GORBAGOR Qalanlar

Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#11 Сообщение smersh70 » 28 ноя 2019, 01:21

Ermənistanın paytaxtında – hökumət binasının qarşısında yenə də etiraz aksiyaları dalğası baş qaldırıb. Bu dəfə Azərbaycandan olan qaçqınlar binanın qarşısında toplaşaraq ölkə rəhbərlərini onların problemlərinə fəaliyyətsizlikdə və laqeyidlikdə günahlandırıblar.
Problem kifayət qədər kəskin və aktualdır – söhbət Ermənistanın işğalçı siyasəti nəticəsində məcburi şəkildə Azərbaycanı tərk etmiş, uzun illərdir ki, sakinləri narahat edən mənzil-yaşayış məsələsindən gedir.
Yaxın günlərdə Yerevanda Azərbaycandan olan qaçqınların etiraz aksiyaları keçirilib. Erməni KİV-in məlumatına görə, aksiya “Qaçqının səsi” ictimai təşkilatının təşəbbüsü ilə baş tutub. Etirazçıların əsas tələbi 900 ailənin mənzil problemini həll edəcək Miqrasiya Xidməti tərəfindən hazırlanan hökumətin qərar layihəsinin təsdiqlənməsi idi. Layihəyə əsasən problemin həlli üç mərhələdə aparılacaq. Birinci mərhələdə – “Nairi”, “Sebastiya” mehmanxanalarında, eləcə də Sarav axpyur küçəsindəki yataqxanada yaşayan 112 ailə mənzillə təmin edilməlidir.
Изображение
“Qaçqının səsi” ictimai təşkilatının sədri Oksana Musaelyanın sözlərinə görə, əsas problem burasındadır ki, layihə üzrə işlərin başlanma tarixi 2019-cu il göstərilib. Lakin ilin sonun qədər az müddət qalmasına baxmayaraq hökumət hələ də sənədi təsdiqləməyib:
“Qorxuruq ki, hökumət sənədi təsdiqləməyəcək. Belə olan halda qaçqınların probleminə məhəl qoymamaq və susmaq siyasəti uzun illərdir olduğu kimi, yenə də davam edəcək. Aksiyanı keçirməklə hökumətin diqqətini qaçqınların probleminə yönəltmək istəyirik”.
Onun sözlərinə görə, ilk olaraq “Nairi” və “Sebastiya” otellərində yaşayan qaçqınların problemi o səbəbdən həll olunacaq ki, bu binaların sən demə sahibi varmış. Keçmişdə hökumət burada qaçqınların yaşamasına baxmayaq binaları satıblar. Oradakı sakinlərin şəraiti olduqca acınacaqlıdır: bütün ailə 11 kv.m-lik otaqda yaşayır, məkanlar nəmişli, qışda və yayda su sutka ərzində 1 saat verilir. Qaçqınların bu binalarda qalmasına görə sahibkarın icazəsi üçün hökumət hər il 9 milyon ödəyir.
“30 ildir ki, qaçqınlar qeyri-insani şəraitdə yaşayırlar. Lakin bu, bir çoxları üçün problem deyil. əsas problem müdafiədir. Hökümət öz vətəndaşını qorumalıdır”, - Oksana Musayelyan bildirib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#12 Сообщение smersh70 » 28 ноя 2019, 01:25

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...”

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – bu sözlərlə Yerevanda orta yaşlı qadın-gid Bakıdan olan jurnalistlərə təbəssümlə əsrlər boyu bu torpaqlarda yaşayıb-yaradan əcdadlarımız, Azərbaycan irsi haqqında heç bir məlumat vermədən şəhərin tarixindən danışır.
7-21 noyabr tarixlərində Ermənistan və Dağlıq Qarabağa səfərimi istər ermənilərlə görüş, istərsə də erməni reallığı ilə tanışlıq nöqteyi-nəzəridən həyatımın ən maraqlı və vacib hadisəsi hesab edirəm. Belə ki, son dəfə bu səviyyədə görüş 18 il öncə təşkil edilmişdi.
Eyni zamanda erməni jurnalistlərin Azərbaycana səfərini də normal şəkildə qəbul etmək lazımdır. Ədalət üçün deyək ki, görüş yüksək səviyyədə təşkil olunmuşdu.
Изображение
Изображение
Изображение
İlk növbədə, biz azərbaycanlılara İrəvanda 1766-cı ildə Hüseynəli xan Qacar tərəfindən tikilmiş Göy məscidi görmək və xalqımızın tarixi ilə bağlı nəyisə eşitmək olduqca maraqlı idi. Təəssüflər olsun ki, bunu görə bilmədim. Əgər erməni tərəfə həqiqətən də Azərbacanla sülh istəyirsə, ilk öncə öz vətəndaşlarına real tarixi təqdim etməlidir.
Məscidə “baxan” Tehrandan olan İran ermənisi idi. O, səlis Azərbaycan dilini bilir və bizi görcək təəccübləndi. Onun sözlərinə görə, adətən məscidə iranlı tələbələr, turistlər gəlir. Burada İran vətəndaşı qadın da çalışır ki, o ermənilərə fars dilini öyrədir. O, bizi görcək sevindi və yaxınlaşaraq Göy məscidlə bağlı broşür verdi. Onun bu hərəkətini müsbət qiymətləndirdim.
Ermənistan – çox təzadlı bir ölkədir. Burada regionla paytaxt arasında fərq ciddi şəkildə gözə çarpır. Yerevandan gələrkən şəraitsiz daxmalar görmək olar ki, sanki burada həyat ötən əsrin 80-ci illərində qalıb.
Dilicana qədər olan magistral yolda sanballı restoran və mağazaya rast gəlmədik. Ola bilsin ki var, lakin yolumuzun üstündə qarşılaşmadıq. Yolda tikinti ilə, yolun asfaltlanması ilə qaşırlaşdıq.
Dedilər ki, Serj Sarkisyanın prezidentliyi ilə müqayisədə ölkənin baş naziri Nikol Paşinyanın dövründə magistral yolların daha çox təmir olunub. Maraqlısı da budur ki, orada kiminlə danışırdıqsa, hamısı Sarkisyana, onun ailəsinə və bütün nəslinə nifrət edirdi.
Yerevana çatırıq... şəhərin mərkəzində Şimal prospekti böyunca yeni tikililərə rast gəlmək olar. Evlərin, binaların örtüyü eyni materialdan olduğu üçün sanki şəhər eyni rəngdən ibarətdir. Şəhərin ümumi layihəsindən kənara çıxmaq qadağandır.
Hər yerdə – müxtəlif müəssisələrdə, restoranlarda yalnız erməni əsilli fransız şanson müğənni Şarl Aznavur və amerikalı aktyor Corc Kluninin şəkillərinə rast gəlmək olar.
Digər tərəfdən də, paytaxtda və ya regionlarda irimiqyaslı layihələrə rast gəlmədik. Bu da ölkənin maddi imkanlarının olmamasını göstərir. Rəsmi məlumatlara inansaq, hazırda Ermənistanda daha çox İT texnologiyalarına və bu sahədə şirkətlərə üstünlük verilir.
Изображение
Bizi şahmatçı Levon Aronyanın qarşıladığı şahmat məktəbində məndə sovetlər dönəminə xas təmiri, nimdaş xalçası və axırıncı dəfə 90-cı illərdə gördüyüm köhnə televizorla yadımda qaldı.

Yerevanda hələ də trolleybuslar hərəkət edir.
Изображение
nsanlarla ünsiyyətfə mənfi münasibətə rast gəlmədim. Bunu da qeyd edim ki, biz sıravi vətəndaşlarla deyil, əvvəlcədən xəbəri olanlarla görüşdük. Ola bilsin ki, onlar bu görüşə hazır idilər.
Yerevanda qarşılaşdığımız ən başlıca sual: “Həqiqətən də Bakıda 20-30 min erməni yaşayır?” oldu. Ermənilərin azərbaycanlılara qarşı stereotipləri güclüdür. Onlar heç cürə təssəvvür edə bilmir ki, Azərbaycanın paytaxtında bu qədər erməni yaşayır.
Bu zaman Ermənistanda nə qədər azərbaycanlının yaşadığı sualı verdikdə, onlar bu suala dəqiq cavab verə bilmədilər. Görüşdüyümüz ermənilərin Azərbaycanla hər hansı münasibəti olub. Onların aralaında Azərbaycan dilini bilən, uşaqlığı Bakıda keçən, babasının Gəncədə və ya qohumlarının sərhədyanı regioanlarda yaşayanlar da vardı.
Səfərin yekunu olaraq əsas kəşfim bu oldu ki, ermənilər Azərbaycan haqqında təhrif olunmuş məlumat alırlar. Bununla yanaşı, azərbacycanlılarla birgə yaşadıqları əmin-amanlı vaxtı xatırlayanlar ermənilər də oldu.
Изображение
Yeri gəlmişkən, “Mediamaks” agentliyinin baş redaktoru David Alaverdiyanın ekstrasenslik qabiliyyətinin də şahidi olduq. Onun azərbaycanlı KİV adından guya biz “Dağlıq Qarabağıın Azərbaycanın bir hissəsi olmayacağının” şahidi olmuşuq bəyanatına başqa cür aydınlıq gətirmək olmur.
Səfərimizə və görüşlərimizə qayıdaq. Burada bizdən Qababağ münaqişəsinin nizamlanması ilə bağlı digər mövqenin olmasını soruşdular. Bu baxımdan istər biz, istərsə də hər hansı bir Azərbaycan vətəndaşı heç vaxt Azərbaycan topraqlarında ikinci erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyini təsdiq edər.

Elşən Rüstəmov

Ardı var...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#13 Сообщение smersh70 » 28 ноя 2019, 01:26

1news.az-ın müxbirinin Ermənistana və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfərinin yekunu ilə bağlı ikinci məqaləni təqdim edirik.

* * *
Изображение
Ermənistana və Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfərim çərçivəsində ermənilərlə azərbaycanlılar arasında sülhə nail olmağın nə dərəcədə mümkün olması mənim üçün əsas məsələlərdən biri idi. Axı tarixən xalqlarımız uzun müddət birgə yaşayıblar – bu, danılmaz faktdır.
... Bakıya qayıtdıqda qohumlarım, yaxınlarım mənə çoxsaylı zənglər edərək doğma torpaqlarımıza – Xankəndi, Şuşa və Kəlbəcərə səfər etmək arzusunda olduqlarını söylədilər...
Sözsüz ki, qeyd edildiyi kimi, ATƏT missiyasının maşınında doğma Dağlıq Qarabağımıza səfərimizi icmalararası dialoqun inkişafına töhfə kimi qiymətləndirmək olar. Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüş lazımdır və vacibdir. Görüşdən imtina edərək onları özümüzdə uzaqlaşdırardıq.
Yeri gəlmişkən, bir maraqlı xüsusiyyətə də diqqət etdim: Ermənistandakı ermənilərlə Dağlıq Qarabağdakı ermənilər arasında böyük fərq var. İstər xarici görünüşcə, istərsə də xarakter baxımından bu fərqi görmək olur. Paradoksal olaraq, Dağlıq Qarabağ ermənilərinin xarici görkəmində bəzi cizgilər bizim bəzi dağ kəndlərimizin sakinlərinə bənzəyir.
Digər bir məqam isə: qarşılaşdığım yerevanlıları münaqişənin həlli çox maraqlandırmır. Onlar bu məsələnin vacibliyini və Qarabağın heç vaxt qaytarılmayacağını vurğulaya bilərlər. Lakin bununla yanaşı, bu bəyanatlarda məsuliyyətsizlik, deyərdim ki, biganəlik sezilir.
Dağlıq Qarabağda yaşayan ermənilər üçün isə bu başqa məsələdir. Onlar ciddi şəkildə münaqişənin həll olunmasında maraqlıdırlar.
Səfərimizə gəldikdə. Tam səmimi olaraq deyə bilrəm ki, orada getdiyimiz hər yerdə bizi qonaqpərvərliklə qarşıladılar. Bunu səmimi və ya yalandan etdiklərini bilmirəm, bunu onların vicdanına buraxaq. Təhlükəsizliklə bağlı heç bir problem yox idi – mühafizə bütün günü – gecədən səhərə qədər qapıda gözləyirdi.
Изображение
Yerevan konyak zavodunda hələ qədim vaxtlardan qalmış Azərbaycan içkilərinə də rast gəldik.
Erməni jurnalistlər, icma nümayəndələri ilə görüş zamanı (ola bilsin ki, ortamı yumşaltmaq məqdəsilə) bir sıra lətifələr də danışdılar.
Ermənilərlə görüş zamanı dəfələrlə soruşdum: “biz azərbaycanlılara hansı mesajı göndərmək istərdiniz?”. Bununla da onların kompromislərə hazır olub-olmadıqlaırnı bilmək istəyirdim.
Onların cavabı bir məcraya yönəlirdi: “hər bir şeyin öz dəyəri var. Qırmızı xətt var ki, bunu aşa bilmərik” deyirdilər.
Biz isə öz tərəfimizdən bildirdik ki, elə qırmızı xətt var ki, bunu heç bir Azərbaycan vətəndaşı keçə bilməz – bu, ölkəmizin ərazi bütövlüyü məsələsidir.
Həmçinin onların cavablarından belə bir təəssürat oyanırdı ki, onlar Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını istəyirlər. Bu isə, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil.
Onları Azərbaycanla bağlı digər vəziyyət maraqlandırırdı, nümunə üçün, “radikal islam” məsələsi, “Nardaranda bugünkü vəziyyət”, “sosial paketin artımı” və “Azərbaycan mövqeyinin nə dərəcədə güclü” olması.
“Ermənistanın səsi” radiostansiyasının jurnalisti Marina Qriqoryan qəfildən bəyan etdi ki, “tarixə yenidən nəzər salmaq lazımdır. Sumqayıt və Ağdam hadisələri ilə bağlı yalan məlumatlar çoxdur”. Biz isə bu böhtanı “Ağdam hadisələri” deyil, Xocalı faciəsinə yönəltdik. Beləcə o, bizə sübut etməyə çalışdı ki, azərbaycanlıları “heç kəs qovmayıb” onlar özləri “birdən-birə” Azərbaycana getmək istəyiblər.
Изображение
Marina Qriqoryanın həmkarları ona bu söhbəti bitirməsi istəyəndə, o sanki ürəyini boşaltdı hissi ilə dedi: “Onsuz da mən öz sözümü dedim!”
Ümumiyyətlə, məndə elə təəssürat yarandı ki, o, həyatı boyu azərbaycanlıları gözləyib ki, “ürəyindəkilərini deyə bilsin” və acı hislə evə qayıdaraq ürək dərmanı içsin, səhər isə qonşularına “dünənki tədbirdə yalançı və hiyləgər azərbaycanlıları necə yerində oturtduqlarını” desin.
Buna görə də hesab edirəm ki, bu cür görüşlərdə adekvat, heç bir kompleksləri olmayan, illərlə zəhərini büruzə verməyə məqam güdməyən insanlar gəlməlidir. Bu illər ərzində çoxlu sayda debatlar, mübahisələr olub ki, bunun da sonu yaxşı nəticələnməyib. Buna görə də konstruktiv müzakirələr aparmaq lazımdır.
Həmçinin Bakıya gələn erməni həmkarlarla bağlı da bunları demək olar. Onların məqalələrindən, sosial şəbəkələrdəki statuslarından görmək olur ki, onlar hələ də bizim bostanımıza daş atmaqla məğuldurlar. Ola bilsin ki, onlar hazırda “intibah” dövrünü yaşayırlar və bundan maksimum yararlanmağa çalışırlar.
Изображение
Bu, zənnimcə kiçik bir haşiyə idi. İndi isə reportajımıza qayıdaq.

Beləliklə, Yerevan. Orada gördüyümüz hər yerdə sərt döyüş ruhunun olmasına dəlalət edirdi. Məişət səviyyəsində də olsa divarlarda, suvenirlərdə, köynəklərdə “Ermənistanın qəhrəmanına” həqiqətdə isə terrorçu Monte Melkonyanın şəklinə rast gəlmək olurdu. Həmçinin suvenir kimi “Paşinyanın beysbolkaları” da satılırdı.
Erməni təbliğatı hər yerdə özünü göstərirdi, hətta oteldə də. Qaldığım otelin otağında “Vavilonun xəritəsi” olan daş vardı ki, burada “qədim Ermənistan” həkk olunmuşdu. Düşünürəm ki, bu, qəsdən edilmişdi.
Изображение
Matendarana (Yerevanda Qədim Əlyazmalar İnstitutu) ziyarət zamanı giddən qədim Albaniyanın tarixi ilə bağlı soruşduq. Onun cavabı olduqca maraqlı oldu: “Albaniyanın bir hissəsi “erməniləşdirilmiş”, bir hissəsi “gürcüləşdirilmiş” bir hissəsi isə İslamı qəbul edib. Maraqlısı odur ki, buna qədər ermənilər Albaniyanın tarixi ilə bağlı bu hissəni də təhrif etməyə çalışırdılar.
Erməni politoloq Riçard Kirakosyanla görüş daha maraqlı oldu. Görüş zamanı onun mövqeyi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsindən kənara çıxmadı. Kirakosyanın şəxsiyyətinə gəlincə, o, KİV-də verdiyi bəyanatları kimi aqressiv təsir bağışlamadı.
Həmçinin görüş zamanı onun vacib tezislərndən biri Dağlıq Qarabağ münaqişəsinni Ermənistanı zəiflətməsi məsələsi oldu.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#14 Сообщение smersh70 » 03 дек 2019, 23:27

Ermənilər Rusiyada AzTV-nin əməkdaşlarına hücum edərək xəsarət yetirib, kameranı sındırıblar

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#15 Сообщение smersh70 » 17 дек 2019, 17:12

Ölkəmizdə ermənişünaslığın bugünkü durumu və gələcəyi, bu tətbiqi elm sahəsinin inkişafına sistemli yanaşma, mütəxəssislər üçün erməni dili kursları haqqında eksklüziv süjetlər və s.
Bu verilişimiz doğrudan da maraqlı alındı.
Hamıya təşəkkürlər.


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#16 Сообщение smersh70 » 17 дек 2019, 18:08

ERMENISTAN'DA OTOSTOP ÇEKTIM! (BASIMA GELENLER)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#17 Сообщение smersh70 » 17 дек 2019, 18:31

smersh70 писал(а):
17 дек 2019, 18:08
ERMENISTAN'DA OTOSTOP ÇEKTIM! (BASIMA GELENLER)
ERMENISTAN'DA TÜRK ÜRÜNLERI VE MARKET FIYATLARI

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#18 Сообщение smersh70 » 17 дек 2019, 18:33

smersh70 писал(а):
17 дек 2019, 18:31
ERMENISTAN'DA TÜRK ÜRÜNLERI VE MARKET FIYATLARI
ERMENISTAN'DA TÜRK OLMAK VE BIR GÜN GEÇIRMEK!

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#19 Сообщение smersh70 » 17 дек 2019, 18:45

smersh70 писал(а):
17 дек 2019, 18:33
ERMENISTAN'DA TÜRK OLMAK VE BIR GÜN GEÇIRMEK!

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146166
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10662 раза
Поблагодарили: 15908 раз

Re: GORBAGOR Qalanlar

#20 Сообщение smersh70 » 04 янв 2020, 02:55

Yerevanda Azərbaycandan olan qaçqınların həyatı.

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»