonu – komandir Nurəddin İsmayılov
20 Yanvar batalyonu - komandir Rüstəm Rüstəmov
Qeyd: bu batalyonlar 1992-ci ilin Avqust ayında 703 saylı briqadaya daxil edildi. 776 və 778 saylı batalyonlar isə hərbi hissə kimi formalaşdırıldı. "Boz Qurd" batalyonu Daxili İşlər Naziri İsgəndər Həmidovun şəxsi sərəncamında idi və heç bir briqadaya tabe deyildi.
---------------------------------------------------------------------------------------------
777 saylı batalyon - komandir Elçin Məmmədov
Şuşa ərazi müdafiə batalyonu - komandir Fəxrəddin Səfərov
Azərbaycan Qarabağ Könüllü Batalyonu - komandir Tofiq Oğuz
Yevlax özünü müdafiə batalyonu – komandir Cəlal Verdiyev
Şuşa Rayon Xalq Cəbhəsi Batalyonu – komandir Ramiz Qənbərov
820 sayl Lənkəran batalyonu - komandir Mikayıl Hacıyev
Kərkicahan özünümüdafiə batalyonu - komandir İslam Quliyev
864 saylı batalyon - komandir Nail Kazımov
Qeyd: Bu batalyonlar 1992-ci ilin Aprel ayında 704 saylı briqadaya daxil edildi.
---------------------------------------------------------------------------------------------
810 saylı Qubadlı özünümüdafiə batalyonu - komandir Oktybar 1991-ci ildən 1992-ci ilin May ayına qədər Dağbəyi Məhyəddinov idi. 1992-ci ilin May ayından etibarən batalyon komandiri şəhid Milli Qəhraman Əliyar Əliyev oldu.
851 saylı batalyon - komandir Adil Həşimov
843 saylı batalyon - komandir Dağbəyi Məhyəddinov
846 saylı batalyon - komandir Aydın Şükürov
Qeyd: bu batalyonlar 1992-ci ilin Avqust ayında 706 saylı briqadya daxil edildi.
---------------------------------------------------------------------------------------------
Tovuz batalyonu - komandir Etibar Əmiraslanov
Şəmkir batalyonu - komandir Cahangir Rüstəmov
Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 707 saylı briqadaya daxil edildi.
--------------------------------------------------------------------------------------------
836 saylı Ağdam özünü müdafiə alayı- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyev
Qatır Məmməd adına Ağdam özünü müafiə batalyonu- komandir Yaqub Rzayev
Eldar Bağırov adına Ağdam özünü müdafiə batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov
Ağdam mühəndis-istehkam batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmov
18112 saylı batalyon - komandir Xudu Xuduyev
44060 saylı hərbi hissə - komandir Camal Əhmədov
Qeyd: Bu batalyonlar 1992-ci ilin Avqust ayında 708 saylı briqadaya daxil edildi. 123 saylı zərbə-həmlə alayı və Gəncə batalyonu 1 Aprel 1993-cü ildə yaradılan 709 saylı briqadaya daxil edildi. 1992-ci ildə komandir Mətləb Mustafayev Milli Qəhraman Allahverdi Bağırov adına Artilleriya divizionu yaratmışdı və onun müavini Tofiq Uğurluyev idi. Sonralar Mətləb Mustafayev "Fədailər" dəstəsinin komandiri olduğuna görə Artilleriya Divizionunun komandiri Milli Qəhramanımız Elbrus Allahverdiyev oldu. Bu batalyonlardan başqa aşağıda adı keçən Ağdamın polis dəsətələri və Daxili Qoşunlar da Qarabağ savaşında iştirak edirdi.
Ağdam polis batalyonu- komandir Faiq Baxşəliyev
Daxili qoşunlar alayı- komandir polkovnik Sabir Şabanov- polkovnik Məmməd Hacıyev
------------------------------------------------------------------------------------------
Onu da qeyd edək ki, 1989-cu ilin sonları və 1990-cı ilin əvvəllərində Ermənistanla sərhədyanı ərazilərdə etnik toqquşmalar, ermənilərin vaxtaşırı sərhəd rayonlarımıza hücumları Bakı Dövlət Universitetinin tələbələrini tələbə rotaları yaratmağa vadar etdi. BDU tələbələri könüllü rotalar yaradaraq Qubadlı və Laçın rayonlarına ezam olundular.
BDU tələbə rotası (Laçın) - komandir Əli Kərimli
BDU tələbə rotası (Qubadlı) - komandir Qənimət Zahid

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 390 раз

Re: Qarabağ savaşında döyüşən batalyonlar

#2 Сообщение mirotvores70 » 09 дек 2014, 22:55

Elbrus Vahidov-bu vacib yazıya görə sizə minnətdaram.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: Qarabağ savaşında döyüşən batalyonlar(siyahı)

#3 Сообщение qaqali01 » 14 дек 2014, 17:35

Изображение Gəncə batalyonu

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145052
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15719 раз

Re: Qarabağ savaşında döyüşən batalyonlar(siyahı)

#4 Сообщение smersh70 » 24 янв 2015, 05:40

Изображение
15 yaşındaykən məktəbdən qaçıb, cəbhəyə getdiyi üçün oxuduğu məktəbdən qovuldu..Gəncə batalyonunun tərkibində ən ağır döyüşlərdə qəhrəmancasına döyüşdü..."Arabo" batalyonunun məhvində şəxsən iştirak etdi.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145052
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15719 раз

Re: Qarabağ savaşında döyüşən batalyonlar(siyahı)

#5 Сообщение smersh70 » 07 дек 2016, 02:39

Elbrus Vahidov писал(а): QARABAĞ SAVAŞINDA DÖYÜŞƏN HƏRBİ HİSSƏLƏR, BATALYONLAR VƏ HƏRBİ DƏSTƏLƏR
778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak
Mudrak Viktor Anatoliyeviç milliyətcə ukraynalıdır, Bakı şəhərində qarışıq ailədə doğulub. Atası hərbçi, anası Kəmalə xanım isə evdar qadın olub. Bakı Ali Hərbi Məktəbi bitirib və SSRİ-in müxtəlif yerlərində zabit kimi xidmət edib.

1991-ci ilin sentyabrından 1992-ci ilin yanvar ayına qədər rus ordusunun Bakıda yerləşdirilən 777 saylı hərbi kəşfiyyat taborunun komandiri olub. 1992-ci ilin yanvarında tabeliyində olan hərbi texnika və sursatı (6 ədəd piyadanın döyüş maşını, 3 ədəd zirehli kəşfiyyat maşını, 13 ədəd avtomat kalaşnikov, 2 ədəd tank əleyhinə qumbaraatan, 26 ədəd tapança “Makarov”. 1 ədəd ZİL-131 maşını, bir ədəd əl pulemyotu və çoxlu sayda mərmi) qaçıraraq Azərbaycan Ordusuna təhvil vermişdi. Bunun bazasında Azərbaycan Ordusunun kəşfiyyat taboru yaradılmışdı.

Mayor Mudrak Azərbaycan Ordusu sıralarına qəbul edilmiş və taborun komandiri təyin edilmişdi. Azərbaycan Ordusuna keçdiyinə və tabeliyində olan hərbi texnika və sursatı ordumuza təhvil verdiyinə görə Rusiyanın Hərbi Prokurorluğu onun haqqında cinayət işi başlatmışdı. Zaqafqaziya Hərbi Dairəsinin komandiri general-polkovnik Patrikiev demişdi ki, azərbaycanlı qanı coşduğu üçün belə edib, çünki anası azərbaycanlıdır və sonra əmr verir: “Mayor Mudrakı tapın və yerində güllələyin”. Bütün bunlara baxmayaraq, Mudrak tez bir zamanda əsl döyüş taborunu yaratdı və Qarabağda döyüşlərə yollandı.

1992-ci ilin aprelində Füzuli istiqamətində gedən döyüşlərə qatılıb və düşməni geri oturdaraq 3 kəndi azad edib. İyul-avqust aylarında Ağdərə istiqamətində torpaqlarımızın azad edilməsində də aktiv iştirak edib. Sentyabr-dekabr aylarında isə Kəlbəcər və Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Bunlardan başqa, Mudrak çoxlu sayda uğurlu kəşfiyyat və döyüş əməliyyatları keçirib. Mudrak əsl vətənpərvər və peşəkar zabit idi. Onun amacı torpaqlarımızı düşməndən azad etmək olub.

1993-cü ildən sonra Mudrak ordu sıralarından tərxis olunaraq ailəsini götürərək atasının vətəni Ukraynaya sığındı. Bütün bunlar onda ciddi depressiya yaratdı və 2009-cu ildə
ürəyi partlayaraq həyatla vidalaşdı.

Ответить

Вернуться в «Yaxın Tariximiz»