Atıcılıq silahları haqqında

Silah və texnikanın Azəri dilində şərhi
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Atıcılıq silahları haqqında

#21 Сообщение smersh70 » 22 мар 2019, 20:58

“Grey Wolf” səsboğucuları güc strukturlarının istifadəsinə qəbul edilib – FOTO

“Palladium Defence and Security Solutions” şirkətinin istehsalı olan “Grey Wolf” (“Boz Qurd”) markalı silah səsboğucularının ilk nümunələri Azərbaycanın güc strukturları tərəfindən istifadəyə qəbul edilib.
Bu barədə “AzeriDefence”yə “Palladium Defence and Security Solutions” şirkətindən məlumat verilib.
Müxtəlif kalibrli atıcı silahlar üçün hazırlanmış səsboğucular özünün daxili dizaynı və texniki parametrlərinə görə, analoqlarından fərqlənir.

“Palladium Defence and Security Solutions” şirkətinin açıqladığı məlumata görə, 5.56×45, 7.62×39 mm AR-15 tipli avtomatlar və 9×19 mm “Glock” tapançaları, habelə .308 və .338 kalibrli snayper tüfəngləri üçün fərqli modelləri hazırlanmış səsboğucular həm normal, həm də subsonik patronlarla atəş açmağa imkan verir. Tapança səsboğucularının həm rezin içliklə, həm də rezinsiz halda istifadəsi mümkündür. Rezin içlik istifadə olunduqda, subsonik patronlardan atış zamanı səs 35 dB-dən azdır.

“Grey Wolf” səsboğucularının texniki göstəriciləri aşağıdakı kimidir:

Parametrlər 9×19 5.56 .308 .338
Çəkisi/q 235 245 400 440
Uzunluq/mm 220 195 273 280
Diametr/mm 33 34 47 53
Güc strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən sınaqlar zamanı səsboğucuların performansı yüksək dəyərləndirilib. Səsboğucunun .338 kalibrli silahlar üçün nəzərdə tutulan versiyası “Barret MRAD” snayper tüfəngi ilə yoxlanılıb və qoyulan tələblərə tam cavab verib. Səsboğucuların digər üstünlüyü isə onların rahat şəkildə sökülüb yığıla bilməsidir.
Изображение
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#22 Сообщение smersh70 » 13 мар 2020, 03:16

“Grey Wolf” silahlanmaya qəbul edilib
“Palladium Defence and Security Solutions” şirkəti 7.62×39 mm çaplı “Grey Wolf” markalı avtomatların ilk partiyasını güc strukturlarına təhvil verməyə hazırlaşır.
Изображение
Şirkətdən “Azeri Defence”ə verilən məlumata görə, hərbi və hüquq-mühafizə strukturlarının müxtəlif şəraitlərdə keçirdiyi sınaqlarda avtomatın texniki-taktiki xüsusiyyətləri doğrulanıb və silahlanmaya qəbuluna qərar verilib.
M-4 platforması əsasında yaradılmış 7.62×39 mm “Grey Wolf” avtomatlarında qaz boru sistemi olunub. Silahın lüləsinin uzunluğu 35.56 sm, çəkisi 3.4 kq, atış uzaqlığı 800 metr təşkil edir. Uzunluğu tənzimlənən qundağa malik avtomatın lülə qutusunun üzərində dörd istiqamətdə pikatini relsləri mövcuddur ki, bu da silaha müxtəlif aksesuarlar qurmaq mümkündür. Avtomat rahat erqonomikası ilə fərqlənir.
Modulyar dizayna malik silahın qundağı sifarişçinin istəyindən asılı olaraq dəyişdirilə, müxtəlif şirkətlərin istehsal etdikləri hazır qundaqlarla əvəzlənə bilir. Avtomatın lüləsi və işlək mexanizmləri dəyişdirilə bilir ki, bu da silahın hər hansı bir mexanizmi sıradan çıxdıqda onun qısa zamanda yenisi ilə əvəz edilməsinə imkan yaradır.
Qeyd edək ki, artıq “Palladium Defence and Security Solutions” şirkəti tərəfindən .308 kalibr “Grey Wolf” markalı snayper tüfənginin ilk partiyası bu yaxınlarda güc strukturlarının silahlanmasına verilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#23 Сообщение smersh70 » 25 мар 2020, 22:43

12.7 mm NSVT pulemyotunun hissə və mexanizmləri
Изображение

AK-74 avtomatı ilə hədəfə qədər məsafənin ölçülməsi
Изображение

82 mm Vasilyok avtomatik minaatanı
Изображение


9 mm-lik Steçkin tapançasının özəlliyi də ondadır ki ,bu Soverlər Birliyində istehsal olunan ,ordu və güc strukturlarına təhfil verilən yeganə avtomatik tapançadır. Güllə tutumu 20 dir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#24 Сообщение smersh70 » 28 мар 2020, 04:17

Dəyişən hərəkətli güllələr haqqında mifi sındıraq.

Cox yuzerlər mənə məhz suallar verir ki,5.45 caplı güllələr doğurdan da insanın ayağından dəyəndə başından cıxır? Yaxud doğurdanmı bu güllələr yarpağa toxunan kimi istiqamətini dəyişir?Cox insanlar hətta savaş adamları da bu mifə inanaraq az qala saatlarla mübahisə edirlər. Həqiqət isə hər ikisinin ortasındadır.
Beləliklə:
Изображение
Ağırlıq mərkəzi dəyişmiş güllələr doğurdan da var.Onların tarixi 1903-1905 ci illərdən başlanır. Bu zaman küt uclu güllələrin ucuş ballistikasından narazı olan dövlətlər, ABŞ,Türkiyə,Rusiya və İngiltərə ,ucu sivri güllələrin yaradılması ilə məşqul oldular. Bu güllələr küt uclu ağır güllələrlə müqayisədə aerodinamik və ballistik göstəricilərinə və uzağa ucma funksiyasına görə secildi. Bu güllələr də ağır və yüngül oldular. Ağır güllələr uzaq məsafəli-yüngüllər isə yaxın məsafəli hədəflər ücün secildi. Bu həm də metala qənatə etdiyindən tez zamanda silahlanmaya qəbul edildi. Amma bu güllələri ,küt uclu və az yivli silahlardan atanda ,müəyyən cətinliklər yarandı. Belə ki küt uclu güllə atan tüfəngləri dəyişməkdənsə,bu yeni güllələrin ağırlıq mərkəzini biraz ucdan arxaya,yəni güllənin dib hissəsinə cəkməklə,hədəfədəymə dəqiqliyini qazandılar.
Güllənin daxildə hərəkətinin dəyişməsi başqa faktorlarla izah olunur. Güllə bədənə dəyən zaman ,maneədən güllənin başlığında sıxılma əmələ gəlir. Bu da metalın uc tərəfindən sıxılmanı onun dib tərəfinə yönəldir. Güllə yüngül olduğu ücün,ucluqdan gələn və dibə yönələn maneə sıxlığı güllənin dibdən parcalanmasına gətirib cıxarır. Bu zaman güllənin bədəndə hələ hərəkəti zamanı dağılmadan hərəkət trayektoriyası dəyilir. Sümüklər,əzələlər hərəkətdə olan gülləni dahada sıxaraq onun hərəkətinə xaos gətirir. Buna görə güllə dəydiyi yerdən fərqli olaraq başqa hissədən cıxır. Bu ballistik izahdır.
Məhz belə güllələrin yarpağa dəyərək hərəkətdən sapması isə utopiyadır. Güllənin sürəti elə də kicik deyil ki,bu sürət və güc zamanı onu yarpaq və nazik budaqlar sapdırsın. Lakin bir daha vurqulayıram ki güllə cəkisinə görə yüngül olduğundan,qalın ağac ,budaq və digər maneələr onun hərəkətini sapdıra bilir. Bu da qaniunauyğun bir prossesdir.
Abuzər Əbilov( Legion)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#25 Сообщение smersh70 » 28 мар 2020, 04:23

Avtomat dediyimiz-dünyanın isə hücum tüfəngi kimi qəbul etdiyi silahlar bu gün bir çox ordu və qoşun növlərində istifadədədir. Qəribədir ki ,bu 5 liyin içində Kalaşnikov avtomatı yoxdur. Bu da Kalaşnikov avtomatlarının dəqiqliyinin zəif olması və onun döyüşçü üçün çox kobud olması ilə izah olunur.
5 ci yerdə -M16 ABŞ
4 cü yerdə HK416 ALMANİYA
3 cü yerdə Steyr AUG AVSTRİYA
2ci yerdə TAR21 TAVOR İSRAİL
1 ci yerdə FN SCAR ABŞ

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#26 Сообщение smersh70 » 05 фев 2021, 02:25


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Atıcılıq silahları haqqında

#27 Сообщение smersh70 » 18 авг 2021, 04:07


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#28 Сообщение smersh70 » 02 ноя 2021, 21:02


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146199
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Atıcılıq silahları haqqında

#29 Сообщение smersh70 » 07 сен 2023, 13:42


Ответить

Вернуться в «Hərbi Hazırlıq»