KƏLBƏCƏRİN İŞĞALI

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#11 Сообщение smersh70 » 01 дек 2018, 00:56

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#12 Сообщение smersh70 » 01 дек 2018, 05:45

[youtube][/youtube]
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#13 Сообщение smersh70 » 25 фев 2019, 03:06

buda indiki Kəlbəcər :think:
Yolun hər döngəsində bir pusqu qoymaq olardı,yolları minalamaq olardı,bəzi yerlərdə yolun eni 20 metrdi, və bu şəraitdən maksumum istifadə etmədilər :?
cəmi 2 günə düşmənə təhvil verdilər..söz yox :think:
çəkdikləri yola isə söz yoxdu,inşallah lazımı səviyyədə hücumda istifadə edərik :violence-guntoting:
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#14 Сообщение smersh70 » 28 мар 2019, 03:42

Mart 2019 Kəlbəcər Nadirxanli kəndi .
Ermənilər evlərin xarabalığınıda sökür

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#15 Сообщение smersh70 » 02 апр 2019, 21:17


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#16 Сообщение smersh70 » 15 апр 2020, 22:06


Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#17 Сообщение smersh70 » 20 апр 2020, 19:29

smersh70 писал(а):
25 фев 2019, 03:06
buda indiki Kəlbəcər
Изображение
► Показать
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#18 Сообщение smersh70 » 29 май 2020, 16:55

Keçmiş “Bərdə taboru”nun komandiri Gəray Əsədov 23 il öncəki Murovdağ əməliyyatının gizlinlərindən danışır”¦

Onun ad-soyadının eşidəndə sovet məktəblisi həyatı yaşamış soydaşlarımızın yadına faşizmə qarşı müharibədə qəhrəmanlığı dillər əzbəri olmuş Gəray Əsədov düşəcək. Amma qonağımız mücərrəd “Böyük Vətən” uğrunda deyil, doğma Azərbaycanın ərazi bütövlüyü uğrundakı döyüşlərdə kifayət qədər fədakarlıqlar göstərmiş milli qəhrəmanlığa layiq oğullarımızdan biridir”¦

Tanıtım: Gəray Xəlil oğlu Əsədov -1968-ci ildə Bərdə rayonunda doğulub. 1986-1988-ci illərdə hərbi xidmət keçib. 1991-ci ildə Moskva Əmək və Sosial Münasibətlər Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin torpaqlarımızın işğal təhlükəsi altında olduğu bir vaxtda vətənə qayıdıb (həmin ali məktəbi ordu sıralarından tərxis olunduqdan sonra bitirib). 1991-ci ilin noyabrından Qarabağ döyüşlərində iştirak edib. 1992-ci ilin aprelindən baş leytenant rütbəsi alıb. 1992-ci ilin iyununda tağım komandiri kimi Ağdərənin işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə yaralanıb. 1992-ci ilin payızında Laçın rayonunun kəndlərinin azad edilməsində iştirak edən 701 saylı hərbi hissənin 5 saylı taborunun qərargah rəisi təyin olunub.
1993-cü ilin aprelindən 5 saylı taborun ("Bərdə batalyonu") komandiri kimi hərbi əməliyyatlarda iştirakını davam etdirib və 1993-cü ilin avqustundan Ağdam istiqamətində vuruşub. 1993-cü ilin dekabrında Kəlbəcərdə məşhur "Meydançay" əməliyyatında fəal iştirak edib. Dəniz səviyyəsindən 3700 m hündürlükdə keçirilən bu döyüş əməliyyatı dünya hərb tarixində nadir rast gəlinən bir vuruşma kimi yadda qalıb. 1994-cü ilin yanvar-fevral aylarında keçirilmiş ikinci Murovdağ əməliyyatından sonra həbs edilib. 1 il 6 ay həbsdə qaldıqdan sonra günahsızlığı sübut edilərək azadlığa buraxılıb. 1995-ci ildən Füzuli-Xocavənd istiqamətində "N" saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri olub. 1999-cu ilin sonunda ordudan tərxis olunub. Hazırda Qarabağ Azadlıq Təşkliatı Bərdə rayon şöbəsinin sədri, "Vətənpərvərlər" dərnəyinin üzvüdür. 2015-ci ilin parlament seçkilərində 15 saylı Yasamal-1 seçki dairəsindən deputatlığa namizəd olub.
Изображение
-Gəray bəy, 23 il ötsə də, “Murovdağ əməliyyatı”nın hələ də qaranlıq qalan məqamları çoxdur. Eyni zamanda sonda məğlubiyyətlə nəticələnsə də, birinci Qarabağ savaşındakı belə əməliyyatlar torpaqlarımızın azadlığı uğrunda növbəti döyüşlərə hazır olan gənc hərbçi nəsil üçün bir təcrübə məktəbidir. Zəhmət olmasa, əməliyyata hazırlıq mərhələsi və onun gedişi barədə ətraflı danışın.



- Öncə xatırladım ki, bir tabor komandiri kimi Murovdağ istiqamətində əməliyyat keçirməyi
Bəlkə də “Murovdağ əməliyyatını həmin vaxt ”“ yayda keçirsəydik, uğurlu alınar və doğrudan da Kəlbəcəri azad edərdik. Onda generaldan xahiş etdim ki, bizim taboru Ağdam istiqamətinə göndərin. Z.Rzayev bununla razılaşdı və avqustun 15-də biz Ağdama gəldik. 4 aydan sonra Müdafiə Nazirliyi Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əmri ilə dekabrın 15-də yenidən Murov istiqamətinə qaytarıldıq...



Murovdağ əməliyyatının “Meydançay” adlanan ilk uğurlu mərhələsi dekabrın 29-da başlandı. Əməliyyat planını 701-ci briqadanın komandiri, polkovnik-leytenant Valeh Rəfiyevin rəhbərliyi ilə əməliyyat rəisi Qorxmaz Qarayev, kəşfiyyat rəisi Rəhman İsgəndərov, artilleriya rəisi Elsevər Əliyev, I taborun komandiri Qurban Qurbanov və mən - V taborun komandiri Gəray Əsədov birgə hazırladıq. Döyüş planına əsasən mən taborumla 3462 m-lik Koroğlu yüksəkliyini keçməklə Meydançaya çatıb pusqu qurmalı idim. Q.Qurbanovun taboru isə Ömər yüksəkliyindən hücuma keçməli idi... Bu, çox ağır, çətin və riskli bir tapşırıq idi. Təsəvvür edin ki, dəniz səviyyəsindən 2 min m yüksəklikdən sonra artıq oksigen çatışmazlığı başlayır. 3 min metrdən sonra qışın oğlan çağında düşmən gülləsindən əlavə, qar uçqununun, donvurmanın da qurbanı ola bilərdik.


Mən və bölmə komandiri Rizvan Qasımov 100 nəfərlə 16 saat uçurumlarla hərəkət edib Meydançaya çatdıq və mövqe tutduq. Qurbanovun taboru isə dekabrın 30-u səhər tezdən hücuma keçdi. Düşməni son nəfərinədək məhv etdik, bizdən isə yalnız bir nəfər, kəlbəcərli Aydınov Rəfi Telman oğlu şəhid oldu. Sonra daha 8 km irəlilədik və ermənilərin əlində olan Yanşaq kəndi yaxınlığında mövqe tutduq. Ertəsi gün “kombriq” V.Rəfiyev Meydançaya gəldi və bildirdi ki, yolda erməni meyitlərinin çoxluğundan avtomobil hərəkət edə bilmirdi... O, mənə əməliyyatın son dərəcə uğurlu olmasına görə təşəkkürünü bildirdi. Və təltif olunmam üçün MN-ə təqdimat yazacağını söylədi...

“Briqada komandiri məni həbs etməklə hədələdi...”

- Sonra Kəlbəcərə doğru hücum davam etdimi?

- İki gün idi ki, biz dağlarda idik, su əvəzinə qar yeyirdik, hamımız möhkəm soyuqlamışdıq. Rəfiyev mənim “101 piket” deyilən yerdəki qərargahımda yerləşərək əməliyyata rəhbərlik edirdi. Gecə saat təxminən 3-də rabitə rəisi məni yuxudan oyatdı ki, komandir təcili səni çağırır... “Kombriq” bildirdi ki, hazırlaş, Yanşaq kəndini təcili almalıyıq. Mən təəccüblə dedim ki, cənab komandir, bizim tabor yenicə ağır döyüşdən qayıdıb. Bundan əvvəl də Ağdamda 4 ay gərgin döyüşlərdə olub. İndi də ac-susuz, soyuqlamış əsgərləri yenidən necə qarlı yüksəkliklərə çıxara bilərəm? Hacıkənddən Yanşağa getmək üçün 10 saat vaxt lazımdır. Ermənilər də taktiki baxımdan çox əlverişli mövqedədir. Belə küləki, qarlı-şaxtalı havada Meydançay dərəsi ilə Yanşağa getmək isə labüd və mənasız ölümə getmək deməkdir. Həm də Yanşağı almaq üçün əvvəlcə sol istiqamətdə 3054, 2918, 2668 və 2475 yüksəkliklərini götürmək lazımdr. Bütün bunların cavabında Rəfiyev bildirdi ki, başqa yolumuz yoxdur, baş prokuror Əli Ömərov və baş qərargah rəisi Nəcməddin Sadıqov zəng edərək Yanşaq kəndinin təcili götürülməsini əmr ediblər. Mən yenə də etiraz etdikdə, “kombriq” hətta məni həbslə hədələdi. Bildirdim ki, məni həbs etməklə iş bitmir, bəs qalan hərbçiləri necə labüd qırğına aparacaqsız. Rəfiyev qəlbində mənimlə razılaşırdı, amma ona güclü təzyiq var idi...

“Onlar Heydər Əliyevə yalandan məlumat vermişdilər ki, guya Kəlbəcərin Yanşaq kəndi ermənilərdən alınıb...”

- Yanşağa hücum etmək üçün briqada komandirinə kimlər və niyə təzyiq edirdi?

- Bu təzyiqlərin səbəbi sonradan bizə aydın oldu... Digər batalyonlarla bir əməliyyat keçirməyə cəhd edilsə də, 10 nəfər itki verildi. Nəticədə Rəfiyev əməliyyatı təxirə salmağa məcbur olaraq 1994-cü il yanvarın 3-də müdafiə naziri M.Məmmədovla əlaqə saxladı. Və bütün komandir heyəti adından bildirdi ki, hazırkı iqlim və relyef şəraitində belə bir əməliyyat keçirib, Yanşağı almaq qeyri-mümkündür, gündə donvurmadan 20-30 əsgəri hospitala gəndəririk və s. Onda müdafiə naziri əmr verdi ki, Meydançayda müdafiə mövqeyi tutun, hücum qeyri-müəyyən müddətə təxirə salınır. Biz də elə etdik. Ancaq yanvarın 5-də komanda qərargah maşınında briqadanın müşavirəsi keçirilən zaman gözlənilmədən baş prokuror Əli Ömərov, MN-in baş qərargah rəisi Nəcməddin Sadıqov və baş nazirin müavini Əli Təhməzov daxil oldu. Birinci N.Sadıqov V.Rəfiyevə rusca dedi ki, “tı yeşyo zdes?!”(sən hələ burdasan?). Ə.Ömərov isə briqada komandirinə dedi ki, dünən Ağdamdakı “708”-in komandirini həbs etmişəm, “190”-nın komandiri İsa Qasımov haqda sanksiya vermişəm, hələlik hospitaldadı. İndi növbə səninkidi, hazırlaş. Biz “kişiyə” məruzə etmişik ki, artıq Yanşaq alınıb. Sən isə hələ burdasan?!..” Keşmiş baş prokuror o vaxtkı mərhum prezident Heydər Əliyevi nəzərdə tuturmuş. Sən demə, bunlar Heydər Əliyevə yalan məlumat veribmişlər ki, guya Yanşağı azad ediblər.

Bəli, “Murovdağ əməliyyatı”nın ilk mərhələsinə birbaşa Əli Ömərovla Nəcməddin Sadıqov rəhbərlik edirdi. Ə.Ömərov bilməsə də, N.Sadıqov bir hərbçi kimi bilməli idi ki, bunun axırı faciədir, yəni qışın oğlan çağında 3700 m yüksəklikdə dünyanın heç bir ordusu uğurlu əməliyyat apara bilməz... Rəfiyev bu barədə nəsə izahat vermək istədi. Ancaq N.Sadıqov onun sözünü kəsib qəti bildirdi ki, təcili əməliyyat keçirilməli və Yanşaq, ardınca da Kəlbəcər qısa müddətə alınmalıdır...

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#19 Сообщение smersh70 » 29 май 2020, 17:01

“Murovdağ əməliyyatının planını ermənilərə kim satmışdı?”

Düz 27 il öncə – dekabrın qarlı-şaxtalı günlərində yüzlərlə Azərbaycan oğlu 3 min metrdən çox yüksəklikdə Kəlbəcəri ermənilərdən azad etmək üçün keçiriləcək əməliyyata hazırlaşırdı. Qarabağ savaşları tarixinə “Murovdağ əməliyyatı” kimi düşmüş, öncə çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan bu döyüşlərin fəal iştirakçılarından biri – keçmiş “Bərdə taboru”nunu komandiri Gəray Əsədov Moderator.az- a həmin əməliyyatın gizlinlərindən danışdı…
Изображение
(Müsahibənin ilk hissəsini bu linkdən oxuya bilərsiz: https://www.azinforum.az/100-nəfərlə-k..
Изображение

Əli Ömərov tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə edirdi...”

- Gəray bəy, Qarabağ savaşında Kəlbəcər-Laçın, Ağdərə, Ağdam və s. kimi ən qaynar nöqtələrdəki döyüşlərdə ermənilərlə üzbəüz vuruşmuş peşəkar bir hərbçisiniz. Sizcə, 1993-1994-cü ilin qışında keçirilmiş Murovdağ əməliyyatının uğursuzluqla nəticələnməsinin əsas səbəbləri hansılar idi?

- Birincisi, əməliyyat keçirilərkən hava şəraiti və coğrafi relyef qətiyyən nəzərə alınmayıb. Bu da 43 gün ərzində qoşunların döyüş aparmasını, arxa ilə əlaqəsini və təchiz olunmasını hədsiz çətinləşdirib. İkincisi, hərbi qruplaşmalar arasında əlaqənin düzgün qurulub nizamlanmaması. Konkret olaraq fevraldakı əməliyyatlar zamanı sol cinahdakı 157 və 703 saylı briqadaların əmrə tabe olmayaraq əməliyyata qatılmamaları da uğursuzluqda böyük rol oynadı. Üçüncüsü, siyasi rəhbərlərin, o cümlədən baş prokuror Əli Ömərovun tabor komandirləri səviyyəsinədək əməliyyatlara müdaxilə etməsi, dördüncüsü, briqada komandirlərinin, məsələn, 701 saylı briqadanın komandiri Saleh İlyasovun öz səlahiyyətlərini icra etməyə imkan verilməməsi və nəticədə MN əməkdaşı Elxan Orucovun kobud səhvlər etməsi, beşincisi isə sıradan çıxmış təcrübəli döyüşçülərin təlim keçməmiş əsgərlərlə əvəz olunması və s”¦

“Əli Ömərov və Nəcməddin Sadıqovun da məhkəməyə gətirilməsini tələb etdik...”

- Bəs Kəlbəcərin azad edilmə planının baş tutmamasının əsas səbəbkarları kimlər oldu?

- Rəhbərlikdəki digər şəxslər arasında məğlubiyyətimizə səbəbkarların kimlərin olduğunu deməyə əlimdə əsas yoxdur. Amma şahidi olduğum hadisələrdən belə nəticəyə gəlirəm ki, Murovdağ əməliyyatlarının uğursuzluqla nəticələnməsinə əsas cavabdeh şəxslər ilk mərhələdə baş prokuror Əli Ömərov və Baş Qərargah rəisi Nəcməddin Sadıqov, sonrakı mərhələdə isə briqadaya faktiki rəhbərlik edən Elxan Orucov, Nəcməddin Sadıqovun müavini Rüfət Əmirov və onların ətrafındakı arxada oturub heç bir iş görməyən rus hərbçilər idi. Məhkəmədə biz tələb etdik ki, Əli Ömərov və Nəcməddin Sadıqov da dindirilməyə gəlsinlər, təəssüf ki, onlar gətirilmədi. Axı heç baş prokurorun hərbi əməliyyatlara müdaxilə etməyə ixtiyarı yoxdur”¦ Yaxşı ki, Elxan Orucov gətirilmişdi. Amma təsəvvür edin ki, istintaq onun hansı əmrlə Murova göndərilməsini müəyyən edə bilmədi. Məhkəmə zamanı o da aydın oldu ki, heç Müdafiə Nazirliyinin Baş Əməliyyat idarəsində Kəlbəcərə hücumla bağlı əməliyyat hazırlanmayıb, Baş qərargahda müzakirə olunmayıb, nazir əmr verməyib. Yəni kor-koranə şəkildə minlərlə döyüşçünü, loru dildə desək, basıblar azı 2500-3000 m-lik qarlı zirvələrdə düşmənin qabağına”¦
Hakim Elxan Orucovdan soruşdu ki, baş leytenant Gəray Əsədovun günahı nə idi? Cavab verdi ki, o, Buzluq yüksəkliyini aldı, sonra da verdi. Hakim də dedi ki, yaxşı o, Buzluğu verdi, bəs sən özün yüzlərlə yüksəkliyi qoyub gəlmisən, buna kim cavab verəcək...?

“Tacəddin Mehdiyev rəsmi raport yazıb Murovdağ əməliyyatında iştirakdan imtina edib...”

- Əməliyyatın uğursuzluğa düçar olması üçün Azərbaycanın xarici və daxili düşmənləri “QRU”-nun (Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) öncədən milli ordu rəhbərliyinə yerləşdirilmiş əməkdaşlarından da istifadə edə bilərdilərmi?

- Bunu dəqiq deyə bilmərəm. Amma o vaxt müdafiə nazirinin müavini olmuş general Tacəddin Mehdiyev sonralar müsahibələrində deyib ki, nazir mənə o vaxt Murovdağa gedib əməliyyat keçirmək əmri verdi, ancaq mən rəsmi raport yazıb qış vaxtı, belə yüksək dağ şəraitində uğurlu əməliyyatın mümkün olmayacağını bəyan edərək istefa verdim. Buna görə də həmin cəbhəyə Elxan Orucovu göndərmişdilər. Özü də onun özü ilə gətirdiyi zabitlərin əksəriyyəti ruslar idi: polkovniklər Qlebov, Andreyev, Mnakov və s.

Изображение
Həmin polkovnik Azərbaycan ordusundan zenit-raket kompleksini Rusiyaya qaçırıb və...”

Orucov briqadanın qərargahını iflic etdi. Yəni, briqadanın “zampolitini” guya kömək adı ilə mənim yanıma göndərdi, qərargah rəisini başqa bir tabora göndərdi və s. Özü də həmin ruslarla arxada oturub başladı guya əməliyyatları idarə etməyə... Təsəvvür edin ki, artıq əməliyyatın iflasa uğradığı, ermənilərin bizi mühasirəyə saldığı günlərdə “kombriq” Saleh İlyasov polkovnik Qlebova zəng edir ki, kömək göndərin. Qlebov isə cavabında deyir ki, “kombriq”, sən özün qərar ver, məndə xəritə də var, kompas da... Yəni mən buradan çıxacam, sən özün başına çarə qıl. Və o da maraqlıdır ki, həmin polkovnik Qlebov təxminən 4 il sonra buradan qaçırdığı zenit-raket komplekslərini Rusiyada çeçenlərə satanda həbs edilmişdi...

Polkovnik Elxan Orucov ermənilərin radio-danışığı barədə niyə komandirlərə məlumat verməyib?

- Ermənilərin Ağdaban istiqamətindən hücumu zamanı bir tabor komandiri kimi sizin tərəfinizdən hansısa taktiki səhvə yol verilmişdimi?

- Bayaq xatırlatdığım kimi, o zaman əməliyyat planı hazrlanarkən Elxan Orucov əmrinə əsasən hazırda Baş Qərargah rəisinin 1-ci müavini olan Eyvaz Cəfərovun komandiri olduğu 703 saylı briqada və Rasim Əkbərovun 157 saylı briqadası da Ağdaban istiqamətində bizə dəstək verməli idi. Ancaq maraqlıdır ki, həmin silahlı birləşmələrdən heç biri yerindən də tərpənməmişdi... Və diqqət edin ki, biz guya müqəssir kimi mühakimə olunanda məhkəmədə tanış olduğum 8 cildlik cinayət işində belə bir məqamla rastlaşdım. Sən demə, sözügedən əməliyyat ərəfəsində briqada qərargahında ermənilər arasında radio-danışıqlar tutulub və məlum olub ki, ermənilər Beyləqan istiqamətindən bir motoatıcı alay, cinayətkarlardan ibarət “Dizak” qrupu və əlavə 300 nəfəri Ağdabana gətiriblər. Elxan Orucov isə bundan məlumatlı olduğu halda bizə xəbər verməyib və nəticədə komandiri olduğum tabor dəfələrlə artıq düşmən qüvvəsi ilə üz-üzə qalıb”¦

“Bizim tabor 2500-3000 m yüksəklikdə bir briqadanın vəzifəsini icra edirdi...”

Bundan əlavə, hərbi nizamnaməyə görə, bir taborun hücum xəttinin eni 5 km olmalıdır, biz isə 15 km-lik hücum xətti ilə getməyə məcbur idik. Həm də hücum edən tərəfin sayı qarşı tərəfdən 3 dəfə artıq olmalıdır. Bizim isə ermənilərin dəfələrlə artıq qüvvə ilə hazır istehkamlarda oturub gözləməsindən xəbərimiz yox idi. Yəni, biz məcburən bir briqadanın vəzifəsini icra edirdik. Həmin vəzifəni də dəniz səviyyəsindən 2500-3000 m yüksəklikdə dağ şəraitində, o cür qış havasında 90 faiz yerinə yetirdik”¦

“Meydançay əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir əməliyyat idi...”

- Özünüzü əməliyyat zamanı nəyisə etmədiyinizə görə günahkar sayırsınızmı?

- Yenə də deyirəm ki, biz bir zabit, bir döyüşçü kimi əlimizdən gələni etmişik. Təsvir etdiyim şəraitdə, 3700 m yüksəklikdə yol getməyin özü fədakarlıqdı. Orada döyüşən, donan, itkin düşən əsgərlərimizin ruhu bizi bağışlamaz. İştirak edənlər bilir ki, Meydançay əməliyyatı dünya hərb tarixində bəlkə də analoqu olmayan bir əməliyyat idi ki, Azərbaycan əsgəri onu həyata keçirməyi bacardı...

“Əmrlərin düzgün veriləcəyi və icra olunacağı təqdirdə Kəlbəcəri tam azad edə bilərdik...”
Mən yayda Daşkəsənə getmişdim, oradan Murov dağına baxanda vahimələndim ki, ilahi, biz, o 18-20 yaşlı gənclər o dibi görünməyən qarlı sıldırımları necə keçmişik? Əslində bizim 701 saylı briqada təkcə düşmənlə yox, həm də təbiətlə də vuruşub. Biz günlərlə su, yemək üzü görə bilmirdik. Yanımızdakı çörəklər də şaxtadan daşa dönürdü, yeyə də bilmirdik. O şəraitdə döyüşləri aparsaq da, çox heyf ki, sonu uğursuz oldu”¦ Halbuki biz sərt iqlim və çox ağır relyef şəraitinə baxmayaraq, Kəlbəcərin 13 kəndini azad edib, 22 km irəliləmişdik. Və əmrlərin düzgün veriləcəyi və icra olunacağı təqdirdə Kəlbəcəri tam azad edə bilərdik”¦

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 91840
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 2713 раз
Поблагодарили: 1806 раз

Re: KƏLBƏCƏRİN İŞĞALI

#20 Сообщение smersh70 » 30 авг 2020, 00:25

smersh70 писал(а):
04 май 2017, 00:48
Ən acı məğlubiyyətlərdən biri
Bu taktikanı göstərənlər,görən o vaxtı niyə briqadanın əməliyyat bölməsinə yardım etmədilər
Bir qaqaş forumda elə yazıb ki,guya Kəlbəcəri ermənilər yox,bu alıb... :shifty:
O qədər plan cızın,izah verin,ancaq o vaxt silahı və ordu birləşmələri Sizə tapşırmışdılar,mənə yox.... :?
Bu məğlubiyyət Sizin alnınıza yazılıb..Gör döyüşü kimə uduzdunuz-Amerikadan gələn,savadı olmayan, ancaq yapon dilini bilən Monteyə..
Özünü ağıllı bilən,Jukov kimi indi planlar cızan,ala bax,buda sənin təhvil verdiyin Kəlbəcər...
Get indi o planlarını,xəritələrini Araikə göstər, onda üstündən bir jirni xətt çəksin....
stadionun yerində indi 15 ev tikirlər,birinidə saa verəjəy,hərbi məktəbi əla bitirmisən
Изображение
Изображение
Изображение

Ответить

Вернуться в «Yaxın Tariximiz»