Əlbəttə ki, elə olmalıdır. Dünyada heç bir ölkədə tək döyüş maşını buraxan müəssisə yoxdur. Hərbi texnika ilə yanaşı yük maşını, kənd təsərrüfatı texnikası, çay gəmiləri, yol təmiri texnikası, avtomobil üçün su çənləri, yanacaq çənləri, daş və qum daşımaq üçün kuzovlar, ekskovatorların və skreperlərin ehtiyat hissələrini, avtokranlar, liftlər, tikinti üçün stasionar kranlar istehsal edirlər.mirotvores70 писал(а):Odissey əmioğlu-hərbi maşın "şadlıq evi" yaxud "işıldayan fasad" deyil ki, millətə göstərəsən- o da ox.
Həm də mən yazdım axı, 3000 döyüş maşınının 7-10 faizi 3 ildən sonra həmişə cari təmirdə olacaq. Deməli, ən azı ildə 210 maşın kapital təmirdə, bir 300 maşın da cari təmirdə olacaqlar. Bu işi quran olsa, alınar hər şey.
Çamalın qurduğu sistem çox da düzgün deyil. Hər bir istehsalı HSN-nə yığmaq düzgün də deyil, mümkün də. Yalnız döyüş sursatları, atıçı silah istehsalını onları əlində saxlamaq lazımdır. Qalan şeyləri isə kooperasiya əsasında müəssisələr arasında tender vasitəsilə paylamaq lazımdır. Belə olan halda yalnız ordu üçün işləyən müəssisələr açmağa lüzum olmayacaq. Müdafiyə sənayesi komitəsi ştatlarında layihəçi mühəndislər, texnoloqlar saxlayacaq ki, onlar ölkənin müəssisələrinin texniki səviyyəsinin yararlılığını müəyyən edəndən sonra, öz layihələrinin istehsalını onlarda yerləşdirəcəklər. Şassini bir zavodda, kuzovu digər zavodda, elektrik və elektron avadanlıqlarını bir zavodda, silahı bir zavodda.
Bununla da dövlət pulu yalnız hərbi sənayeyə ayıraraq göyə sovurmaz, bütün ölkənin sənayesinə ayırar, onun inkşafına təkan verər və onun ümumi inkşafı üçün calışar.
Bu müəssisələr mülki avadanlıq istehsal etməklə, əhalinin də tələblərini ödəyərlər. İmportu əvəz edib, dövlətin ondan asılılığını qismən aradan qaldırarlar. Dövlətin ticarət balansını müsbətləşdirərlər ki, bu da inkşaf etmiş dövlətləri müəyyən etməyin əsas kriteriyalarından biridir. Loru dildə desək, qazandızımız dövlətin sərhədlərindən kənara çıxmayaraq, öz cibimizdə qalacaq. Gəlirimiz çıxarımızdan çox olarsa, pulqabımız da tədricən şişəcək.