XTQ-dən yazdıq, bir də SAT/SAS ("Morskoy kotik") döyüşçülərimizdən danışaq.
Döyüşlərdə Hərbi Dəniz Qüvvələrimizin xüsusi təyinatlıları da iştirak ediblər. Az sayda olsalar da keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər. Bir neçə yaşayış məntəqəmizdə, o cümlədən Qubadlı şəhərində bayrağımızı qaldırıblar. Döyüşlərdə SAT-larımız 9 şəhid verib.
Digər qoşun növündə döyüşən zabitimiz deyir: "Morskoy kotiklər" döyüşə girəndə elə bil tank girirdi. Çox peşəkarlıqla döyüşürdülər. Sanki illərdir müharibədə böymüşdülər. Onlar yaxınlığımızda olanda rahatlıq tapırdıq. Təsəvvür edin, onların bir bölükdən az şəxsi heyəti düşmənin bir taboruna qarşı dayanır və düşməni mövqelərindən çıxarıb, qaçmağa məcbur edir. Üç əsgəri düşmənin nəzarətindəki əraziyə sızıb postdakı bütün erməni əsgərlərini öldürdü. Geridə qalmış şəhidlərimizin cəsədlərini götürdülər.
