Xocalı

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Xocalı

#1 Сообщение Nazim Bayram » 19 фев 2014, 15:40

“Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdıran deputat-istintaq komissiyasının məsul katibi Əli Ömərovun 1993-cü il fevralın 17-də Azərbaycan Respublikasının Milli Məclisində çıxışı

Milli Məclisin 1993-cü il fevralın 17-də keçirilən növbəti iclasında Xocalı hadisələrini tədqiq edən komissiyanın rəyini Azərbaycan Respublikası Ali Sovetinin orqanı olan “Azərbaycan” qəzetində dərc edilməsi haqda qərra qəbul edilmişdir.
(Qəzetlərin fotokopiyası burdadı. Görsənməyən yerlərlərdə ---- işarəsi var.
Bu, 1-ci vərəqdi. Qalanlarını da latın qrafikası ilə hazırlayıb, yerləşdirəcəm).


"Hörmətli Milli Məclis!
Bugünki hesabatımızın bilavasitə əsas mövzusuna keçməzdən əvvəl ümumi qayda haqqında bir-iki mülahizəmizi söyləyək.
Nədənsə biz “Dağlıq Qarabağ problemi” barədə danışanda adətən sözümüzü səksən səkkizinci ildən başlayırıq. Amma bizə elə gəlir ki, erməni millətçilərinin aktiv fəaliyyəti öz mənbəyini səksən dördüncü illərdən götürür. Əsgəran Rayon Partiya Komitəsinin birinci katibi Qriqoryanın DQMV Daxili İşlər İdarəsinin rəisi Ağacalyanın bilavasitə rəhbərliyi ilə Azərbaycan kəndi Pirəmə------------- ninin ter üzündən tamam silindiyi gündən başlayır. Onlar əvvəlcə orada yaşayan 60 azərbaycanlı ailənin hamısının mal-qarasını əllərindən alıb, zorla kənddən köçürdülər, sonra da buddozer saldırıb evlərini uçurdular, yerlə yeksan elədilər. Söz yox ki, o vaxt sırf rəsmiyyət xatirinə cinayət işi qaldirilmışdı, amma heç bir istintaq aparılmadı və beş ay keçəndən sonra müstəntiq Avakyan işi tamam xitam elədi. Lakin respublika Prokurorluğu da susdu və cinayətkarlar cəzasız qaldılar.
Burada iştaha diş altındadır zərb- məsəli dərhal yada düşdü. Yəni əgər o vaxtlar respublika rəhbərliyi qətiyyət, prinsipiallıq göstərsəydə, əgər respublikanın hüquq-mühafizə orqanları öz elementar xidməti borclarını vicdanlı yerinə yetirsəydilər, onda bölgədəki hadisələrin inkişafı bəkkə də başqa cür ola bilərdi. Lakin, Azərbaycan Respublikasının rəhbərliyi əzəlki vərdiş elədikləri vəziyyətdə idilər. Qəni üzü Moskvaya-mərkəzə, arxası isə xalqının ehtiyaclarına, dərd-sərlərinə, ağrılarına, onun yaralarına çevrilmişdi. Kimin nə vecinə idi Allahın qəhrinə gəlmiş Pirəməğən kəndi xaraba qaldı, qalmadı. Camaatı didərgin salındı, salınmadı? Onların daha vacib işləri var idi – yalan raportlar, şişirdilmiş rəqəmlər kağız üzərində xalqən gündən-günə yüksələn firavan güzəranı, qonşularla sarsılmaz dostluq, qardaşlıq, bir sözlə “Kür, Araz, Ararat, gözəldir bu həyat...”.
Pirə------ kəndinin başına gələnlər Kamran Bağırovun siyasi tərcümeyi-halında ləkəli bir fakt oldu, onun havadarlığı nəticəsində yüzlərlə günahsıza qarşı törədilən cinayət cavabsız qaldı.
Keçmiş başqa bir rəhbərimizin – Abdülrəhman Vəzirovun da tərcümeyi-halından yalnız bircə faktı yadımıza salaq. O vaxtlar ki, xalqəməz minlərlə adam Topxananı müdafiə şüarı ilə nalə çəkərək şəhərlərimizin meydanlarına axışırdı, o vaxtlar ki, 200 mindən çox soydaşımız Ermənistandan, öz doğma torpaqlarından qovulmuşdu, didərgin salınmışdı, təxminən elə ilin bu çağı Vəzirovun yüksək vəzifəli qulbeçələri hansısa əfsanəvi demoqrafik nisbiliiyi saxlamaq xatirinə minlərlə azərbaycanlını Dağlıq Qarabağ torpaqlarına buraxmadılar. Təsəvvür edin: azərbaycanlılara ÖZ DOĞMA TORPAQLARINDA yurd, məskən salmağa icazə vermədilər! Vəzirov bunu bilərəkdən də eləsə bilməyərəkdən də eləsə bu hadisə onun sonrakı Qarabağ faciələrində şəxsi əlavəsi oldu, bu ğz xalqına qarşı edilən cinayət deyilmi?
Xocalı faciəsi isə sabiq prezidentimiz Ayaz Mütəllibovun siyasi tərcümeyi-halına yazılır.
Gəlin, çox yığcam şəkildə respublikanın, Xocalı faciəsindən əvvəlki ictimai-siyasi həyatının siyasi panoramasına nəzər salaq.
Səksən beşinci ilin aprelində və ondan sonra SSRİ yeni siyasi şəraitdə bütün dünyaya totalitar rejimə son qoyulduğu barədə car çəksələr də - əslində isə FAKTİK olaraq onunca necə lazımdır haqq-hesabı üzməyi bacarırdılar, yaxud istəmədilər. Totalitarizm qaldı o, yalnız adamı dəyişdi (SSRİ-də çoxlarının elədiyi kimi) 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə 1980-cı il yanvarın 19-dan 20-nə keçən gecə azərbaycanlılar üçün bu faktın gerçəkliyinin faciəli təsdiqi öz əzmini tapdı. Mənə buna görə də respublikamızda ümumxalq demokratik həyatı peyda oldu və gündən günə genişlənərək kütləvu xarakter aldı. Bizim rəhbərlik, o vaxtlar tarixdə hələ hec kimin eləyə bilmədiyini eləmək, yəni eyni anda iki stulda əyləşmək istədi ki həm “Yeni mərkəzi” qəzəbləndirməsin, həm də təntənə ilə şzünün demokratiyaya can atdığını bəyan etməklə öz xalqı ilə əlaqəsini itirməsin. Təkrar edirik bunu hələ heç kim bacarmayıb. Bizim rəhbərlik də bacarmadı; həm də üstəlik, bu ovqat tədricən əks nəticə verməyə başladı, bu da təbiidir ki, sözlə əməli iş düz gəlməyəndə respublikada dövlətlə ictimaiyyət arasında qarşısı alınmaz uçurum yarandı, hökumətlə sadə xalq bir-birinə yad oldu. Gərginlik əmələ gəldi, havada xeyli müddət “tufanqabağı” vəziyyət yarandı. Buna dəhşətli iqtisadi şəraiti, xalqın rifahının gündən-günə pisləşməsini və ermənilərin Qarabağ təcavüzünü də əlavə eləsəniz – hekayət tamamlanar.
Bəs bu şəraitdə Azərbaycan rəhbərliyinin rəftarı, davranışı necə oldu. Hər hansı bir qətiyyətli, prinsipial mövqedə dayandımı? Təəssüf ki, yox! O, necə deyərlər ən səmərəsiz bir yol seçdi, mərkəzdən bir balaca üz döndərdi, amma xalqına da necə lazımdır üz tutmadı və buna görə də o vaxt prezident və onun əhatəsində olanların elədiklərinin, yəni dövlət işlərində də, əməli fəaliyyətlərində də nəsə bir natamamlıq, çatışmazlıq, yarımçıqlıq mövcud idi, onların işlərinin demək olar ki, hamısına nəsə bir qeyri-təbiilik, qeyri səmimilik, saxtakarlıq möhürü vurulmuşdu.
Guya konsensus axtarışı xatirinə ali təşkilatlar (Müdafiə Şurası, Dövlət Şurası, Təhlükəsizlik Şurası yaradılır) və ləğv edilirdi: onların bəzilərinə FAKTİK olaraq qeyri-məhdud ixtiyarlar verilirdi, bəziləri isə FAKTİK olaraq heç bir hüquqdan istifadə edə bilmirdilər.
Bir-birini təkrar edən paralel qurumlar, vəzifələr (Prezident Aparatlarının) genişləndirilməsi, xüsusi zonaların yaradılması, müvəkkillərin təyin olunması) yaranır və getdikcə artırdı: onların arasında azmaq olurdu, amma ən adi suala cavab tapmaq müşkül iş idi. Kim və nəyə konkret olaraq cababdehdir? Vəzifə var, amma bu vəzifə barədə ----------- yoxdur. Kim isə vəzifədədir, amma Real Hakimiyyətdən Ixtiyaratdan məhrumdur. Bir başqasının isə əksinə vəzifəsi olduqca kiçikdir, amma hökmü, ixtiyaratı böyükdür. Bunun səbəbi də çox sadə idi. Birinə respublikanın rəhbərliyi inanırdı- o birisinə - yox. Di gəl ki, ZAHİRƏN konsensus, vətəndaşlıq yekdilliyi yaradılırdı.
Bir tərəfdən müxalifətin öz xalqının rəğbətini qazanmaq üçün MDB-yə birləşmiş silahlı Qüvvələrədaxil olmaq barədə müqavilə imzalanmır, digər tərəfdən isə öz silahlı qüvvələrimizin, öz milli ordumuzun yaradılması ləngidilir, uzadılırdı. Niyə? Öz doğma xalqından qorxduqlarına qorxduqlarına gorə onu silahlandırmaqdan çəkindiklərinə görəmi? Heç də təsadüfi deyil ki, son vaxtlar siyasi leksikonda belə ifadə peyda olmuşdur. ”oyun “, “oyun oynamaq”. Bu olduqca qanunauyğundur,-----------əlamətidir. Sağlam, əməli, səmimi əməkdaşlıq tamamilə riyakarlıq, ikiüzlülüklə əvəz olunmuşdur. “yetkin kişilərin oyunu” kimi səciyyələndirilmişdi. “oyun” bütün səviyyələrdə gedirdi-Moskva ilə, başqa respublikalarla, parlamentlə, müxalifətlə, xalqla...
Bizə etiraz edib deyə bilərlər: məsələn, respublikanın rəhbərliyi də öz fəaliyyətində azad deyildi, onun ------- --- müəyyən təzyiqlər olurdu- tətillərlə,------ ultimatumlarla silah işlədərək hədələmək də... Doğrudur. Biz hazırıq bu etirazı qəbul etməyə. Həmin gərgin günlərdə hamının səhvi olmuşdu-kiçik səhvlər də, böyük səhvlər də, həmdə təkcə səhvlər yox. Amma güman edirik, siz hamınız bir dəlillə razılaşacaqsınız, respublika rəhbərliyi ilə onun siyasəti ilə qarşı-qarşıya duran qüvvələrin səhvləri yanılmaları, qanunsuz hərəkətləri rəhbərliyin riyakar siyasətinə SƏBƏB DEYİL, onun YEKUNUDUR. Respublikada hakimiyyət davasının nəticəsidir.
Əbədi bir aksiom mevcuddur: hakimiyyət kimin əlindədirsə, məsuliyyət, cavabdehlik də onun boynundadır. Belə çıxır ki, bizim rəhbər işçilərin çoxu bu həqiqəti hakimiyyəti əllərindən çıxarandan, itirəndən SONRA dərk edirlər; halbuki bu barədə hakimiyyətə gələnə qədər, hakimiyyətdə olarkən daim düşünmək, fikirləşmək lazımdır.
Beləliklə biz istəsək də, istəməsək də keçən ilin sonu, bu ilin əvvəlində respublikanın siyasi həyatında davamlı, dərin qarşıdurma mövcud oldu. Qarabağda isə hadisələr öz yolu ilə davam edir və get- gedə daha çox adi müharibə məntiqi, müharibə səciyyəsi alırdı. Orudunun yaradılmasında xalq üçün, respublika üçün tale yüklü bu problemin həllində buraxılan bəlalı səhv ona gətirib çıxardı ki, bu ilin əvvəlində biz professionallıqla hazırlaşdırılmış, yaxşı silahlandırılmış erməni ordusu ilə Azərbaycan Silahlı Qüvvələri adlandırdığımız dağınıq, ümumi komandanlığı olmayan kiçik qrupları qarşılaşdırmağa məcbur olduq.
Buyurun, görün siyasi “oyun” hara gətirib çıxardı.
Bizim komissiya da qanlı Xocalı faciəsini əsas səbəblərini respublikada yaranan ictimai-siyasi, hərbi, iqtisadi, mənəvi və hakimiyyət böhranında görür.
Xocalı-Dağlıq Qarabağda yaşayış məntəqəsidir; bir vaxtlarb qəsəbə hesab olunurdu,1990-cı ildən isə şəhər statusuna malikdir; əsas əhalisi azərbaycanlılardır. Məskun olduğu yer- Əskəranla Xankəndin(keçmiş Stepanakertin) arası. Şəhərin strateji mahiyyəti onunla səciyyələnir ki, Dağlıq Qarabağdakı yeganə təyyarə meydanı burada yerləşir. Son 4 ildə səmərəli inşaat aparıldığından xeyli genişlənmişdir. Ermənistandan qovulmuş qaçqın azərbaycanlıların və Özəkistandan gəlmiş qaçqın axısxa(Məhsəti) turklərinin hesabına əhalinin sayı 1988-ci ildəki 2.000 nəfərdən artıq 1991-cı ildə 7.000-ə çatmışdır. Dağlıq Qarabağda erməni işğalçılığı nəticəsində keçən ilin yayinda və payızında xocalılıların, demək olar yarısı şəhəri şəhəri tərk eləməyə məcbur olub. Erməni yaraqlı dəstələri Xocalını hər tərəfdən mühasirəyə aldığından, yolları, keçidləri tutduğundan şəhərin quru yolla hər yanla əlaqəsi kəsilmişdir. Bu ilin əvvəlindən elektrik enerjisi də kəsilmişdir.Xocalılıların xarici aləmlə yegana əlaqəsi ratsiya ilə (generatorla) işləyir və gediş-gəlişi vertolyotla idi. Xocalının ayrıca mülkü-müdafiə qərargahı yox idi; halbuki onun yaradılması Nazirlər Kabinetinin və respublika MM qərargahının bilavasitə vəzifələrin idi. Bu qərargahın rəisi Q.Babayev prokuror orqanlarına verdiyi ifadəsində etiraf edir ki, Xocalının mülkü-müdafiə xətti ilə qorunma sistemi tərtib olunmamışdır, eləcə də MM-in Xocalıda şəhər qərargahı yaradılması məsələsi barədə o, Nazirlər Kabinetinə müraciət eləməyib(qeyd edirik ki,bu, Nazirlər Kabinetinin onun əlaqədar şöbələrinin məsuliyyətini üstlərindən götürmür). Xocalıdakı silahlı qüvvələrin vəziyyəti və hərbi texnikanın miqdarı bir azdan sizə bəlli olacaq.
Ümidini itirmiş, ruhdan düşmüş, elementar yaşayış vəsaitindən məhrum olmuş xocalılılar şəhəri tərk etməyə başladılar. Şəhərdə məsul rəhbər vəzifələrdə çalışan bəzi şəxslər də gedirdilər, daha doğrusu, çətin anlarda aradan çıxırdılar. Güman edirik əlaqədar orqanlar belələtini cinayət məsuliyyətinə cəlb etmək üçün müəyyən tədbirlər görəcəklər. Axırıncı vertolyot reysi ilə Xocalı RDİŞ rəisi Sabir Məmmədov da uçub getdi. Onu Xocalıdan heçkim geri çağırmamışdı və onun tabeliyində olan əməkdaşlardan biri rəisin düz üzünə, onun getməyini fərarilik adlandırdı; rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən biri isə (İlham adlı ) ən sonuncu tədbirə əl atdı, onun qabağını kəsib silah gücünə vertolyota cəhd göstərdi. Amma Məmmədov nə hiylə qurdusa onları aldadıb vertolyota təpildi.
Bu əhvalat bu ilin fevralının 13-də baş verib.Vertolyota minmək istəyənlər çox idi-təxminən 700-800 nəfər. Amma vertolyotlar cəmi 300-ə yaxın adam götürə bilərdi. Vəd edilmişdi ki,vertolyot bir də qayıdacaq. Və qalan camaat oturub təyyarə meydanında gözlədi. Onlar bilmirdilər ki,bu, axırıncı reys idi.
Yeri gəlmişkən,qeyd etməliyik ki,hətda bu axırıncı vertolyotda bu işlə məşğul olası vəzifəli şəxslərin fəaliyyətinin nəticəsi deyildi,o,ayrı-ayrı adamların şəxsi səyi sayəsində Gəncədən uçub gəlmişdi,əsasən aqrar məsələ üzrə keçmiş dövlət müşaviri A.Abbasovun və Gəncə şəhər DİŞ-nin rəisi E.Həsənovun təşəbbüsü ilə.
Həmin gündən, 1992-ci il fevralın 13-dən etibarən Xocalılar hec kimdən hec bir kömək görmədilər. onların diqqətlərinin, ümidlərinin, intizarlarının bağlandığı yeganə ratsiya ilə onlara hər gün vertalqot vəd edirdilər, kömək vəd edirdilər. vəd edirdilər ki mühasirəni yarıb gələcəklər, çatacaqlar onların sdadına, hətta konkret gün, saat da təyin edilmişdi. Onlara deyirdilər: çaxnaşma salmayın, hər şey qaydasında olacaq. Onları hətta danlayırdılar da – səbirsizliyə görə, hay-küyə görə. Bir dəfə onlara xəbər verdilər ki, iki vertolyot göndərilib, qarşılayın. Onları qarşılamağa yüyürdülər, lakin heç bir vertalyot gəlmədi. Bu vaxt onlara ratsiya ilə deyirdilər: onlar uçurlar, doğrudanmı siz onları görmürsüz? Bir dəfə də onlara dedilər: qarşılamağa hazırlaşın, sabah səhər 10-da sizin yanınızdayıq, bir yerdə çay içəcəyik. Xocalılar nəinki çay, hətta qurban kəsməyə də hazırlaşmışdılar. Səhər oldu, yenə də hec kim gəlmədi.
Xocalıda yeganə əlaqə vasitəsi olan işləyənlərin yaddaşı möhkəmdir. Onlar sağdırlar və biz onlara hər gün vəd verənlərin vədlərinin heç birini yerinə yetirilməyənlərin adlarını da bilirik. Onlar çoxdurlar – vəd verənlər. ancaq biz onların adlarını çəkməyəcəyik, ona görə ki, onlar özləri də dediklərinin həqiqət olduğuna inanırdılar. Onlar ona görə aldadırdılar ki, onların özlərini də aldadan vardı. Onların özlərini də aldadanlara isə Xocalı ratsiyasının səsi yetmirdi. Onlar Bakıda əyləşirdilər – Prezident Aparatında, Müdafiə Nazirliyində, Daxili Işlər Nazirliyində. Bura, Bakıya hər gün Qarabağdan məlumatlar gəlirdi, biri o birindən həyəcanlı. Milli Təhlükəsizlik Nazirliyinin məlumatlarında hər gün deyilirdi: “Bu il fevralın 12-də və 13-də erməni yaşayış məntəqələrindən Naraqix və Mehdiabad səmtindən Xocalı şəhəri NDM-dən atəşə tutulub. Əhalidən ikisi yaralanıb, bir neçə bina dağııdılıb, hərbi texnikanı (4PDM, 3TR və b.) irəlilədiyi müşahidə olunur (vəziyyət barədə Ş.Musayevə (Azərbaycan Respublikasının Müdafiə Naziri) məlumat verilib)”.
Bu məlumat 14.02.92 tarixində verilib.
Bu isə fevralın 16-nın məlumatıdır: “Fevralın 15-də saat 17.00-da Xocalı şəhəri 3TR-dan, PDM-dan aramsız atəşə tutulub. Vəziyyət ağırdır. Təcili tədbir görmək lazımdır. Xüsusilə mühüm strateji obyekt olan təyyarə meydançasını qorunaq üçün... ”.
Və sair və ilaxır. Bakıya gələn bütün siqnallar, xəbərdarlıqlar barədə sizi hesabatımızın növbəti bölməsində tanış edəcəyik.
Hələlik yalnız onu qeyd etməyi lazım bilirik ki, Xocalıda və Xocalı ətrafında baş verənlər barədə Bakıda hər şeyi dəqiq bilirdilər.
Onu da bilirdilər ki, Xocalının müntəzəm atəşə tutulmasında dördüncü ordunun 23-cü diviziyasının Xankəndində terləşən 366-cı alayın hərbi texnikasından geniş istifadə edilir.
Hələ yanvarın ikinci yarısında Ağdam rayonunun bir qrup ağsaqqalı 4-cü ordunun komandanı general N.Popovun qəbulunda olmuşlar və bunların hamısı barədə danışmıslar: 366-cı alayın texnikasının Azərbaycan yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatda istifadə edildiyi barədə də, alayın silahlarının, hərbi sürsatlarının erməni yaraqlılarına açıq-aşkar satıldığı barədə də alayın məişət pozqunluqları barədə də və b.k.
Komandan vəd eləyirdi ki, tədbir görəcəm, amma heç bir tədbir görmədi.
Hələ fevralın 4-də alayı könüllü olaraq tərk etmiş hərbi qulluqçular danışırdılar ki, onları necə vadar eləmək istəyirdilər dinc azərbaycanlı əhaliyə qarşı vuruşmağa: danışırdılar ki, erməni millətindən olan hərbi qulluqçular onların cinayətkar əmrlərini yerinə yetirməyən hərbi qulluqçuları necə ölüncə döyürdülər, danışırdılar ki, alayın texnikasının hər gecə sirli gecə səfərindən sonra bu gecə teydlərində iştirak edənlərin cibləri necə pulla dolurdu. Bəzi komandirlərin arvadlarına həttad3ollarlar da nəsib olurdu.
Bir neçə gün də keçəndən sonra Ağdam İcra Hakimiyyətrinin başçısı S.Verdiyev 4-cü ordunun komandani N.Popova teleqram göndərən alayın Qarabağın Azərbaycanlılar yaşayan yaşayış məntə qələrinə qarşı elədikləri (o cümlədən Xocalıya) şərəfsizlikləri sadalayır və onu bu sözlərlə tamamlayırdi: “Yuxarıda qeyd olunanlardan tələb edirəm: 18920 nömrəli h/h (366-cı alay – k-ya)” döyüş texnikasından istifadə olunmasının qarşısını almaq üçün təcili əməli tədbir görəsiniz. Eləcə də yaxınlıqdakı Azərbaycan yaşayış məntəqələrinin qorunması və müdafiəsi məsələsini həll edəsiz”.
Bu teleqrama da cavab verilmədi. Yekun olaraq, icazə verin, sizi, təhlükəsizlik xidmədi radiodalğa tutanların materiallarından qısa fraqmentlə tanış edim:
366-cı alayın iki hərbi qulluqçusu danışır.
Radio ilə danışıqların biri 13-cüdür, o birisi 53-cü. Hər üç sözdən sonra bir-borono söyürlər. (Biz söyüşü çixarmışıq).
- “Bir milyon pul. Hanı o bir milyon”.
- Kimə bir milyon saxlamalıyam?
- (anlaşılmır) Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamısan.
- ... Orda, bilmirəm, milyondu, milyon deyil, amma yarısı bizimdir. Yəqin bil. Başa düşdün?”.
Bu danışıq gələcək hücum iştirakçıları arasında Xocalı faciəsindən bir az qabaq olmuşdur. (Bu sənəddir. Danışığın ikinci hissəsini sonra sotat gətirəcəyik).
Hələlik isə xocalılar gözləyir və ümid edirdilər. Son dəqiqəyədək gözləyir və ümid edirdilər. onlar bilmirdilər ki, fevralın 21-də, hücumdan 4 gün əvvəl, Bakıda, Prezident aparatında, təhlükəsizlik Şurasında onların taleyi əslində həll olunmuşdur.
Bu barədə bir qədər sonra söhbət açacağıq.
Komissiyanın öz işində cavab verməyi lazım bildiyi suallardan biri də belədir: Respublikanın rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyi Xocalıdakı vəziyyətlə, onun bütün problenmləri, ən ümdə ağrılı nöqtələri Xocalının özü və Xocalıya dəxli olan məsələlər barədə kifayət qədər məlumata malik idimi?
Biz Xocalı faciəsinə qəfər təxminən iki ay müddətində baş verənləri nəzərdən keçirtdik. Saysız-hesabsız məktubların, müraciətlərin, teleqramların respublika mətbuatındaki çıxarışların və b.k. məktubların arasından ən vacib saydığımız qeyd olunan problemi tam işıqlandıran sənədləri seçib sizin nəzərinizə çatdırmağı lazım bildik.
Keçən ilin dekabrın 27-də Xocalı İcra Hakimiyyətinin başçısı E.Mamedov prezident A.Mütəllibovun ünvavina gondərdiyi teleqramda yazırdı:
“Sizə məlumat verməyi özümə borc bilirəm ki Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri ermənilərlə hərbçilərin birgə hücumları nəticəsində işğal olunur. Stepanakert və Əsgəran arasındakı yolu açmaq üçün Xocalı şəhərinə cox güclü hücüm hazırlanır. Bizi məhv etmək üçün ermənilər hər vasitəyə əl atacaqlar. Erməni vertolyotlarının coxsaylı uçuşları da bunu sübut edir. sizdən xahiş edirəm ki, bir an keçmədən Xocalının etibarlı müdafiəsi üçün ciddi tədbir görəsiz. Xocalı Dağlıq Qarabağda Azərbaycanın strateji cəhətdən vacib olan dayaq mərkəzidir. Təcili kömək gözləyirik”.
Qeyd etməliyik ki, teleqram dekabrda vurulub. O vaxt Xocalı faciəsinin baş verməsinə iki aydan çox vaxt var idi.
Prezidentin teleqram üzərindəki dərkənarı:
“M.T.Abbasov yoldaşa (dövlət katibi – K.Ya).
Xahiş edirəm müvafiq tədbirlər həyata keçirəsiz”.
Dövlət katibinin prezidentə cavabı:
“Daxili İşlər, Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin rəhbərliyi ilə danışılıb və müvafiq tapşırıqlar verilib. Keçirilən tədbirlər üzrə qarşılıqlı razılıq var”.
Vəssəlam. Məhz hansı təklif, hansi konkret təklif KİMƏ konkret NƏ tapşırılıb. Bu tapşırığın icrasına lazımı nəzarət olubmu? Bu sualın cavabı yoxdur.
Bir qrup müharibə veteranı da, o cümlədən istefaya çıxmış üç general – M.Nəsirov, Firudin Hüseynov, K.Mamedov – olduqca ciddi hərtərəfli bir sənəd hazırlayıb prezident A.Mütəllibova göndərmişlər. Bu ilin yanvar ayında onlar Dağlıq Qarabağda olmuş və səfərlərinin nəticəsi barədə prezidentin diqqətini cəlb edə biləcək arayış təqdim ediblər. Arayışda bölgədəki problemlər (təkcə hərbi yox) profesionallıqla mükəmməl sadalanırvə bu problemlərin həlli üçün siyasi, iqtisadi, hərbi təbliği aspektlər heç kəsə aydın deyil.
... Erməni yaraqlılarının hərəkətləri son zamanlar xüsusilə fəallaşmış, planlı, ardəcəl və mütəşəkkil şəkil almışdır.
Son günlər baş vermiş böyük faciəli hadisələr bunu xüsusilə təsdiq edir.
Dağlıq Qarabağın Azərbaycan kəndləri növbə ilə boşaldılır və başdan-başa yandırılır. Bu da həmin kəndlərə azərbaycanlıların bir daha qayıda bilmək ehtimalına son qoyur.
Bu təkcə erməni yaraqlılarının fəallaşması ilə əlaqədar yox, həm də həmin kəndlərdə müqavimətin zəifləməsi ilə əlaqədardır.
Hadisələrin dinamikası göstərir ki, birinci vertalyot faciəsindən sonra bu müqavimət xüsusilə zəifləmişdir. Təcili və qəti tədbir görülməsə son hadisələr onu heçə endirə bilər.
Dağlıq Qarabağın Azərbaycan kəndlərinin müdafiəsində müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin və yerli könüllü müdafiə dəstələrinin arasında heç bir hərəkət birliyi yoxdur və bu işə böyük zərər vurur.
Daha dözülməzi, Müdafiə Nazirliyinin öz hissələri arasında da razılaşdırılmış fəaliyyət ----------- olmamasıdır.
Müdafiə Nazirliyi və onun batalyonları xırda cari məsələlərlə başını qarışdırıb, hərbi hissələrin formalaşmasını yaddan çıxarırlar.
Bu gün hətta yaradəlmış və yaradəlmaqda olan batalqonların komandirləri belə, dəqiq bilmirlər ki, hansı hadisələr – könüllülər, yerli hissələr, ordu hissələri və hansı kateqoriyalarla yaradılmışdır. Bəzi batalyonların ---------------adı vardır.
Ən dözülməzi odur ki, respublika və yerli hakimiyyət orqanlarının qarşılıqlı razılaşdırılmış hərəkət proqramı yoxdur.
Yerli hakimiyyət orqanlarının onsuz da güzəranı faciəli olan əhalinin hesabına silah və hərbi sürsat əldə etməsi onların ------- amanını kəsmişdir və ən dəhşətlisi odur ki bunlar müxtəlif hərbi hissələrdən yüksək qiymətə satın alınır. Onların bu qayğısı özünümüdafiə dəstələrini təyin etmək üçündür və çox zaman son dərəcə yarıtmaz təchiz olunan Müdafiə Nazirliyinini hissələrinə də kömək etməli olurlar. ----------------------------------------- silahları və cüzi miqdarda gətirilən ----------------------------------------------------


Müdafiə Nazirliyinin 250 milyon manat vəsaitin dövlət büdcəsindən ayrılması və ictimai əsaslarla 80 milyon manat toplanması hamıya məlumdur. Lakin batalyonlar norma əsasında ərzaq və geyim üçün maliyyələşdirilməmişdir. Batalqonlarda aylarla məvacib verilmir və bu günə qədər məvacibin məbləği də məlum deyildir. Ordiya cəlb olunan zabitlər iş yerindən azad edilir, burada da məvacib almırlar. Belə halda onların ailələrinin indiki böhranlı şəraitdə düşdüyü vəziyyət və onun müqabilində orduda təbii olaraq yaranan əhval-ruhiyyə heç kəsi maraqlandırmır.
Müdafiə Nazirliiyinin --------------- rəhbərliyində də yekdilliklə və birgə razılaşdırılmış hərəkət xəttinin olmaması hissələrdə hamıya məlumdur. Belə halda burda hansı yekdillikdən danışmaq olar! Bakıya Müdafiə Nazirliyinə gəlmiş batalyon komandirləri günlərlə nazirliyin koridorlarında dolaşır, heç kəs onları qəbul etmir. Nazirliyin adamları batalyonlarda demək olar ki olmurlar.
... Rabitə vasitələri heç bir ölçüyəsığmaz dərəcədə yarıtmazdır.
... 23-cü Gəncə diviziyasının Stepanakertdəki polkunun bütün hərbi texnikası və sürsatının ermənilərin əlinə keçəcəyinə ehtimal gündən-günə artır. Polkda xidmətdə olan çoxlu zabitin və 50-dən çox ------------ erməni olması və həm də bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində olması bunun reallığını artırır.
... Prezident idarəsinin Qarabağ regionu üçün yaradılmış yüksək səlahiyyətli prezident idarə mütəşəkkilliyinin fəaliyyəti hiss olunmur. Arayışın sonunda deyilir:
... Hörmətli Ayaz Niyazoviç!
Belə hesab edirik ki son dərəcə həyəcanlı vəziyyət yaranmışdır və bilavasitə rəhbərliyin altında təxirəsalınmaz tədbirlər görülməsini vacib bilirik.
Prezident tərəfindən bu sənədə heç məhəl də qoyulmadı. Dövlət katibi M.Abbasovun dərkənarı ilə dövlət müşavirlərindən üçünün üstünə göndərildi – Adil Hacıyevin, Sabir Hacıyevin və Kamran Rüstəmovun – “Xahiş edirəm rəyinizi bildirəsiz”. Prezident aparatinda rast gəldiyimiz sənəddən aydın oldu ki, dövlət müşavirlərindən yalnız biri cavab verib – Adil Hacıyev: yarım səhifə həcmində. Özümüz də yəqin fikir veririk ki biz hər hansı şərhdən, emosiyadan imtina etməyə çalışırıq. Amma belə soyuqqanlı münasibətdən sonra imtina eləmək çox çətindir. Belə bir həyəcan dolu haray çəkən konkret faktlara, hər sətri “SOS” bədbəxtlik siqnalı verən sənədə dövlət ---------- -------- məsələsi üzrə laqeydtamamilə formal --------------- siyasına görə yeni il təbrik açıqcasını xatırladır. Əvvəlcə, cavab olaraq Qarabağ respublikamızın mövcud olmayan köməyinin nailiyyətləri sadalanır, sonra da keçmiş sovet sənədlərinə xas olan sənəd gəlir. “Müraciətin müəlliflərinə gördükləri işə görə təşəkkürümüzü bildiririk”.
Qeyd olunan həyəcanlə sənədə bundan savayi heç bir münasibət aşkar edə bilmədim.
Bu sənəddən on gün əvvəl, yəni 21 yanvarda prezident A.Mütəllibobun ünvanina Qarabağ zonası üzrə prezident müvəkkili Müsa Məmmədovun adından öz ordusu ilə ora gedən general Kamil Mamedov tərəfindən hazırlammış bir arayış da göndərilmişdir.
Həmin arayışı cüzi ixtisarla, olduğu kimi sizə təqdim edirik.
M.Q.Abbasov yoldaşa
Xahiş edirəm tanış olun. Qeyd olunan rayonların və bütövlükdə təhlükəsizliyi barədə məsələlər hazırlamaq lazımdır və mənim göstərişimlə Təhlükəsizlik Şurasında yazılı olaraq ---------- başlanılsın. Bu qeydlər üzrə əməli göstərişlər verin!
A.Mütəllibov. 22.01.92

QARABAĞ ƏRAZİSİNDƏKİ VƏZİYYƏT VƏ ONUN SABİTLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA ARAYIŞ
Qarabağ ərazisindəki vəziyyətlə tanışlıq göstərir ki, son vaxtlar bölgədə vəziyyət olduqca kəskinləşmişdir. Vəziyyətin təhlilindən bəlli olur ki, hərbi dəstələrin sayına, silahlarına və texnikaya görə ermənilər azərbaycanlılardan xeyli üstündürlər. Müasir silahlardan, o cümlədən xarici silahlardan geniş istifadə olunur. Erməni yaraqlılarının hər gün Azərbaycan rayonlarının əraziləri üstündən uçub gələn tanıtma nişanları olmayan vertalyotlar müntəzəm olaraq artır. 1992-ci il yanvarın 12-13-də Xankəndi şəhərindən qaçanlarla söhbətdən məlum olur ki, keçmiş sovet ordusu hərbi hissələrinin əsgərləri silahlarının, texnikanın bir hissəsini erməni yaraqlılarına verirlər. Həm də hərbi hissələrin komandanlığı əsgərlərə azərbaycanlılara atəş açmağı əmr edirlər. Xankəndi şəhərinə gəlmiş ----------------- Ağdam şəhərində yerləşən hərbi hissənin komandiri əsgərlərə azərbaycanlılara atəş açmağa əmr edirlər.
Qüvvədə, vəsaitdə, hərbi ---- azərbaycanlılardan üstün olan ermənilər, məlum olur ki, Azərbaycan yaşayış məntəqələri yaxınlığından (--------)Ağdamın yaxınlığında Xocalı rayonunun Ballıca ----- kəndlərində Ağdərə rayonunun Ballıca-Fərruxlu kəndlərində Ağdərə rayonunun ---- kəndində yaraqlılar üçün -------------------------artırırlar.
Ermənilər qarşılarına vəzifə qoyurlar Azərbaycan kəndlərini zəbt edərək onları ----------------------...”
Вложения
Ходжалы-4.jpg
Ходжалы-4.jpg (1.67 МБ) 16675 просмотров
Ходжалы-3.jpg
Ходжалы-3.jpg (1.79 МБ) 16675 просмотров
Ходжалы-2.jpg
Ходжалы-2.jpg (1.74 МБ) 16675 просмотров
Ходжалы-1.jpg
Ходжалы-1.jpg (1.65 МБ) 16675 просмотров

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: Xocalı

#2 Сообщение Nazim Bayram » 19 фев 2014, 16:17

“Minskdəki görüşdə Mütəllibov və Şapoşnikov yüksək tonda danışırdılar.”
“Qarabağda vəziyyət yenidən gərginləşib.”

Məqalədə deyilir ki, “ “NQ”-nın (yəqin ki, bu, Rusiyanın media nəhənglərindən olan “Nezavisimaya Qazeta”-dı) müxbirinə məlum olduğuna görə, “14 fevral (92-ci il)Minsk görüşündə Yevgeni Şapoşnikov(MDB qüvvələrinin komandanı) Ayaz Mütəllibovun irəli sürdüyü Azərbaycan tərəfinin hərbi sahədə bütün tələblərini eşitməzliyə vurdu. Söhbət, 1 marta qədər Azərbaycan ərazisində yerləşən keçmiş Sovet Ordusunun hərbi hissələrinin Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil edilməsi tələbindən gedir.
Keçmiş SO-nun Cənub İstiqaməti komandanı Nikolay Popov bu məslənin həllini 14 fevral minsk görüşü ilə bağlamışdı.
Minskdəki görüşdə Mütəllibov və Şapoşnikov yüksək tonda danışırdılar … İclaslar arası fasilədə Azərbaycan prezidentinin mətbuat katibi Rasim Ağayev “Azərİnforma” Şapoşnikovun- “Azərbaycanın öz Silahlı Qüvvələri məsələsini həll edərkən, ehtiyatlı olmalıyıq, çünki regionda təhlükəli konflikt gedir.”
Cavabında A. Mütəllibov “Milli Silahlı Qüvvələrin yaradılması tamamilə müstəqil Azərbaycanın haqqıdır.”
Mətəllibov həmçinin tələb etmişdi ki, 366 polk azərbaycanlı əhaliyə qarşı döyüş əməliyyatlarında bilavasitə iştirak etdiyini görə, Xankəndidən dərhal çıxarılmalıdır. Cavabında Şapoşnikov dedi ki, “366 polk Xankəndidə nə qədər lazımdı o qədər qalacaq”, amma “Mütəllibovun informasiyasını yoxlamaq üçün” MDB hərbi ekspertlər qrupunu 17 fevralda Azərbaycana göndərəcəyinə söz verdi.”
A. Mütəllibov HHM sistemini də Azərbaycanın nəzarətinə verilməsini tələb etdi, lakin Şapoşnikov bu tələbi də diqqətsiz qoydu. Mütəllibov görüş iştirakçılarının diqqətini Azərbaycandan hərbi əmlakın sanksiyasız(qanunsuz) çıxarılmasına yönəltdi.
Minskdə dövlət başçılarının görüş keçən zaman Dağlıq Qarabağda vəziyyət yenidən kəskinləşdi və dərhal Bakıya qayıtması qərarını elan etdi. Minskdən yola düşərkən, azərbaycan deleqasiyası Bəyanat yayıb. Bəyanatda deyilirdi ki, “Xankəndidə yerləşən 366 polk zirehli texnika və artilleriya vasitələri ilə Xocalı qəsəbəsinə genişmiqyaslı hücumda iştirak edir.” Həmiçinin bəyanatda qeyd edilirdi ki, “Moskvadakı bəzi qüvvəllər 366-cı polku Azərbaycana qarşı təzyiq vasitəsi kimi işlətmək istəyir”.
“Turan” agentliyinin verdiyi xəbərə görə, 14 fevral axşam erməni yaraqlıların və 366-cı polkun hücumu zamanı Ağdam və Xocalı top atəşinə məruz qalıb. Ağdam xəstəxanası birbaşa mərmi dəyməsilə dağıdılıb, nəticədə 4 həkim həlak olublar. Xocalıdakı itkilərin sayı dəqiqləşdirilir, böyük dağıntılar var. Xocalı uğrunda döyüşlər 14-dən 15-nə keçən gecə və gün ərzində davam edib. AXC-nin məlumat mərkəzindən verilən məlumata görə, Xocalı əhalisi erməni yaraqlıların, qəsəbəni saat 18-ə qədər tərk etmək haqqında ultimatumunu rədd etdi. “Yaşadıqları yerləri 3 gün ərzində tərk etsinlər” ultimatumlarını Əmirallar və Qaradağlı kəndinin də əhalisi alıb. Bu kəndlər və həmçinin Sırxavənd və Umudlu tamamilə blokadaya düşüblər və bunların erməni silahlı dəstələri tərəfindən zəbt olunmaları təhlükəsi var.
15 fevralda Ağdamda Qarabağ köçkünləri A. Mütəllibovdan qətiyyətli tədbirlər keçirməsi tələbilə mitinq keçiriblər.
Bu zaman isə 13 fevralda Bakıya gğlmiş ATƏMin(ATƏT) 12 nəfərlik ekspert qrupu respublikanın rəsmi şəxslərilə görüşüb. “Azərİnformun” verdiyi məlumata görə, 15 fevralda Milli Təhlükəsizlik naziri İlhüseyn Hüseynov ekspert qrupuna “erməni dəstələrinin fəaliyyəti və onların cinayyətlərində beynəlxalq terorçu təşkilatlarının iştirakı haqqında” materiallar təqdim etdi. İ. Hüseynov bəyan etdi ki, “ Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanda silahlı dəstələrin təşkili, maliyələşdirməsi və müasir silahlarla təhcizi ilə məşquldu”
16 fevralda ATƏM-in nümayəndə heyyəti A. Mütəllibov qəbul etmişdi …
17 fevralda ATƏM-in nümayəndə heyyəti Dağlıq Qarabağa yola düşdü.
Вложения
Shaposhnikov.jpeg
Shaposhnikov.jpeg (547.08 КБ) 16674 просмотра

Одиссей
партизан
Сообщения: 3780
Зарегистрирован: 29 янв 2012, 02:14

Благодарил (а): 541 раз
Поблагодарили: 558 раз

Re: Xocalı

#3 Сообщение Одиссей » 24 фев 2014, 06:01

Nazim, görəsən Əli Ömərov haralıdır? Azərbaycan üçün qeyri-adi ad-familiya birləşməsidir. Mənim fotoqrafik yaddaşım olduğundan qəzetin nömrəsi tez yadıma düşdü. Amma yazılanlar yadımda deyil. Amma o da yadımdadır ki, o komissiyanın üzvləri özləri də siyasi oyunlarda qəşəng iştirak edirdilər. Əgər səhv etmirəmsə, o komissiyanın üzvləri arasında da siyasi qarşıdurma var idi hətta.
Maraqlıdır, nə üçün prezident dəftərxanasının və Azərbaycan Kommunist partiyasının dəftərxanasının arxivini niyə açmirlar? Partiya onsuz da yoxdur, deməli sirrləri də olmamalıdır. Olsa belə onun sirrləri başqa dövlətin sirrləri olduğundan, bizim dövlət mənafüyimizə ziyan gətirə bilməz.
Prezident dəftərxanasının Mütəllibova aid hissəsinin də çox hissəsi demək olar ki SSRİ dövrünə aiddir. Və onun hakimiyyətindən 20 ildən çox keçib. Niyə açmırlar görəsən?
Yoxsa açılıb, amma bizim tədqiqatçılrımız yoxdur bu sahə üzrə?
Высшее пресуществление войны - не нападать на врага, а разрушить его планы. (по мотивам Сун Цзы)

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#4 Сообщение smersh70 » 11 ноя 2016, 22:19

Ermənilərin etdikləri cinayətləri unutma!
Şövqi Əliyev - Birinci Qarabağ müharibəsində, Ağdamda ailəsi ilə birlikdə erməni hücumuna məruz qalanda 3 yaşı olub. Ermənilər babası Oqtayla, 8 yaşlı qardaşı Nicatı güllələyib, atası Xəqani ilə onu girov götürüblər. Xankəndində erməni “həkimləri” qolundan yaralanan Şövqinin bazu sümüyünü çıxardıblar. Nəticədə Şövqi ömürlük "şikəst" olub.
Həkim və ekspertlər Şövqinin yarasına “həkim” müdaxiləsinin sırf bazu sümüyünü əldə etmək üçün olduğunu bildirirlər. Bazu sümüyü çox bahalı transplant materialıdır.
1-ci şəkil yaralı halda erməni əsirliyində olarkən, 2-ci şəkil isə hadisədən 23 il sonra çəkilib.
Jurnalist Vüsalə Məmmədovanın "Əsir Düşərgəsi" layihəsindən.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#5 Сообщение smersh70 » 26 фев 2019, 01:46

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri yerli məktəblilər üçün "KHOJALY 92” tətbiqi pedaqoji kvest və ya simulyasiya oyununu təşkil edib.

Qasım Nəsirova əsasən, kvest 1992-ci ildə, fevralın 25-26 keçən gecə mühaisrədə “Xocalını tərk etməyə məcbur olan insanların qaçarkən nələrə məruz qaldıqlarını göstərir”.
[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#6 Сообщение smersh70 » 26 фев 2019, 01:55

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#7 Сообщение smersh70 » 28 фев 2019, 01:39

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#8 Сообщение smersh70 » 28 фев 2019, 01:42

Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsinin əhalisinin 90 faizi Xocalı sakinidir. Onlar 2003-cü ildən burada yerləşdiriliblər.

1940-cı il təvəllüdlü Abbasov Salman və 1943-cü il təvəllüdlü Abbasova Bəsti. S.Abbasovun bacısını Xocalı gecəsi gözlərinin qarşısında güllələyiblər. Səkkiz aylıq hamilə olan 20 yaşlı gəlini meşədə soyuqdan donaraq ölüb.

Bacısının meyitini belə götürə bilməyən S.Abbasov bir müddət sonra gəlininin parçalanmış sümüklərini və saçını tapıb. Doqquz gündən çox meşədə gizlənən Abbasovlar ailəsinin ayaqları soyuqdan donub. Pəncədən aşağı hissəsi amputasiya edilib.

1953-cü il təvəllüdlü İsmayılov Bilal. Xocalı qətliamı günü postda olub. Atəş səsləri eşidən kimi evə, ailəsinin yanına gəlib. Yaxınlarını evdən çıxarmağa nail olsa da, qardaşı ilə birlikdə erməni gülləsinə tuş gəlib. Qardaşını gözləri önündə güllələyiblər. Özü isə aldığı yaradan sağ ayağını dizdən aşağı itirib.

1941-ci il təvəllüdlü Qasımova Ayna. Dəhşətli gecədə 12 gün ailəsi ilə birlikdə meşədə qalıb. Soyuq və qarlı hava onun, oğlunun da ayaqlarının donmasına səbəb olub. Nəticədə, barmaqları amputasiya edilib.
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
Изображение
1975-ci il təvəllüdlü Qarayev Vüqar. Anası ilə birlikdə Xocalı dəhşətindən qaçarkən onlardan ayrı düşüb. Anası oğlunun öldüyünü düşünüb. Vüqar isə doqquz günə yaxın meşədə tək-tənha yol gedib. Ağdama çatanda isə həkimlər onun ayaq barmaqlarının kəsilməli olduğunu deyiblər.

1977-ci il təvəllüdlü Qasımov Salman. Dəhşətli gecədə ermənilərdən qaçarkən meşədə yollarını itirirlər. Meşədə 12 gün qalan Salman həyatda qalmaq üçün qar yediyini deyir. O deyir ki, bu qar onun həm həyatını xilas edib, həm də həyatında silinməyən izlər qoyub. Şaxtadan onun ayaqları pəncədən donaraq qopub.

1961-ci il təvəllüdlü Zeynalova Tovuz. Atəş səslərini eşidən kimi övladını kürəyinə bağlayıb meşəyə doğru qaçıb. Qızının həyatını xilas etməyə çalışsa da, ermənilərin atdığı ilk güllə qucağındakı uşağına dəyir. Güllə uşağın sinəsindən keçərək onun sağ əlini yaralayır.

1970-ci il təvəllüdlü Abbasov Elbrus. O zaman polis əməkdaşı olub. Ermənilər əsir götürəndə polis olduğunu bildikləri üçün onu ac-susuz saxlayıblar. Ağır işgəncələrə məruz qalan E.Abbasov deyir ki, 160 nəfər azərbaycanlını müxtəlif hücrələrdə saxlayıblar. Onlardan 40 nəfəri həlak olub. Qolundakı güllə yarası, bədənindəki işgəncə izləri 27 ildir ona əzab verir.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#9 Сообщение smersh70 » 28 фев 2019, 01:49

[youtube][/youtube]

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146198
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10665 раз
Поблагодарили: 15914 раз

Re: Xocalı

#10 Сообщение smersh70 » 27 фев 2020, 21:53


Ответить

Вернуться в «Yaxın Tariximiz»