Xocavənd batalyonu.

Cox da uzaq olmayan hadisələr
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Xocavənd batalyonu.

#1 Сообщение Nazim Bayram » 19 окт 2013, 17:49

Изображение
Adından bəlli olduğu kimi, bu mövzuda, Qarabağ müharibəsində olduqları kimi, internet-məkanda da fəallıqları ilə seçilən, Xocavənd batalyonun qaziləri batalyonun döyüş yolu, iştirak etdikləri və Xocavənd(Martuni) və Fizuli istiqamətində gedən döyüş əməliyyatlarından(d/ə) danışacaqlar.
Feysbukda Qrup üzvlərimizi və Xocavəndin başqa qazilərini foruma dəvət edirik.
Hörmətlə.

Ayxan Sadiq
Новобранец
Сообщения: 1
Зарегистрирован: 21 окт 2013, 00:46

Поблагодарили: 5 раз

Re: Xocavənd batalyonu.

#2 Сообщение Ayxan Sadiq » 21 окт 2013, 20:02

XOCAVƏND BATALYONU

Xocavənd batalyonu 1988- ci ildə əsası qoyulmuş Xocavənd rayonu Muganlı kənd ozunumudafiə dəstəsinin bazasinda yaradilmisdir. 1992-ci ilin əvvvəlində özünümüdafiə dəstəsi ölkənin bölgələrindən gəlmis könüllülər ilə dahada güclənmiş ,nizam intizamli, mutəşəkkil bir quvvəyə cevrilmis, 1992ci ilin iyununa kimi muxtəlif hərbi hissələrin tərkibində olmuşdur.
Xocavənd batalyonu adlandirilan 831 saylı batalyon 1992 ci il iyun ayının 15 də, xocavəndli və respublikamızın muxtəlif yerlərindən, əsasən agcabədili, agdaşli və salyanli könüllülərdən ibarət yuxarida qeyd olunan ozunumudafiə batalyonu əsasinda formalasmisdir. Batalyonun əsasıni isə artıq uzun müddət mövcud olan yerli qüvvələr təşkil etmişdir.
Batalyon yaranarkən ilk komandir Agcabədi rayon hərbi komissarı olmuş mayor Abdürrəhman Əsgərov, əməliyyat uzrə müavin Xocavənd rayon Muğanlı kəndindən olan Hüseynov Əbülfət, qərargah rəisi mayor Aslan Ömərov idi. Batalyon 3 rotadan ibarət idi.1 və 2ci rotalar xocavəndli, 3cü rota əsasən agcabədili doyusculerdən ibarət idi və rotalar qeyd olundugu kimi əsasən agdasli və salyanli konüllülər hesabina gücləndirilmisdi. 1ci rotanin komandiri Xocavəndin Muganli kənd sakini Rovşən Balakisiyev /Şəhid olub/, 2ci rotanin komandiri Xocavəndin Muganli kəndindən Quliyev Adil, 3cu rotanin komandiri Agcabədinin Hindarx kəndindən Ələsgərov Baxşeyiş idi və batalyonun şəxsi heyəti təxminən 380 nəfər idi. Həmin dövrdə şəxsi heyyətin tam formalaşmamaşına, silahla təhcizi baxımından olduqca zəif olmasına baxmayaraq batalyon çox boyuk ərazidə - Qaracux dagi, Əmirallar və Muganlı kəndləri, Xocavənd - Agdam magistral yolu istiqametinde Muganlı kəndinden solda yerləsən “Elçidası” yuksəkliyi, “Təkqəbir”, “Piralbulaq” və “Ceyildag” yüksəklikləri istiqamətində müdafiə döyüsləri aparırdı.
1992 ci il oktyabr ayının 2-də ermənilərin geniş miqyaslı hücumunun qarşısının alınması zamanı gedən şiddətli döyüşdə batalyon komandiri mayor Abdurrahman Əsgərov şəhid oldu və həmin dövrdən Xocavənd rayonundan olan Əbülfət Hüseynov batalyona komandir təyin edildi və o,1992 ci ilin dekabr ayının 30-da doyus tapşırığını yerinə yetirərkən müavinləri Xocavənd rayonundan olan Balakişiyev Rövşən, Ağcabədi rayonundan Murtuzov Miryaqub və sürücüsü Xocavənd rayon Muğanlı kənd sakini Abbasov Ədalətlə birlikdə Xocavənd rayonunun “Daslıtəpə” adlanan ərazisində tank əlehinə minaya dusdulər. Nəticədə Balakisiyev Rövsən və Murtuzov Miryaqub şəhid oldu, Əbülfət və Ədalət isə omurluk saglamliqlarini itirdilər.
1993 cü ildə batalyona Xocavənd rayon Qaradaglı kənd sakini Qarabag müharibəsində boyuk doyus yolu kecmiş “Baba” ləqəbli polkovnik- leytenant Barat Quliyev komandir, Xocavənd rayon Muganlı kənd sakini İlyas Hüseynov isə qərargah reisi teyin olundular. 1993 cü ilin iyun ayında müdafiə nazirliyinin əmri ilə 831 batalyonun bazasinda 161 saylı müstəqil batalyon yaradilmişdir. Iyul ayından səhhətindəki problemlərlə bağlı olaraq Barat Quliyev komandir vezifesinden getmis ve həmin vaxtdan 1995- ci ilə kimi batalyonun komandiri İlyas Hüseynov olmuşdur. 1993 cü il avqust ayının 6- da MN-nin əmir ilə batalyonun bazası əsasında alayın yaradılmasına baxmayaraq bu ərazidə əsas yük məhz Xocavəd batalyonun çiyinlərində olmuşdur, atəşkəsdən sonrakı dövrdə isə bu alay briqadaya çevrilmişdir.Həm alayda,həm də briqada Xocavənd batalyonu birinci batalyon olmusdur. Bu gün də həmin briqada müharibə dövründə Xocavənd batalyonunun müdafiə zonasına daxil olan ərazilərdəki döyüş mövqelərində xidmət aparır.
Xocavənd batalyonu yarandıgı 1992ci il iyun tarixindən əvvəlki və sonrakı dönəmlərdə Xocavənd istiqamətində aparılan bütün döyüs əməliyyatlarinda istirak etmisdir, eyni zamanda Agdamın Mərzili,Yusifcanlı,1994cu ilin aprel ayinda Gullucə, Sumu və Tagibəyli kəndləri istiqamətində ciddi döyüşlərdə istirak etmisdir.Umumiyyətlə bu istiqamətdə döyuş tapşırıgından əlavə bütün mənəvi cavabdehlik və məsuliyyət məhz Xocavənd batalyonunun üzərində olmuşdur.

Dostlar! Hadisələrdən uzun müddət keçdiyinə görə yazıda müəyyən məsələlər dəqiq olmaya bilər. Xahiş edirəm nəzərə alasınız. Xocavənd batalyonunun tarixi, kecdiyi döyuş yolu və umumiyyətlə Qarabag müharibəsi dövrundə Xocavənd istiqamətində baş vermiş hadisələr haqqında suallarınız olarsa, buyurun- bildiklərimiz və imkanlarımız daxilində cavablandirmaga çalışacağıq

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145047
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15717 раз

Re: Xocavənd batalyonu.

#3 Сообщение smersh70 » 07 апр 2014, 23:34

https://www.youtube.com/watch?feature=player_embedded&v=8XwfxMIkOvE
Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı" ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynovun internetdə yeni videosu yayılıb. "Axar.az" xəbər verir ki, video bir Türkiyə vətəndaşı tərəfindən yayılıb. Görüntülərdə Azərbaycanda Qarabağ müharibəsi qəhrəmanı kimi tanınan İbad Hüseynov karate idman novündə istifadə olunan nunsaki (zəncirlə bir-birinə bitişik dəmir döyüş aləti) oynadır. Nunsakinin ən mahir istifadəçisi kimi Brüs Li məşhurdur. Lakin videodan vörünür ki, İbad bəy heç də məşhur aktyordan geri qalmır. Videoda o da xatırlanır ki, İbad Hüseynov Sibirdə yaşayarkən bir dəfə kafedə ona hücum çəkən 60 nəfər əli bıçaqlı rusu bu aləti işlətməklə pərən-pərən salıb. Xatırladaq ki, İbad Hüseynov 1993-cü il 12 iyun tarixində amansız terrorçu, Ermənistanın milli qəhrəmanı Monte Melkonyanı Xocavənddə öldürməsiylə məşhurdur. Haqqında 2010-cu ildə "Əsgər" sənədli filmi çəkilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145047
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15717 раз

Re: Xocavənd batalyonu.

#4 Сообщение smersh70 » 11 май 2014, 00:20

Изображение
Изображение
Изображение
Изображение
Азербайджанская молодежная организация «Addım» при поддержке Фонда молодежи при президенте Азербайджана провела в Баку презентацию клипа на песню на слова Гюлшан Бехбуд и музыку Имрузы Гусейновой, посвященную легендарному азербайджанскому воину и разведчику Ибаду Гусейнову.

Песню исполняют известная азербайджанская певица Ниса Гасымова и четверо учащихся вокального отделения Академии современного искусства, созданной при поддержке Фонда молодежи, - Ибрагим Насруллаев, Эна Камелия Табеш Могаддам, Айгюн Махмудова и Тофик Исмайлов.

Песню можно послушать здесь: https://www.youtube.com/watch?v=qwrCzARhEfc" onclick="window.open(this.href);return false;

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

15 və 17 avqust 92-ci il Xocavənd əməliyyatları.

#5 Сообщение Nazim Bayram » 07 ноя 2014, 16:50

Oktyabrın 2-si Xocavənd rayonunun işğal tarixi kimi qeyd olunur. Təəssüf ki, hətta bu gün də çoxlarının Xocavənd rayonu haqqında doğru təsəvvürü yoxdur. Azərbaycanın Xocavənd rayonu 1991- ci il 26 noyabrda keçmiş DQMV-nin Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun icra strukturları isə 1992- ci ilin iyul ayından etibarən təşkil olunub. Həmin dövr üçün Hadrut rayonunda azərbaycanlıların yaşadığı Tuğ, Salakətin və Axullu kəndlərində 2700 nəfər, Martuni rayonundakı Qaradağlı, Xocavənd, Əmirallar, Muğanlı və Kuropatkin kəndlərində isə 6100 nəfər azərbaycanlı yaşayırdı. Yəni həmin dövr ücün Xocavənd rayonunun 39 000 nəfər əhalisindən yalnız 8800 nəfərə yaxını azərbaycanlılar idi.
1992 ci ilin oktyabr ayında rayonun işğal olunmamış yalnız üç yaşayış məntqəsi mövcud idi - Əmirallar, Muğanlı və Kuropatkin.

1991- ci ilin oktyabr ayının 31- də Tuğ və Salakətin, noyabr ayının 19 -da Xocavənd, 1992- ci il yanvar ayının 10-da Axullu, fevral ayının 17-də isə Qaradağlı kəndləri erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, əhali isə soyqırıma məruz qalmışdı. Digər işğal olunmuş rayonlarımızdan fərqli olaraq, Xocavəndin ərazisi və rayon mərkəzi Xocavənd ( keçmiş Martuni) şəhəri elə əvvəlcədən ermənilərin nəzarəti altında idi.
2 oktyabrda işğal gününü qeyd etdiyimiz Xocavənd rayonu 1992-ci ildə yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndlərindən ibarət idi. 1988- ci ildən işğal gününə kimi bütün münaqişə və müharibə dövründə ən çox yaddan çıxan, unudulmuş, köməksiz və arxasız, baş vermiş hadisə və döyüşləri mətbuat vasitələrində ən az işıqlandırılan məhz bura olub.
Yalnız münaqişənin ilk günlərindən 1992- ci ilin əvvələrinə kimi ən çətin anlarda, ən ağır günlərdə hər an yanımızda olan, köməyimizə çatan, bizə arxa duran ağdamlıları və Ağdam könüllülərini və digər regionlardan olan azsaylı qəhrəman qardaşlarımızı həmişə ehtiramla yad edirik və minnətdarlığımızı bildiririk .

Xəritəyə baxan hər kəs görər ki, bu üç kənd - Əmirallar, Muğanlı və Kuropatkin sanki Azərbaycandan təcrid olunub, öndə düşmən, arxa isə boş. Bu kəndlər Ağdam rayonunun Mərzili kəndindən 18 km, Ağcabədi rayonunun Salmanbəyli kəndindən 30 km, Beyləqan rayonundan 50 km, Füzuli rayonunun Aşağı Veysəlli kəndindən 20 km məsafədə yerləşirdi və bu radiusda heç bir yaşayış məntəqəsi yox idi.

Əmirallar və Muğanlı kəndləri keçmiş Martuni şəhəri ilə üzbəüz yerləşirdi və qarşıda torpaqlarımızın işgalında mühüm rol oynamış Monte Melkonyanın rəhbərlik etdiyi erməni qüvvələri yerləşirdi, o dövr üçün onun sərəncamında azı 35 ədəd tank var idi. Melkonyanın qarşısında isə əsasən Muğanlı özünümüdafiə dəstəsi və ölkənin müxtəlif rayonlarından, əsasən də Ağcabədi, Ağdaş və Salyan könüllülərindən təşkil olunmuş təxminən 350 nəfər canlı qüvvəsi olan 831 saylı özünümüdafiə batalyonu dayanırdı. Bu batalyonun sərəncamında 2 ədəd T-72 tankı, 3 ədəd 100 mm-lik doludağıdan top, 1 ədəd BRDM, 2 ədəd minamyot var idi. Batalyon Agdam-Füzuli magistral yolu boyu yerləşən keçmiş Martuni şəhərinin 300 m-də yerləşən Əmirallar, daha sonra Muganlı kəndləri, “Elçidaşı”,”Təkqəbir” və “Pirəbulağ-Çeyildag” yüksəkliklərinə qədər böyük ərazidə müdafiə döyüşləri aparırdı. Əmirallar kəndindən solda yerləşən Qaraçux dağından Aşağı Veysəlli istiqamətində isə sərəncamında təxminən 200 nəfər döyüşçü və bir ədəd BMP-1-i olan 849 saylı Beyləqan batalyonu yerləşirdi.

1992 -ci ilin oktyabrına kimi bu istiqamətdə xeyli döyuş əməliyyatları həyata keçirilmişdi, təbii ki, bunlardan uğurlu və ya uğursuz nəticələnənləri də olmuşdu. Tam əminliklə bildirirəm ki, bütün düşmən postları dəfələrlə xüsusi hazırlıq keçmiş döyuşçülərimiz tərəfindən darmadağın edilmiş, əsgərləri məhv olunaraq silahlari gətirilmişdi.

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində bir neçə uğursuz əməliyyatlar həyata keçirildi. Bu əməliyytlar ağır itkilərlərlə bərabər, əsgərlərə mənəvi-psixoloji cəhətdən ciddi təsir etdi və ruh düşgünlüyü yaratmaqla qüvvələri zəiflətdi. Eyni zamanda sanki bu istiqamətdən düşmən ciddi təhlükəni hiss etdi və onları önləyici addım atmağa vadar etdi.

15 və 17 avqustda Xocavənd istiqamətində həyata keçirilən uğursuz və yanlış planlaşdırılmıs döyüş əməliyyatı qüvvələrimizə ciddi təsir etdi. Əməliyyat keçmiş Martuni şəhəri ətrafındakı Şişqaya, Gülmətəpə və Plototəpə yüksəkliklərini ələ keçirməklə Martuni şəhərinə nəzarəti təmin etməkdən ibarət idi. Əməliyyatda 831, 849 saylı batalyonlar, 771 saylı reyd dəstəsi və əlahiddə kəşfiyyat bölüyü iştirak edird. Döyüş tapşırığı yalnız 831 saylı batalyonun döyüşçüləri tərəfindən yerinə yetirildi, “Plotəpə” yüksəkliyi ələ keçirilərək bir gün müdafiə olundu.

1992- ci ilin 18 sentyabrında Qarabağ müharibəsinin gedişatını tamamilə dəyişəcək və qısa müddətdə qələbəni təmin edəcək döyüş əməliyyatının qarşısı alındı. 1992- ci il 16 sentyabr tarixində Beyləqan rayonundakı Daşburun dəmir yolu stansiyasına gətirilən 820 saylı Göytəpə (Prişip) alayı həmin gün gecə saatlarında tam tərkibdə Xocavənd rayonu ərazisindəki Qaraçuğ dağının cənub – şərqindəki “Bəhrəmli” adlanan ərazidə yerləşdi. 1500 nəfərlik şəxsi heyəti olan alayın sərəncamında müxtəlif növ zirehli texnikalar, o cümlədən T-72 tankları, BMP-1, BMP- 2, BTR-lər və s. olmaqla ümumilikdə 72 ədəd texnika var idi. Bununla yanaşı, digər iri çaplı atıcı silahlarla 12 ədəd özüyeriyən artileriya qurğuları da alayın silah arsenalına daxil idi.
Sentyabr ayının 17- si səhər saatlarında polka məxsus iki T- 72 tankı və bir BMP-2-nin iştirakı ilə Xocavənd rayonunun Əmirallar kəndi üzərindəki “Şişqaya” yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüş həyata keçirildi. Düşmənin möhkəmləndirdiyi əsas blindaja qədər irəliləyən BMP-2 onun üzərində dövrə vuraraq geriyə qayıdarkən erməni snayperinin atəşi nəticəsində ekipajın komandiri Əliyev Vaqif Babaxan oğlu həlak oldu və şəhid döyüşçü həmin gün doğulduğu Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu.

Martuni səhərində olan panika və ermənilərin başıpozuq və qorxu içərisində oranı tərk etmələri aydınca görünürdü. Sentyabr ayının 17-də 831 və 849 saylı batalyonlarla sentyabr ayının 18- nə səhər saatlarına keçmiş Martuni şəhərinin azad olunması planı hazırlandı. Lakin sentyabr ayının 18-də elə səhər saatlarında Füzuli şəhərində yerləşən 702 saylı briqadadan bildirildi ki, əməliyyat olmayacaq və alay Füzulu istiqamətində əməliyyat həyata keçirəcək. Bir azdan briqada komandiri özü alayın Bəhrəmlidəki “Əlinəzərli” bulağı adlanan ərazidəki qərargahına gələrək, bu qüvvələrin Füzuli rayonunun Yağlıvənd kəndinə gedərək erməni qüvvələrinin möhkəmləndiyi Maçqalaşen kəndi istiqamətində hücuma keçməli olduğunu bildirdi. Alayın və yerli batalyonların rəhbərləri isə buna qəti etiraz etdilər. Briqada komandirinin nəzərinə bir daha çatdırıldı ki, Martuni (Xocavənd) şəhərini azad etmək üçün döyüş planı hazırlanıb, kəşfiyyat döyüşü aparılıb və bunun üçün çox az bir vaxt lazımdır.

702 saylı briqadanın komandirindən müdafiə nazirinin əmri tələb olundu. Bir neçə saat sonra Füzulidəki qərargahdan müdafiə nazirinin müvafiq əmri ilə geri qayıdan briqada komandiri alayın Yağlıvənd kəndi istiqamətində hərəkət etməsi barədə göstəriş verdi. Alayin şəxsi heyəti və hərbi texnikalar günün günorta çağı, demək olarki ermənilərin gözu qarsısında 20 km-dən cox məsafə qət edərək, deyilən əraziyə çatanda, hələ döyüş başlanmamış ermənilər Yağlıvənd kəndi yaxınlığında tanklardan 2-ni vurmuş və Maçkalaşen istiqamətində döyuş başlamışdı. 3-4 saat çəkən döyüşdə alayın zirehli texnikasının böyük hissəsi ermənilər tərəfindən yararsız hala salındı, təxminən 17 ədədə qədər zirehli texnika sıradan çıxarılmış, ermənilər tərəfindən ələ keçirilmış və canlı qüvvə sarıdan da ciddi itkilər verilmişdi.

Bəlkə də Qarabağ müharibəsində bu qədər ağılsız və yanlış planlaşdırılmış əməliyyat həyata kecirilməmişdi.

Cəmisi 5 gün sonra, sentyabr ayının 23-də 702 saylı briqadanın komandanlıgı məhz Füzuli rayonunda, həmin istiqamətdə yerləşən 839 və 848 saylı batalyonlara keçmiş Martuni səhərinin azad olunması əmrini verdi. Bu tamamilə xəyanətkarcasına verilmiş bir əmr idi. Çunki cəmi bir necə gün öncə Martuni şəhərini azad etməyə qadir olan qüvvə məhz bu batalyonların yerləşdiyi əraziyə aparılaraq dagıdılmişdı. İndi - bir necə gün sonra həmin batalyonlar Martuni səhərini azad etməyə gəlirdilər, bu da tamamilə agılsız, hec bir məntiqə sığmayan planlaşdırma idi. Xocavənd batalyonu bu əməliyyata tamamilə etiraz edərək, döyüşdə istirak etməyəcəyini bildirdi və son anda bir bölük döyüşdə istirak etdi.

Sentyabr ayının 23-də səhər saat təxminən 10-da qeyd olunan batalyonlar Kuropakin istiqamətindən Muğanlı kəndinə gəlməyə başladılar, yüksəkliklərdə olan ermənilər batalyonların gəlişini hətta 15 km-dən görürdülər. Hətta adı çəkilən batalyonların özləri də əməliyyatın yanlış oldugunu bilsələr belə, əmri yerinə yetirmək məcburiyyətində idilər. Beləliklə, növbəti uğursuz bir əməliyyat, 70 nəfərdən çox yaralı və şəhidlər.

Qəhrəman oğullarımızın Laçın koridorunu bağlamaq istiqamətində apardıqları gərgin döyüşlər öz bəhrəsini verdiyi zaman, yəni koridor bağlandığı an sentyabr ayının 18-də Soçi şəhərində Rusiya və Gürcüstan tərəflərinin iştirakı ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri səviyyəsində sentyabr ayının 25-dən etibarən iki ay ərzində atəşkəs elan olundu. Qısa atəşkəs müddətində tamamilə gücləri tükənən ermənilər öz qüvvələrini bərpa etdilər.
Ermənistandan yeni qüvvələr, silah- sursat və texnika cəlb edərək, 2 oktyabrda atəşkəsi pozub Lacın koridorunun sağ və sol istiqamətində qüvvələrimizə ciddi zərbə endirdilər. Eyni zamanda uzun müddət fədakarcasına müdafiə olunan Dağlıq Qarabağın sonuncu Əmirallar, Muğanlı və Kuropatkin kəndlərini isğal etdilər. Bu kəndlər olduqca böyük strateji əhəmiyyət daşıyırdı. Belə ki, buranın qorunub saxlanması Ağdam və Füzuli rayonlarının da müdafiə olunması üçün olduqca əhəmiyyətli idi.

Qeyd olunduğu kimi mövcud qüvvələrimiz çox böyük ərazidə müdafiə döyüşləri aparırdı. Sağ və sol cinahlar tamamilə müdafiəsiz idi, hətta adi postlar demək olarki yox idi, mövcud postlar arasinda məsafələr isə bəzən bir kilometrə çatırdı. Son bir ayda aparılan ağılsız və uğursuz əməliyyatlar, ciddi itkilər, mənəvi-psixoloji sıxıntılar qüvvələri tamamilə zəiflətmişdi. Ehtiyat qüvvənin olmaması, texnika və artileriya vasitələrinin çatışmamazlığı bu istiqamətdə müdafiəni etibarlı yaratmaga imkan vermirdi.

Paytaxta ünvanlanan bütun müraciətlər isə həmişə olduğu kimi nəticəsiz idi.

2 oktyabrda səhər saat 5 radələrində erməni qüvvələri atəşkəsi pozaraq, çox böyük ərazidə, çox böyük qüvvə ilə Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, eyni zamanda sağ və sol cinahlardakı mövqelərimizə hücuma keçdilər. Əməliyyatda düşmənin xeyli canlı quvvəsi, 15 ədəd tank, bir necə BMP istirak edirdi. Eyni zamanda düşmən tərəfdən Qrad və digər artileriya vasitələrindən də istifadə edilirdi. Əmirallar və Muğanlı kəndində tamamilə mühasirəyə düşən döyüşçülərimiz saat 15-ə kimi düşmənə mərdliklə müqavimət göstərmiş, onun xeyli canlı qüvvəsini, iki ədəd tankını məhv etmişidi. Həmin vaxt sərəncamda olan iki ədəd T-72 tankından biri elə əvvəlcədən tamamilə yararsız vəziyyətdə idi, digər tank isə düşmənin bir tankını sıradan çıxarmış, özü isə Muganlı kəndinin aşağısında erməni tankları tərəfindən vurulmuşdu.
Həmin gün Əmirallar, Muğanlı və Kuropatkin kəndlərinin işğalı ilə eyni zamanda “Qaraçuğ” dağ silsiləsinin çox böyük strateji əhəmiyyəti olan Böyük Oxlu- 631m yüksəklik də düşmən tərəfindən ələ keçirildi. Bu yüksəklikdən isə düşmən Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarının ərazilərini müşahidə altında saxlamaq imkanı əldə etmiş oldu. Bu döyüşdə 831 saylı batalyonun komandiri mayor Abdürrəhman Əsgərov və 43 nəfər döyüşçü qəhrəmancasına şəhid oldu.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Ayxan Sadiq,
Xocavənd batalyonun döyüşçüsü
http://modern.az/articles/64899/1/" onclick="window.open(this.href);return false;

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 390 раз

Re: 15 və 17 avqust 92-ci il Xocavənd əməliyyatları.

#6 Сообщение mirotvores70 » 07 ноя 2014, 16:55

Yalan demərəm,bu əməliyyatda iştirakım olmayıb-başqa qazilər düşünürəm ki bu əməliyyat haqqında öz fikirlərini və həqiqətləri bölüşərlər
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145047
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15717 раз

Re: Xocavənd batalyonu.

#7 Сообщение smersh70 » 10 янв 2015, 02:17

Xocavend batalyonun komandiri,yuzlerle qardaslarimiza,doyusculere karate ve elbeyexa doyus senetini oyretmis shexs Huseynov Ebulfet.
.Shekile baxanda solda
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 145047
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10306 раз
Поблагодарили: 15717 раз

Re: Xocavənd batalyonu.

#8 Сообщение smersh70 » 09 авг 2022, 13:17


Ответить

Вернуться в «Yaxın Tariximiz»