ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR

Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR

#1 Сообщение Nazim Bayram » 07 дек 2014, 17:57

ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR
Qarabağ müharibəsi haqqında cəmiyyətimizi, xüsusən gənc nəsli, geniş mənada maraqlandıran 91-94-cü illərdə ermənilərə niyə məğlub olduğumuzun səbəbidi.
Hərbi məğlubiyət bəsit hadisə olmadığından, bir neçə əsas səbəbləri olur. Məğlubiyyətin əsas səbəblərini müəyyən etmək üçün müharibənin baş verdiyi konkret- tarixi şərait və müharibə tarixi dərindən öyrənilməlidir. Əsas səbəblərin hər birinin açıqlaması bir elmi monoqrafiyanın mövzusu və tədqiqat predmetidi.
O illərdə dövlətin daxili və xarici siyasətini, dövlətin və cəmiyyətin bütün növ fəaliyətlərinin qarşılıqlı təsirini əhatə edən dərin kompleks sistem analiz dövlətimiz tərəfindən, təəsüf ki, aparılmayıb və xalqımıza təqdim olunmayıb. Ona görə insanlarımız fərdi və qrup mövqe və maraqlarına, anlayış və düşüncələrinə, emosiyalarına uyğun zahirdə olan səbəblərdən birini seçib, özlərini suala cavab tapmış hesab edirlər. Bu sahədəki “vakuumu” isə İllər keçdikcə müasir cəmiyyətimizin bir hissəsinin şuurunda yer almış- “ermənilər bizdən daha cəsur və döyüşkən millətdi” kimi- yeni “səbəblər” doldurur, halbuki bunların çoxu ictimai rəyi məğlubiyyətin əsl səbəblərindən yayındırır.
Tam müəyənliklə yalnız onu deyə bilərik ki, məğlubiyətimizin baş səbəbi- bu münaqişəyə- müharibəyə(mahiyyətcə- növbəti tarixi sınağa) millət, dövlət olaraq, hazır olmamağımızda idi. Hərtərəfli hazır olmamağımızda. Dövlət rəhbərlərin, siyasətçilərin, ictimai- siyasi fəal qrupların, hərbçilərin, əsgərlərin, sadə xalqın- bir sözlə millətin hər təbəqəsinin öz vəzifələrinə uyğun bu məğlubiyyətdə payı və məhsuliyət var.
Dövlətçiliyi olan millət və gələcək nəsillər bu acı təcrübədən ibrətlər və örnəklər götürməlidir. İbrətlər çıxarılmayan məğlubiyyət yeni məğlubiyyətlərə zəmindi, ona görə ən ağır və gələcəyə uzanmış məğlubiyyətdi.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2957
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR

#2 Сообщение mirotvores70 » 07 дек 2014, 19:12

Razıyam. İndiki dövrdə bir cox müddəalar səslənir ki: Ukrayna bizim Birinci Qarabağ savaşı tariximizi yaşayır. Məncə bu düz deyil. Niyə?
-Ukrayna Azərbaycana nisbətdə özünün zəif də olsa ordusu vardı və böyük Hərbi Sənaye Potensialı vardı.
-Ukrayna az bir zamanda dövlət boşluğunu dəf etməyə nail oldu və hərbi strukturları bir yerə cəmləyib-parakəndə batalyonları Müdafiə nazirliyi-yaxud Milli Qvardiyaya qata bildi.
-Ukrayna Azərbaycandan fərqli olaraq döyüşən ordunu tək komandanlığa tabe edə bildi.
-Ukrayna təbliğat və təşviqat cəbhəsində də ,KİV -lər vasitəsi ilə də informasiya müharibəsində düşməndən geri qalmır.
Bəs o zaman deyin bütün bunlar Azərbaycanda vardımı? Bunlar cox böyük amillərdir.
Sozsüz Soveetlərdən Azərbaycana coxlu bazalar və texnika qalmışdı. Bunlardan bizim fədakar insanlarımız tərəfindən Rusuiya bazalarına da hücum edərək texnika.silah və vasitələrin aparılması faktları var.
Lakin götürək birinci müddəanı.
-O zamankı Azərbaycanda respublikanın ordusu,orduya lazımı texnikası,lazımı hərbi mütəxəssisləri ən əsası isə Hərbi Sənaye Potensialı yox dərəcəsində idi.
-Azərbaycanda hökumət böhranı yaradılan ordunun tək komandanlığa tabe olunması yolunda cox böyük maneələrlə qarşılaşdı. Parakəndə batalyonlar, özünümüdafiə dəstələri,polis qüvvələri,könüllülər-hərəsi bir komandanlığa,hərəsi bir siyasi quruma.hərəsi bir nazirliyə tabe idilər. Bu zaman bu qüvvələrin qoyulmuş ümumi döyüş tapşırığının yerinə yetrilməsinədə böyük maneələrlə üzləşməsi-o zamanın gercəkliyi idi.
-O zamankı Azərbaycan,sovetlərdən qopandan sonra dünya ictimaiyyəti qarşısında öz haqq işinin .haqq mübarizəsinin informasiya müharibəsini apara bilmirdi. Hal bu ki,dünyanın bir coxu-bu zaman Azərbaycanı qəsbkar sayır,Ermənistana və erməni xalqına təcavüzdə günahlandırırdılar.Bu da Azərbaycanın beynəlxalq arenada təklənməsinə və ona hərbi-texniki yardım göstərilməsinə manecilik yaradırdı.Buradan ABŞ konqresinin 907-ci düzəlişini buna bariz nümunə göstərmək olar.
Bir başqa amil də Azərbaycana düşmən münasibəti bəsləyən dövlətlərin-Azərbaycanın daxilindəki hərbi-siyasi qüvvələrdən öz məqsədləri ücün istifadə etməsi idi. Bu da kicik amil deyil. Bu zaman həmən qüvvələr cəbhədə pozuculuğa nail ola bilirdilər ki,bu da sonda hansısa bir döyüş zonasında məğlubiyyətə gətirib cıxarır-bunun nəticəsi kimi əhalidə və orduda ruh düşgünlüyü,vahimə və başıpozuqluqlar yaradırdı.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 81496
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1599 раз
Поблагодарили: 1170 раз

Re: ƏN AĞIR MƏĞLUBİYYƏT- İBRƏT ÇIXARILMAYAN MƏĞLUBİYYƏTDİR

#3 Сообщение smersh70 » 07 апр 2016, 01:22

Назим Байрам
39 мин. ·
Eyni 25 il əvvəlkiyik… Tez coşub, tez sönən… “Ayə, sənöl uşaq əjdahadı basıf gedir”, “Ayə, ə, erməni nəəzir ee, erməni çoxdan qaçıf İrəvana…” Özümüzdən xəbər uydurub, sabah yalanın ifşasını düşünmədən, bu gün həzz alırıq, camaatı saxta xəbərlərlə sevindiririk, sonra hamıyla birlikdə məyus olub, ruh düşkünlüyünə qapılırıq…
İndi uydurulan xəbərlərə daha tez zamanda, daha çox insanı bir tıkla ulaşdırmaq olar. “Füzuli azad olunub!”, “Ağdərə bizdədi!”, “Sərsəngdən su içirik!” deyib, bunu təsdiq etmədiyimə, yalnız gercək xəbərləri söylədiyimə görə məndən az qala küsənlər, sürüyə qoşulub, saxta xəbərlərə sevinmədiyimə görə paxıl hesab edənlər, bu iki gündü depressiyaya düşüblər. Təqsir özünüzdədi, uşaqlar. O torpaq üçün hərfi mənada canımı qoymuşam, qanım o torpağa qarışıb, bu xəbərlər həqiqət olsaydı, mənmi sevinməzdim? Deyirdim, qardaşlar, millət, dağlıq yerdə uğur alınmış kənd sayı ilə ölçülməz. Dağlarda kəndlər adətən dərədə, alçaqda yerləşir, dağ relyefdə yolları nəzarətə təmin edən yüksəkliklərdi mühüm, vacib… Eyforiyadan eşitmirdiz.
Ancaq mən sevinirdim və bu gün də sizdən fərqli sevinirəm. Sizə də profilimdə az qala MN mətbuat xidmətini əvəz etmişdim. Bütün yazılarım, paylaşdıqlarım burdadı. Lakin məni oxuyandan sonra gedib saxta xəbərlərə inanırdınız.
Sizə kim dedi ki, Qarabağı azad etmək məqsədilə müharibə başlamışıq? Ali Baş Komandan demişdi bu sözləri? Yao nun iradəsindən kənar kimsə özü müharibə başlayır, hədəf, məqsəd müəyyən edir? Niyə biz bu dərəcədə uşaq qalmışıq?
Özünüzdən küsün. Dərs olsun. Saxta sevinc, saxta kədər axtarmayın. Az olsun, gerçək olsun. Az olsun, əsl olsun.
Bir hərbçi kimi deyirəm, ordumuz çox mühüm, çox əhəmiyətli yüksəklikləri alıb, vurub düşməni onlardan aşırdıb, sonra gecəylə üzü düşmənə səngər qazıb, sonra onun bütün əkshücumlarını dəf edib, həmin yüksəklikləri bu gün də saxlayır. Bu nə deməkdi? Bax, gecədi, belinə 20 kq yük al, əlinə lopatka, qaça qaça dırmaş dağa. Sonra lopatkanla, dağda sinənə kimi quyu qaz. Bunların hamısını tez tez elə, ağzını ayırıb, ləhləmə! tez, qaça qaça! İndi isə gir qazdığın quyuya və səhərə kimi gözünü qırpmadan, gözlərini qaranlığa zillə. Yumma gözünü, maymaq! Erməni sənə konfet atmır! Anan ağlar qalacaq, axmaq əsgərt! Sadəcə bunu edin, dostlar. Demirəm, güllə və mərmi yağışı altında. Elə-belə özünüzü yoxlamaq üçün. Mərmi yaxına düşəndə guppultu eşitmirsən, cart! Sanki qalın parça cırılır. Dizlər qatlanır, bu zəlzələni ölçən bal yoxdu. Torpağın cırılmasının səsini eşidəndə ibtidai hisslə anlayırsan ki, sən də torpaqdan əmələ gəlmisən, torpağa yazığın gəlir. Fitrətinə, təbii qorunma instinktinə görə sıxılıb, bu atəşdən qaçmaq əvəzinə atəşin altına girməlisən, təbiət başını çiynini sıxır, sən isə başını qaldırıb, düşməni nişan alıb, atəş açmalısan. Döyüş filmində rol ifa etmirsən, sevdiyiniz artistlər kimi, hər şey əsldi, həqiqət anıdı.
Məyus olduq, ruhdan düşdük… Haydı, lopatka və irəli! Heş olmasa bağınızda adam boyu quyu qazın, görüm ondan sonra hücuma gedib, dağda bir gecəyə möhkəmlənmiş əsgəri düşünəcəksiniz ya dərin geosiyasi, geostrateji düşüncələrə varacaqsınız

Ответить

Вернуться в «Analitik təhlil və tədqiqatlar»