Milli Təhlükəsizlik Nazirliyi

Din,MTN,FHN,SQ və başqa

Модератор: Nazim Bayram

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Milli Təhlükəsizlik Nazirliyi

#1 Сообщение smersh70 » 18 окт 2015, 01:33

Изображение
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2015-ci il

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#2 Сообщение smersh70 » 18 окт 2015, 01:34

Изображение
Ə. Oruclu bu barədə özünün facebook profilində yazıb: "Hal-hazırda xəbər portallarında ən önəmli yer tutan milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunmasıdır. Xəbər yayılan andan müxtəlif media və saytlarda bununla bağlı ən fantastik versiyalar hallandırılır, ən ağlasığmaz fantaziyalar öz əksini tapır. Təbii ki, xəbərin gözlənilməzliyinin də burda öz təsiri var. Amma bu tip məlumatların Eldar Mahmudovun hələ MTN-də qalan komandası tərəfindən dövriyyəyə buraxılması da istisna deyil. Səbəb də bəllidir - indi hər kəs bu illər ərzində törətdiyi əməllərini xatırlayıb, özünü, müqəddaratını düşünür və ona görə də həmin müddətdə cəmiyyətda yaradılmış "MTN xofunu" maksimum yaşatmaq kimi bir saman çöpündən yapışır. Burda bir haşiyə də çıxım ki, Eldar Mahmudovun vəzifədən çıxarılması bizim üçün sürpriz olmadı, bizim mərkəzdə bu barədə məlumatlar və ehtimallar hələ 2 ay əvvəl vardı və bir xeyli jurnalist, redaktor dostlarımızla da bunu bölüşmüşdük.

Ərəstun Oruclu bildirib ki, amma hətta ən fantastik versiyalar belə reallaşsa və birdən Eldar Mahmudov Azərbaycan Respublikasının növbəti baş naziri olsa (bu versiya tam olaraq istisna edilir), o, istənilən halda əvvəlki səlahiyyətlərə və imkanlara malik olmayacaq: "Amma təəssüflə bunu da qeyd etməliyəm ki, nazir olduğu müddətdə E. Mahmudov və onun əsasən polis orqanlarından gətirilmiş komandası ölkənin milli təhlükəsizlik sisteminə çox ağır zərbə vurdu. :clap:
Dünyanın aparıcı ölkələrində antiterror, mütəşəkkil cinayətkarlığın müxtəlif formaları ilə mübarizə sahəsində qabaqcıl təcrübələrə yiyələnmiş yüzlərlə peşəkar MTN əməkdaşı təhlükəsizlik orqanlarından kənarlaşdrıldı, onların yerini isə polis orqanlarından gətirilmiş, tapşırıqla, xahişlə və digər vasitələrlə işə qəbul olunmuş yeni əməkdaşlar ordusu tutdu. :clap: :clap:
Belə praktika milli təhlükəsizlik orqanlarının peşəkarlıq və mənəvi səviyyəsinin sürətlə aşağı düşməsinə gətirib çıxardı ki, bu da ölkənin mühüm dayaqlarından olan bir qurum üçün yolverilməz hal idi. Amma bunlar baş verdi və ümid edək ki, indi keçmiş nazirin 11 illik fəaliyyətinin acınacaqlı nəticələrinin aradan qaldırılması üçün zəruri addımlar atılacaq və bu addımların da ən təxirəsalınmazı MTN-nin ona yad olan zümrələrdən təmizlənməsi olacaq".

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#3 Сообщение smersh70 » 18 окт 2015, 15:56

Изображение
MTN ƏMƏKDAŞLARINA QARŞI ŞOK ƏMƏLİYYAT: Antiterror Mərkəzinin məşhur rəis müavini İlqar Əliyev və general Teymur Quliyev qandallandılar!

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə start verilib.

Əldə etdiyimiz məlumata görə, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.

Rəsmi ittihamlara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#4 Сообщение smersh70 » 21 окт 2015, 14:17

Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş rəhbər heyəti, onların biznes şəbəkəsi, vəzifədə olan yaxın qohumları ilə bağlı maraqlı məlumatlar daxil olub.

Maraqlı və aktual olduğunu nəzərə alaraq məlumatları ictmailəşdirməyi zəruri hesab etdik.
Изображение
Beləliklə:

1. Sabiq nazir general-polkovnik Eldar Mahmudovun qohumları – Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon İdarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi).

E.Mahmudovun biznes şəbəkəsi – “AG Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri;

2. MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun qohumları – Rafiq Hümbətov (bacısı oğlu, MTN Xəzər Rayon İdarəsinin rəisi), eləcə də bir neçə digər əməkdaş.

A.Çovdarovun biznes şəbəkəsi – Bakı şəhəri Nərimanov rayonunda Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesinin monopoliyası, Bakı şəhərində çox sayda marşrut avtobusları, apteklər, geyim mağazaları;

3. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəisi general-mayor Əlimusa Əliyevin qohumları – Aqil Məmmədov (kürəkəni, Kəşfiyyat Baş İdarəsinin Avstriya Respublikasında səfir müavini), bir çox rayon rəisləri.

4. Ə.Əliyevin biznes şəbəkəsi – Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar və restoranlar, notarius məntəqələri;

5. MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin qohumları – həmin baş idarədə bir çox müstəntiqlər və bir çox rayon rəisləri.

M.Şıxəliyevin biznes şəbəkəsi – Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri.

6. MTN-in Nazir Xidmətinin sabiq rəisi general-mayor Fərhad Vahabovun qohumları – bir neçə rayon rəisi.

F.Vahabovun biznes şəbəkəsi – Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butikləri;

7. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəis müavini polkovnik Tehran Babatovun qohumları – bir neçə rayon rəisi və çox sayda digər əməkdaşlar.

T.Babatovun biznes şəbəkəsi – Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları (moderator.az).

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#5 Сообщение smersh70 » 21 окт 2015, 16:51

Изображение
Milli Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin sabiq rəis müavini, ev dustaqlığında olan Sahib Ələkbərov barədə qətimkan tədbiri dəyişdirilib. O, Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs olunaraq Bakı İstintaq Təcridxanasına aparılıb.
Etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə, S.Ələkbərov təxminən iki ay əvvəl həbs edilib. Mənbə onun Göyçaydan olan bir iş adamını narkotik maddə ilə həbs edərək 200 min manat aldığını bildirib. Həmin şəxs isə «Aznar» ASC-nin prezidenti, milyarder iş adamı Fərhad Əhmədovun yaxın qohumu olub. F.Əhmədov müdaxilə etməyə cəhd göstərsə də onu dinləməyiblər. Nəticədə o, hakimiyyətdəki əlaqələrindən istifadə edərək hadisəni ölkə başçısına çatdıra bilib. Bundan dərhal sonra Sahib Ələkbərov həbs edilib.
Mənbənin məlumatına görə ötən ay S.Ələkbərov məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bu yaxınlarda onun işi ilə bağlı proses başlayacaq.
Mətbuatda bu barədə məlumat dərc olunduqdan sonra S.Ələkbərov təcridxanaya qaytarılıb.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#6 Сообщение smersh70 » 21 окт 2015, 16:52

https://youtu.be/T35of9w7YD4
https://youtu.be/T35of9w7YD4" onclick="window.open(this.href);return false;
Polisə qurban olum :D adama baxib,pul alirlar

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#7 Сообщение smersh70 » 25 окт 2015, 01:04

https://youtu.be/0cg-pP-EOWc
https://youtu.be/0cg-pP-EOWc" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#8 Сообщение smersh70 » 26 окт 2015, 01:16

Изображение
Strateq.az indiyədək vəzifələrindən uzaqlaşdırılan generalların siyahısını təqdim edir:

1. Milli Təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov;

2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;

3. MTN-in Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova;

4. MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;

5. Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov;

6. Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov;

7. Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev;

8. MTN-in Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyev; :clap: :violence-hammer: :clap:

9. MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev...

10....yəqin ki bu Şirinbala olacaq :D

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#9 Сообщение smersh70 » 29 окт 2015, 12:56

smersh70 писал(а):10....yəqin ki bu Şirinbala olacaq
Belə də oldu :lol: :lol: :dance: :clap:
MTN-də daha bir general işdən çıxarıldı

Dünən MTN-in daha bir generalı işdən çıxarılıb. Məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş Idarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov işdən azad edilib və sərəncama götürülüb.

Nizami Şirinov sabiq nazir Eldar Mahmudovun ən “etibarlı” kadrlarından biri sayılırdı və o, məhz Eldar Mahmudovun təqdimatı ilə 2007-ci ilin martın 27-də vəzifəyə təyin olunmuşdu.

Yeni vəzifəsində ilk iş günündə o, MTN-nin 69 nəfər təcrübəli əməkdaşını vəzifələrindən kənarlaşdırmışdı.

Nizami Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi vurğulanır.

CM nə maddə var,hamısı onundu....get, Şirin bala, dincəl,hərbi əks-kəşfiyyata vurduğun ziyanı heç ermənilərdə vurmadı....kozel.....yığdığın hər ay 1000 manat hər şöbədən burnunnan gətirəcəklər :character-oldtimer:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 90359
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2457 раз
Поблагодарили: 1507 раз

Re: Milli Təhlükəsizlik Nazirliyi

#10 Сообщение smersh70 » 04 ноя 2015, 14:13

https://youtu.be/RqlU_K0ihU4
https://youtu.be/RqlU_K0ihU4" onclick="window.open(this.href);return false;

Закрыто

Вернуться в «Güc strukturları qoşunları»