Milli Təhlükəsizlik Nazirliyi

Din,MTN,FHN,SQ və başqa

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#11 Сообщение smersh70 » 05 ноя 2015, 13:21

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan müxtəlif məlumatlarla bağlı apa.az saytının suallarını cavablandırıb.

- Milli Təhlükəsizlik Nazirliyində bəzi əməkdaşların işdən uzaqlaşdırılması, yenilərinin təyinatı ilə əlaqədar müxtəlif informasiyalar yayılır. Bəzi məlumatlara görə coxlu sayda əməkdaş işdən çıxarılıb. Bunlar nə qədər həqiqətə uyğundur?

- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində əsaslı dönüş yaradılması, şəxsi heyətdə nizam-intizamın daha da gücləndirilməsi və peşə keyfiyyətlərinin yüksəldilməsi istiqamətində qarşıya ciddi vəzifələr qoyub. Bununla əlaqədar, hazırda Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı, məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində, mövcud nöqsanların və çatışmazlıqların aradan qaldırılması məqsədilə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuş, hərbi qulluqçu kimi üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyən, həmçinin əməliyyat-xidməti fəaliyyətdə ciddi qüsurlara və intizamsızlığa yol vermiş bir sıra əməkdaşlar vəzifələrindən uzaqlaşdırılıblar.

Bununla yanaşı, milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin göstərişi ilə, vaxtilə milli təhlükəsizlik orqanlarında uzun illər işləmiş, lakin müəyyən səbəblərlə xidmətdən uzaqlaşdırılmış bir sıra əməkdaşların şəxsi işlərinə yenidən baxılır. Artıq bir neçə peşəkar əməkdaş yenidən xidmətə qəbul olunub və müvafiq vəzifələrə təyinatlar aparılıb.

- Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən son hadisələrə dair KİV-də cürbəcür versiyalar sürülür, fikirlər təqdim olunur. Yayılan məlumatlarla bağlı fikirlərinizi bilmək istərdik.

- Baş vermiş son hadisələrə ictimaiyyətin maraq göstərməsi başa düşüləndir. Lakin bəzi məsələlərin, o cümlədən xüsusi xidmət orqanında kadr təyinatları ilə əlaqədar xəbərlərin doğru, yaxud qeyri-səhihliyindən asılı olmayaraq, həmin məlumatların yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Təhlükəsizlik Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada, səlahiyyətləri çərçivəsində həyata keçirdiyi fəaliyyəti özünün spesifikliyi, o cümlədən konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitərlərdən istifadə etməklə fərqlənir. Bu baxımdan və ümumiyyətlə geniş mənada götürüləndə də aydın başa düşülməlidir ki, milli təhlükəsizliyin təmin olunması işində — aidiyyəti orqanlarla yanaşı bu məsuliyyəti bölüşməli olan, vəzifə borcunu düzgün qiymətləndirən KİV-lər ölkənin milli mənafeləri və təhlükəsizliyi ilə bağlı mövzuların işqlandırılması məsələlərinə həssas yanaşmalı və diqqətli olmalıdırlar. Məsələn, son vaxtlar bəzi qəzetlərdə və saytlarda “MTN işi”, “MTN şəhidin qardaşının pulunu aldı” və ya “MTN qalmaqalı” kimi absurd, heç bir məntiqə sığmayan qərəzli başlıqlar və məlumatlar manşetlərə çıxarılır. Bu qəti yolverilməzdir. MTN — Milli Təhülkəsizlik Nazirliyi deməkdir. Bu dövlətin icra hakimiyyəti qoluna aid olan mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət orqanının adının bu cür müxtəlif mənfi çalarlarla hallandırılması, təqdim olunması heç bir vəchlə dövlətçiliyə xidmət etmir.
Изображение
Bəli, ictimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə cinayət işi başlanıb, nazirliyin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə məhkəmənin qərarları ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən hazırda əməliyyat-xidməti fəaliyyətdə mövcud nöqsanların, pozuntuların və çatışmaqlıqların aradan qaldırılması məqsədilə kəsərli tədbirlər görülür.

Lakin təqsirləndirilən şəxs qismində cəlb olunmuş bir qrup şəxsə görə bütöv bir dövlət orqanının adının müxtəlif mənfi formada hallandırılması qəbul ediləsi deyil. Unutmaq olmaz ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi Azərbaycan Xalq Cümhüriyyətindən başlanır. Ümummilli lider Heydər Əliyev zəngin və mənalı ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. Ulu öndərin azərbaycanlıq, vətənpərvərlik, dövlətçilik irsini layiqincə mənimsəmiş bütöv bir nəsil yetişmişdir. Həmin xüsusi xidmət zabiti korpusu bu məktəbin şanlı ənənələrini qoruyaraq indi də xidmətini şərəflə davam etdirir. Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları ölkəmizin müstəqilliyi uğrunda, torpaqlarımızın erməni işğalçılarından qorunması və azad edilməsi yolunda canlarını qurban veriblər. Bu gün MTN-in Heydər Əliyev adına Akademiyasında gələcəyin təhlükəsizlik zabiti olacaq xeyli sayda gənc oğul və qızlarımız kursant qismində təhsil alır. Əlbəttə ki, bu cür düşünülməmiş məlumatların KİV-də yer alması xoş təsir bağışlamır.

Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azərbaycan müharibə şəraitində olan ölkədir. Yaxın bölgələrdə baş verən qanlı hadisələr, o cümlədən tüğyan edən beynəlxalq terrorçuluğun doğurduğu təhlükələr fonunda milli KİV-imizdə Milli Təhlükəsizlik Nazirliyinin bir dövlət orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.

- Hazırda milli təhlükəsizlik naziri vəzifəsinə təyinat olmayıb. Bununla bağlı müxtəlif xəbərlər dolaşmaqdadır. Bu barədə nə deyə bilərsiniz?

- Bununla bağlı onu deyə bilərəm ki, nazir vəzifəsinə təyinat məsələsi yalnız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müstəsna səlahiyyətinə aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini, nazir vəzifələrini icra edən general-leytenant cənab Mədət Quliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri Milli Təhlükəsizlik Nazirliyində dərhal və vicdanla yerinə yetirilir.

Milli Təhlükəsizlik Nazirliyi ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müsbət fəaliyyətini əzmlə davam etdirir. Ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#12 Сообщение smersh70 » 11 ноя 2015, 13:15

Изображение
Sahibkardan şok açıqlamalar: “8 aylıq dəhşətlərdən sonra ticarət mərkəzinin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə İmranovanın adına rəsmiləşdi”

2015-ci il oktyabrın 17-sində Eldar Mahmudovun milli təhlükəzilik naziri postundan qovulması əmlakı yağmalanan, mal-mülkü ilə yanaşı, sağlığı əlindən alınan yüzlərlə sahibkarın dilə gəlməsinə yol açdı.

Eldar Mahmudova 20 mağaza istədilər

Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır. 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu deyir ki, həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: ““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparan briqadaya".

Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər...

Sahibkar deyir ki, düşünüblər ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma...

“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” - Elşən Kərəm oğlu bildirib.

8 ay sonra ticarət mərkəzi Eldar Mahmudovun yaxın qohumunun adına keçirildi

Onun sözlərinə görə, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray" MMC-nin təsisçilik hüquqü Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib- getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"

MTN generalları özlərinə sosial baza yaradırdılar?

Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: “Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı odur. MTN-də zəbtetmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyekti bizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalları Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İçdikləri zabit andına xainlikləri bunların xislətindədir. Biz dövlətmizdən haqq-ədalətin bərpa olunmasını gözləyirik. Ölkə prezidentinin sahibkarlara və iş adamlarına dəstək verməsini alqışlayırıq. Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar, özümüz qarışıq 1000-dən çox ticarətçinin orada işləməsini təmin edək. Dövlətimizə vergi ödəyib işlə təmin olunaq”.

Yada salaq ki, “Karvansaray” ticarət mərkəzi Bakının Qaradağ rayonu ərazisindəki digər iki ticarət mərkəzinin - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin qonşuluğundadır.

“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı. Həmin vaxt bunun səbəbi açıqlanmasa da, indi həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır. Qalır “MTN işi” üzrə istintaq aparan qrupun bu faktları toplayıb hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərməsi.

Musavat.com

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#13 Сообщение smersh70 » 11 ноя 2015, 13:23

Изображение
ИзображениеИзображение
Изображение
ИзображениеИзображение

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması iddia edilən "Nar Şərab" restoranı haqqında məlumatlar son günlər mətbuatın gündəmindən düşmür. Bəzi mətbuat orqanları nazirə məxsus restoranın satışa çıxarıldığını, digərləri isə fəaliyyətinin dayandırıldığını yazırlar.
Sözügedən restoranda olan əməkdaşlarımız görüblər ki, iaşə obyekti tam personalla fəaliyyətinə davam etsə də, müştərilər gözə dəymir.
Restoran qapılarını müştərilərin üzünə qapatmasa da, içəridə demək olar ki, heç kimə rast gəlmədik. Axşam saatları olmasına baxmayaraq, “Nar Şərab" restoranından obyektin öz işçilərindən başqa kimsə gözə dəymirdi. “Nar Şərab”ın qarşısında az sayda avtomobil var idi. Lakin ətrafda olan sakinlərlə söhbətimiz zamanı onlar bildirdilər ki, bura “MTN işi” söhbəti gündəmə gəldikdən sonra belədir. Restorana yaxın ərazidə yaşayan Nurlan adlı şəxs söylədi ki, bu ərazidə 10-a yaxın restoran var. Lakin ən bahalısı "Nar Şərab"dır:
“Qiymətlər baha olsa da, buradan müştərilər əskik olmurdu. Restoranın qarşısında gecələr bahalı maşınlar sıraya düzülərdi. Ancaq artıq gələnlər yoxdur. Neçə gündür sakitlikdir”.
Sakinlərlə söhbətimizdən sonra müştəri qismində, restorana daxil olub mövcud vəziyyəti öyrənməyə çalışdıq.
Restoranı dizayn baxımından zövqlü hesab etmək olar. Lakin bu qiymətlərdə də öz əksini tapır. Belə ki, “Nar Şərab" restoranında sadə bir çay dəsgahı 60 manata başa gəlir. Əgər banket sifariş verirsənsə, çayın qiyməti 15 manatdan hesablanır. Bu isə onu göstərir ki, restoranda iki nəfərlik naharın qiyməti, banket üçün nəzərdə tutulandan xeyli yüksəkdir.
Eyni zamanda öyrəndik ki, bir zamanlar restoranda ifa edilən canlı musiqiyə görə hər müştəridən 5 manat əlavə pul alınırmış. Bu gün isə həmin məbləğ müştərilərdən istənilmir. Lakin buna baxmayaraq, restoranda qiymətlər yenə də digər yerlərlə müqayisədə çox bahadır.
Xatırladaq ki, yayılan məlumatlara görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən sonra şam yeməyini bir çox hallarda “Nar Şərab”da edərmiş. Bura eyni zamanda sabiq nazirin qonaqları da təşrif buyurarmışlar. Hazırda isə restoran nəinki nazir, hətta müştəri üzünə də həsrət qalıb.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#14 Сообщение smersh70 » 12 ноя 2015, 16:23

Изображение
MTN işi” üzrə həbslər isə davam etməkdədir. Dünən MTN-in Baş Əks Kəşfiyyat Idarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mirəziz Əsgərovun qərardan şikayətini isə Bakı Apelyasiya Məhkəməsi təmin etməyib.

Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#15 Сообщение smersh70 » 12 ноя 2015, 16:24

smersh70 писал(а):CM nə maddə var,hamısı onundu....get, Şirin bala, dincəl,hərbi əks-kəşfiyyata vurduğun ziyanı heç ermənilərdə vurmadı....kozel.....yığdığın hər ay 1000 manat hər şöbədən burnunnan gətirəcəklər
Criminal.az-ın məlumatına görə isə müxtəlif çap və poliqrafiya işləri həyata keçirən “Indigo” MMC-ni Eldar Mahmudov öz işçisi, MTN-ın hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Nizami Şirinovla şərik işlədirmiş.

Bakıda Məcidova küçəsi 46/44 ünvanında yerləşən şirkətin istehsalı olan qiymətli stolustu saatlı təqvimlər, divar təqvimləri, bahalı qələmlər istehsal edir, hətta nazirliyin yüksək vəzifəli şəxslərinə hədiyyə edilirmiş.

Eldar Mahmodova yaxınlığı ilə seçilən N.Şirinovun peşəkarları qaralamaqla MTN-də işdən uzaqlaşdırılmasında xüsusi “əməyiG olduğu deyilir.

Nizami Şirinov əvvəllər Xüsusi idarədə işləyib. Xüsusi Idarənin keçmiş rəisi, general Elman Qəmbərov tərəfindən 1997-ci ildə işdən çıxarılıb. Sonradan Eldar Mahmudov polis sistemində işləyərkən Nizami Şirinovla “Indigo” şirkətini yaradırlar. Mahmudov 2004-cü ildə nazir olan kimi Nizami Şirinovu idarə rəisi təyin edir.

Nizami Şironov idarə rəisi olduqdan sonra 70-dən artıq peşəkar kadrı müxtəlif qanunsuz yollarla işdən uzaqlaşdırılmasına nail olub. Özü isə Eldar Mahmudov postundan gedəndən sonra vəzifəsini itirib. Həta onun istintaqa cəlb edildiyi də deyilir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#16 Сообщение smersh70 » 15 ноя 2015, 15:05

Изображение
Eldar Mahmudova məxsus maşın salonu da bağlandı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutusu dolu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.

Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqatt Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.

***
Изображение
ИзображениеИзображение
Bu arada hafta.az saytı məliumat yayıb ki, Eldar Mahmudova məxsus “Avtomobil Dünyası” maşın salonu fəaliyyətini tam dayandırıb. Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtomobil Dünyası” adlı obyekt 2007-ci ildən fəaliyyətə başlayıb.
Maşın salonunda qiyməti 300 minə yaxın olan avtomobillərin satışı təşkil olunurdu. Avtosalon “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, son günlərə qədər isə “Avtomobil Dünyası” adı altında işləyirdi. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmirdi. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdansatış mərkəzi olan “Caspian Crystal” dükanı da müştərilərə xidmət göstərib.
Изображение
görən hana indi dostlar,zənglər,qardaşlar,podruqalar,heç kim zəng etmir,salonlara getmir,telefonla üzün üzadı söhbətlər etmir :D
burnuzdan gəlsin yiğdıqlarınız... :whistle:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#17 Сообщение smersh70 » 15 ноя 2015, 15:06

Изображение
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edilib.

Qafqazinfo.az saytının verdiyi məlumata görə, bir müddət öncə vəzifədən azad edilən və bu günə qədər ev dustağı olan Akif Çovdarov bu gün saxlanılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, generalın həbsi onlarla MTN zabitinin istintaqa ifadələri əsasında həyata keçirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Akif Çovdarov bu gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. A.Çovdarov hazırda müstəntiqlər tərəfindən dindirilir.

Saytın yazdığına görə, Akif Çovdarov təqsirləndirilən şəxs qismində 4 saat sorğu-sual edilib. Onun, ifadə verəndən sonra, Nərimanov rayonundakı Müvəqqəti Saxlama Məntəqəsinə aparıldığı bildirilir.

Sabah A.Çovdarov ifadə vermək üçün yenidən Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə aparılacaq.

İfadə verəndən sonra ona qarşı rəsmi ittihamın irəli sürüləcəyi gözlənilir.
Ancaq A.Çövdarovun hələlik konkret hansı cinayət üzrə təqsirləndirildiyi və hansı işlə bağlı ifadə verdiyi məlum deyil.
Sayt hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla onu da yazır ki, Akif Çovdarovun evində və bağında axtarış aparılıb.
Məlumatda bldirilir ki, axtarış A.Çovdarovun oğlunun, kürəkəninin və digər yaxın qohumlarının evlərində və bağlarında da aparılıb.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#18 Сообщение smersh70 » 17 ноя 2015, 18:58

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaxın ətrafı barədə sensasion məlumatlar ortaya çıxdı.

Ölkə.Az xəbər verir ki, criminal.az-a bu dəfə sabiq nazirin 5 il ərzində mayor rütbəsindən general-mayora qədər yüksəltdiyi MTN-nin Tibb Baş İdarəsinin rəisi barədə məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, idarənin rəisi Məzahir Yusubov nazirliyin tibb xidmətini bərbad hala salıb. Namiq Abbasovun milli təhlükəsizlik naziri olduğu müddətdə uzun illər Sərhəd Qoşunlarının Hospitalında cərrah, sonradan 10 ilə yaxın hospitalın rəisi vəzifəsində işləmiş Füzuli Kərimov sonra da peşəkar hərbi həkim kimi MTN-in Tibb Baş İdarəsinə rəis təyin olunub.

F.Kərimovun Tibb İdarəsinə rəhbərliyi dövründə DTK-dan qalmış ənənələrə uyğun olaraq Poliklinikaya müraciət etmiş çekistlərə daima diqqətlə yanaşılmış, peşəkar sahə həkimləri, həmçinin müvafiq şöbələrdə müayinə edilmiş, vaxtlı-vaxtında pulsuz dərmanlarla təmin olunurdular.

E.Mahmudov nazir olduqdan bir neçə ay sonra Füzuli Kərimov əsassız olaraq işdən uzaqlaşdırılır. Onun yerinə 50 yaşınadək səhiyyə təşkilatının mülki sahəsində (əczaçılıq sahəsində işlədiyi güman olunur) işləmiş, hərbi həkim kimi 1 gün belə işləməmiş Məzhir Yusubov tibb idarəsinə rəis təyin olunur və dərhal ona mayor rütbəsi verilir. M.Yusubov Eldar Mahmudova və onun müavini Əli Şəfiyevə yaxın olduğu üçün işə qəbul edilir. Beş il ərzində M.Yusubov general-mayor rütbəsinə qədər yüksəlir.

E.Mahmudovun rəhbərliyi dönəmində kənardan gətirilmiş qeyri-peşəkarlar MTN-də sürətlə irəli vəzifələrə qalxıb və Bakı şəhəinin ən bahalı ərazilərində yeni mənzillərlə təmin olunublar.

MTN-də 25 il xalqına xidmət etmiş və təmiz işləmiş əməkdaşlar isə mənzillə təmin olunmayıblar. M.Yusubov rəis təyin olunduqdan sonra MTN-in zabitlərinə münasibət dəyişib. Onun qoyduğu qaydaya əsasən, mülki şəxslər MTN-in poliklinikasından pullu istifadə etməyə başlayır, sonra poliklinikada zabitlərin həkimlərin qəbuluna düşməsi çox çətinləşir. Uzun müddət gözləmək lazım gəldiyindən zabitlər dəfələrlə işə qayıtmaq məcburiyyətində olur. Sonradan bir neçə dəfə həkimə getmək üçün icazə almaq məcburiyyətində qalırlar.

E.Mahmudovun rəhbərliyi vaxtında poliklinika özəl tibb müəssisəsini xatırladıb. SSRİ dövründən N.Abbasovun nazir olduğu dövrədək işə götürülən kadrlar həkim tibbi komissiyasının ciddi yoxlamasından keçdikdən və sağlam olduqdan sonra işə qəbul ediliblər. M.Yusubovun rəhbərliyi ilə isə çoxsaylı qüsuru olanlar da işə qəbul ediliblər. Hətta araşdırma aparılsa, F.Kərimov işdən uzaqlaşdırıldığı dövrdən 2015-ci ilin oktyabr ayının əvvəllərinədək hərbi tibb komisiyyasından keçərək sağlam diaqnoz ilə işə qəbul edilmiş bir neçə əməkdaşlar nazirlikdən kənarda da özlərini narkotik maddə aludəçisi kimi biruzə verdiklərinə görə işdən uzaqlaşdırılıblar.

Bundan başqa, əməkdaşlara pulsuz dərmanların verilməsi çətinləşib, bahalı dərmanlar əməkdaşlara verilməyib.

Əldə etdiyimiz digər məlumata görə, M.Yusubov işdən uzaqlaşdırılmaq üzrədir.

Ölkə.Az

atana rəhmət ......ay Namiq Abbasov...həyatı sənin vaxtında gördük....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#19 Сообщение smersh70 » 19 ноя 2015, 12:18

“Bu fotolarda əsk olunan şəxs MTN Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevdir”.

Bunu fotolarla birgə məlumat verən şəxs Mia.az-a bildirib. Adını açıqlamayan şəxs deyir ki, həmin şəkillər qonşu ölkələrdən birində çəkilib: “Bu qadınlardan ikisinin hüquq-mühafizə orqanlarının işçisi olduğu aydın şəkildə görünür. Digər biri, mülki formada olanın kimliyi isə müəmmalıdır. Elçin Quliyevin onlarla belə səmimi fotoşəkil çəkdirməsi, özü də xarici ölkədə bu hərəkəti etməsi kəşfiyyatçıya yaraşmayan hərəkətdir. Üstəlik, bu qadağan olunan haldır. Çünki xüsusi xidmət orqanının əməkdaşı, zabiti, yüksək çinli təmsilçisinin hər hansı bir xarici ölkədə qadınlarla bu qədər səmimi olması nizamnaməyə görə qadağandır. Onu da bildirək ki, Elçin Quliyevin fotoşəkil çəkdirdiyi qadınlardan hər hansı birinin xarici xüsusi xidmət orqanının əməkdaşı ola bilmə ehtimalı çoxdur. Ona görə ki, həmin kəşfiyyat qurumları üçün Azərbaycandan olan generalla fotolar ciddi dartışmalı mövzu sayıla bilər”.Qafqaznews.az mia.az-a istinadən həmin fotoları da təqdim edir:ИзображениеИзображениеИзображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90365
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2458 раз
Поблагодарили: 1509 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#20 Сообщение smersh70 » 19 ноя 2015, 12:19

Polkovnik Tofiq Rəcəbov “Yeni Müsavat”a qan donduran açıqlamasında Mahmudov çetesinin siyasi hakimiyyəti ələ keçirmək niyyətində olduğuna dair müdhiş bilgilər verdi; “2013-cü ildə Bakı aeroportunda tutulan 18 milyardı “Beynəlxalq Bank”a mədaxil etmək tapşırılıb, həmin vəsait sonradan oğurlanıb”
Müsahibimiz təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Zəbulla oğlu Rəcəbovdur. 2000-ci ilə qədər Xüsusi İdarədə çalışıb və oradan ayrılaraq biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Onun açıqladığı məqamlar bu gün ölkədə baş verən proseslərin hansı olaylardan qaynaqlandığını ortaya qoymaqla siyasi səhnədə baş verənlərin üzərindəki sirr pərdəsini qaldırır.
– İşlədiyim dövrdə xalqıma, prezidentimə sadiq olmuşam. Heydər Əliyevin dövründə Xüsusi İdarədə işləmişəm, ona sadiq olmuşam. O dövrdə bəzi qüvvələr ezamiyyətdə olduğum vaxtda Elman Qəmbərovun rəisliyi dövründə işdən çıxardılar. Mən o vaxt Heydər Əliyevə arayış yazmışdım ki, bizim bəzi varlı nazirlərimiz hökumət və xalq üçün böyük təhlükədir. Bunu yazandan sonra məni işdən çıxardılar. Bu sənədlər arxivdə var, qaldırıb baxsınlar. Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifə daşıyıcısına verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə.
Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik.
Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mən də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir.
– Niyə belə qənaətə gəldiniz?
– Çünki çox böyük məbləğlərdən söhbət gedirdi.
– Söhbət nə qədər məbləğdən gedirdi?
– 18-20 milyard pul gətirilməli idi. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsi ilə yazıb ötürdüm. Həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi.
– Əməliyyat harada keçirilmişdi?
– Bakı hava limanında.
– Nə qədər pul tutuldu?
– 18 milyard dollar. O pulun rəsmi qəbzlərinin kopyaları da məndə var.
– O pul necə oldu?
– Pulu Cahangir Hacıyev qol çəkib “Beynəlxalq Bank”a götürdü.
– Pulu göndərən kim olub?
– Pul Rusiya tərəfdən gəlib. Bu işdə adı olan adamların adlarını, telefon nömrələrini mən vermişdim. O adamlar Naxçıvandan idilər. Birinin qardaşı MTN-də işləyirdi, biri başqa böyük vəzifədə işləyirdi.
– Ad, familiyalarını açıqlaya bilərsiz?
– Hələlik çəkmirəm, o adamlardan vəzifədə olanı var. Mən bu haqda nə bilirəmsə, bir neçə gün əvvəl yazıb Mədət Quliyevə də ötürmüşəm.
– Həmin pul hazırda haradadır?
– Mənə elə gəlir ki, həmin adamlara deyiblər ki, pulu “Beynəlxalq Bank”a mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb. Pulu sadəcə oğurlayıb xaricə göndəriblər. Pulun xaricə göndərilməsində Çingiz Əsədullayevin vasitəsi ilə “Azəriqazbank”dan istifadə olunub.
– Bu fikirləri nəyə əsasən söyləyirsiniz?
– Danışdıqlarım real informasiyalara söykənir. Əlimdə sənədlərin surəti var ki, həmin pullar banka mədaxil olub. Faktiki isə pulu mədaxil etməyiblər. Ehtimal edirəm ki, prezidentə də səhv məruzə ediblər ki, pul bizdədir, mədaxil olundu. Faktiki isə pulu oğurlayıblar.
– O pulu niyə görə verirdilər?
– Pulsuz çevriliş etmək olar? Pulu öz adamlarının zavod və fabriklərinə, öz adamları vasitəsi ilə camaata paylayıb küçəyə çıxaracaqdılar. Pulun qəbzi məndə var, istintaqa da təqdim etməyə hazıram.
– Bütün bu işlərin arxasında dayanan kimdir?
– Bu gün Suriyada Bəşər Əsədə qarşı döyüşənlər buradan göndərənlər Eldar Mahmudovun adamlarıdır. Orada oturan vəhhabi rəhbərlərdən hər göndərilən bədbəxt azərbaycanlıya görə 10 min dollar pul alırlar.
– Adamlar ora necə göndərilir?
– Buradan Türkiyəyə göndərirlər, Türkiyənin Xətai bölgəsindən keçirirlər o tərəfə. Bu haqda MTN-ə məlumat yazmışam. Adamları buradan ora göndərənlər barəsində ətraflı məlumat vermişəm. Əllərində Suriyanın hansı bölgəsinə kimi göndəriblərsə siyahılar var. Yazdığım müraciətlərə baxmayıblar.
– Sizcə bunun səbəbi nə olub?
– Eldar Mahmudovun əmisi oğlu Sumqayıtda vəhhabilərin başçısıdır. Onlar hər tərəflə işləyirlər. Elə pul axınları haqda məlumatlıyam ki, desəm, ölkədən qaçarlar. Bu gün vəhhabilərin ağsaqqalı Eldar Mahmudovdur və fəaliyyətlərini davam etdirirlər. Zaqatala, Balakən, Xaçmaz və Quba zonalarında aktiv işləyirlər.
– Banklardakı fəaliyyətlərinə qayıdaq. Nə baş verir?
– Eldar Mahmudovun Gəncədə moteli var. Oranın müdiri Çingiz Əsədullayev və Cahangir Hacıyevlə birgə İsveçrədə “JBS” bankın idarə heyətinin sədri, erməni əsilli bir şəxslə danışıblar, orada hesab açdırıblar. Həmin erməni Türkiyə ermənisidir, türkcə danışa bilir. Çingiz Əsədullayevin vasitəsi ilə milyardlarla pul “JBS” banka köçürülüb. Hər gün “Beynəlxalq Bank” və “Azəriqazbank” vasitəsi ilə “JBS” banka 50 milyon pul ötürüblər. Yazıb vermişəm. Yoxlamırlar.
– Söhbət 18 milyarddan gedir?
– Bu pulları onlara ötürən Rusiyada yaşayan azərbaycanlılar, Amerikada yaşayan iranlı var, Rəsul Quliyevin qohumu və başqaları olub. İstədikləri ölkədə çevriliş etmək olub. Eldar Mahmudovgil həmin pulları ölkəyə qeyri-rəsmi gətrirmişdilər. Səs-küyü çıxdı deyə, başqa orqanlar da bundan xəbər tutub ölkə rəhbərliyinə məlumat çatdırdılar. Bundan sonra məcbur qalıb pulu götürüb “Beynəlxalq Bank”a mədaxil etdikləri görüntüsünü yaratdılar. Ortada Cahangir Hacıyevin həmin pulu götürməsi haqda sənəd də var. Bunlar gördülər ki, pul məsələsini hamı bildi, oynamaq istədikləri oyun da hamıya məlum oldu, pulları göndərənlərə də atdılar.
Hələdə o pulun ardınca gələnlər var. Deyirlər ki, bir neçə milyard götürün, qalan məbləği qaytarın. Pulun dalınca gələn adamları MTN-ə aparıb döyüblər, yola salıblar. Yalandan deyirlər ki, guya pullar İran neftinin puludur, embarqodan dolayı bura göndərilib. Əslində isə 18 milyardı bunlar “Azəriqazbank” və “Beynəlxalq Bank” vasitəsi ilə kredit kimi camaata paylayıb ayağa qaldırmaq istəyirdilər. Azərbaycanı Suriyaya döndərəcəkdilər. Eldar Mahmudov və onun ətrafına daxil olanlar Sistani kimi şiə müsəlmanlarının din rəhbərinin yanına öz adamlarını yerləşdirib ona Azərbaycanla bağlı fitva verməsinə nail olmaq istəyirdilər. Özlərinin camaata qarşı etdiklərini prezidentin etdiyi kimi qələmə verib ölkədəki durumla bağlı xof yaratmağa çalışırdılar.
– “Azəriqazbank” üzərindən həyata keçirilən əməliyyatlar haqda da hüquq mühafizə orqanlarına məlumat vermisiz?
– Vermişəm. Bir fakt deyim. “Azəriqazbank”da Eldar Mahmudovun əmisi oğlu Emin Mahmudov və qaynı otururdu. Çingiz Əsədullayev Eldar Mahmudovla orada şərikdirlər. Banklara yerləşdirilən pullar bu adamların əllərində böyük pul kimi fırlanıb. “Azəriqazbank”da girovda olan əmlakların böyük hissəsini tutub sahiblərindən alıblar. Vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Əllərinin altında məhkəmələrin hakimləri olub. Kimin əmlakını istəyiblər, həmin hakimlər vasitəsi ilə ələ keçiriblər. Mən “Azəriqazbank”a Teymur Əliyev küçəsində 120 kvadratlıq qiyməti 1 milyon olan obyektimi, Yusif Çəmənzəminli küçəsində 38 kvadrat metr olan 200 min qiyməti olan mağazamı, Masazır və Qubada torpaq sahələrimi girov qoymuşdum. Ümumilikdə 1 milyona yaxın kredit götürmüşdüm. Sonradan isə başıma oyun açdılar. Qəbələdəki şərab zavodumu bağladılar və başladılar pulu geri tələb etməyə. Kreditin təminatı kimi girov qoyduğum əmlaklara müştəri tapdım, apardım. Amma əmlakları müştərilərə satmadılar. Dedilər ki, əmlakları özümüz alacağıq. “Külək” MMC adlı hərəcxanaları var. Ora vasitəsi ilə heç bir hərracsız 1 milyon qiyməti olan obyektimi 90 min qiymətləndirib keçirdilər adlarına. Mən bunu biləndən sonra şikayət etmişdim. Növbəti gün üstümə MTN-dən Sübahir adlı generalı göndərmişdilər. Sübahir Teymur Əliyev küçəsindəki mağazama gəlib dedi ki, şefin göstərişidir, şikayət etsən özünü də, oğlunu da tutacağıq.Изображение
– Şef kimdir?
– Eldar Mahmudov. Yusif Çəmənzəminli küçəsindəki obyektimi də 30 min manata “oformit” edib götürüblər. Buna baxmayaraq faizləri bu gün də dayandırmırlar. Borcun təminatı olan əmlaklarımı götürüblər, amma faizləri hesablamaqda davam edirlər. Bunlar oğru qanunları ilə işləyirdilər. Sən faizdəsən, əlində nə varsa, hamısı bizimdir. Bütün əmlaklarımı əlimdən alıblar, deyirlər ki, 600 min də ödəyəcəksən. Deyirlər ki, Qubada konserv zavodunu da verməlisən. Deyirəm ki, müştəri tapım, sataq. “Xeyr, özümüz satacağıq” söyləyirlər. Bu adamlar heç bir qanuna baxmadan sahibkarların başına oyun açırlar. Mənim Masazırdakı torpağımın 30 sotuna 900 min manat verən müştəri var. Amma satmağa qoymurlar. Məhkəmələr də bunların tərəfindədir. Çingiz Əsədullayevə 100 dəfədən artıq məktub yazmışam ki, imkan ver, torpağımı satım, sənin borcunu ödəyim. Cavab vermir. Bunların adı bankdır, əslində əmlakları yağmalayan kontoradırlar. “Krışa”ları Eldar Mahmudov idi. Təsəvvür edin, MTN-in Yasamal şöbəsinin yerini Eldar Mahmudov satdı. Bu gün orada Əbülfəz adlı şəxs çoxmərtəbə bina tikib. Orada “Odessa” restoranı vardı. Sahibindən aldılar, o restoranın əvəzinə mənim Nərimanovdakı “Ayişə” adlı şadlıq evimi əlimdən alıb verdilər ona.
– Bu məsələlərlə bağlı şikayət etmisiniz?
– 1000-dən artıq şikayət yazmışam. Prezidentə yazmışam ki, bu adamlar Azərbaycanda sabotajla məşğuldur. Sahibkarlara ilişirlər, yalandan cərimələr yazırlar, cinayət işi başlayırlar ki, böyük narazılıq yaratsınlar. Bu gün də başda vergilər naziri olmaqla nazirlər belə işlərlə məşğuldurlar. Vergilər nazirinin müavini Natiq Əmirovun etdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Bir dəstə naziri var ki, Eldar Mahmudovdan geri qalmırlar. Bu adamların əmək haqqı 2 min manatdan artıq deyil. Necə olur ki, bunlar 2 mindən artıq obyektin sahibi olurlar?

Закрыто

Вернуться в «Güc strukturları qoşunları»