HHQ-haqqında bilikləri olan mütəxəssislərimizəCapitan SHARİFLİ tərəfindən belə bir sual:
Salam . Size bele bir sual vermek isteyerdim . Ac-130 Azerbaycan erazisi ucun elverishlidirmi ?
Xahiş edirəm cavablandırasınız.Mən HHQ-ləri ilə siz deyən də tanış deyiləm.Odissey Volf-yəqin cavablandırar.
5-ci nəsil döyüş təyyarələri
Добавлено: 27 ноя 2014, 02:42
Одиссей
5-сi nəsil döyüş təyyaralərini xarakterizə edən əsas şərtlər bunlardır:
1. Təyyarə füzelyajının radio siqnallarını əks etdirən effektiv sahəsi 0,01 kv.metrdən kiçik olmalı
2. Nəinki forsaj rejimində, hətta kreyser sürəti ilə uçuş zamanı da səs sürətindən yüksək sürətlə hərəkət etmək qabiliyyətinin olması
3. İfrat manevr qabiliyyətinin olması ki, bu da mühərriklərin döndərilən soploları olması nəticəsində mümkündür
4. Şüası fazalarının cəmləşməsi vasitəsilə ilə idarə olunan hərəkətsiz antenna klasteri(çoxluğu) ilə təhciz olunması ki, bu da təyyarə radarının funksiyalarını universal edir. Yəni bir elektron çevirici (düymə) vasitəsi ilə bortun radiolokasiya sistemini qırıcı, bombardmançı, kəşfiyyatçı, hücumçu funksiyalarına dəyişmək qabiliyyətinə malik olmağı. Bunun hətta göydə uçuş zamanı mümkünlüyü.
5. İdarəetmə sisteminin imtinadan qorunma rezervinin çoxqatlı olması(yəni təyyarənin bir idarəetmə dövrəsi sıradan çıxarsa, ani olaraq qeyri-asılı olan o birisi dövrəsi qoşulmalıdır)
Bütün deyilən funksiyalar yalnız ABŞ-ın F-22"Raptor" və F-35 təyyarələrində var. Rusiyanın T-50 eksperimental təyyarələrində də 5-ci nəsil xarakteristikalarından bir neçəsinə nail olunub. Qalan xarakteristikalar işlənir və 2020-ci ildə seriya istehsalı planlaşdırılır.