Azeri Defence News

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#11 Сообщение mirotvores70 » 04 янв 2014, 14:03

5:24 03-01-2014: Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilib. Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mənzillə təmin olunan hərbi qulluqçuları və onların ailələrini təbrik edib. V. Talıbov bildirib ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Qüsursuz xidmət edən hərbi qulluqçuların mənzillərlə təmin olunması ölkə prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Qeyd edək ki, isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan mənzillərdən 14-ü üçotaqlı, 2-si isə iki­otaqlıdır. Hər birinin sahəsi 139 kvadratmetr olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılıb.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#12 Сообщение mirotvores70 » 13 янв 2014, 14:07

Müdafiə nazirindən mühüm qərar
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq

18:34 12-01-2014: Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalar tərəfindən təkrarən yoxlanışdan keçiriləcək. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq.

Hərbi xidmətə yararlı olanlar 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək.

Kursu bitirdikdən sonra birliklərdə, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılan komissiyalar tərəfindən xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilən bölgü əsasında gənc əsgərlər yiyələndikləri ixtisaslara uyğun olaraq hərbi hissələrə xidmət yerlərinə göndəriləcək.
http://azeridefence.com/news.php?id=8321" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Azeri Defence News

#13 Сообщение Одиссей » 14 янв 2014, 00:24

Bunun özü böyük bir mövzudur. Bir sətir vermisən burada.
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#14 Сообщение mirotvores70 » 30 янв 2014, 23:07

Mübariz” snayper tüfəngi yaxın vaxtlarda silahlanmaya qəbul olunacaq
Mübariz yenidən cəbhəyə gəlir

15:14 17-12-2013: Müdafiə Sənayesi Nazirliyi (MSN) mühəndisləri tərəfindən yaradılmış 12.7 millimetr çaplı “Mübariz” antimaterial snayper tüfəngi yaxın vaxtlarda silahlanmaya qəbul olunacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, silah üzərində aparılan təkmilləşdirmə işləri yekunlaşıb.

“Yaxın vaxtlarda snayper tüfəngi silahlanmaya qəbul ediləcək”, deyə nazir əlavə edib.

Qeyd edək ki, “İstiqlal” antimaterial snayper tüfəngi ailəsindən olan 12.7 mm çaplı bu silah Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.

Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
http://azeridefence.com/news.php?id=8281" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#15 Сообщение mirotvores70 » 30 янв 2014, 23:09

Naxçıvanda Daxili Qoşunların zabit və gizirləri yaşayış binası istifadəyə verilib
Yanvarın 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olub. Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

17:42 30-01-2014: Mərasimdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.

Tədbirdə qeyd olunub ki, alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunub, döyüş hazırlığı yüksəldilib. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verir.

Hərbçilərə mənzillərin orderlərini və açarları təqdim edən V. Talıbov çıxışında qeyd edib ki, Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidir.

Tədbirdə məlumat verilib ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. İki və üç­otaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılıb, məişət əşyaları qoyulub. Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunub.
http://azeridefence.com/news.php?id=8365" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#16 Сообщение mirotvores70 » 12 фев 2014, 13:49

Gürcüstan yerli istehsal olan dəbilqə və bədən zirehini sınaqdan keçirdi
Gürcüstan Müdafiə Nazirliyi yerli müəssisədə istehsal edilmiş dəbilqə və zirehli gödəkcələrin təqdimatın keçirib.

16:41 11-02-2014: Bu barədə “AzeriDefence”yə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi Əməliyyat Qüvvələrinin hərbi bazasında keçirilən təqdimat zamanı hər iki məhsul praktik testdən keçirilib.

“Delta” Mərkəzi tərəfindən NATO standartlarına uyğun istehsal edilmiş zirehli gödəkcələrin xüsusi təyinatlılar, polis və qadın hərbçilər üçün modelləri var.

Gürcüstan istehsalı olan dəbilqənin çəkisi 1200-1500 qram, bədən zirehinin çəkisi isə 3200 qram təşkil edir.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#17 Сообщение mirotvores70 » 12 фев 2014, 13:52

KADEX-2014 sərgisində iştirak edəcək jurnalistlərin qeydiyyatına başlanıb
May ayının 22-dən 25-dək Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək KADEX-2014 hərbi-texniki əmlak sərgisinin işıqlandırılması üçün jurnalistlərin rəsmi qeydiyyatı başlanıb.

17:59 11-02-2014: Bu barədə “AzeriDefence”yə Qazaxıstanın Müdafiə Nazirliyindən məlumat verilib.

KADEX-2014 hərbi-texniki əmlak sərgisi müdafiə sənayesi və mütəxəssislərin fikir mübadiləsi sahəsində son nailiyyətlərin nümayişi üçün Mərkəzi Asiya regionunda ən böyük müdafiə platformasıdır.

KADEX-2014 sərgisi beş istiqaməti əhatə edir:

• Silahlanma, Quru Qoşunların və Hərbi Dəniz Qüvvələrinin hərbi texnikası;
• Aviasiya və aviasiya silahlanması, Hava Hücumundan Müdafiə sistem və vasitələri;
• Avadanlıqlar və xüsusi təyinatlı əmlak;
• IT-texnologiyalar, sistemlər və rabitəə vasitələri;
• Qoşunların arxa və texniki təminatı;

KADEX-2014 sərgisinin zəngin işgüzar və nümayiş proqramı xarici və yerli istehsalçıların innovasiyaları ilə tanış olmağa imkan verəcək.
İşgüzar proqram çərçivəsində Beynəlxalq hərbi elmi-texniki konfrans və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyası yanında Məsləhət Şurasının, həmçinin KTMT üzv dövlətlərin reklam-sərgi fəaliyyətləri üzrə səlahiyyətli orqanlarının Koordinasiya Şurasının iclasının keçirilməsi planlaşdırılır.

Sərgi çərçivəsində hərbi nəfəsli orkestrlərin II beynəlxalq festivalı və müxtəlif ölkələrin hərbi orkestrlərinin tattoo showu (keçidi) olacaq.
Jurnalistlər akkreditasiyaya üçün 14 may 2014-cü il tarixinədək Qazaxıstan Müdafiə Nazirliyinin http://www.mod.gov.kz" onclick="window.open(this.href);return false; saytından sifariş blankını dolduraraq korganys_baspasoz@mail.ru ünvanına göndərməlidirlər.

Qeyd edək ki, KADEX-2014 sərgisində Azərbaycandan ziyarətçi qismində müxtəlif dövlət təşkilatlarının nümayəndələrinin iştirakı planlaşdırılır. Sərgidə Azərbaycanı AZERİ DEFENCE jurnalı iştirakçı qismində təmsil edəcək.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#18 Сообщение mirotvores70 » 25 фев 2014, 11:47

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçirilib
“Qış-2014”
15:10 24-02-2014: Türkiyənin Qars vilayətində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə “Qış-2014” taktiki təlimi keçirilib. Bu barədə “AzeriDefence” Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən məlumat verib.

Ağbaba poliqonunda fevralın 18-də başlamış və iki gün davam etmiş təlimdə hər iki ölkənin bölmələri tərəfindən birgə praktik atışlar həyata keçirilib.

“Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birlikləri və şəxsi heyəti arasındakı dostluq əlaqələrini gücləndirmək, birliklərin qarlı və şiddətli soyuqlarda döyüş imkan və qabiliyyətlərini sınaqdan çıxarmaq, qış şərtlərində ərazidə yerləşmə, iaşə, geyim, təchizat və baxım fəaliyyətlərini öyrənməkdir”, - deyə məlumatda bildirilib.
Təlimə 85-i Azərbaycandan olmaqla 1714 nəfər qatılıb.
Изображение
Изображение
http://azeridefence.com/news.php?id=8414" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#19 Сообщение mirotvores70 » 05 мар 2014, 16:20

MSN ixracat rəqəmlərin açıqladı – 123 milyon dollar
Müdafiə sənayesi ixracatında sıçrayış

12:48 05-03-2014: Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən 2013-cü ildə 121.2 milyon manat dəyərində müdafiə təyinatlı məmulat istehsal edilərək sifarişçilərə çatdırılıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

Bununla yanaşı müdafiə təyinatlı məmulatların və əmlakın təmiri üzrə 1 milyon 179,9 min manatlıq, utilizasiyası üzrə 315,7 min manatlıq iş yerinə yetirilib.

Ötən il Azərbaycan müdafiə sənayesi tərəfindən 96 milyon manat (123 milyon 077 min ABŞ dolları) məbləğində məhsul ixrac olunub ki, bu da 2012-ci illə müqayisədə 5,4 dəfə çox olub.
http://azeridefence.com/news.php?id=8420" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#20 Сообщение mirotvores70 » 05 мар 2014, 16:33

Sərhəddə “Radiobaryer” sensorlarının tətbiqinə başlanıb
Azərbaycanın sərhədlərinin mühafizəsində “Radiobaryer” sensorlarının tətbiqinə başlanıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

16:07 05-03-2014: Ötən il Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində 17300 metr məsafədə “Radiobaryer” tipli seysmik aşkar etmə qurğusu quraşdırılıb.

Hazırda sərhəd dəstəsində “Radiobaryer” sistemlərinin quraşdırılması tədbirləri davam etdirilir.
Изображение
http://azeridefence.com/news.php?id=8421" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»