#14
Сообщение
smersh70 » 10 фев 2024, 17:24
Köhnə sənəətimizə qayıdaq hərdən. Baxmayaraq ki S.Babayev ölkədə bilikli -araşdırmaçı hərbçilərin axırına çıxıb, özümüzə çöpdən dirək-Vətən sağ olsun deyək.
Müasir hərb və reallıqlar fonunda PUA-larla mübarizə.
Dünyanın son illər öz oxundan çıxaraq, ənənəvi diplomatiya, anlaşmalar, bir biri ilə sülh şəraitində yaşama prinsiplərini arxa plana keçirərək daha çox müharibələr, hərbi əməliyyatlar ,məhəlli və lokal hərbi tədbirlər fonunda, insansız hərb texnikası önə çıxmışdır. Dünya bu kimi texniki yeniliklərdən istifadə prinsipini iilər öncə tətbiq etməyə başlasa belə, reallıq özünü daha çox Azərbaycanın Qarabağda apardığı Vətən savaşının ikinci fazasında daha qabarıq göstərdi. Və yalnız bundan sonra ölkələr insansız texnoloji yenilik olan , Pilotsuz Döyüş Elementlərinə daha çox diqqət ayırdı. Bunlar tək PUA lar deyil, həm də uzaq mənzillərə uçaraq ,hədəfi dəqiq vura bilən "gəzən sursatlardır" Bir növ kütləvilik halını alan bu texniki yenilik, Rusiyanın Ukraynaya işğalı zamanı daha kütləviləşdi və hal hazırdada tətbiqdədir. Bu kimi zərbə, kəşfiyyat uçuş aparatları əsasən həm zavod, həm də kustar halda işlənib hazırlandı. Əsasında döyüş təyyarələrindən daha ucuz olan bu vasitələr, təyyarələrdən fərqli olaraq döyüş çölündə müxtəlif tapşırıqları yerinə yetirə bilməklə yanaşı, idaretmədə insan faktorunun sıradan çıxarılmasını da önə çəkir. Ukrayna döyüşçüləri və mühəndisləri daha irəli gedərək ,kiçik çəkiliş dronlarını hərbləşdirərək və onlara kiçik bombalar, RPQ qumbaraatan mərmisi olan PQ mərmilərini uyğunlaşdıraraq ,hədəfə daha yaxın və daha dəqiq atəş aça bilir və böyük tank, PDM və digər texnila kolonlarını ustalıqla məhf edə bilirlər.
Bütün bunlar hal hazırdki hərb dünyasında artan templə gedən zaman-dünya artıq başqa problemlə üzləşmişdir.
Bu da müxtəlif növ PUA və "gəzən sursatlardan" qorunma vasitələrinin çox zəif və hələ də tələb olunan səviyyədə ortaya gələ bilməməsidir. Hələlik ki bunlar üzərində iş getsə belə, lazımi səviyyədə ortaya davamlı texnoloji innovasiya çıxara bilən şirkətlər yox dərəcəsindədir. Ortaya REM (radioeleüktron maneələr) prinsipi qoyan şirkətlər, heç də bu metodun hər zaman işlək fuksiya göstərəcəyinə əmin deyillər. Çünki bir sıra idarəetmələrdə bu kimi problemlər də həll olunub və əsasən son zamanlar GPS və radiotezlik prinsipləri də dəyişməkdədir. Lazer məhfetmə avadanlıqları yeni olsa belə, işləmə əmsalında daha çox çətinliklər yaranmaqdadır. Bu avadanlığın böyük və manevrsiz olması, hazırlıq müddətinin çox olması və digər problemlərdir.
Ənənəvi atəş sistemlərindədə problemlər yox deyil. Buraya çeviklik və dəqiqlik əmsalını daxil eləsək, ortaya qoyulan silah sistemlərinin hələ də zəif olmasını görərik.
Misal üçün kütləvi dron yaxud gəzən sursat hücumu zamanı bu və ya digər vasitələrin elektron və hesablayıcı sistemlərinin olmaması hücumda olan uçuş aparatlarının bir hissəsinin atəş səddini keçərək zərbə vurması problemi qabarıqdır. Misal üçün Ukrayna şəhərlərinə Rusiyanın İrandan aldığı "Şahed" pualarının kütləvi hücumu zamanı Ukrayna HHM qoşunları nə qədər güclü sədd yaratsalar belə, səddin yarılması nümunələri çoxdur. Və bu yarılmalar fonunda mülki infrastruktur və dinc əhalinin ziyan görməsi ortalıqdadır.
Əlac yenidən köhnə taktika olan "Eşolonlaşdırılmış" HHM vasitələrinə qalır.
Abuzər Əbilov..
(Ardı var)