Qarabağ savaşı haqqında mülahizələr.

Автор
Сообщение
aziz
Новобранец
Сообщения: 18
Зарегистрирован: 19 фев 2013, 19:01
Откуда: Republic of Turkey

Поблагодарили: 9 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#21 Сообщение aziz » 20 фев 2013, 18:17

zeruri qeyd. yuxarıda qeyd etdiyim PDM tipli texnika yerine MRAP http://www.armyrecognition.com/customer ... g33_01.jpg" onclick="window.open(this.href);return false; http://www.armyrecognition.com/forum/vi ... php?t=1024" onclick="window.open(this.href);return false;

ve tanklarla beraber de mina temizleyici tank getse http://www.wallpowper.com/wallpaper/201 ... 00x900.jpg" onclick="window.open(this.href);return false;


itkiler kifayet qeder az olar.Onsuz da ilkin kütlevi QRAD zerbelerinden sonra Ermenilerin ilk müdafie xetti darmadağın olacaq.

Аватара пользователя
Montanello
партизан
Сообщения: 228
Зарегистрирован: 06 фев 2012, 02:20

Благодарил (а): 14 раз
Поблагодарили: 36 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#22 Сообщение Montanello » 10 мар 2013, 05:27

aziz писал(а):zeruri qeyd. yuxarıda qeyd etdiyim PDM tipli texnika yerine MRAP http://www.armyrecognition.com/customer ... g33_01.jpg" onclick="window.open(this.href);return false; http://www.armyrecognition.com/forum/vi ... php?t=1024" onclick="window.open(this.href);return false;

ve tanklarla beraber de mina temizleyici tank getse http://www.wallpowper.com/wallpaper/201 ... 00x900.jpg" onclick="window.open(this.href);return false;


itkiler kifayet qeder az olar.Onsuz da ilkin kütlevi QRAD zerbelerinden sonra Ermenilerin ilk müdafie xetti darmadağın olacaq.
Avazınız yaxşı gəlir, oxuduğunuz Quran ola (c)

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#23 Сообщение Nazim Bayram » 25 ноя 2014, 00:52

Bu məqaləni bu ilin iyulun 3-ü yazmışdım. Sonra cəbhədə avqust gərginliyi baş verdi, noyabrda isə manqa komandirimiz düşmən helikopterini vurub, məhv etdi. Lakin müharibəni başlamadıq çünki ...
"22 il öncə bu günlərdə Azərbaycan Ordusunun Ağcakənd (Şaumyan) və Ağdərə (Mardakert) rayonlarını azad etməsi əyani sübutdur ki, Rusiya faktoru regionda zəifləyən dövrdə, Azərbaycan öz ərazisində hər cür separatçılığın qarşısını almaq qüdrətindəydi. Kifayətdir ki, daxildə milli birlik olsun.
Hətta Azərbaycan ordusunun 12 iyunda başlamış 4 aylıq uğurları nəticəsində 1992-ci ilin oktyabrında Ermənistan Parlamentinin hakim “Ermənistan Azadlıq Hərəkatı”ndan olan 50-dən artıq deputatın imzası ilə Azərbaycan Prezidentinə, Parlamentinə və Azərbaycan xalqına qeyd-şərtsiz və bilavasitə danışıqlar üçün müraciət ünvanlanmışdı...
Ukraynadakı separatçılıq isə Rusiya mənşəli olduğundan, bu ölkənin coğrafiyada zəifləməsi ilə, müştərək tarixə malik iki slavyan xalqı arasındakı problem tamamən sülh yolu ilə çözülə bilər.
Lakin başlıca məsələ-“Rusiya faktoru” hansı şəraitdə zəifləyə bilər? Qeyd etdiyim dövrdə Rusiyada B.Yeltsinin başçılığı ilə hakimiyyətə gəlmiş qərbyönümlü liberal-demokratik qüvvələr sovet imperiyasının dağılmasında əsas rol oynamışdılar. Onların siyasi dünyagörüşündə imperialist meyillər yox dərəcəsində idi. O zaman Rusiya hakim elitası hesab edirdi ki, Rusiya onun dotasiyaları hesabına yaşayan keçmiş sovet respublikalarını buraxıb, firəvan, Qərb modelli demokratik ölkə quracaq. ABŞ və Avropanın da B.Yeltsinə və komandasına təsiri güclü idi. Sovet iqtisadiyyatının dağıntıları üzərində Qərbin yardımlarından asılı vəziyyətə düşən Rusiya Şərqi Avropadakı siyasi və hərbi maraqlarından imtina edərək, keçmiş sovet qoşunlarını hər yerdən çıxarırdı.
Bu gün tam fərqli mənzərə görürük. Hazırda Rusiya hakimiyyəti siyasi “şahinlərin” əlindədir. Cəmiyyətdə və siyasi meydanda “ura-patriotizm” pik nöqtəsindədir. Qərb isə 25 il öncə olduğundan daha çox zəifdir. Yaxın perspektivdə Rusiya faktorunu postsovet məkanında neytrallaşdıra biləcək qüvvələr mövcud deyil. Buna görə Putinin hakimiyyət dönəmlərində postsovet məkanındakı müstəqil ölkələr ən azı “başlı başını saxlasın” prinsipi ilə iqtisadi və siyasi müstəqilliklərini qorumalıdırlar."
http://moderator.az/?xeber=49261#" onclick="window.open(this.href);return false;

mehman701
Новобранец
Сообщения: 3
Зарегистрирован: 25 ноя 2014, 00:21

Благодарил (а): 1 раз

Re: ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR

#24 Сообщение mehman701 » 07 дек 2014, 19:21

Müasir həyatımızda vətənimizin ermənilər tərəfindən ardıcıl olaraq işğal olunduğu bir vaxtda partizan hərəkatı vacibdir

1989-cu il dekabr ayının 1-də Ermənistan SSR-nin Ali Soveti qeyri-qanuni şəkildə "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında" qərar qəbul etdi. 1990-cı ildə Ermənistan açıq şəkildə Azərbaycana qarşı işğalçılıq fəaliyyətinə start verdi. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Yüzlərlə vətandaşımız, o cümlədən uşaq, adın və qocalar erməni əsir və girovluğundadır.
Bu gün bu işğalın nəticələrini təhlil edərkən, istər-istəməz sarsılırsan, özünə sual verirsən, bu biabırçı məğlubiyyətin qarşısını almaq olardımı, itkilərimizi ən azından minimuma endirmək şansımız nə dərəcədə, bu acı taleyi yaşamamaq üçün biz əlimizdən gələni etdikmi? Ümumiyyətlə Azərbaycana qarşı açılmış bu ədalətsiz müharibədən qalib çıxmaq üçün Azərbaycan tərəfi bütün vasitələrdən yararlandımı? Bu münaqişədə Azərbaycan tərəfi əlində olan potensial imkanlardan maksimum istifadə etməyib. Bu fikri əsaslandırmaq üçün saysız hesabsız səbəblər gətirmək olar, lakin bunların arasında deyərdim bəlkə də ən əsası, işğal olunmuş ərazilərdə üstünlük təşkil edən azərbaycanlı əhalisinin və yaxud da qeyri, işğal olunmamış Azərbaycan ərazilərindən düşmənlə döyüşmək qabiliyyətinə malik, Sovet ordu sıraları tərkibində münaqişə bölgələrində döyüş təcürbəsi toplamış vətandaşlarımızın müharibəyə verə biləcəkləri töhfələrdən istifadə olunmamasıdır. Məntiqlə, əgər bu kimi, müharibə aparmaq siyasətinə Azərbaycan tərəfindən vaxtında üstünlük verilsə idi, yəqin ki, minlərlə sivil vətandaşımız məcburiyyət qarşısında öz el-obasını buraxıb, əsir düşüb ermənilər tərəfindən qətlə yetirilmək, işgəncələrin təsirindən ölmək, amansız rəftara məruz qalmaq əvəzinə müqavimət göstərməyə çalışardı. Düşmənə nizamsız olsa belə müqavimət göstərə biləcək yerli əhaliyə mərkəzləşdirilmiş qaydada tələb olunan hərbi, psixoloji yardımın göstərilməsi, ən azından onların arasında ruh düşkünlüyünə imkan verməzdi, insanımız ləyaqətinin mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə çatmaq əvəzinə silaha sarılıb erməni hərbi birləşmələrinə qarşı elə öz ata yurdunda mübarizə aparardı. Bəli, söhbət Azərbaycanın erməni hərbi birləşmələri tərfindən işğal olunmuş ərazilərində nədənsə istər o zaman, istərsə də bu gün düşmənin nəzarət edici mexanizminə qarşı müqavimət göstərmək üçün xalqın içindən seçilmiş şəxslərdən ibarət nizamsız hərbi qüvvələrin, yəni partizan hərəkatının yaradılmamasından gedir.
Nə qədər gec olsa belə, işğal altında qalan bölgələrdə partizan birlikləri yaradılmalıdır. Bu birliklərin vəzifələri arasında düşmən nəqliyyatın və ünsiyyətin kəsilməsi, maneə törədilməsi, erməni hərbi birləşmələrinin zabitlərini fiziki cəhətdən məhf edilməsi, gələcəkdə Azərbaycan Nizami ordusunun işğal olunmuş torpaqları azad etməyi üçün keçirəcəyi iri miqyaslı hucumlar üçün davamlı plasdarmlar yaratmaqdan ibarət olmalıdır. Yerli əhalidən ibarət olan ilk partizan birlikləri Azərbaycan nizami ordusu zabitləri, birinci Qarabağ müharibəsi iştirakçıları və ya hər hansı bir vaxt dunyanın qaynar bölgələrində döyüş yolu keçmiş, döyüş taktikasını və strategiyasını mənimsəmiş şəxslər tərəfindən idarə olunmalıdır. Partizan dəstələrinin liderləri yetişdirərək bu kəsləri işğal altındakı bölgələrə göndərmək üçün dövlətin xüsusi xidmət orqanları başlıca rol oynamalıdırlar.
Burada bəzi oxucuların bu məsələ də mənimlə razılaşmaması da mümkündür. Misal üçün xatırlamadığım elektron saytların birində belə bir arqumentlər irəli sürülmüşdür ki, Azərbaycanda formalaşmış dövlət var, bu dövlətin mərkəzləşdirilmiş qaydada silahlı qüvvələri mövcuddur. Bu dövlət Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qoşun növlərinə malikdir. Azərbaycanda partizan dəstələrinə uyğunlaşdırılmış könüllü batalyonlar müstəqil dövlətimiz formalaşmazdan əvvəl olub. Bu dəstələr arasında rabitənin olmaması, vahid komandalığa tabe olmamaları son nəticədə ağır məğlubiyyətlərə səbəb oldu. Hazırda dövlətin nəzarətindən kənarda hərbi birləşmənin yaradılmasına ehtiyac yoxdur. Hətta bəziləri bu məsələyə daha sərt mövqe nümayiş etdirib bildirəcəklər ki, " qanunsuz silahlı birləşmə yaratmağa ehtiyac duyulmur. "
Lakin bura da məsələ bir qədər fərqlidir. Söhbət hansısa oliqarxın tabeçiliyində maddi vəsait hesabına saxlanılan qanunsuz silahlı dəstələrdən və yaxud idmançılardan getmir.
Hər nə qədər işğalçı güc tərəfindən çox vaxt "terrorist" olaraq adlandırıla bilsə də partizanlar döyüş hüququ baxımından yenə də dövlətlər arası xarici işğaldan qurtarmaq üçün döyüşən, milli ordunun formalı üzvləri olaraq qəbul edilib. Ümumiyyətlə işğalçılıq idarəsinə qarşı müqavimət hərəkatlarınin onlarla nümunəsini misal gətirmək olar.
Təsəbvür edin işğal olunmuş torpaqlarda partizan dəstələri və həmin dəstələrin vahid partizan komandanlığından qaynaqlanan « komando » qrupları erməni hərbi birləşmələrinin qaynaqlarını ələ keçirmək və ya yox etmək məqsədilə yürüşlər edir. Bu silahlı qüvvələr, işğal olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin dislokasiya məntəqələrində düşmənə xırda miqyaslı zərbələr endirib , strateji əhəmiyyət kəsb edən yolları və ya kəndləri ələ keçirəcək, strateji əhəmiyyətli obyektlərin mühafizə sistemini pozacaq, döyüş-sursat anbarlarını, hava limanlarını sıradan çıxardacaq, ən əsası odur ki, lazım olan məqamlarda düşmən hər hansı bir döyüş əməliyyatını həyata keçirmək üçün əlavə texnika və ya canlı qüvvə ayırmağa məcbur olacaq.
İşğal olunmuş ərazilərdə yerli əhalidən formalaşmış Partizan dəstələrinin effektiv mübarizə aparması üçün xalqın, yəni elə həmin partizan dəstələrinin mənbəyi hesab olunan yerli əhalinin döyüşməyən təbəqəsinin dəstəyi şərtdir. Yaradılması hər zaman vacib olan nizamsız partizan dəstələri düşmənin işğal etdiyi ərazilərdə özünə sərf edən, lakin düşmən üçün diskomfort (dağlar, meşələr, mağaralar) yaradan amillərdən düşmən əleyhinə məharətlə yararlanmağı bacarmalıdır. Bu dəstələrin Azərbaycan Requlyar ordusundan fərqli olaraq məqsədi erməni hərbi birləşmələrini darmadağın etmək deyil, düşmənə zərər verməyi, döyüşmə əzm və iradəsini qırmağa çalışmalıdır . Sözsüz ki, ordu komandanlığının müvafiq qurumları tərəfindən dəstəyin təmin edilməsi partizan dəstələrinin aparacaqları silahlı mübarizənin uğurlu ola bilməsi üçün həyati əhəmiyyət daşıyar.
Əslində üzərində fikir yürütdüyümüz və eyni zamanda bu gün torpaqlarımızın işğal altında olduğu bir zamanda yaradılmasını vacib saydığımız partizan hərəkatı anlayışı heç də Azərbaycan xalqı üçün yad bir tendensiya deyil. Düzdür bu müqavimət dəstələri partizan, fədailər, nəbilim daha nə kimi, adlandırılmasalar da, mahiyyətcə eyni məqsədlər üçün yaranıb, mübarizə aparıblar. Bizim də xalqa məxsus, hələ də adları geniş kütləyə məlum olmayan milli qəhramanlarımız, həm də partizan hərəkatının rəhbərləri olub. Azərbaycanın zülmdən qurtarılması uğrunda , erməni qaniçənlərin məhv edilməsində partizanların əvəzsiz rolu olmuşdur. Milli qəhrəmanlarımız Azərbaycanın ayrı-ayrı bölgələrində düşmənə qarşı rəşadətlə vuruşmuş xalqımızın qisasını onlardan dəfələrlə almışlar.
Onlar liderləri olduqları dəstələrin silah-sursatla, proviantla, zəruri ləvazimatlarla təmin olunmasını bacarıqla həyata keçirir, düşmənə qarşı hücum planlarının işlənib hazırlanmasında əsl sərkərdəlik nümayiş etdirirdilər. Çox hallarda silahlı kəndlilər kiçik və böyük dəstələrdə birləşərək erməni siyasəti yeridən çar məmurları üzərinə hücum edir . Bu kəndli çıxışları özünəməxsus bir formada həmin dövrdə mövcud idarə sisteminə qarşı etiraz idi . Erməni işğalçılarına qarşı mübarizədə bir çox azərbaycanlılar haqsızlığa dözməyərək dağlara çəkilib daşnaklara qarşı silahlı müqavimətə başlayıblar. Belə dəstələrin üzvlərinə xalq arasında qaçaqlar deyilirdi.
Azərbaycanda partizan hərəkatı XIX əsrdə və XX əsrin birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, partizan hərəkatının fəal olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox planları puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının qarşısı alınmışdır. Müasir həyatımızda vətənimizin ermənilər tərəfindən ardıcıl olaraq işğal olunduğu bir vaxtda partizan hərəkatı vacibdir.
Son günlər gündəmə gətirilmiş həssas məsələlərdən biri də yüzlərlə Azərbaycan gəncinin ölümü gözü qarşısına alıb Suriya qırğınına yollanması və orada həlak olmasıdır. Cəmiyyətimizdə bu gənclərə münasibət bir mənalı deyil. Onların atdıqları addımları dəstəkləyənlər də var, qınayanlarda. Bura da ən ciddi əsas ondan ibarətdir ki, bu gənclər Azərbaycanda anadan olublar, yaşayıblar və bizim hər birimizdən heç də ciddi bir ideoloji, fizioloji fərqi olmayıb. Onlar da bizim hər birimiz kimi, ata ana övladıdır, hər biri ailə qurub, övlad böyütmək arzusu ilə yaşayıblar. Lakin nə baş verdi ki, bu gənclər ölkəmizdə hansısa təriqətlər, xarici təsirlər altına düşüb burnumuzun ucunda düşmən işğalı altında olan Qarabağda deyil, Azərbayan sərhədlərindən minlərlə km uzaqlarda olan Suriyada "şəhid” olmağa yollandılar.
Müstəqil ekspertlərin fikrincə, Azərbaycan hökuməti bu cür könüllülərdən narahat olsa da, onların Qarabağda savaşa cəlb olunması dövlət üçün müsbət amilə çevrilə bilərdi. Suriya və ya Əfqanıstana gedən azərbaycanlı dindardır və o Qarabağ problemini xristian-müsəlman davası kimi qəbul edir. Və hesab edir ki, hər yerdə bu müharibə davam edir, yəni məsələn, Əfqanıstanda vuruşmaqla Qarabağa da yardım etmiş olur. Bu onun düşüncəsidir. Bu insanlar Qarabağda da belə bir qurum yaratmağa çalışdılar. O zaman dövlət buna qarşı çıxdı. Hakimiyyət üçün maraqlı olmasa da, Azərbaycan dövləti üçün Qarabağda partizan hərəkatının olması faydalıdır. Bu Azərbaycanın əlində əlavə arqument olardı. Hökumət də bu prosesi öz nəzarəti altına götürə bilərdi.
Qeyd etdiyimiz gənclərin bir qismi öz soydaşlarından fərqli olaraq, Qarabağda deyil, bura da, Bakıda, ən yaxşı halda respublikamızın ayrı-ayrı barıt qohusu bilməyən rayonlarında anadan olublar, bunlar Qarabağ haqqında ancaq ara-sıra valideynlərindən, eləcə də bu günün təbliğat mexanizminin tələblərinə cavab verməyən, lakin senari qurluşlarına, çəkilməklərinə milyonlar sərf edilmiş filmlərdən duyblar , digər qismi isə "Topaz" salonlarında saatlarla əhəmiyyətsiz vaxt öldürüb, futbolda kimin nəvaxt, harada top vurmasını əzbərdən bilsə də, xəritədə Qarabağın harada yerləşməsini, hansı ərazilərin nəvaxt, hansı şəraitdə erməni hərbi birləşmələri tərəfində işğal olduğunu söyləməyə çətinlik çəkər. Elə bu səbəblərdən bizim bu gün ölümün gözünə baxmaqdan qorxmayan, dinimiz, torpaqlarımız uğrunda gözünü qırpmadan ölməyə hazır olan hər bir Azərbaycan gəncinə, elə həmin Suriyanı cihad yeri bilib gedənlərə də ehtiyacımız var.
Bütün bunlar hamısı kompleks şəkildə vəziyyətin nə qədər acınacaqlı olduğundan xəbər verir. Bu yerdə vəziyyətdən çıxış yolunu göstərə bilən, öhdəliyi üzərinə çəkəcək birisi varsa, bu da dövlətdir. Daha dəqiqliklə desək Dövlətin simasında elə həmin güc strukturları, dini qurumlarla iş üzrə dövlət komitəsi,Qafqaz Müsalmanlar İdarəsi, Gənclər və Idman Nazirliyi, Sosial Müdafiə Nazirliyi yaxalarını kənara çəkmək əvəzinə, öz səlahiyyət və vəzifələrini layiqincə həyata keçirməlidirlər. Əks halda bir qədər öncə yaradılmasını vacib saydığımız müqavimət qüvvələrinin tək gələcək əskəri ola biləcək gənclərin hərb maşının çatışmayan ciddi elementi kimi deyil, elə dövlətinə, vətəninə sadiq bir vətandaş kimi görməmək təhlükəsilə qarşılaşa bilərik.
İstər on il bundan öncə, Istərsə də hal hazırda Azərbaycan cəmiyyətində erməni işğalına qarşı daha radikal və barışmaz əhval-ruhiyyə formalaşmaqda olub. Bu prosesin bütöv işğal müddətində ara-sıra passiv və yaxud qeyri passiv dövrlərinə təsadüf etmək olar. Elə götürək yaxın keçmişimizi. Misal üçün əgər xatirim məni aldatmırsa 2003-cü ildə də Azərbaycan cəmiyyətində işğalçılara qarşı müharibə və hərbi əməliyyatlar haqqında müzakirələr aktiv şəkildə aparılırdı. Həmin zaman bir qrup gənc dəstə yaradaraq, düşmənə qarşı partizan müharibəsinə başlamaq üçün cəbhə xəttini keçməyə cəhd göstərmişdi. Qarabax və Qarabax ətrafı yeddi rayon düşmən tərəfindən işğal olduqdan sonra, İlk dəfə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızda partizan hərəkatı yaratmaq, onu təkmilləşdirmək və vahid komandanlığın nəzarətinə vermək şansı əldə edilmişdir. Kütləvi informasiya vasitələrindən bizə məlumdur ki, "Qarabağ partizanları”nın əsas məqsədi əldə etdikləri silahla Ermənistan tərəfinə keçərək, partizan müharibəsi aparmaq olub. Qrupun əksər üzvləri 2001-ci ildə Gürcüstan ərzasində, Pankisi dərəsində çeçen mücahidlərinin hərbi bazasında hərbi təlim keçmişdi. Hərbi təlim zamanı gənclər mühasirədən çıxmağı, çətin şəraitdə döyüşməyi, partizan müharibəsinin incəliklərini yüksək səviyyədə mənimsəmişdilər. Qruplaşmaya daxil olan gənclər eyni zamanda çeçen mücahidlərinin düşərgəsində öz hesablarına silah almağı və bunu gizli yolla Azərbaycana keçirməyi bacarmışdılar. Təssüflər olsun ki, həmin zaman onlardan imtina olundu, belə ki, Qarabağa yola düşməyə hazırlaşan "partizanlar” 2003-cü ilin avqustunda Bakıda yığışarkən respublikanın güc strukturlarının əməkdaşları tərəfindən həbs olunurlar. 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Dövlət ittihamçısı ilk prosesdə "partizanlara” üst-üstə 171 il iş istəyib. 2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə onların işinə yenidən baxılıb, bir qrupu azadlığa buraxılıb, digərlərinin cəza müddəti azaldılıb. 2007-ci il martın 20-də Azərbaycan prezidentinin imzaladığı əfv fərmanı ilə daha iki nəfər azadlığa buraxılıb. Bu gün "partizanların” hamısı, hətta dəstəyə rəhbərlik edən də azadlıqdadır. Yalnız bir nəfər, 20 yaşında həbs olunan Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib. Güc strukturları onların dini təmayüllü olduqlarını ehtimal edirdi. Azərbaycan qanunlarına bələd hər bir insan etiraf etməlidir ki, həqiqətən bu gənclər silahlı dəstə yaratmaqla qanun pozuntusuna yol veriblər, bunu inkar etmək olmaz, amma eyni zamanda onu da etiraf etməliyi ki, "partizanlar”ın cəzaları kifayət qədər ağır olub. Amma bir nyuansı unutmamalıyıq ki, onlar Konstitusiya hüquqlarından istifadə edərək torpaqlarımızın işğalına, ərazi bütövlüyünün pozulmasına qarşı özlərinin dərk etdikləri formada müqavimət göstərməyə cəhd ediblər. Düşünürəm ki, bu gənclər həbsdə saxlanılmaqdansa, düşmən tapdağı altında olan torpaqlarımızda döyüşməkləri daha məqsədə uyğun olardı. Axı təcrübədə bir çox dövlətlərdə olduğu kimi, Azərbaycan dövləti də torpaqların müdafiə olunması məqsədilə həbsdə olan vətandaşlarımızdan da istifadə etdiyi bizə məlumdur. Qarabag doyushlerinde bir çox dustaqlar da şəhid olublar. Dustaqlar vardi cixib vetenin qorudu qacmadi. Bu veten ucun indi də hebsde olanlar var. Vətən üçün ölməyə, şəhid olmağa niyə də onlara http://cumhuriyyet.az" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#25 Сообщение smersh70 » 31 окт 2018, 23:06

Dağlıq Qarabağda işğal olunmuş torpaqlarımızın güc yolu ilə azad olunması, ərazinin adından da bəlli olduğu kimi, müharibənin dağ şəraitində aparılmasını nəzərdə tutur. Bu həm ümümqoşun hazırlığı həm də xüsusi təyinatlı dağ atıcı bölmələrinin təlimi baxımından bir sıra tələblər irəli sürür. Silahlı Qüvvələrimiz dağ və dağlıq meşə şəraitində döyüşlərə nə dərəcədə hazırdır?

Birinci Qarabağ Müharibəsinin veteranı, ağsaqqal komandir, “Horadiz Qartalı”, Azərbaycan Bayrağı ordeni ilə iki dəfə təltif olunan yeganə hərbçi, polkovnik Şair Ramaldanovla diskussiyamızda bu məsələlərə toxunacağıq.

Verilişimizin daimi ekspertləri, Britaniyalı müasir hərb nəzəriyyəsi və tarixi professoru Simon Anglim və Birinci Qarabağ müharibəsinin digər bir veteranı, ehtiyatda olan zabit Abuzer Abilov da diskussiyamıza qatılırlar.

Və həmçinin. Təpələri – mövqeləri ələ keçirmək kifayət deyil. Onları “öz evin”, “öz qalan” etməlisən. 2016-cı ilin aprelində cəbhənin cənub istiqamətində ələ keçirdiyimiz Lələ İlahi yüksəkliyindəki mövqelərin yenidənqurulması timsalında istehkam nəzəriyyəsinə həsr olunan xüsusi reportajımız.
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#26 Сообщение smersh70 » 07 ноя 2018, 22:53

smersh70 писал(а):Dağlıq Qarabağda işğal olunmuş torpaqlarımızın güc yolu ilə azad olunması, ərazinin adından da bəlli olduğu kimi, müharibənin dağ şəraitində aparılmasını nəzərdə tutur. Bu həm ümümqoşun hazırlığı həm də xüsusi təyinatlı dağ atıcı bölmələrinin təlimi baxımından bir sıra tələblər irəli sürür. Silahlı Qüvvələrimiz dağ və dağlıq meşə şəraitində döyüşlərə nə dərəcədə hazırdır?
2-ci hissəsi...Cənab polkovnik çox gözəl şərh etdi :clap:
qaldı bunu həyata keçirmək.... :character-oldtimer:
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#27 Сообщение smersh70 » 27 май 2019, 22:03

General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir.

“Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir”.

Bu sözləri “Yeni Müsavat”a müsahibəsində ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təlimlər ucuz başa gəlmədiyini və hər bir təlimin məqsədinin döyüşə hazırlıq olduğunu deyib: “Bu təlimlər gecə, çöl-səhra, yağışlı, qarlı şəraitlərdə keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir”.

Aydəmirov vurğulayıb ki, məsələnin həll olunması üçün 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər: “Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz? :o :?:

Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Qarabağı işğaldan azad etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbədən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar”.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#28 Сообщение smersh70 » 24 окт 2019, 20:02

smersh70 писал(а):
07 ноя 2018, 22:53
Dağlıq Qarabağda işğal olunmuş torpaqlarımızın güc yolu ilə azad olunması, ərazinin adından da bəlli olduğu kimi, müharibənin dağ şəraitində aparılmasını nəzərdə tutur. Bu həm ümümqoşun hazırlığı həm də xüsusi təyinatlı dağ atıcı bölmələrinin təlimi baxımından bir sıra tələblər irəli sürür. Silahlı Qüvvələrimiz dağ və dağlıq meşə şəraitində döyüşlərə nə dərəcədə hazırdır?
Mövzunun davamı....

kinci buraxılış mövzunun təminat/təchizat tərəfi haqqında olacaq və qısa da olsa, cəbhədəki dağ postlarından birində çəkilmiş eksklüziv süjetimizlə sevindirəcək sizi. Üçüncü buraxılış isə dağ döyüşlərinə fərdi hazırlıq haqqında olacaq.Orada görəcəyiniz eksklüziv kadrlar doğrudan da maraq yaradacaq.

Аватара пользователя
Нано
партизан
Сообщения: 4797
Зарегистрирован: 17 апр 2019, 06:09

Благодарил (а): 964 раза
Поблагодарили: 1732 раза

Qarabağ savaşı haqqında mülahizələr.

#29 Сообщение Нано » 01 авг 2020, 22:14

:think: :think: :think: Ну без комментариев...
Насчет 50.000 добровольцев если хотели войну... Мнения человека...

Если хочешь быть сильным, научись сражаться один.
Лучшая битва та, которой не было.
Будь требователен к себе и снисходителен к другим.
Учи законы как про, что-б ты мог нарушатъ их как артист.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146175
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15909 раз

Re: Qarabağ savaşı haqqında mülahizələr.

#30 Сообщение smersh70 » 25 авг 2020, 17:01

Нано писал(а):
01 авг 2020, 22:14
Мнения человека...
Təhlil budu bax.... :character-oldtimer:


Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»