с Гентом в воротах будет стоять он!!!
«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Amin Ramazanovun gələcəyi ilə bağlı proqnoz verib.
Təcrübəli mütəxəssis son vaxtlar şans tanıdığı 20 yaşlı qapıçıya böyük ümidlər bəslədiyini bildirib.
O, klub nümayənədələri ilə söhbətdə Moskva «Lokomotiv»inin yetirməsini tərifləyib, onu «sabahın ən yaxşı qapıçısı» adlandırıb.
Azərbaycanın ən yaxşı məşqçisi qeyd edib ki, Amin axır 1 ildə öz üzərində daim işləyib və xeyli artırıb:
«Bir-iki ildən sonra hamı ondan danışacaq. Mənim ona inanım böyükdür. İndi səhvlər edir və yenə edə bilər, bunlar Aminin hələ təcrübəsiz olmasından irəli gəlir.
Düşünmürəm ki, Aminə güvənməklə böyük riskə gedirəm. Vaxtı çatanda, hamı bu gənc oğlanı barmaqla göstərəcək.
O, millinin əsas qapıçısı olacaq. Son bir ayda az qala 100 qapıçıya baxmışam. Amin onların çoxundan istedadlıdır.
Elələrini bura gətirməkdənsə, Aminə etimad göstərərəm».