GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

#11 Сообщение smersh70 » 04 дек 2019, 23:15

MƏMMƏD ƏMİN RƏSULZADƏ DƏ DİFAİNİN ÜZVÜ İDİ
Изображение
(Təşkilat bütün təqiblərə baxmayaraq gizliliyini qoruya bilirdi)
Difainin əsas fəaliyyəti Azərbaycanın qərb bölgəsində olsa da mərkəzi komitəsi Bakıda yerləşirdi.
Polis məruzələrində MK üzvləri arasında aşağıdakıların adları çəkilir:
1) Əhməd bəy Ağayev - "İrşad" qəzetinin redaktoru;
2) Qarabəy Qarabəyov - həkim, "Hümmət"
təşkilatına mənsub idi və eyni zamanda "Difai"nin üzvü idi;
3) Məmmədhəsən Hacınski;
4) İsa bəy Aşurbəyov - Ağayevin ən yaxın məsləkdaşı, onun sağ əli;
Agentura məlumatlarına görə "İrşad" qəzeti əsasən Aşurbəyovun vəsaiti hesabına
saxlanırdı;
5) Behbud Cavanşirski;
6) Niftalı bəy Behbudov.

Gördüyümuz kimi, "Difai"nin Mərkəzi Komitəsinə başqa partiyaların üzvləri də daxil idi. О dövrdə bu hal çox səciyyəvi idi. Bir sıra partiya xadimləri bir təşkilatdan (digərinə keçir, ya da eyni vaxtda bir neçə partiyanın üzvü olurdular.)
Sonradan eyni mənzərəni "Müdafiə"
partiyasında da müşahidə etmək olardı.
Gəncə, Zəyəm, Qazax, Borçalı və başqa mahallarda "Difai"nin keçmiş üzvlərinin
bəziləri "Müdafiə" partiyasının üzvləri olmuşlar.
M. Ə. Rəsulzadə də "Difai" partiyasının üzvləri sırasında olmuşdur. "Difai" partiyası daim təqiblərə məruz qalır, hakimiyyət orqanları onu müşahidə altında saxlayırdı. Buna görə o, leqal xeyriyyəcəmiyyətlərinin himayəsi altında Mərkəzi Müsəlman Xeyriyyə Cəmiyyəti adı ilə fəaliyyət göstərməyə məcbur idi.

Lakin təqiblərə baxmayaraq Difai millətin düşmənlərini bir-bir aradan götürürdü.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

#12 Сообщение smersh70 » 05 дек 2019, 04:11

smersh70 писал(а):
04 дек 2019, 22:59
Şuşa komitəsinin 52 bəndlik proqramı.
Difai təşkilatının Şuşa qolu
Cahangir xan Nuribəyov
Difai Təşkilatı xalqımıza qarşı olan heç bir haqsızlığı cavabsız qoymurdu.
Düşmənlərini, düşmənlərə kömək edənləri bir dəfəlik məhv edərək xalqımıza uzun müddət rahatlıq bəxş etmişdilər.
Şuşada xalq arasında "dəli sudya" adı ilə tanınan rus hərbi məhkəməsinin prokuroru Lunyakin ərmənilərə kömək etdiyi üçün "Difai"nin Şuşa Komitəsinin qərarı ilə aradan götürülür.
Şuşa təşkilatının üzvüləri:

Kərim bəy Mehmandarov sədr
Cahangir xan Nuribəyov köməkçisi
Xuduş Quliyev katib
Məşədi Şamil Hacıyev hərbi təşkilatın rəisi
Muxtar bəy Muradov
Əfrasiyab Əzimov
İsmayıl bəy
Daruğa Axundov
Mirzə Hüseyn bəy Münşizadə
Zülfüqar bəy Haqverdiyev
Məşədi Yusif Mirsiyabov
Məmmədcəfər Muxtarov
Hacı Sadıq Məmmədov
Süleyman Əsgərov
Изображение
Fotodakı şəxs Cahangir xan Nuribəyovdur

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

#13 Сообщение smersh70 » 05 дек 2019, 04:13

DİFAİNİN QARYAGİN (FÜZULİ) ŞÖBƏSİ

Qaryagin qəzasının dəftərxana rəisinin Yelizavetpol (Gəncə) qubernatoru İ.V.Mitskeviçə göndərdiyi məktubda bu partiyanın fəaliyyəti haqqında belə bir məlumat verilir:
"Difai Partiyası öz fəaliyyətində az və ya çox dərəcədə müvəffəqiyyət qazanmış və öz mövcudluğunu bir sıra terror aktları ( oxu: düşmənlərdən qisas) ilə , o cümlədən, Yelizavetpol qubernatorluğunun valisi Kleşinskinin öldürülməsi və general Qoloşanova sui-qəsdlə qeyd etmişdir:
Bu partiyanın öz komitələri, kassası, proqramı və əhali arasında nüfuzu vardır. Bu partiya siyasi çalarına görə demokratikdir. Partiyanın tərkibinə əsasən tacirlər, kəndlilər, tələbələr və qismən də həkimlər, vəkillər daxildir.
Qaryagin qəzasında "Difai" təşkilatının üzvüləri:

A. Vəzirov
M. Axundov
Mirzə Əli Axundov
Hacı Muxtar Sadıqov
Məşədi Camal bəy Vəzirov
Mirzə Camal Yusifzadə
Məmmədqulu xan Cavanşir
Изображение
Fotodakı şəxs Difai üzvü Mirzə Camal Yusifzadədir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

#14 Сообщение smersh70 » 05 дек 2019, 04:15

DİFAİNİN İLK NƏHƏNG QURBANI

(Xəyanət bağışlanmayacaq)
Difai" firqəsinin ilk "nəhəng" qurbanı Gəncə qubernatorunun müşaviri Kreşçinski olur. :clap:
Gəncə qubernatorunun müşaviri Kreşçinski Şuşada olduğu zaman ermənilərə köməklik etmişdi.
Kreşçinskini öldürmək üçün "Difai" Partiyası Gəncə təşkilatının üzvləri öz aralarında püşk atırlar və püşk Gəncənin Topalhəsən kəndinin sakini Səmədə düşür.
Kreşçinski çox keçmir ki, Gəncədə elə öz evinin qabağındaca layiq olduğu cəzanı alır. Qətlin ertəsi gününün gecəsi "Difai" firqəsinin möhürüylə divarlara bəyannamələr yapışdırılır. Bu rus məmurlarında böyük qorxu yaradır.
Изображение
Qeyd: Fotodakı şəxs Difai təşkilatının qurucusu Əhməd bəy Ağaoğludur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: GƏNCƏDƏ GİZLİ TƏŞKİLAT "DƏRİN DÖVLƏT"

#15 Сообщение smersh70 » 05 дек 2019, 04:18

smersh70 писал(а):
05 дек 2019, 04:15
Qeyd: Fotodakı şəxs Difai təşkilatının qurucusu Əhməd bəy Ağaoğludur.
Изображение
DİFAİ - 1000 NƏFƏRLİK ANTİTERROR TƏŞKİLATI.

(Döyüş drujinaları millətin düşmənlərinə qan uddururdu)
Ə.Ağayev müstəsna olmaqla Bakıdakı MK üzvlərinin "Difai"də iştirakı kifayət qədər formal xarakter daşıyırdı, çünki partiyanın əsas fəaliyyəti Bakının hüdudlarından kənarda cərəyan edirdi.
Qısa müddətdə o, Azərbaycanın qərb qəzalarını - Şuşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarını və Gəncə şəhərini əhatə edir.
Difainin üzvlərinin ümumi sayı 1000 nəfərdən çox olmuşdur. Təşkilatın yerli (qəza) komitələrinə 7-15 nəfər daxil idi. Təxminən eyni sayda (6 nəfərdən 17 nəfərə qədər) təbliğatçı olurdu.
Bundan əlavə hər bir komitənin döyüş drujinası vardı. Belə drujinalardan ən böyüyünün say tərkibi Şuşa drujinası idi. Şuşa döyüş drujinası 400 nəfərdən ibarət idi.
O biri komitələrdə döyüşçülərin sayı 50 nəfərdən 100 nəfərə qədər idi.
Beləliklə, "'1917-ci ilə qədər "Difai" istər say tərkibinə görə, istərsə də kütlələrə təsir qüvvəsinə görə, Azərbaycanın ən böyük təşkilatı idi.

Ответить

Вернуться в «TARIX»