1993-cü il, 4 iyun Gəncə hadisələri

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#11 Сообщение Oberleytenant » 19 фев 2013, 18:25

Respublika əhalisinə müraciət
(Arxiv)

4 iyun 1993-cü il tarixdə səhər saat 6-00 da heç bir xəbərdarlıq etmədən Azərbaycan prezidentinin sərəncamında olan Milli qvardiya MTN-nin xüsusi dəstələri, daxili qoşun hissələri, o cümlədən sərhədlərimizi düşmən hücumu qarşısında qoyaraq Ağdərə, Ağdam, Fizuli və Qazax rayonlarından çıxarılmış Milli ordu əsgərlərinin birləşmiş qüvvəsi ilə Gəncə şəhərində qardaş qırğınına başlamış yaşayış rayonları yaxınlığında yerləşən hərbi hissə hər cür silahdan istifadə olunmaqla güllə boran edilmişdir. Nəticədə yaxınlıqda yerləşən ərazidə yaşayan dinc əhali arasında ölənlər və yaralananlar olmuşdur.
Hərbi hissədə yerləşən əsgərlər qardaş qırğınına getməmək üçün xeyli müddət yalnız müdafiə mövqeyi tutaraq cavab atəşi açmaqdan çəkinmişdir.
Qana susamış “Qarabağ qəhrəmanları ” şəhərin bir neçə yaşayış rayonunda od saçan müasir silahlarla özbaşınalıq edərək vahimə törətmiş, o cümlədən C. Cabbarlı və Q. Musabəyov küçələrinin kəsişdiyi rayonu 2 saata yaxın atəşə tutmuşdur. Dinc əhali arasında çoxlu ölən və yaralananlar vardır.
Şəhərdə yaranmış gərgin vəziyyət yerli əhalini hiddətə gətirmiş, onlar qardaş qırğınının hazırlandığı yuvaları, şəhər polis idarəsini və milli təhlükəsizlik Nazirliyini , şəhər komitəsinin binalarını mühasirəyə almışlar.
Prezident Əbülfəz Elçibəyin şəxsi sərəncamı ilə “Tufan” əməliyyatını həyata keçirən Respublikanın baş prokuroru İxtiyar Şirinov, Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər, Daxili İşlər Nazirinin 1-ci müavini Qabil Məmmədov, Kənd Təsərrüfatı naziri Tofiq Hüseynov və başqa yüksək rütbəli çinovniklər girov götürülmüşlər.
Respublikanın başı üzərini ağır təhlükə almışdır. Belə ki torpaqlarımızı müqavimətsiz olaraq yağı düşmənə təhvil verən vətən xainləri cəzasız qaldıqlarından şirnikərək indi də qardaş qırğını törətməyə başlamışlar . Onlar Gəncədə törətdikləri biabrçılığı Azərbaycanımızın başqa yerlərində davam etdirmək niyyətindədirlər.
Əziz həmvətənlərimiz!
Vətən təhlükədədir. Sizi haqq səsinizi qaldırmağa, hazırki iqtidara vətəndaş itaətsizliyinə, qardaş qırğınının səbəbkarlarını lənətləndirməyə çağırıram.
Ulu tanrı haqq işimizə yar olsun.

Azərbaycan Milli Qəhrəmanı Surət Hüseynov
Gəncə şəhəri 04.06.1993 –cü il

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#12 Сообщение Oberleytenant » 19 фев 2013, 18:28

MEHMAN ƏLƏKBƏROV KİM OLUB?

Arxiv materiallardan səhifələr.

“Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm.”

Mehman Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olub. Mehman H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.
1990-cı ilin yanvar günlərində Todan , Sarısu, Çaykənd kəndlərinə erməni quldurlarıyla şiddətli döyüşlər gedən vaxt Mehman özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının həlakına və erməni qəsbkarlarının azgınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edib və şərəfli döyüş yolu keçib. Mehmanın qəhrəmanlığı sayəsində Həsanqaya adlı ərazidə, Gəncə batalyonu yüksək döyüş nümayış etdirərək erməni silahlılarının əfsanəvi ”Arabo” batalyonunun 170-dən çox canlı qüvvəsini məhv edib. Ermənistanda bu hadisələylə bağlı 3 günlük matəm elan olunub və həmin əməliyyatdan sonra əks tərəfin komandanlığı Mehmanın başına 6 milyon məbləğində pul da qoyub. Ama təəssüf verici haldır ki, bizim tərəfin Mehmana verməli olan polkovnik rütbəsi bu günə qədər də sahibinə çatdırılmayıb. Bütün bunlara baxmayaraq, Mehman öz batalyonu ilə Ağdərənin Kasaped, Drambun, Aterk kəndləri ilə yanaşı, Şuşa , Laçın, Füzuli bölgələrindəki döyüşlərdə də iştirak edib. Bu döyüşlərdə Mehman 28 yara almasına baxmayaraq sarsılmayıb və həmişə özünü yeri vuruşlara hazırlayıbdır. Lakin 2-ci Marquşavan döyüşü uğursuzluqla nəticələnib, bunun səbəbi isə Mehmanın həmin döyüşdən yayındırılması olub.

Lakin...1993-cü il iyunun 4-də, Gəncədə 709-№li hərbi hissə dövlət qoşunları tərəfindən mühasirəyə alınarkən Mehman qardaş qırğınının qarşısını almaq məqsədiylə əlində ağ bayraq onlara tərəf gedib və silahları endirməyə çağırıb. Ancaq Mehmanın bu çağırışı onu ölümün girdabına itələyib, Mehmanın çağırışına güllə ilə cavab verən “qardaşlar ” onu amansızlıqla güllələyib.
Sapı özümüzdən olan baltaların 18 gülləsiylə igid komandir 36 yaşında yerindəcə həlak olub.

Mehman Ələkbərovun yazdığı məlumatdan:
-Mən 1992-ci il mart ayının 1-dən Birinci Gəncə Özünümüdafiə batalyonuna kəşfiyyat taqımının komandiri kimi getmişəm. Dörd gün sonra ilk kəşfiyyat əməliyyatını keçirmişəm. Nəticədə düşmənin 10 gizli məntəqəsi aşkarlanmış və iki quldur məhv edilmişdir. 18 martdan 29 martadək Qırmızıkənd və Üçüncü sovxoza tərəf hərəkət etmişik. 21 martda sursat üçün Gəncəyə qayıdarkən Kəpəz hərbi komissarlığı və Gəncədəki Fövqəladə Komitə batalyonda möhkəm nizam-intizam yaratmaq üçün mənə batalyon komandirinin müavini vəzifəsini təklif etdilər. Müdafiə Nazirliyi onu təsdiq etdi. 26 martda Tərtərdə olan dəyişikliklər zamanı məni müvəqqəti olaraq həmin bölgədəki “N” hissəsinin qərargah rəisi qoydular. Mən eyni zamanda Tərtərin hərbi komendantı, qərargah rəisi və batalyon komandiri vəzifəsini icra edirdim. 9 apreldə bizə komandir göndərdilər. Lakin əsgərlər onu qəbul etmədi. 10apreldə Marquşevan uğrunda döyüşlərə atıldıq. İki düşmən PDM-ni məhv etdik, bir əl pulemyotu qənimət götürdük. İki əsgər və bir zabitimiz qəhrəmancasına şəhid olsa da, düşmənə canlı qüvvə sarıdan xeyli itki verdik. Mən sol budumdan ağır yaralandım. Bərdə xəstəxanasında müalicə olundum. Həmin vaxt bizimkilər ermənilərin güclü müqaviməti ilə qarşılaşmışdılar. 11 mayda mənə həvalə olunmuş texnikanı gətirmək işi ilə məşğul olduğum üçün ikinci döyüşdə iştirak etmədim. İkinci döyüşdə Marquşevana hücum baş tutmamış və külli miqdarda itki verən qoşunlarımız geri çəkilməli olmuşdular. Bizim batalyonda səkkiz nəfər şəhid olmuş, iyirmi dörd nəfər yaralanmışdı.
Az sonra mən 25 nəfərlə Dozuların geri qaytarılması əməliyyatında iştirak etdim. İyun ayında qərargah rəisi polkovnik-leytenant Şikar Şikarovla Torpaqtəpə əməliyyatını hazırlamağa başladıq. Əməliyyat uğurlu keçsə də bu zaman minamyot atəşinə düşdük və Şikarovu itirdik. Gözümdən və sinəmdən qəlpə yarası aldım. Bu döyüş zamanı bizə veriləcək əlavə qüvvə və texnika da döyüş meydanına gəlib çıxmadı. Torpaqtəpəni Şikarovsuz tutduq. Iki dəfə Çaylı əməliyyatı baş tutmadı. Üçüncü dəfə isə hücuma hazırlaşan qüvvələr günortayadək hücum etmədi. Mən məcbur olub texnikasız hücuma keçmək haqqında öz batalyonuma əmr verdim və irəli cumduq. Yuxarı və Aşağı Çaylını biz tutandan sonra yerdə qalan qüvvələr hücuma kecdilər. Ümumi hücumla Həsənqayanı da düşməndən təmizlədik. Ertəsi gün Qnep düşməndən azad edildi. Bir nəfər əsgərimiz şəhid oldu.
Leninavanı azad etdikdən sonra yolları minadan təmizlədik. 50-dən artıq tank əleyhinə minanı zərərsizləşdirdik. İyunun ortalarında düşmən Həsənqayaya üç dəfə hücum etdisə də, hər dəfə geri oturuldu. İyunun axırında polkovnik Abramyanın batalyonunu Həsənqaya ilə Çabrat arasında mühasirəyə alıb məhv etdik. Tərtər, Bakı, Xanlar və polis batalyonları da bizə köməyə gəlmişdilər. 84 nəfər quldur məhv edilmiş, 15 ədəd avtomat, 1 ədəd pulemyot, 56 ədəd bir dəfə istifadə edilən qranatomyot (Muxa) qənimət götürülmüşdü. Sonra üçüncü Sovxoza, Cabrat və Ağdərəyə hücum təşkil edildi.
3-4 iyulda biz Ağdərə və Drambona qədər ərazini düşməndən təmizlədik. Ağdərə döyüşündə sağ çiynimdən də ağır yaralandım. Biz düşmənin 4 topunu da ələ keçirmişdik...

Azərbaycan Respublikası Müdafiə Nazirinə Mehman Ələkbərovun 21 aprel 1992-ci ildə yazdığı təqrirdən:

Yazıb Sizə bildirirəm ki, silahların qeydiyyatı və paylanması işi çox pis vəziyyətdə olduğu üçün yeni qeydiyyat kitabı açdım və yoxlama zamanı aydın oldu ki, 25 avtomat və 2 ədəd tapança çatışmır. Mən Gəncədən xüsusi yoxlama komissiyası tələb etdim. Batalyonda külli miqdarda yeyinti halları da olduğu aşkara çıxdı. Məlum oldu ki, 392 əsgər adı ilə gətirilən ərzaq və sursat müxtəlif gizli əllərdə satılıb-yeyilirmiş. Halbuki batalyonda yüzdən artıq əsgər yox idi. Sonra “Qurtuluş”u bizim batalyona qarşı qoydular. Əgər qəti tədbir görməsəydik qardaş qanı töküləcəkdi. Gördüyümüz tədbirlər nəinki qarşıdurmanı aradan qaldırdı, həm də batalyonları daha da yaxınlaşdırdı. Sonra biz Şahinlə birlikdə oğurlanmış silahların axtarılmasına başladıq. Nəticədə dörd silah oğurlayan tutulub əvvəlcə Gəncə şəhər Kəpəz rayon DİŞ-nin əməkdaşları tərəfindən dindirildi. Sonra isə Tərtər şəhər DİŞ-nin sərəncamına göndərildi. Dörd ədəd avtomat silah hissəyə qaytarıldı.Hal hazırda mafiyaçı qrupların əlində oğurluq silahlar çoxdur. Onlar da gecələr talançı və hərbi hissələrə basqınçılıqla məşğuldurlar. Sizin əraziyə gəlişiniz zamanı baş vermiş faciəli hadisənin özünüz şahidi oldunuz. Qruplaşmış silahlı bandalarla yalnız ordunun gücü ilə mübarizə aparmaq olar.
Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm...

Lakin Mehman bütün qüvvəsini Vətən uğrunda sərf edə bilmədi. Namərd qardaş gülləsi onun döyüş yolunu yarı yolda kəsdi. Mehman Qarabağda yox, erməni gülləsiylə yox, öz şəhərində, “qardaş” gülləsiylə şəhid oldu.
ALLAH SƏNƏ QƏNİ – QƏNİ RƏHMƏT ELƏSİN, RUHUN ŞAD, YERİN BEHİŞT OLSUN, ƏZİZ KOMANDİR!

GÜNEL MƏMMƏDOVA
Вложения
DSCF2875 - копия.JPG
DSCF2875 - копия.JPG (64.35 КБ) 5971 просмотр

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#13 Сообщение Oberleytenant » 19 фев 2013, 18:37

SÜRƏT HÜSEYNOVUN 4 İYUNLA BAĞLI KEÇİRİLƏN MƏTBUAT KONFRANSINDAN

Заметки с пресс-конференции
«ТРЕБУЮ СПРАВЕДЛИВОСТИ…»

Двадцать первого июня в малом зале городской исполнительной власти для журналистов, в том числе зарубежных, была организована пресс конференция народного депутата Азербайджан, национального героя республики Сурата Гусейнова. Предпринятые осторожности объяснялись, по-видимому, тем, что на жизнь Сурата Гусейнова предпринимались попытки покушений, и определенные круги многое бы отдали за то, чтобы устранить этого человека с нынешней политической арены.
Вел пресс-конференцию председатель гянджинского отделения социал-демократической партии Азербайджана Айпара Алиев. Он же зачитал Заявление, с которым выступил Сурат Гусейнов, взявший на себя властные полномочия в условиях вакуума президентской власти.
Все прозвучавшие на пресс-конференции вопросы так или иначе касались сложной общественно-политической обстановки в республике, усугубившейся ко всему беспрецедентными событиями в Гяндже, которые правительственные круги упорно пытаются квалифицировать, как восстание. Ничем иным, как оскорблением памяти погибших в этой братоубийственной стычке, нельзя назвать Указ Эльчибея об амнистии участникам «восстания». На все вопросы, касающиеся личности президента и проводимой им политики, а также событий в Гяндже. Сурат Гусейнов со свойственной ему выдержанностью, без излишних эмоций, дал один ответ: президент и только он один, в ответе за все, что здесь произошло. Результатом преступных действий президента стало кровопролитие в Гяндже, и он должен за это ответить. По мнению Сурата Гусейнова, побег Эльчибея как нельзя более наглядно свидетельствует о его прямой причастности к событиям в Гяндже, всколыхнувшим до основания все население республики.
Не вдаваясь в ненужные подробности, попытаюсь как-то систематизировать прозвучавшие на пресс-конференции вопросы и выделить наиболее интересные из них – с точки зрения не только журналиста, но и просто стороннего, но не безразличного наблюдателя.
Республиканское телевидение, в силу своей подчиненности правительству, давала весьма скудную, а порой и искаженную информацию о событиях в Гяндже, выставив личность Сурата Гусейнова в весьма негативном свете. Именно это обстоятельство, подчеркнул Сурат Гусейнов, а также желание сказать народу всю правду, заставило сторонников Гусейнова создать свою программу гянджинского телевидения, которая, без преувеличения могла бы завоевать сейчас самый высокий рейтинг популярности среди населения.
Присутствие на пресс-конференции венгерских, испанских, американских и др. зарубежных корреспондентов, а также тематический подбор задаваемых ими вопросов показал, лишний раз, что Азербайджан и происходящие в нем события далеко не безразлично воспринимаются мировым сообществом. И хотим мы того или нет – полная политическая изоляция невозможно, да и вряд ли в этом есть необходимость, коль уж мы строим правовые цивилизованное государство. А следствием его должен стать полный доступ к информации. Итак, что же интересовало в первую очередь иностранных журналистов? Во-первых, схема урегулирования конфликта, каковой --- видится С. Гусейнову, и ее варианты в случае несогласия Эльчибея уйти в отставку. Далее взаимоотношения Гусейнова с такими политическими лидерами, как Гейдар Алиев и Этибар Мамедов, его собственное видение своего места в текущей и на ближайшую перспективу политической жизни республики; его притязание на одну из высоких должностных мест в республике и т, Суть ответов Сурата Гусейнова сводилась к следующему: он не ведет никаких политических игр, их и так уже достаточно со стороны многих политических группировок. Он требует лишь справедливого разбирательства в отношении тех высоких должностных лиц, которые замочили руки в братской крови. Эти люди не только не имеют морального права говорить от имени народа, который они предали, но и должны понести наказание. Ни один из тех, кто побывал в эти дни в Гяндже, по неизвестным причинам не дал полной и объективной информации. Милли Меджлису о кровавых событиях в Гяндже и их подоплеке. Именно то обстоятельство, что эту трагедию также попытались замолчать и свалить на сторонников Гусейнова, заставило их принять встречные меры. По словам Гусейнова (они были подтверждены и на Милли Меджлисе), его поддерживает большая часть населения республики, в том числе в Баку, а также воинских формирований. Народ, сам поймет, кто прав, а кто нет, и примет сторону правого. Согласился бы он встретиться с Эльчибеем лицом к лицу? Ответ был положительный, правда, с одной оговоркой: президент вряд ли на это решится, иначе он не покинул бы в спешном порядке столицу и свой народ. Требование его отставки – это воля народа. Этот же народ, подчеркнул Гусейнов, даст оценку многим действием заслугам и определит мое место в политической жизни республики. К власти я не стремлюсь, хочу лишь блага для моей республики и окончания бесконечной, череды бед, отступлений, поражений. О своих взаимоотношениях с Гейдаром Алиевым, Этибаром Мамедовым Сурат Гусейнов предпочел не распространяться, не высказав ни симпатий, ни антипатий, лишь подчеркнув всеобщее желание добиться справедливости и недовольство затянувшимся расследованием.
Был задан вопрос и о том, не кажется ли подозрительным скорый вывод российских войск из Гянджи, буквально накануне событий. Этот вопрос С. Гусейнов посоветовал переадресовать Исе Гамбару, который настоятельно требовал этого вывода: Несомненно, в ведома президента, который сам же позже, уже после гянджинских событий, попытался увести этим вопросом в сторону от сути проблемы, дав пищу для кривотолков многим журналистам из ближнего зарубежья. Остается надеяться, что правда все же восторжествует, равно как и разум не даст еще раз пролиться братской крови. Ее и так немало пролито в необъявленной, но, тем не менее, самой настоящей войне, безжалостной в своей жестокости. Так что призыв к разуму никогда не будет лишним.
Более часа продолжалась пресс-конференция, а вопросов не убывало. Личность самого С. Гусейнова, который немало сделал для республики в эти трудные годы, а в результате из национального героя был объявлен врагом народа – личность этого человека не могла не вызвать интереса. Несомненно, одно: этот сильный, незаурядный человек еще скажет свое слово в политической жизни республики, которая растеряла своих лидеров и только теперь словно бы очнулась от сна. Бесконечная череда лиц и фамилий политикой на час, сменяющихся с космической скоростью и не оставляющих после себя сколько-нибудь значительного следа и полезных деяний, даст Бог, остановиться. Мы живём с верой в это, в лучшие времена.

1993. İYUN

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

1993-cü il, 4 iyun Gəncə hadisələri

#14 Сообщение Oberleytenant » 19 фев 2013, 19:10

(arxiv materiallardan)
О СЛОЖИВШЕМСЯ ПОЛОЖЕНИИ В ГОРОДЕ ГЯНДЖЕ.

4 июня 1993 года в городе Гяндже произошло вооруженное противостояние и столкновение с последующими человеческими жертвами. Это происшествие еще более осложнило и без того трудное положение республики.
Президиум городского Меджлиса с участием народных депутатов Н. Халилова, А. Аббасова и других, обсудив на прошедшем расширенном заседании имевшие место в Гяндже события, осудило это противостояние, приведшее к человеческим жертвам, и признало необходимым дать политическую оценку происшедшим событиям.
На расширенном заседании городского меджлиса народных депутатов, с учетом сказанного выше, было принято.

РЕШЕНИЕ:

1. Осудить имевшее место в городе Гяндже вооруженное противостояние, приведшее к человеческим жертвам.
2. Выявить виновных в допущении в городе братоубийственного столкновения и обратиться с требованием к соответствующим республиканским органам привлечь их по закону к ответственности, а также принять все меры к тому, чтобы подобное в городе не повторилось никогда.
3. Поручить председателям постоянных депутатских комиссий, депутатам города Гянджи, работникам аппарата меджлиса, с целью стабилизации обстановки в городе проводить в жилых массивах разъяснительную работу, усилить бдительность в отношении могущих иметь место диверсий, призвать население проявлять выдержку и терпение, не поддаваться эмоциям.

Ч. САДЫХОВ.
Председатель городского меджлиса.

aziz
Новобранец
Сообщения: 18
Зарегистрирован: 19 фев 2013, 19:01
Откуда: Republic of Turkey

Поблагодарили: 9 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#15 Сообщение aziz » 19 фев 2013, 19:13

mence AXC iqtidarı tam qerar verebilmedi ve siyasi qabiliyetsizlik ucbatından Gence hadiseleri yaşandı.bir çox versiya var Süret Hüseynov barede.meselen deyirler ki Heyder Eliyevle evvelceden razılaşıb bu meseleni.heç inandırıcı deyil.Onsuz da Azerbaycan müsteqil olan günden ehalinin ekser hissesi Heyder Eliyeve teref olmuşdu ve Xocalı hadisesinden sonra Heyder Eliyevin Azerbaycanı ele keçirmek şansı 100% olmuşdu.Süret Hüseynovun AXC iqtidarını yıxmaq planı olduğuna ise heç inanmıram.

Oberleytenant
партизан
Сообщения: 120
Зарегистрирован: 18 фев 2013, 23:21
Откуда: Азербайджан

Благодарил (а): 9 раз
Поблагодарили: 25 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#16 Сообщение Oberleytenant » 19 фев 2013, 19:18

salam Aziz. Haqqlisiz. 20 ildir Sürət Hüseynova xain adı qoyaraq iqtidar və müxalifət böhtan danışmaqda davam edir. Buna DUR demək vaxtıdır.
. İnşallah bütün sandiqlar acilandan sonra əsl xainin kim oldugunu xalq biləcək.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#17 Сообщение Nazim Bayram » 11 дек 2014, 07:40

Smerş, fikir verdinsə, mən, bizim "4 oktyabr"la bağlı həbsimizdən sonrasını da qeyd elədim ki, hətta o zaman da heç birimizə "4 iyunla" bağlı ittiham irəli sürülmədi. O zaman S. Hüseynovu və bizi bircə Kennedinin ölümündə ittiham etmədilər və "4 iyun"da.
Əgər dediyin kimi, "... солдат ,если он подымает руку,винтовку,камень против своего гланокомандующего,он считается восставшими нарушившим присягу....", onda əlbəttə bu qiyamdı. Olmayıbsa, deməli qiyam deyil.
Anlayıram, azərbaycanlıları dalana salan sual- 4 iyun qiyam deyildisə, onda niyə AXC iqtidardan uzaqlaşdırıldı? Səbəbi çox aydın və sadədi. AXC iqtidarı hansısa məlumatlarına əsasən(konkret desək, S. Əkbərovun və H. Hacızadənin falşivkaları əsasında) belə qənaətə gəlmişdi ki, "S. Hüseynov onları devirəcək". Bu, onların ağlına ilk dəfə deyildi ki, gəlirdi. 1-ci dəfə meydan xadimlərində bu kütləvi paranoya :doh: 92-ci ilin sonunda kəskinləşdi. Onda Seyfəlidə hazırlanan Azərbaycanın yeganə ehtiyat qüvvəsini 93-cü ilin yanvarında atdılar Ağdərə- Fərruh genişmiqyaslı hücuma. Sonu məlimdu- S. Hüseynovu hərbi vəzifələrdən uzaqlaşdırdılar.
Bunun davamında fevral-mart qarşıdurması baş verdi. Bu qarşıdurma S. Hüseynovun dövlətə tabe olmaması kimi qələmə verilsə də, gerçəkdə S. Hüseynov 2 OK-un qərargahını tərk etmədən, MN-nin təhvil-təslim komisiyasının iştirakı ilə korpusun anbarlarını ondan qanuni şəkildə qəbul olunmasını tələb edirdi :naughty: , çünki keçmiş komkor kimi maddi məsul şəxs idi. O çəkinirdi ki, bu gedişlə(gedişatın üzərində ayrıca dayanmıram) onu anbarlarda çatışmazlıqda və talançılıqda ittiham edə bilərlər. MN-i təhvil-təslim komisiyasını göndərəndən və komisiya işini bitirib, aktları tərtib edib, imzalayandan sonra S. Hüseynov bir nüsxəsini cibinə qoyub, korpusun ərazisini tərk etdi. "Bəylərin" yaratdıqları ajiotaj və boş hay-haray bu cür bitti.

Nəhayət paranoyanın yaz kəskinləşməsi yeni ajiotaja səbəb oldu. Lakin bu səfər "bəylər" işə "ciddi" yanaşdılar, çünki ölkədə bütün sahələrdə vəziyyət son dərəcə ağır idi və 91-ci ilin sonundan Ali Sovetdən kənarlaşdırılmış deputatlar Ali Sovetin sessiyasının çağırılmasını tələb edir, AXC iqtidarı isə P. Hüseynovun təbirincə desək, sessiyanın çağırılmasını dövlət çevrilişinə cəhd hesab edirdilər. Onda deputatlar, ADR-in təcrübəsindən ilhamlanaraq, sessiyanın çağırılmasını Bakıda təmin etməsələr, Gəncədə keçirəcəklərini dövlət rəhbərliyinə bəyan etdilər.
Bunun qarşısını almaq üçün AXC iqtidarı "S. Hüseynov faktorunu zərərsizləşdirmək" qərarına gəldilər, çünki AXC strateqlərinin qəti qənaətinə görə o, ona sadiq hərbi qüvvələrlə sessiyanın Gəncədə keçirilməsini təmin edə bilərdi. Sessiya isə P. Hüseynovun və İ. Qənbərovun istefasını tələb edə bilərdi. Məhz buna görə bu ikisi "Tufanın" təşkilatçıları və ideoloqları qismində çıxış etdilər. Yuxarıda qeyd etdiyim, İ. Qəmbərə yaxınlıqları ilə seçilən iki məmur "Tufan" keçirilməsini zəruri edən "əməliyyat məlumatları" bazası yaratdılar. Onlar Elçibəyin intellektinə və zəif xarakterinə bələd olduqlarından bilirdilər ki, o, bu məlumatların nə dərəcədə etibarlı olduğu ilə heç maraqlanmayacaq(daha doğrusu ağlına gəlməyəcək). Belə də oldu. 93-cü ilin mayın 26-i Dövlət təhlükəsizlik şurasında Elçibəy hələ heç bir qiyam törətməmiş Ali Sovetin deputatı S. Hüseynov barədə "ya həbs olunmalı, ya məhv edilməlidi" əmrini verdi. Lakin S. Hüseynovun deputat toxunulmazlığı var idi. Onu qaldırmaq üçünsə Hikinin və baytar həkimi Sulhəddinin tərtib etdikləri "filkina qramotalar" yetmirdi. Ona görə baş strateqlər İ. Qəmbərov və P. Hüseynov çox sadə çıxış yolu buldular- 709-cu briqadanı MN-ə itaətsizlikdə ittiham etmək, onun ləğvi bəhanəsiylə Gəncədə silahlı təxribat törətmək :violence-guntoting: və bu qarışıqlıqda S. Hüseynovu məhv etmək. Sonra isə ictimayətə məlumat vermək ki, Gəncədə rusiyapərəst hərbi müxalifət məhv edildi və qalanlarını da qorxuya salıb hakimiyəti bərkitmək. Məramları sadə olduğu kimi, dünən elmi laborantları icrasını da sadə sandılar. Lakin təxribat "provalitsa" oldu. Bakıda və bir sıra rayonlarda xalq AXC iqtidarına qarşı çoxsaylı etiraz mitinqlərinə çıxdı. Bu, artıq xalq hərəkatı idi.
Məhz bunun nəticəsində ölkədə yaranmış ağır vəziyətə dərin siyasi və hakimiyyət böhranı əlavə olundu. Böhrandan çıxmaq yolu kimi AXC iqtidarı tamamilə legitim yolla H. Əliyevi Bakıya gətirib, iyunun 13-ü istefa verərək yerini H. Əliyev üçün boşaltmış İ. Qəmbərin yerinə, H. Əliyevi MM-də səs çoxluğu ilə Ali Sovetə sədr seçdilər.
Elçibəy hələ bir əvvəl demişdi ki, "hakimiyyətə bir illik gəlirik". Ona görə komandasız qaldığını anlayaraq, S. Hüseynovu sadəcə qaçması üçün bəhanə edib, getdi Kələkiyə. Ali Sovetə sədr seçdilər. Yəni hakimiyyətin 4 iyunda Gəncədə keçirdikləri "Tufan" adlı silahlı təxribat ölkədə dərin siyasi və hakimiyyət böhranına səbəb oldu, nəticədə hakimiyyət tamamilə qanuni şəkildə H. Əliyevə təslim olundu.

Ancaq yenə də ürəyində hansısa xal qaldısa ki, Nazim özünə bəraət qazanmaq istəyir, bunu demişəm və deyəcəm- AXC iqtidarının hakimiyyətdən getməsində əlim olubsa, bunu Vətənimə ön böyük xidmət hesab edir və ömrümün sonucan bununla yalnız fəxr edərəm.

Yenə təgid edirsənsə ki, 4 iyun qiyamdı, icazənlə(artıq onsuzda vaxtından sui-istifadə etmişəm) bir filmi xatırladım. Hadisələr 18- 19-cu əsrdə baş verir. Bir holland gəlib Yaponiyaya döyüşkən keyfiyətlərinə görə samuray olur. Yaponiya imperatoru onu bir cəngavər kimi tanıyır və hörmətini saxlayır. Bir gün imperatora məlum olur ki, bu holland samuray Yaponiyay gəlməmişdən vaxtilə öz Niderland kralına qarşı qiyamda iştirak edib. İmperator onu yanına çağırtdırır və qəzəbli şəkildə ona- "sən kralına qarşı qiyam qaldırmısan! bilirsən ki, bunun cəzası edamdı?!", deyir. Samuray deyir, "bəli, bilirəm". İmperator- "özünə bəraət üçün nə deyə bilərsən?" Samuray- "bu, uğurlu qiyam olmuşdu", cavab verir. İmperator samuraya baxıb deyir, "bəli, bu, bəraətdi".
Nəzər alaq ki, Elşibəy kral deyildi. Özü də bir əvvəl hakimiyyəti devirərək, iqtidara gəlmişdi. Onu da nəzərə alaq ki, İnsan Haqları Bəyannaməsinin preambluasında çox aydın müddəa var- heç bir hakimiyyət xalqı özünə qarşı qiyama vadar etməməlidi. AXC iqtidarı xalqına qarşı bütün yazılmış və yazılmamış qanunları kobud sürətdə pozmuşdu və getməsi labüd idi. Belə bir yarıtmaz hakimiyyətin getməsində vətənpərvərləri təqsirləndirmək- ən azı hadisələrin real gedişatını kənara qoyub, hansısa formal priznaklarla "bukvoyed"lik etməkdi. ;)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80870
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1562 раза
Поблагодарили: 1168 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#18 Сообщение smersh70 » 11 дек 2014, 11:32

Nazim Bayram писал(а):Smerş, fikir verdinsə, mən, bizim "4 oktyabr"la bağlı həbsimizdən sonrasını da qeyd elədim ki, hətta o zaman da heç birimizə "4 iyunla" bağlı ittiham irəli sürülmədi. O zaman S. Hüseynovu və bizi bircə Kennedinin ölümündə ittiham etmədilər və "4 iyun"da.
əzizim ,Sizi hakim edən Ənvər Seyidov idi...bir neçə il bundan qabaq o etiraf etdi ki, ona güclü təzyiq var idi və hakimiyyətin tapşı bələ idi ki, qarşıdurmadan əl çəkmək lazımdı... ona görə də Sizi bu işlərdə cəza etmədilər...Lakin ümumi baxanda, bu qiyama yox, cəzanı o bii işlərə görə verdilər...Eləmi,səhf etmirəmsə.....Cəzanı onsuzda verdilər...Yəni hakim verdi....Məhkəmə hakimiyyəti....Onun vicdanında idi bu işlər....
Qaldı əl qaldırmağa......
Siz elə dediniz ki,güya Gəncədə mirnı miting idi......Qvardiyanı kim güllədi, Vəzifəli şəxsləri kim tutdu...Kİmin ixtiyarı var ki,hakimiyyət nümayəndəsini tutasan, güllələyəsən,sonra da deyəsən ki, bu qiyam deyil....Faktiki qiyam idi, etiraf etsək də,etməsək də.... Siz yenə də öz fikirlərinizdə qalacaqsınız....Lakin adı məktəb kitablarında da bu öz əksini tapıb....
.Факт налицо...тут спорить.....---даже нету смысла....Наооборот в этот деле надо просто выявлять нераскрытые обьстоятельства...как раз все участники тут налицо--с одной стороны Вы,с другой-Миротворец....
Допустим некоторые утверждают,что ГРУ оставил тут светлых бойцов,выдававшихся за русских-бакинцев,которые и растреляли автобус в Гвардией....такие веши надо обсуждать...--а это было ли восстание или нет.....и в это деле хорошо сказал--Панах,наша вина-впоражении,а если бы НФА вас разоружило бы..то тогда что--осудили бы вас и на этом все закончилось бы...Вы фактически выиграли ,вот и не осудили.....Победителей не судят :character-oldtimer:

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 80870
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 1562 раза
Поблагодарили: 1168 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#19 Сообщение smersh70 » 11 дек 2014, 11:39

Nazim Bayram писал(а):ə yazılmamış qanunları kobud sürətdə pozmuşdu və getməsi labüd idi. Belə bir yarıtmaz hakimiyyətin getməsində vətənpərvərləri təqsirləndirmək- ən azı hadisələrin real gedişatını kənara qoyub, hansısa formal priznaklarla "bukvoyed"lik etməkdi.
но только не во время войны...Это приводит к ужасным последствиям....Представь,16 октября 41 года,НКВД арестовало бы Сталина,за то,что он отдал почти всю Рассею :shock: главное враг,а не внутренние склоки :character-oldtimer: тогда все мы были демократами,у нас главное было демократия и ее устои...А враг все приближался....Политик должен сперва прикрыть свои амбиции,как говорится все для фронта,все для победы,а потом уж меж собой воевать.....А у нашего миллятя на первом месте---власть иеще раз власть...ну и чего мы добились,когда шли ожесточенные бои,основные силы с обеих сторон втянуты были в разборки, вот и потеряли 20%.территории....и хачики смеются вместе с русскими.........

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2959
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 395 раз
Поблагодарили: 350 раз

Re: 1993-cü il, 4 iyun Gəncə hadisələri

#20 Сообщение mirotvores70 » 11 дек 2014, 12:31

Допустим некоторые утверждают,что ГРУ оставил тут светлых бойцов,выдававшихся за русских-бакинцев,которые и растреляли автобус в Гвардией....такие веши надо обсуждать...--а это было ли восстание или нет.....и в это деле хорошо сказал--Панах,наша вина-впоражении,а если бы НФА вас разоружило бы..то тогда что--осудили бы вас и на этом все
Dopustim deyəndə ki,mən illər kecdoikcə buna 1000 dəfə əmin oluram.Cünki,cox şeylər mənə müəmmalıdır. Bu haqda sabah inşaAllah yazacam. Mənim fikrimə görə və müşahidələrimə görə özünü Surətin döyüşcüləri adlandıranların arasında-hec Surətin və onun döyüşcülərinin tanımadığı-lakın məqsədli şəkildə özlərini belə adlandıranlar vardı.Arqumentlərim ağır ,böyük və faktlarladır. Elə Nazim də mənnə 100 faiz razılaşacaq.
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Yaxın Tariximiz»