GƏNCƏ ŞƏHİDLƏRİ

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#11 Сообщение smersh70 » 22 янв 2015, 00:52

Anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Şəhidlər Abidə Kompleksi” önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub. Daha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqilliyimiz uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib.
Изображение
ИзображениеИзображение
ИзображениеИзображениеИзображениеИзображение
ИзображениеИзображение
ИзображениеИзображениеИзображение
ИзображениеИзображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#12 Сообщение smersh70 » 08 фев 2015, 14:30

Изображение
Bayraq meydanı “Şəhidlər” abidə kompleksinin arxasında tikilir. Gəncə şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Bayraq Meydanı” nın inşasına başlanılıb.“Bayraq Meydanı” təxminən 20 min kv.m ərazinin əhatə edəcək.

Hazırda ərazidə torpaqbərkitmə işləri həyata keçirilir. Bayraq 60 metr hündürlükdə dalğalanacaq. Meydanın ətrafında isə yaşıllıq zolağı salınacaq. Qeyd edək ki, 4 saylı qəbiristanlıqda Qarabağ müharibəsində həlak olan 368 şəhidin məzarı icra hakimiyyəti tərəfindən tamamilə yenidən qurulub. Bundan başqa xiyabanın mərkəzində hündürlüyü 18 metr olan 8 guşəli “Şəhidlər” abidə kompleksi də inşa edilib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#13 Сообщение smersh70 » 21 янв 2016, 01:01

Изображение
Изображение
Изображение
Изображение
Изображение
ИзображениеИзображениеИзображениеИзображение

qaqali01
Новобранец
Сообщения: 24
Зарегистрирован: 14 дек 2014, 17:26

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#14 Сообщение qaqali01 » 26 янв 2016, 00:20

ŞƏhidlərimizin ruhu şad olsun.qəbrlərı nurla dolsun.gəncə həmişə döyüşkən diyar və məkan olmuşdur. Müharibə başlasa hamımız birdə gedəcəyik

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#15 Сообщение smersh70 » 06 апр 2016, 01:43


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#16 Сообщение smersh70 » 28 окт 2016, 02:41

Gəncə şəhər İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları şəhid polkovnik Rəfael Əsədov və əsgər İqor Makeyevin ad günləri münasibəti ilə Nizami yurdunda “Həyatda qəhrəmanlığa həmişə yer var”devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib.

Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə teartlaşdırılmış rekviyem-tamaşanın təqdimatından öncə bir qrup hərbi qulluqçu və şəhər ictimaiyyətinin nümayəndəsi Gəncədə yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gəncə Qarnizonu Zabitlər Evinin ansamblının, Gəncə Dövlət Dram Teatrı aktyorlarının və hərbçilərin birgə çıxış etdiyi tədbirdə xalqımızın hərb tarixindən söhbət açılıb, hərbi marşlar, vətənpərvərlik mövzusunda şeir və mahnılar ifa olunub, şəhid milli qəhrəmanların həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gəncəlilər də Azərbaycanın hərb tarixində parlaq və yaddaqalan səhifələr yazıb.

Ulu öndər Heydər Əliyevin “Xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz” fikrini xüsusi vurğulayan Abdulla Qurbani bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda 400 nəfərdən çox gəncəli şəhid olmuş, onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Tədbirdə bildirilib ki, Gəncə şəhərində anadan olan Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədov SSRİ Silahlı Qüvvələrinin məhdud kontingentinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edərək, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlib. 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyü pozulan zaman gənc zabit Vətənə qayıdıb və Milli Ordunun sıralarına daxil olub. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit raket batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəməyən polkovnik Rafael Əsədov Artilleriya Korpusunun komandiri təyin edilib. Rafael Əsədov Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların fəal təşkilatçısı və iştirakçısı olub. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnib. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən yaxınlıqda partlayan mərmi qəlpələrindən yaralanaraq dünyasını dəyişib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 1994-cü ildə polkovnik Rafael Əsədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение

Gəncədə doğulan İqor Makayevin Naxçıvanik kəndi, Ağdam, Tərtər və Ağdarə rayonları uğrunda gedən ağır döyüşlərdə göstərdiyi qəhrəmanlıq haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusu üçün strateji əhəmiyyətli “Vışka” yüksəkliyinin alınması İqor Makayev üçün son döyüş olub. İqor Makayevin ermənilərin ağır texnika ilə hücuma keçdiyi döyüşdə 28 nəfər döyüşçü yoldaşını mühasirədən xilas edib. Özü isə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə İqor Makayevə 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Изображение
Изображение
Tədbirin sonunda Milli Qəhrəman Rəfael Əsədovun Kiyevdə yaşayan həyat yoldaşı Valentina Qriqoriyevna ilə telefon bağlantısı yaradılıb. Valentina Qriqoriyevna şəhidlərin adlarını əziz tutduqlarına, xatirələrini hörmət və ehtiramla yad etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliklərinə, tədbirin təşkilatçılarına, eləcə də bütün Azərbaycan xalqına ailələri adından dərin minnətdarlıqlarını bildirib.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#17 Сообщение smersh70 » 21 янв 2017, 01:00

Изображение
Изображение
Hər il dərin hörmətlə yad edilən “Qanlı Yanvar” şəhidlərini bu il də şəhər sakinləri hamılıqla ziyarət edib. Sovet imperiyasının həyata keçirdiyi qanlı olay yada salınaraq, bir daha müstəqilliyimizin bu millət üçün nələr bahasına başa gəldiyini xatırladıb. Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri çıxış edərək 20 Yanvarın hər bir azərbaycanlının qan yaddaşında yaşayacağını bildiriblər. Daha sonra Şəhər rəhbərliyi ilə şəhid ailələrinin görüşü olub.

Bu gündən Gəncənin Şəhidlər Xiyabanı Memorial Kompleksində üç rəngli bayrağımız dalğalanır. 37 metr hündürlüyü, 8 metr eni, 15 metr uzunluğu olan bayrağı şəhərin əksər ərazilərindən görmək mümkün olacaq. Abidə kompleksinin yanında ucaldılan dirəyə sancılan üç rəngli bayraq, vətən uğrunda, torpaq uğrunda canından keçən 371 şəhidin şərəfinə dalğalanacaq ki, onlardan 5 -i milli qəhrəman, 49 naməlum əsgərdir. Qeyd edim ki, Şəhidlər Xiyabanı 2012- cil ildə yenidən qurulub. Burada abidə kompleksi, əbədi məşəl şəhidlərin əziz xatirəsinə göstərilən diqqətin nəticəsidir. Bir zamanlar onların tabutunu saran üç rəngli bayrağımız artıq onların əbədi uyuduğu məkanda dalğalanacaq.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146181
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10663 раза
Поблагодарили: 15911 раз

Re: GƏNCƏ ŞƏHİDLƏRİ

#18 Сообщение smersh70 » 06 апр 2017, 12:13

Gəncə şəhərində şəhid İnqilab Quliyevin il mərasimi keçirilib.
"Report" xəbər verir ki, mərasim “Şəhidlər Xiyabanı”ndan başlayıb. Öncə şəhid kapitanın məzarı ziyarət edilib, ruhuna dualar oxunub. Daha sonra anım tədbiri Gəncə şəhər “İmamzadə” Dini Kompleksinin mərasim zalında davam etdirilib.
Изображение
Изображение
Изображение
Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunaraq Allahdan rəhmət dilənib.
Anım mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Bildirib ki, dörd günlük döyüşdə düşmən ordumuzun hərbi qüdrəti qarşısında vahiməyə düşərək geri çəkilib.
O, Gəncədən olan şəhid İnqilab Çingiz oğlu Quliyevin də bu qələbədə öz payı olduğunu vurğulayıb. İcra başçısı şəhidin qısa, lakin şərəfli ömür yoluna nəzər salıb. Qeyd edib ki, Azərbaycan-Ermənistan təmas xəttində baş verən 4 günlük müharibə zamanı vətənə olan sədaqət və sevgisini öz canından üstün tutan və bu yolda şəhid olan zabitlərimizdən biri Quliyev İnqilab Çingiz oğluna təltif edildiyi “İgidliyə görə” medalı Gəncədə yaşayan ailəsinə təqdim olunub. Şəhidin ailəsinə dövlət tərəfindən mənzil və bu günlərdə şəhərin küçələrindən birinə şəhidin adı verilib. Bundan başqa şəhidin ailəsinin yaşadığı binaya yaxın günlərdə onun barelyefi vurulacaq.
Изображение
Şəhidin atası Çingiz Quliyev İnqilab Quliyevin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıb. O, çıxışında Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdə göstərdikləri şücaətdən, Silahlı Qüvvələrimizin gücündən, xalq-ordu birliyinin sarsılmazlığından danışıb. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Sonra ehsan süfrəsi açılıb.

Ответить

Вернуться в «Yaxın Tariximiz»