Одиссей,
Onların ərəb mənşəli olması özlərini seyyid adlandırmalarından irəli gəlir.
Ona qalsa onda belə çıxır ki bütün seyidlər ərəbdir???Belədə ki,Azərbaycanın titul xalqı-yəni türk adlanan əhalinin yalnız 15-20%-i həqiqi türk tayfalarının(qıpçaqların,xəzərlərin,hunların,oğuzların) törəmələri olarlar...qalanları hamısı assimilə olunmuş yerli əhalinin törəməsidir-belə çıxır onda Azərbaycan əhalisinin ancaq 15-20%-i özünü türk adlandırsın qalanları yox??
Kürd könüllü surətdə o qədər türk bəyini başına yığa bilməzdi.
Tam razıyam..Amma bu iddianı edənlər əsas da Kəsrəvi öz fikirlərini belə əsaslandırırlar ki guya o vaxt Səfəvilər öz həqiqi kimliklərini gizlədiblər və özlərini türk kimi qələmə veriblər sonradan da türkləşiblər...
Səfəvilərin kürd olması iddiası Səfəvilərin kökəni barədə 14-cü əsrdə yazıya alınan və 16-cı əsrdə Təhmasibin dövründə üzü çıxarılan İbn Bazzazın Səffat us Səfa adlı traktatındakı bir nüsxədə Şeyx Səfinin 11-ci ulu babası Firuzşah Zərrinkülahın əl Kurdi əl Səncani adlanması olub....Digər nüsxələrin heç birində bu yoxdur..Həmçinin Səffat us Səfanın türkcəyə tərcüməsi sayılan Şeyx Səfi təzkirəsində də bu yoxdur....Böyük bir ehtimal ki əl Kurdi əl Səncani məhz Şeyx Səfinin ustadı olan Zahid Gilaninin ləqəbi olub və nüsxənin üzünü köçürən səhv köçürüb...Həm də Səffat as Safada və digər mənbələrin hamısında bir mənalı olaraq Şeyx Səfi türk adlanır.."türk piri" "türk gənci"....
Səfəvilərin kürd olmasına dair ikinci "dəlil" Şeyx Səfinin tat dilində yazdığı bir neçə rübaisidir..lakin bu dəlil də kürd tərəfdarlarının karına gəlmir..Çünkü əvvəla tat dili dedikləri Azərbaycanın qədim dili olan azəri dilidir-indiki talışların dilinə yaxındır(buradan da talış dostlarımız bir iddia da irəli sürürlər ki bəs akazıvaetsya Səfəvilər talışdır)...Lakin bütün bu iddiaları edənlər unudur ki,Şeyx Səfinin əsas yaradıcılığı məhz türk dilindədir-Şeyx Səfi anadilli yaradıcılığımızın banisi saymaq olar...Bu yaxın dövrə kimi itmiş hesab olunan şeyx Səfinin iri həcmli nəsr əsəri sayılan "Qara məcmuə" Tehranda tapılmış və nəşr olunmuşdur :
həmin məcmuədən hissələri və türkcə yazdığı şeiri təqdim edirəm :
"Pəs imdi anın kim könüldən хəbəri оlmaya, qamışı şəkərdən ayırmış оla, mən ana nə dеyim? Оl nə anlaya? Zira öyüdü əhlünə dеmək gərəkdir. ''Dürrü sədəfdə, nafеyi ahuda görün'' – dеmişlər. Pəs imdi nadana mərifəti – Allah dеmək şоra zəminə tохum əkmək kimidir… Ilahi, nеylərəm оl sirri kim, əsrarı yох; nеylərəm оl ruhi kim, ənvarı yох; nеylərəm оl dərdi kim, dərdü еşqi yох…''
Qоydi ğəm ləşkəri yüz könlümə hamun-hamun,
Qara bеydəqlu ələmlər uci gülgun-gülgun.
Ürəgimdən kinə оd qanadı duzəх-duzəх,
Cigərimdən kinə qan qaynadı Cеyhun-Cеyhun.
Çağururdum qati avazilə Lеyli-Lеyli,
Dağ səs vеrdi cavabımda ki, Məcnun-Məcnun.
Bu nə viranə könüldür, Səfi, еy vah, еy vah,
Sərvlər var idi bu bağidə mövzun-mövzun