QƏHRAMAN GENERALLAR

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 171936
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 15230 раз
Поблагодарили: 18299 раз

Re: QƏHRAMAN GENERALLAR

#21 Сообщение smersh70 » 30 янв 2026, 02:33


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 171936
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 15230 раз
Поблагодарили: 18299 раз

Re: QƏHRAMAN GENERALLAR

#22 Сообщение smersh70 » 09 фев 2026, 01:25

8 fevral - general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı Həbib bəy Səlimovun doğum günüdür.

Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvanda doğulub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alan Həbib bəy daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olub və gimnaziyanı birinciliklə bitirib.

Hərbi fəaliyyəti
Çar Rusiyası dövrü


1900-cü ilin avqustun 12-də orduya könüllü yazılaraq 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 1il 2 ay xidmət edib, unter-zabit rütbəsi alıb. 1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı Batalyonunda xidmətə başlayıb, podporuçik olub. 1905-ci ildə batalyon komandirinin yavəri, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rotanın komandiri təyin olunub. Həmin ilin sentyabrında Müqəddəs Vladimir ordeni ilə təltif edilib. Həbib bəy 1908–1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Naxçıvanın Culfa sərhədlərində xidmət edib, məxfi tapşırıqla Tehrana göndərilib. 1912-ci ildə kapitan rütbəsi alıb. Daha sonra Peterburqda Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirib.
Изображение

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra Azərbaycana geri dönən polkovnik-leytenant Həbib bəy Səlimov Cümhuriyyət ordusunda Dəftərxana rəisi vəzifəsində çalışıb. Hərbi işi gözəl bildiyinə görə az sonra Nuru Paşa tərəfindən Əlahiddə Azərbaycan Korpusunun Qərərgah Rəisi təyin edilir və Azərbaycan qoşunlarını Gəncədən Bakıya qədərki yürüşündə Cənub qrupunun komandanı olur. Bu yürüş zamanı avqustun 1-də Ələti, Atbulağı və Nəvahini azad edir. Bu nailiyyətlərinə görə hələ daşnak-bolşeviklərə qarşı əməliyyatların davam etdiyi dövrdə ona polkovnik hərbi rütbəsi verilir.
Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun dəftərxana rəisliyi ilə yanaşı, Azərbaycan korpusunun Baş Qərərgah Rəisi və Baş Ərkan-i Hərbin rəhbəri vəzifəsində çalışır. Qısa müddətə Lənkəranın valisi olur.
Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, Bakının azad edilməsindəki xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif olunur. 1920-ci ilin martında Əsgəran müharibəsi adı ilə məşhur olan döyüşlərin qəhrəmanıdır.
Muğan Sovet Respublikası ilə döyüş
1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilir.
Lənkəran əməliyyatı
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu avqustun 14-ü hərəkətə başladı və ertəsi günü Salyana çatdı. Dəstənin komandanı Həbib bəy Səlimov öz nümayəndələrini Lənkərandakı hərbi qüvvələrin yanına göndərərək, dərhal AXC hökümətini tanımağı tələb etdi. Həmçinin yolboyu yerləşən rus kəndlərindən də silahlar toplanıldı. Avqustun 17–18-i həmin kəndlərdən 3 top və 5 pulemyot müsadirə edilərək Bakıya yola salındı. Bakıdan Səməd bəy Mehmandarovun Həbib bəyə göndərdiyi teleqramda AXC ordusunun və hökümətinin nüfuzunun aşağı düşməməsi üçün qətiyyətlə hərəkət etməsini və əməliyyat bitdikdən dərhal sonra dəstə ilə birlikdə Bakıya gəlməsini əmr edirdi. Dəstə avqustun 20-də Pokrovsk kəndini mühasirəyə aldı və əhaliə olan silahları toplamağa başladı. Kənd əhalisindən 2 top və 4 pulemyot müsadirə edildi. Dəstə avqustun 23-də Lənkərana çatdı. Sürətli tədbirlər nəticəsində heç bir müqavimət görmədən qarşıya qoyulmuş vəzifələri yerinə yetirdi. Bölgəni rus mənşəli əhalisi tərksilah edildi, polkovnik İlyaşeviçin rəhbərliyindəki rus hərbi qruplaşması təslim oldu.
Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil verir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali təyin edilir
Əsgəran müharibəsi
1920-ci ilin mart-aprelində baş verir. Qarabağda ermənilərin Drastamat Kanayanın rəhbərliyi ilə üsyana qalxmasında sonra Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun böyük bir qismi Həbib bəy Səlimovun rəhbərliyi ilə bu üsyanı yatırmaq üçün buraya göndərilir. Əsgəran keçidini tutan üsyançılar Azərbaycanın digər yerləri ilə Dağlıq Qarabağın əlaqə yolunu kəsmişdilər. Həbib bəy Səlimovun üstün hərbi zəkası və çalışqanlığı nəticəsində erməni üsyanı yatırılır və cəzalandırılır.
Aprel işğalından sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olur, lakin bolşeviklərlə işləməyi rədd etdiyi üçün, 1920-ci ilin 1 sentyabrında həbs edilir və həmin ilin dekabr ayının 30-da, saat saat 10:30-d bolşeviklər tərəfindən güllələnir.

Ответить

Вернуться в «TARIX»