1992-94 il- də Azərbaycana İranın hərbi- texniki dəstəyi.

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145047
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15717 раз

Re: 1992-94 il- də Azərbaycana İranın hərbi- texniki dəstəyi.

#11 Сообщение smersh70 » 30 янв 2023, 01:37

XAİN ,, DOST".
(Kürəyimizə tuşlanmış yardım xəncəri)

... 1993-cü il. Martın əvvəli. Erməni-rus hərbi cütlüyü Kasapet dağ cərgəsində fəal döyüş hərəkətləri aparsada, irəliləmək cəhdlərinin qarşısı Daxili Qoşunların 25010 saylı briqadasının 2 taborunun və Sərhəd Qoşunlarının gücləndirilmiş bölüyü tərəfindən çətində olsa alınırdı. Belə gərgin şəraitdə Xındırıstana müşavirəyə çağırıldım.
Qoşun komandanlığı bizə, 3 istiqamətdə müdafiə mövqeyində döyüş aparan hissə komandirlərinə 4 nəfər İran zabitini təqdim edib, onları döyüş şəraiti barədə məlumatlandırmağı tələb etdi.
- Nə üçün? - soruşdum.
- Onlar, vəziyyəti öyrənib, bizə kömək göndərəcəklər, xəritələrinizi açıb mövqelərinizi göstərin.
- Я им карту не покажу, - rus dilində yanımda oturan komandirə dedim.
İran ordusunun generalı Əli kimi təqdim olunan şəxs, dərhal mənə baxdı.
- Nə? Göstərməyəcəksən? Göstərmə! Mən Baküyə qayıdıb prezident Elçibəyə deyərəm ki, sən köməkdən imtina etdin.
Komandanlıq hirsləndi:
- Nə oyun çıxarırsan polkovnik. Hər şeyi baxıb müəyyən etməlidirlər, bizə hansı silahlar lazımdır.
- Mən bilirəm nə lazımdır, - cavab verdim.
- Hə? Nə lazımdır? - qəzəblə sordu general Əli.
- Mənə sizin orduda istifadə olan dağ topları gərək, sursatı ilə birgə. Siz nə üzrə hərbi mütəxəssizsiniz? Suallarım olacaq.
- Mən ümimi qoşun başçısıyam, - cavab verdi ağeyi Əli. - Ağeyi Mahmud yer üzrə, ağeyi Kərim mühəndis, ağeyi Süleyman rabitə üzrə ustaddırlar. Mövqelərə baxandan sonra sözümüzü deyərik.
Anladın, bunlar çin ordusunun səhra kəşfiyyat dördlüyünün analoqu idilər.
- Mövqelərdə əsgərim durub. Onları sizə göstərə bilmərəm, - söylədim son fikrimi.
Çay içdik. Əli, əvvəlcə qutusunun yazısını kəsib, hərəmizə bir xəncər bağışladı.
Çöldə komandirlərdən biri heyifsləndi.
- Nahaq gərginlik yaratdınız. Burda nə var ki? Mən xəritəni göstərdim, sabah gəlib mövqeyə də baxsınlar. Kömək etmək istəyirlər.
Mən isə düşündüm, xəritə hələ mövqeyi əks etdirmir. Mövge reallıqdır: tank əvəzinə düşməni traktor trıltısı ilə aldadırdım, erməninin oturduğu dalğada tez-tez olmayan tank taborunun, artilleriya divizionunun komandirlərinə göstəriş verirdim, güc təsuratı yaradırdım. Düşmən də ehtiyyat edirdi.
İşlərin görüb İran kəşfiyyatı getdi. Kömək göndərəcəkdirlər.
3 gündən sonra, heç şübhəm yox: Ağeyi Əlidən reallığı öyrənən düşmən, mövqelərimizi düz Orta-Kəndə dək atdı arxaya.
Dost - Düşmən məsələsində tərəddüd olmaz.

Ответить

Вернуться в «Yaxın Tariximiz»