BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#1 Сообщение smersh70 » 24 ноя 2016, 00:26

!992 -ci ilin ən uğurlu əməliiyatı olub..Özüdə Ermənistan torpağı azad olunub və hal-hazırda Ordumuzun nəzarətindədi..

Müsahibə verən bu şəxslə bir yerdə qulluq etmişəm..Vətənimizin ən qeyrətli zabitlərimizdən biridi..Həmişə öz prinsipiallığı ilə əks-kəşfiyyatçılar arasında fərqlənib.....Həmişə onu özümə bir ideal seçərək, gözümün qabağına gətirmişəm :character-oldtimer:

Изображение

İlk könüllülər

Cabbarlı Əmrah Şəmistan oğlu 1965-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşam. Ali təhsilliyəm, 1991-cil il oktyabr ayında könüllü batalyonunda xidmət etməyə başlamışam.
Oktyabrda Mütəllibovun fərmanı olub, Azərbaycan Milli Ordusunun yaranması haqqında. BDU-nun jurnalistika fakültəsində oxuyurdum. Həmin fərman qüvvəyə minən kimi Azərbaycan ordusunun ilk taborunun ilk əsgərlərindən biri olmuşam. Həmin tabor Şıxovda yarandı. Binəqədi rayonunda komissarlıq vardı, getdim, tələbə olduğum üçün aparmaq olmazdı. Könüllü getmək istədiyim üçün ərizə yazdım.

Dərhal getdim 1-ci batalyona. O zaman proses çox ləng gedirdi, yəni Sovet hökuməti təzəcə dağılmışdı. Onun tör-töküntüləri bütün gücü ilə çalışırdı ki, Azərbaycanda ordu yaranmasın. Getmək istəyənlərin də qarşısına maneə qoyurdular. Biz getdik tabora, qəbul olunandan sonra, yadımdadır ki, bir gün səhərdən axşamadək yemək vermədilər, çörək vermədilər ki, çıxın, dağılın, gedin.

Nazirlər sovetinin sədri Həsən Həsənov özü gəldi hərbi hissəyə. Ondan sonra yemək gətirdilər. Yəni çox böyük maneələrlə, çox böyük çətinliklərlə biz həmin vaxt Azərbaycan ordusunun ilk taborunun yaranmasında iştirak elədik. Tabor yaranan kimi onun bir hissəsi Şuşaya göndərildi, o biri isə hissəsi göndərildi o vaxt ki, Martuni rayonuna, sonra onun adını Xocavənd qoydular. Xocavənd rayonunun Əmralılar-Muğanlı- Kuropatkin kəndlərində çox dəhşətli döyüş əməliyyatlarına girməli olduq.

Burda xidmət edəndən sonra, gəldik yanvar ayının 26-sı “Daşaltı”ya.

Tacəddin Mehdiyev qarşımıza vəzifə qoydu ki, Daşaltı kəndinə hücum edib, onu azad etməliyik. Bütün batalyonun bölüklərinin qarşısına vəzifə qoyulmuşdu: kəndə hardan hücum olunacaq, hardan gedəcəyik və kəndi tutacağıq.

Bir bölüyün qarşısında vəzifə qoyulmuşdu ki, Xankəndindən Daşaltıya gələn yolu tutmalısınız, əlavə qüvvənin ermənilərə köməyə gəlməyinə maneə yaratmalısınız. Bizdən bir bölük getdi oraya, haradasa 23 nəfərdən ibarət idi. O bölük orda əlavə qüvvənin qarşısını kəsməli idi. Lakin onlar qarşıya qoyulan vəzifəni yerinə yetirməmişdilər, 20 nəfər girmişdi kəndə, 3 nəfər qalmışdı orada, 3 nəfəri də düşmənə qarşı vuruşmuşdu. Vuruşandan sonra bunların 2-i həlak olmuşdu, 20 nəfər erməni öldürmüşdülər. 1 nəfər yaralı şəkildə çıxıb, gələ bilmişdi. Həmin yaralanan bizə danışdı ki, qarşıya qoyulan vəzifəni yerinə yetirmədik. 20 nəfər getdi kənddə başladı döyüşməyə, 3 nəfər də lazımi qədər vuruşdu və qəhrəmanlıq göstərdi. 20-dən çox erməni öldürdü.
Изображение
Bizim qarşımıza vəzifə qoyulmuşdu ki, girməliyik Daşaltı kəndinə. Biz də həmin kəndə girdik, səhər tezdən. Mənim bölük komandirim, indi Azərbaycan Müharibə Veteranları birliyinin sədri Füzuli Rzaquliyev və bir neçə nəfərlə bir yerdə bütün bölüyümüz girdi, kəndin yarısını tutduq, 11 nəfərimiz yaralandı, 1 nəfər həlak oldu. Qəhrəmanov Qəhrəman atanın-ananın bircə oğlu idi, Suraxanı rayonundan idi. Bu həlak olanda elə bir yerdə həlak olmuşdu ki, həmin yer tamamilə açıq bir zona idi. Başa düşürsünüz? Oranı erməni hər tərəfdən vururdu. Onun meyitini heç cür götürə bilmədik. Meyiti götürmək üçün getdikcə bir neçə nəfərimiz yaralandı. Sonra dedilər ki, götürə bilmirik, meyit qalsın, o bir bölüklərdən hələ xəbərimiz yoxdu ki, onların da hardasa bir şəxsi heyyətdən 90 nəfərə qədər adam həlak olub, itkin düşüb və bu günəcən tapılmayıb.
Meyiti götürmək üçün avtomatların remenini sökdük, uc-uca bağladıq, bir nəfər – çox qəhrəman bir oğlan idi, Ağdaşdan Sadıq adlı – o oğlan sürünə-sürünə getdi, o vaxt bizə aşırma kəmərlər vermişdilər, remenden yuxarı, o kəmərə avtomatın remenlerini bağladı, biz onun meyitini sürüdük, cox dəhşətli şəkildə çıxardıb gətirmişdik.
Komandanlıq bizə məlumat verdi ki, faciə baş verib, heç bir bölükdən xəbər yoxdur. Siz də tutduğunuz mövqeyi tərk edin. Şuşanın “pereval”ı var, Laçından gələn yolun altı, əmr etdilər. Siz də oradan dərhal çıxın, çəkilin arxaya. Çıxdıq, səhərisi gün Müdafiə Nazirliyinin özünün başçılığı ilə Şuşada müşavirə keçirildi. Və o müşavirədə bildik ki, nələr baş verib. Həm təcrübəsizlik, həm hərbi texnikalardan istifadə edə bilməmək, həm də qarşıya qoyulan vəzifəni olduğu kimi yerinə yetirməməyimiz məğlubiyyətə səbəb oldu.
Hə, sonra bizi zorla bizim batalyonu Şuşadan çıxartdılar. Həmin hadisədən sonra qalanlarımızı gətirdilər Bakıya.
Sonra onun bazasında “N” saylı hərbi hissə yarandı.

Mən isə öz doğma rayonumuzda, kəndimizdə də dəhşətli döyüşlər getdiyi üçün Şınıxdan olan uşaqlara müraciət elədim. Gedək öz torpağımızı, evimizi qoruyaq. Bu minvalla, 50 nəfərə kimi döyüşçü, yəni Sovet ordusunda xidmət etmiş uşaqları topladım. Müdafiə Nazirliyinə rəsmi müraciət elədik və bizə burdan silah verdilər, avtomat verdilər. Getdik, Gədəbəydə də batalyon təzəcə yaranmışdı.

Hardasa, 1992-ci ilin mart ayında getdik Şınıx bölgəsinə. Onda Yatslav Malbaxov hərbi komissar idi (Milliyyətcə qabardin-red. ).
O da Əfqanıstanda xidmət eləmişdi. Çox gözəl bir döyüşçü idi. batalyonu yaratmağı, formalaşdırmağı buna tapşırdılar. Biz o batalyonun tərkibində başladıq xidmət etməyə, dərhal da cəbhə bölgəsinə getdik.
Şınığın əsas, magistral yolu Başkənddən keçirdi. Başkənddə də artıq ermənilər silahlandılar yolumuzu kəsdilər. Yəni Şınıx qaldı mühasirədə. Şınığın yeganə çıxış yolu Tovuz tərəfdən, o da dağ yolları ilə hərəkət idi, 15-20 dəqiqəyə getdiyimiz yolu 4-5 saata getmək demək idi.
Hərdən yolumuz Başkənddən keçirdi, onlar da bizə hücum edirdilər.
Deməli, bizim qarşımıza məqsəd qoyuldu ki, ermənilərin Düzrəsullu kəndinə hücumlarının qarşısını almaq.
Hücum Düzrəsulluya Başkənddən olurdu, Mutudərəyə, Qasımağalıya isə Krasnoselsk rayonundan.
Şınıx iki tərəfdən atəşin arasına düşdü. Ən dəhşətli vəziyyət iyunun axırı, 92-ci ildə başladı. Onlar bütün növ ağır silahlardan istifadə etməyə başladılar. Və həmin vaxtlarda təxribatçı qüvvələr Şınıxın köçməsi üçün dəfələrlə bizim kəndlərə avtobus göndərdilər ki, camaat torpağını qoyub köçsün.

igid döyüşçü, üç dəfə Milli Qəhrəman adını almaq üçün təklif edilən canlı əfsanəmiz Əmrah Cabbarlıdır.
Изображение
Artıq Şuşa getmişdi, Laçın getmişdi. Ermənilərə veriləcək növbəti rayon Gədəbəy idi. Tərxribatçılar buranı da boşaltmaq üçün hər yola əl atdılar.
Bundan başqa, həmin qüvvələr bir dəfə topu Saratovkadan qurdular . Yəni, Başkəndə atmaq adı ilə həmin toplardan bizim kəndlərə, Düzrəsulluya atəş açdılar. Şınıxın kəndlərinə atəş açdılar. Guya ki, erməni atır da, amma sonra məlum oldu ki, onlar Saratovkada topu qurublar. Erməniyə atmaq əvəzinə, bizim öz kəndlərimizə atırdılar ki, əhali vahiməyə düşsün, qaçsın, çıxsın getsin.
Vəziyyət pisləşəndə, komandanlıq qərara gəldi ki, 92-ci ilin avqust ayının 5-də biz hücuma keçək. Erməniləri oturdaq yerində. Hücumun necə nəticələnəcəyini heç kim bilmirdi.
Qərara gəldik ki, saat 3-də, avqust ayının 5-i günü Başkəndə hücuma keçək.

Hücum planından xəbərdar olan ermənilər (kimsə planı satmışdı – müs.) bizi qabaqaladı, özü də 2 saat. Saat 12-də onlar hücuma başladılar. Çox böyük qüvvə ilə Mutudərə istiqamətində hücuma keçdilər. Və Mutudərəni, Qasımağalının ələ keçirdilər. Ondan sonra kəndin ətrafında yüksəkliklər vardı, onların hamısını erməni götürdü. Bizə, ordan olan qüvvələrə, polisə - hamısına komandanlıq əmr verdi, geri çəkilmək haqqında.

Və həmin əmr çərçivəsində Mutudərədə, Qasımağalı kəndində olan qüvvələr hamısı indiki Turşsu kəndi var, Tovuzla sərhəddə olan kənddir, o vaxt adı Kilsəli kəndi idi, oraya qədər çəkilib getdilər. Orada həmin vaxt Azərbaycanın Milli Qəhrəmanı rəhmətlik Məzahir Rüstəmov yanında qalan qüvvələrlə istədi ki, müqavimət göstərsin. O müqavimət də heç bir fayda verə bilməzdi, çünki, düşmən həddindən artıq güclü idi. Düşmənin texnikası, tankı, piyadaların döyüş maşını, ağır texnika ilə hücuma keçdi, bizdə də yalnız həmin vaxt avtomat idi, bir də qrantamyot filan idi, başqa silahımız yox idi.
Hücumun ön xəttində, Mutudərədə müqavimət göstərən Məzahir ordaca şəhid oldu.
Ermənilər həmin kəndləri işğal edəndən sonra, saat 1-dən Başkənd istiqamətindən Düzrəsullu tərəfə, həm kəndə, həm də mənim dayandığım Qaradağ postuna (Böyük yüksəklikdi, o zaman Başkənd düşməndə olduğu üçün strateji əhəmiyyətə malik yer bura idi- müs.) hücuma keçdi.
Başkənddən Düzrəsulluya magistral yol gəlir, bu yolun üstündə də böyük bir yüksəklik var, buraya Qabaqdöş deyilir. Bu yüksəlikdə Şəmkirdən gəlmiş 43 nəfərlik dəstə dayanırdı.
Həm piyada qüvvə, həm də BMP və tanklarla hücuma keçən düşməni görən həmin 43 nəfər Turşsu kəndinə çəkildilər.
Komandanlıq vəziyyətin dəhşətli dərəcədə ağır olduğunu görürdü və əmr edirdi ki, boş yerə itki verməyin.

Çəkilin!

Bütün qüvvələr çəkiləndən sonra düşmən hücumun 2-ci mərhələsinə başladı.
Qaradağ postunda mən qaldım, bir də rəhmətlik qohumum Ələsgərov Məhərrəm Dursun oğlu, əlimdə ratsiya vardı, “Villis” maşınında. Bu telefonla biz hər tərəflə əlaqə saxlaya bilirdik. Yəni Tovuzun rəhbər şəxsləri ilə, icra başçısı ilə, MTN-in rayon şöbəsinin rəisi, polis rəisi, ondan başqa da Gədəbəyin bütün rəhbər şəxsləri ilə, icra başçısı, polis rəisi, sonra komandirin özü ilə, əlaqəmiz vardı. O anlar dövlət İdarə orqanalarının ilə əlaqə saxladığı bir adam var idisə, o da mən idim, həmin gecə. Komandir də, polis rəisi də, icra başçısı da mənlə danışırdı.
Kənddən durduğum mövqelərə yol var idi. BMP-lər bura çıxsa, minaatan da yox idi qarşılamağa.
Bizim bir “Nurs”umuz, topumuz və qradımız var idi. 3 silahdan başladıq atmağa. Özü də ki, icazəsiz atmağa. Komanda verildi ki, atmayın, amma mən başladım atəşi davam etdirməyə.
BMP-lər mənə tərəf hərəkət edəndə başaldım "Nurs"la, qradla, topla ermənilərin piyada qüvvəsinə atəş açmağa. Ermənilər məcbur oldular geri çəkilməyə. Bir də çıxdılar, bir də atəş açdım.
Başkənddə Fransanın tikdiyi ayaqqabı fabriki var idi. 5 mərtəbəli bina idi. Burda onların əsas qərargahı yerləşmişdi. Həmin 5 mərtəbəli binanı vurdum. Mərmi bu üzündən girib, o üzündən çıxdı.
Ermənilər geri çəkilməyə məcbur oldular. Məndən 3 km uzaqda, Tovuzun Həsənli kəndi istiqamətində bizim qüvvələr cəmləşmişdilər. Həmin gün Başkəndə, ermənilərə hücum olunmalı idi. O hücumu həyata keçirmək üçün o qüvvələr gəlib oraya toplaşmışdılar. Vəziyyət dəhşət dərəcədə pis olanda ratsiya ilə qışqırıb, əsəbimdən ağladım, çağırışıma MTN-nin Tovuz rayon şöbəsindən cavab verdilər ki, özünü öldürmə, ağlama.
Vəziyyət pis idi, kəndimiz, elimiz, torpağımız əldən gedirdi deyə, ağlaya-ağlaya, qışqırıb, yalvarırdım ki, kömək edin.
Dedilər Tovuz rayonundan sənə kömək gəlir. Həqiqətən də səhərə yaxın kömək gəldi.
Etibar Əmiraslanovun dəstəsi Düzrəsulluya çatanda saat altı olardı.
Bu müddətdə iki nəfərlə böyük bir hücumu dəf edə bildik.
Arxaya qaçanları səhərə yaxın inandıra bildim ki, Düzrəsullu işğal olunmayıb, Qaradağ yüksəkliyi işğal olunmayıb. O kəndlər hamısı bizdədir və mən öz yerimdəyəm.
[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#2 Сообщение smersh70 » 24 ноя 2016, 00:28

Bir döyüşçü bütün Gədəbəyi necə xilas etdi?
3 silahdan atəş açırdım deyə, düşmən elə fikirləşirdi ki, burada qüvvə çoxdur. 90 kq-lıq mərmiləri təkbaşına yerləşdirmək təbii ki, çox çətin idi. Hər şeydən öncə onları doldurmaq problemdir.
O vaxtlar kənd sovetinin katibi vəzifəsində işləyən İsrafil Hacıyev həmin hadisələrin canlı şahidi olub.
Изображение
Ən nəhayət, rayon rəhbərliyi gördü ki, post yerində qalıb.

O gecə Qaradağ yüksəkliyi alınsaydı, Şınıx, 28 kənd və Tovuzun bir neçə kəndi də avtomatik olaraq Ermənistanın Krasnoselski rayonlarına birləşirdi.
Düşmənin əsas planı Şınıxda möhkəmləndikdən sonra Saratovka kəndi və rayon mərkəzinə hücuma keçib, ermənilərin yaşadığı Şəmkirin Çardaqlı kəndinə çıxmaq idi.

Həmin gecə o döyüşümüz olmasaydı, düşmən Gədəbəyi, o cümlədən, Tovuzun kəndlərini də işğal edib, Şəmkir və Gəncəyə qədər əraziləri ələ keçirə bilərdi.

Silahlarımızla bağlı vəziyyət də ürəkaçan deyildi, qradımız əl istehsalı olduğundan özümüz yığmışdıq. Onunla Mutudərədə olan düşmənə atəş açsaq da, çatmırdı, cəmi 3-5 km gedirdi. 25 km-ə qədər məsafəni vura bilsəydi, o zaman düşmən rayonlarını rahat şəkildə atəş altda saxlayardıq. Ona görə də komandanlıqdan xahiş etdim ki, mütləq yeni bir qrad yollasınlar, Tovuz yolu ilə həmin silahı səhərə yaxın çatdırdılar. Artıq öz mövqemizi əldə saxladığımız üçün növbəti zirvəyə də sahib olmaq lazım idi. Düşmən gələndə boşaldılan Qabaqdoş postuna gedəsi olduq. Öz hərbçilərimiz israr etdilər ki, postda düşmən kəşfiyyatçıları olacaq getməyək təhlükəlidir. İmran Süleymanov və bir neçə nəfərlə birlikdə piyada həmin posta tərəf hərəkət etməyə başladıq. Sonunda gedib səngərə çatdıq.

Səngər boş idi, təəssüf ki, bu əraziləri boş qoyub, silahları atıb qaçanlar, düşmənin rəhbər şəxslərinin əl-qolunu sallaya-sallaya Başkəndi necə tərk etməsini seyr edənlər oldu.

Cahangir Rüstəmovun o gecəki fəaliyyəti haqda da qeyd edim, ratsiya ilə mənə dedi ki, Tovuzda dayanan batalyon komandiri Nəbi Əhmədova de ki, sənə kömək etsin. Belə bir dəhşətli durumda Nəbi bundan imtina etdi.

Əlimizdə olan yeganə BMP-ni isə bir nəfər döyüş meydanından sürüb Saratovkaya aparmışdı.

Avqustun 6-sı arxaya çəkilmiş bütün qüvvələri toparlamaqla məşğul olduq. O zaman əlimizdə qalan yeganə yer Qaradağ yüksəkliyi idi. Bu qüvvələrin əksəriyyəti Qaradağ postuna cəmləşməli oldular.
Bu müddətdə 3 silahdan 2 mindən çox mərmi atmışdıq.

Ən əsas isə Başkənddən Krasnoselo rayonuna gedən ana yolu müşahidə altına aldıq və hərəkətə imkan vermədik.
Beləliklə də, düşmənin hərbi və mülki texnikasının hərəkətini iflic etdik. Ona görə də Başkənd qaytarılanda orada həddindən artıq hərbi və mülki texnika qalmışdı: 3 dənə PDM, külli miqdarda kombayn və maşınlar...

O an Qaradağ postu olmasa idi, düşmən Başkənddə bir çöp belə saxlamayacaqdı.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#3 Сообщение smersh70 » 24 ноя 2016, 00:29

Qasımağalı, Mutudərə kəndləri işğal olundu. Səhərisi gün öyrənmişik ki, rəhmətlik Məzahirdən (Milli qəhrəman Məzahir Rüstəmov-red.) xəbər yoxdur. Ona görə, Malbaxovdan xahiş etdim ki, gəlin Mutudərəyə hücuma keçək. Haradasa 40-50 nəfər, Mutudərənin özündə və Düzrəsulluda dayanan əsgər və zabitlərimiz, ayın 7-i Mutudərə istiqamətində hücuma keçməyə başladı.

Başkənd əməliyyatından 2 gün qabaq, həm ayın 7-si, həm də 8-də Məzahirdən xəbər çıxmadığı üçün Mutudərəyə hücuma keçdik.

Avqustun 9-da Malbaxov hücum əmri verdi və əməliyyata başladıq. Zirvədə yerləşən erməni postlarını ələ keçirib, onları “Pereval”a qədər qova bildik.

Artıq düşmən Başkənddən çəkilməyə başladı. Mutudərə aşırımında müşahidə etdi ki, bir BMP üstündə də 20-30 əsgər Mutudərə tərəfə hərəkət edirlər. Oradan keçib, Krasnoselski tərəfə getməli idilər.
Bir müddət sona BMP bizim qazdığımız xəndəyə tərəf gəldi. Etibar Əmiraslanov (Tovuzun "Bozqurd" batalyonu-red. ) uşaqlardan minaatanı BMP-ni vurması üçün apardı.
Amma nə sirr idisə, BMP qurtuldu və qaçaraq, yol üstündə keşik çəkən dəstənin rəhbərini – Faiq Mahmudovu yaraladı.

Sabir müəllimin də (Tələbə batalyonunun komandiri Sabir Məmmədli – müs.) dəstəsi orada idi. Sonra bildik ki, BMP-nin içində qaçan Krasnoselonun icra başçısı Nazaryan imiş. Başkənd ərazi vahidi olaraq, Krasnıya tabe idi, döyüş gedəndə rayon rəhbərləri kəndə gəlirdilər.

Müəyyən yanlış münasibətlər həqiqətləri yalanlamaq üçün istifadə edilir.

Hamı bilir ki, Mutudərə əməliyyatının rəhbəri Malbaxov, Başkəndin isə müəllifi Cahangir Rüstəmov olub
Изображение
BMP qaçandan sonra gördük ki, həmin magistral yolla 3 nəfər erməni bizə tərəf gəlir. Birinin əlində diplomat var. Bu hadisənin şahidlərindən biri döyüş yoldaşımız sabiq millət vəkili Nizami Quliyevdir. Onlara atəş açdıq, biri öldü, ikisi isə qaçdı.
Birini təqib edib, tutdum, məlum oldu ki, həmin şəxs Başkəndin icra nümayəndəsi Mujikyandır, sənədlərində adı da başqa cür yazılmışdı.

O dedi ki, BMP-də xilas olan adam Krasnı rayonunu başçısı imiş. Həmin şəxsin mən tərəfdən tutulması ilə bağlı təqdimatı məhz Cahangir Rüstəmov imzalayıb.
Bu, mənim milli qəhrəmanlıq adına ilk təqdimatım idi. İkinci təqdimatı prezidentə rayon rəhbəri göndərdi. Üçüncü təqdimat isə Şınıx bölgəsinin 500 nəfərdən çox sakini tərəfindən göndərilən müraciət sənəd idi.

Sonra işlə bağlı əmrimi Bakıya verdilər, razılaşmadım, cəbhəyə qayıtdım. Bu arada Bakıda mənə təklif edilən evdən də imtina etdim...

...Biz Başkəndi, Mutudərəni götürdük, sonra ətrafındakı bütün yüksəklikləri azad etdik. Həmin vaxt döyüş texnikamız çox məhdud idi. Döyüşlərdə düşməndən 4 ədəd BMP, 3 ədəd T72 markalı tank aldıq. Bu tankların birinin alınmasında dostumuz Faiq Mahmudovun çox böyük xidməti oldu. Yəni "Peraval" aşırımı istiqamətindən bizə hücuma keçən T72 markalı tankı sağ-salamat, tam istismara yararlı qalsın deyə vurub zədələmədilər.

“Peraval” yüksəkliyini ələ keçirdikdən sonra Gədəbəyin sərhədində Şınıxın üstündə "Örükdaş" yüksəkliyi var, oradan düşmən bizi atəşə tutur, göz açmağa qoymurdu. Sonra komandanlıq qərara gəldi ki, o yüksəkliyi götürməliyik.

Avqustun 16-da Gədəbəy batalyonuna hücuma keçmək əmri verildi. Bu hücum qeyri-münasib vaxtda oldu. Günün günorta çağı, saat 11-də bizə hücum əmri verdilər. Açıq hədəfə gedirdik. Onlar çox ustaqlıqla davranaraq atəş açmadılar, "Örükdaş"a doğru dərədən çıxanda 67 nəfəri mühasirəyə saldılar.

Mühasirəyə düşdüyümüz yer elə mövqedə idi ki, bu halımızı Şınıxda əhali də görürdü, biz bura çatıb, mühasirəyə düşəndə digər dəstəmiz “Pereval”dan "Örükdaş"a hücum edəcəkdi. Amma bütün çağırışlarımız cavabsız qaldı, kömək gəlmədi. Düşmən yox, biz mühasirəyə düşdük.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#4 Сообщение smersh70 » 24 ноя 2016, 00:31

Elə o zaman anladıq ki, bizdən imtina ediblər, taleyimizi Allaha tapşırıblar.

Həmin an Tanrı üzümüzə baxdı, qəfil yağış başladı. 2 ədəd T72 tankı çıxdı, hücuma keçdi, yerə uzanmalı olduq, üstümüzə gəlirdi. O qədər yaxın məsafədə idi ki, atır, biz də uzanmışıq yerə. Qranat atdılar, məndən 2 metr arxaya uzanmış Natiq Abbasovun başına dəydi.

Geri çevriləndə gördüm ki, arxadakı əsgərlərimizin arasından bir nəfər ayaqüstünə qalxıb və məni – dəstənin komandirini nişan verir.

Düşmən atəşi dayandırdı, məqsəd bizi diri tutmaq idi. Onlar qərara gəldilər ki, bizi tanklarla əzsinlər, hər tankın üstündə 3-4 nəfər vardı.

Bəxtimiz onda gətirdi ki, hamısı muzdlu olan bu şəxslərin dəqiqliyi yox imiş, onlar narkotik qəbul etmiş və içkili imişlər. Bunu başa düşən kimi snayperə əl atdım. Yanımda kapitan Sahib Rüstəmov da vardı, o da mənə qoşuldu və tankların üstündəki şəxsləri güllələyə bildik.

Mutudərədən olan təcrübəli əsgərlərlə mühasirəni yardıq. 11 nəfər yaralansa da, biz o mühasirədən çıxa bildik.

İkinci dəfə "Örükdaş"ı götürmək qərarına gəldik. Bu dəfə əməliyyat avqustun 31-də oldu. "Örükdaş"a səhər tezdən, 5-6 radələrində hücuma keçdik. Çox uğurlu alındı, 2 ədəd T72 tankı götürdük, hansı ki, keçən dəfə bizi ayaqlamaq istəyirdi. O tankları qoyub-qaçdılar. Orada artilleriya qurğusu, külli- miqdarda güllə, ərzaq, UAZ markalı vilis, NİVA markalı maşını götürdük.

İkigünlük dəhşətli döyüşdən sonra elə bir an yarandı ki, biz Krasnoselonun rayon mərkəzini və Orconakidze kəndini tutaq. Hətta 3 km sərhədi keçib, onlara tərəf getmişdik.
Изображение
Komandanlıq çəkilin arxaya deyə əmr verdi. Bildirdi ki, bu addımınız beynəlxalq skandala səbəb olacaq.

Qoymadılar, mən orada mübahisə etdim ki, biz rayon mərkəzini tutaq, düşməndən tələb edək ki, Şuşadan, Laçından çıxsın.

"Örükdaş"da mərd bir döyüşçümüz, Rasim Tağıyev, həlak oldu. Biz ona öz aramızda Xamxo deyirdik. Həmin günü o, orada şəhid oldu.

2 gün postu saxladıq. Biz 2 gün yatmadığımıza görə, Malbaxov əmr verdi ki, düşün aşağıya, bir az istirahət edin. Sizin yerinizə ... batalyonu postu saxlayacaq. Biz düşmüşük aşağıya, kazarmaya çatmamışıq, həyəcan siqnalı verilib ki, ... batalyonu postu ermənilərə təhvil verdi. Mənə Gədəbəyin icra başçısı Saleh Rüstəmov özü zəng etdi ki, hardasan post əldən getdi, çıx yola gəlirəm, yoldan məni götürdü, birbaşa döyüş bölgəsinə girdik.

"Peraval"a çıxdıq. Gördük ki, həmin qüvvələr Mutudərə istiqamətinə qaçır. O dövr üçün olduqca bahalı olan rabitə maşınımızı ermənilər vurub yandırıdı. Bütün şəxsi heyət toplaşdıqda artıq hər şey gec idi. O səhvin nəticəsində "Örükdaş" hələ də düşmənin əlində qalır.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#5 Сообщение smersh70 » 24 ноя 2016, 00:32

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#6 Сообщение smersh70 » 24 ноя 2016, 00:33

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#7 Сообщение smersh70 » 24 ноя 2016, 00:34

[youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#8 Сообщение smersh70 » 23 фев 2019, 05:45

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#9 Сообщение smersh70 » 04 май 2019, 17:33

smersh70 писал(а):
24 ноя 2016, 00:26
Bütün qüvvələr çəkiləndən sonra düşmən hücumun 2-ci mərhələsinə başladı.
həmən hücum bu kadrlarda əks olunub..və 7də ermənilər kəndə yolu açmışdılar.
Lakin cəmi bir gün sonra bizim ordu hücuma keçib,kəndi azad etdi...


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 92775
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 3273 раза
Поблагодарили: 2365 раз

Re: BAŞKƏND ƏMƏLİYYATİ....1992-ci il

#10 Сообщение smersh70 » 18 май 2020, 22:52

smersh70 писал(а):
24 ноя 2016, 00:26
Cabbarlı Əmrah Şəmistan oğlu 1965-ci ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuşam.
Cəbhə gündəliyi.

30 avqust 1992 - ci il tarixdə 2 - ci Gədəbəy taboru, tabor komandiri V. Malbaxovun komandanlığı altında təxminən səhər saat 5 radələrində hücuma keçərək ,Krasnaselski rayonu ilə, bizim Gədəbəy rayonunun sərhəddində yerləşən , daim postlarımızı atəş altında saxlayan "ÖRÜK DAŞI" adlanan yüksəkliyi ələ keçirdi. Bu döyüşdə insafla qeyd etməliyəm ki, Qazax və Ağstafa rayonlarından bizə köməyə gəlmiş qüvvələrin də əməyi oldu.
Düşmən çox böyük itki verərək geri çəkilməyə məcbur oldu. Həmin döyüşdə bizim döyüşcülər düşmənin 2 ədəd T- 72 markalı tankını, bir neçə ədəd digər texnikasını da ələ keçirə bildi.Tutduğumuz mövqeyləri möhkəmləndirmək üçün 2 gün fasiləsiz döyüşməli olduq..
2- ci sutkanın tamamında tabor komandiri Malbaxov bizə yorğun olduğumuza görə postu digər qonşu rayondan gəlmiş (rayonun adını keçmiş döyüşcülər arasında münasibətə zərər vurduğuna görə yazmıram) döyüşcülərə tapşırıb bir qədər istirahət etmək üçün aşağı düşmək əmri verdi.
Nəsə...
Bəzi məqamları burada açıqlamaq istəmirəm...

Biz 2-ci Gədəbəy taborunun döyüşcüləri aşağı əsgərlərin istirahət etdiyi yerə təzəcə çatmışdıq ki, Gədəbəy rayonunun o vaxtki iicra başcısı SALEH RÜSTƏMOV mənə hava telefonu ilə zəng edərək " ÖRÜK DAŞI" postunun düşmənin yenidən əlinə keçdiyini, " Aşrım" ( PEROVAL) istiqamətindəki postumuz ətrafında da ciddi təhlükə yarandığını bildirdi. Və dərhal Gədəbəydən olan döyüşcüləri həyacan siqnalı ilə yenidən postlara qaytarmağı özünün də rayon mərkəzindən çıxdığını və döyüş bölgəsinə gedən yolun kənarında onu gözləyərək, mənimlə birlikdə posta çıxacağını dedi.
Əsgərlərmiz həyacan siqnalı ilə döyüş gedən ərazıya doğru hərəkət etdilər. Saleh Rustamov təcili Mutudərə kəndinə çatıb, mənimlə birgə, onun UAZ markalı xidməti maşınında düz qızğın döyüş gedən əraziyə "Aşrım"( Perava)ın başına çıxdıq. SALEH RÜSTƏMOV la mən maşınla çıxdığımız əraziyə düşmən bütün növ silahdan od yağdırırdı.Həm də bu hücumla düşmən təzəcə ələ keçirdiyimiz BAŞKƏNDİ geri qaytarmağa çalışırdı. Həmin döyüşdə düşmən tərəfdən təxminən 20 - yə yaxın T- 72 markalı tank hücuma keçmişdir.
Buna baxmayaraq, icra başcısı SALEH RÜSTƏMOVUN birbaşa döyüş bölgəsinə gəlməsi ilə 2 - ci Gədəbəy taborunun döyüşcüləri təşkilatlanaraq böyük şücaət göstərərək"Örük daşı" postu əldən getsədə, hazırdada ən əhəmiyyətli postumuz olan " Aşrım" yüksəkliyini saxlaya bildilər.
Bir sözlə,SALEH RÜSTƏMOV o vaxtkı və indiki icra başcılarının hec birinin edə bilməyəcəyi bir qəhrəmanlıq NÜMUNƏSİ göstərdi.
Bunu elə - belə yazmadım. Dəyərli dostlar, indi həmin SALEH RÜSTƏMOV həbsxanadadır. Özüdə möhkəm xəstədir, deyirlər...
Nəsə...
Allah qapısını açsın!

Ответить

Вернуться в «Yaxın Tariximiz»