28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#1 Сообщение Nazim Bayram » 31 окт 2013, 23:37

1991- ci ilin sonu, 1992-ci ilin əvvəllərində Xocavənd rayonunun Tuğ, Salakətin və Axullu kəndləri işğal olunduqdan sonra Füzuli rayonunda erməni silahlı birləşmələrinə qarşı 3 özünümüdafiə batalyonu təşkil olunmuşdu ki, bunlar 814, 839 və 848 saylı batalyonlar idi. 1992- ci ilin mart ayında həmin batalyonlardan ibarət 860 saylı hərbi hissə - polk təşkil olundu 1992-ci ilin aprel ayında isə Bakı şəhərində 702 saylı briqada yaradıldı və briqada tərkibində 720, 721, 723 saylı batalyonlar olmaqla Füzuli bölgəsinə gətirildi. Yerli batalyonlardan təşkil olunmuş 860 saylı polkla birlikdə 831 saylı Xocavənd və 849 saylı Beyləqan batalyonları da 702 saylı briqadanın tərkibinə verildi. Briqada komandiri İsa Qasımov idi.
Briqadanın müdafiə xətti böyük bir ərazini əhatə edirdi. Piralbulaq yüksəkliyindən Muğanlı, Əmirallar kəndləri və Qaraçuğ dağı 831 saylı Xocavənd özünümüdafiə batalyonunun (komandir Əbdürəhman Əsgərov), Qaraçuğ dağının sol istiqaməti 849 saylı Beyləqan özünümüdafiə batalyonunun( komandir Elçin Cəfərov), Aşağı Veysəlli kəndindən “Uryandağ” yüksəkliyinə kimi olan ərazi 814 saylı Füzuli özünümüdafiə batalyonunun (komandir Mobil Yusifov) müdafiə etdiyi zonaya aid idi. Akif Məmmədovun komandir olduğu 720 saylı, Vahid Osmanovun komandir olduğu 723 saylı və komandirinin kim olduğu tam dəqiqləşdirilməmiş 721 batalyonlar Divanallar- yuxarı Yağlıvənd – Qacar kəndləri və strateji əhəmiyyətli “Xəzəz” yüksəkliyində müdafiə mövqeləri tuturdular. 839 saylı Tuğ özünümüdafiə batalyonunun (komandir Rasim İbrahimov) müdafiə zonasına “Şahrüvənyal” yüksəkliyindən başlayaraq Axullu- Çimən və Cuvarlı kəndləri daxil idi. Cuvarlı kəndindən Qaradağlı kəndinə qədər olan ərazi isə Zahir Həsənovun komandir olduğu 848 saylı Axullu özünümüdafiə batalyonunun müdafiə zonasına daxil idi və qeyd olunan cəbhə xətti bütövlükdə Xocavənd rayonu ilə həmsərhəd ərazini əhatə edirdi.
1992-ci ilin iyun ayında Müdafiə nazirliyinin Baş Qərargah rəisi Valeh Bərşadlı tərəfindən Əməliyyat İdarəsinə cəbhənin cənub istiqamətindəki vəziyyəti öyrənmək və hücum üçün əsas zərbənin hansı istiqamətdən vurmaq lazım olduğunu müəyyənləşdirmək haqqında tapşırıq verilir. Hazırlanan əməliyyat planına görə əsas qüvvələr Füzuli rayonunun Qacar kəndinin 8 kilometrliyində yerləşən “Qırmızı Bazar” qəsəbəsi istiqamətində hərəkət edərək bu yaşayış məntəqəsini erməni qüvvələrindən azad etməli idilər. Əsas məqsəd isə bu qəsəbədən keçən strateji əhəmiyyətli şimal – cənub magistral yolunu nəzarətə götürməkdən ibarət idi. Bu yol 1988-90-cı illərdə ermənilər tərəfindən dağlıq, meşəlik ərazidən çəkilmişdi və keçmiş Hadrut rayon mərkəzi də daxil olmaqla demək olar ki, rayonun bütün yaşayış məntəqələrini Xankəndi ilə birləşdirən yeganə yol olması ilə seperatçılar üçün olduqca həyatı əhəmiyyətli idi. Belə ki, həmin yol çəkilməmişdən əvvəl Hadrut qəsəbəsinə eləcə də bu ərazidəki digər yaşayış məntəqələrinə gedən yol yalnız Füzuli şəhərindən keçirdi .
Həmin vaxt ikinci bir hücum variantı da irəli sürülürdü. Belə ki, briqada komandiri ilə birlikdə Müdafiə Nazirliyinə çağrılan 23-cü divizyanın zabiti hücum əməliyyatının bütövlükdə Çartaz kəndi və keçmiş Martuni, indiki Xocavənd şəhəri istiqamətində aparılmasının daha məqsədəuyğun olduğunu bildirsələr də Baş Qərargah birinci qərarı qüvvədə saxlamışdı.

Kifayət qədər kəşfiyyat- müşahidə işləri aparılmadan, düşmənin real gücünü müəyən etmədən, döyüşən qüvvələri arasında lazımı səviyyədə rabitə əlaqəsi olmadan qısa müddətə hazırlanan və keçirilən əməliyyatın çox riskli bir addım olduğunu batalyon komandirləri də bildirirdilər.

Qırmızı Bazar əməliyyatında iştirak edən qüvvələr:
848 saylı batalyon – komandir Zahir Həsənov- istiqamət Xırmancıq, Məlikcan kəndləri
839 saylı batalyon – komandir Rasim İbrahimov – istiqamət 1991-ci ildə
işğal olunmuş Tuğ kəndi. Əsas məqsəd - Qırmızı Bazar- Hadrut yolunu bağlamaq.
720 saylı batalyon – komandir Akif Məmmədov istiqamət Qırmızı Bazar
qəsəbəsi
721 saylı batalyon – (komandirin kim olduğu məlum deyil )istiqamət Qırmızı Bazar qəsəbəsi
723 saylı batalyon – komandir Vahid Osmanov istiqamət Qırmızı Bazar
qəsəbəsi
814 saylı batalyon – komandir Mobil Yusifov istiqamət Çartaz kəndi

Əməliyyatdan bir gün əvvəl Füzuli bölgəsinə gətirilmiş batalyonlardan-
772 və nömrəsi məlum olmayan digər bir batalyon Masqalaşen və Sos kəndləri istiqamətində döyüş əməliyyatını həyata keçirirdilər. (Aparılan təhlillərdən məlum olur ki, ən çox itki verən də məhz həmin batalyonlar olmuş, isti hava şəraitində odlanmış taxıl zəmilərində yanan və həlak olan əsgərlər də həmin hərbi hissənin döyüşçüləri olmuşdular)
771 saylı batalyon - komandir Əzizağa Qənizadə
776 saylı batalyon – komandir Eldar Ağayev. Hər iki batalyon reyd dəstəsi olaraq döyüşən hissələrə əlavə dəstək verməli idilər.
Tank batalyonu- komandir Ramiz Məmmədov – istiqamət Masqalaşen, Sos kəndləri. Tankların sayı 29
Döyüşə atəş dəstəyi -702 saylı briqadanın artileriya dvizyonu- komandir Nizami Mirzəmmədov (Drakon)
Döyüşü idarəetmə məntəqəsi -“Uryandağ” yüksəkliyi.

Həmin ərəfədə Füzuli briqadasının tərkibində ümumilikdə 6 tank var idi. 28 iyun əməliyyatından bir gün əvvəl isə, yəni 27-si iyun tarixdə briqadaya 29 tank verilmişdi ki, bunlar da rus ordusundan say hesabı qəbul edilərək heç bir sınaq keçirilmədən bir başa döyüş mövqeyinə çıxarılmışdılar.

Ümumi sayı 35 olan bu Т72 tankları Gəncədə yerləşən keçmiş sovet ordusuna məxsus 23-cü dvizyadan alınaraq iyun ayının 26-da Ağcabədi rayonuna gətirilmişdi. Ağcabədi rayonundan döyüş bölgəsinə yola çıxan və bir gün sonra çox mühüm döyüş əməliyyatında iştirakı nəzərdə tutulan 35 tankdan 6-sı texniki nasazlıq səbəbindən mənzil başına gəlib çatmamışdı. (zirehli texnikaların qəbulu zamanı onların texniki vəziyyətləri öyrənilərkən ekipaj üçün nəzərdə tutulmuş “şlemofonlar”ın, daxili və xarici əlaqə üçün “tangetka”ların olmaması və ya işləməmələri, mərmi konveyrlərində qum, çınqıl və kərpic qırıntı qalıqlarının olması, tankların lülələri “stopora” (kildə) düşərkən onu açmaq üçün açarın cəmi bir tankda olması, bir tankda isə yaddaş qurğusundakı kabellərdən birinə iynənin sancılması müəyyən edilsə də bütün bunlar ciddiyə alınmamışdır) 27 iyun tarixdə Qərvənd kəndi yaxınlığında qərarlaşan batalyonun 29 ədəd tankından növbəti gün keçirilən hücum əməliyyatı zamanı cəmi 11 tank döyüş xəttini keçə bildi ki, onlardan da yalnız 2- si normal atəş hazırlığına malik idi. Əməliyyatın uğursuz alınmasının ən böyük səbəblərindən biri də məhs bu tankların döyüş üçün yararsız olmaları idi.
Tank batalyonunda tək ixtisaslı mütəxəsis və hərbçi olan batalyon komandir Ramiz Məmmədov idi. Digər ekipaj üzvləri isə əsasən Politexnik institutun tələbələrindən təşkil olunmuşdular ki, onların da texnikanı idarə etmək üçün kifayət qədər təcürbələri yox idi
Briqadaya məxsus digər 6 tankdan 4 isə hücumu davam etdirərək Qırmızı Bazar qəsəbəsinə qədər gedib çıxa bilmələrinə baxmayaraq, əlavə qüvvəllərin gəlməməsi səbəbindən geriyə qayıtmaq məcburiyyəti qarşısında qalmışdılar.

Hücum zamanı nisbətən irəliləyə bilmiş 839 saylı batalyon “Dırbanabənd” deyilən ərazidə, Quruçayın üzərindən keçən körpüyə qədər yaxınlaşmışdı. Deyilən ərazidə açıq bir sahədə mövqe tutmuş tabor bir anın içərisində bütün istiqamətlərdən - sağ tərəfdən Zoğalbulaq kəndi, 1991-ci ildə işğal olunmuş Salakətin kəndi və Azıx kəndləri ərazisindəki yüksəkliklərdən, sol tərəfdən isə ermənilərin işğal etdikləri Fizuli rayonunun Üçbulaq kəndi və ermənilər yaşayan Çıraqüz kəndləri ərazisindəki yüksəkliklərdən güclü top və pulemyot atəşi altına düşür. 839-saylı batalyonun komandiri mayor Rasim İbrahimov ağır yaralanır və şəhid olur. Həmin döyüşdə göstərdiyi şücayətə görə batalyon komandiri Rasim İbrahimova Milli Qəhrəman fəxri adı verildi. (ölümündən sonra)
Çartaz istiqamətində hərəkət etməli və Martuni (Xocavənd) – Fizuli magistral yolunu nəzarətə götürməli olan 814 saylı batalyonun qarşıya qoyulan tapşırığı yerinə yetirə bilməməsi və itkilər verərək geri çəkilməsi də əməliyyatın gedişindəki ümumi uğursuzluğun bir hissəsi idi.
Xırmancıq, Məlikcan kəndləri istiqamətində hücuma keçən 848 saylı batalyonun sürətli hərəkətlə atəş xəttinə qədər irəlliləməsi və düşmən mövqelərinə həmlələr etmək cəhdləri də bu əməliyyatın gedişinə əhəmiyətli təsir edə bilməzdi. Əməliyyat uğursuzluqla bitmişdir.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#2 Сообщение Nazim Bayram » 01 ноя 2013, 00:21

Hərbi əməliyyatda iştirak etmiş h/h və əməliyyatın gedişatına aid materialları toplamaq kimi çətin işdə yardım edən bütün Xocavənd qazilərimizə, xüsusilə Ayxan Sadiqə dərin təşəkkürümü bildirirəm.

Hörmətli forum iştirakçıları, sizin suallarınıza və qazilərimizin əlavələrinə şad olardıq.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#3 Сообщение Nazim Bayram » 12 ноя 2013, 23:52

Qazi Elşən Cavadzadənin xatirələrindən.

723 sayli alay Gacar kendidə dislokasiya olmuşdu.Alay komandiri Vahid Osmanov,komandir müavini Ovcuyev(adini yadimdan cixarmişam).Alayin Keşfiyat bölmesi komandiri Hicran müzvini Vahid fizuli bölgesine gelen günün sabahi artig keşfiyat əməliyatlarina başladi.Sözün düzü 723 alay da nizam intizam yox derecesində idi.Komandir Vahid Osmanov esla norkaman idi.Etrafina (blotnoy)şexsleri yiğib daim halli veziyetdə olurdular.Ətrafinin yaxin mühafizesi də dversant bölümü idi ki heyet esgeri kodekslər ilə yox (po ponyatiyam)la hereket edirdilər.Tez bir zamanda Keşfiyat bölümü brigada komandirin yaninda hörmete galxdi.Kom brig daim bizim bölümmüzü öz emri altinda saxlair ve her hansi ciddi emeliyatlari Hicrana tapşirirdi.Vahid cox savadli keşfiyatci idi.bütün aparilan emeliyatlarin topagrafiyasini tertib edib düzgün raport verirdi.Keşfiyatimizi ,Girmizi Bazar,Veyselli,Cemilli,Cartaz,,Divanallilar etrafinda apardik.Tuğ istigametinda Asifin yerli Alayi,Martuni istigametində isə Mobilin yerli batalyonu keşfiyat aparirdilar.Hücüm kompaniyasina bir ay galmiş Bizim keşfiyat aparacagimiz semt də Vahid Osmanovun mühafizesini temin edən diversant bölümü kececeyimiz ciğiri minaladi.(Alay Komandiri bizim hökmümüzü artig vermişdi)Hicran Ve Vahid haman minaya düşüb şehid oldular.Komandirimiz Bəşir oldu.
Bizim bölmeni artig keşfiyata göndermirdilər.Lakin Beşirin kombrig ilə əlagesi Bölmemizi yenidən əməliyatlara celb etmekdə kömek etdi.Girmizi Bazar,Veyselli,Cartaz yaşayiş mentegelerin düşmendən temizləmək plani artig hazir idi.
Girmizi Bazar istigametində hücüma kecen hisselerimizin tehlükesizliyini temin etmeyi Beşir öz bölümünün öhdesine götürdü.Cemillide ki Sari-Bulag üstündə olan ermeni postunu (bu post Gacardan Girmizi Bazara geden yolu daim hedef altinda saxlayir)zereleşdirmek bizim bölmenin üzerinə düşdü.Bir nece gün haman postun etrafinda nezaret dozorlari saxladik.Postun bütün imkanlarindan xeberimiz var idi.onu nece almag ve Girmizi Bazara hücümun tehlükesizliyini temin etmek plani guruldu ve kombrig terefindən tesdikləndi.Lakin Vahid Osmanovun hec lazim olmayan bir şeraitde bizi yenidən Sari Bulag postuna keşfiyata göndermesi cox baha başa geldi bizə.Haman emeliyati Vahid Osmanov şexsen hazirladi.Keşfiyat bölesinə destek ücün öz mühafize grupunu Gacarin postunada yerleşdirdi.Bizim zadacamiz postdan dil getirmek idi.Beşir postun bir nece addimliginda oldugu anda Bizim diversant grupumuzun snayperi Beşirin gicgahindan gülleni vurdu.Diversant grupumuzu biz gördük.Cox derzski posta yaxinlaşib Beşirin cesedini götürdük.Ve geri gayitdik.Hec kes bizi Gacar postunda gözləmirdi.Geri gayidar iken Ermeni bizi tegib etsede garanligda bizi tapa bilmedilər.cox six cengellik ilə yeridik.Hetda postu kecendə Bizim postumuz bele xeber tutmadi.gedib onlari yuxudan oytadik ve tibb negliyatini cağirdik.
Kombat Osmanovun geregahinda diersantlarin etdiyi emelden kombat Osmanova paport etdik.Diversant(hansi ki Beşiri vurmuşdu)menim ittihamimin gabağinda dura bilmedi.boynuna aldi.Lakin hec kimse onu hebs etmedi.Sabahi gün Osmanov yeniden keşfiyat bölmesini geregaha cağirdi.orda birigadanin eks keşfiyatinin zabiti var idi.Mene dedi .sen keşfiyat ölmesine müveggeti komandanlig edəcəksən.Lakin neden sə iki nefer keşfiyatcimiz (Veli,Ve Mixaylo(adi yadimda deyil)güsür görmeyin dostlar.kontuziya yaddaşimi zedeleyib yalniz cox gergin anlari xatirlaya bilirəm.)Veli və Mixaylo buna etiraz etdilər.Ve komandirimiz Mixaylo oldu.Bəşirin ölümü hagda da susdu ve araşdirma aparmadi.

men 3 günlük Bakiya eyzamiyet istedim.Mnei buraxdilar.27 gayidanda bir dehşetli sehne gördüm.Alay hücüma hazirlig evezinə ley peydə idi.Tut aragi əsger NAHAR termoslarinda 20 30 litr her yerdə dolu idi.Bütün alay serxoş.Her teref murdarlanmiş veziyetdə.Mixaoylo dedi...biz sen hec gözlemirdik Milyoner balasi.ne isə.mene garşi olan menfi münasibet(daim gurani kerimi terk dilində oxuyurdum bir nece defe xeberdarlig etdilər ki yiğişdirim Kitabi ve gizlədim.)meni hec də maraglandirmirdi.
ne isə 28 kecen gece hec bir plan olmadan Bizi Sari bulag istigametine yox-Duvannalilar istigametində qz be üz olan Kilseni almag emri ilə gacardan cixdik.Sbüh cağina kimi hec bir ehemiyeti olmayan ir mövge tutduk.sübh caği TOP hazirligi olmali idi Lakin TOP hazirligi saat 10 başladi.Axşamdan icilən tut aragi ve günortaya yaxin cehennem istisi artig alayin döyüş gabiliyetini sifira endirdi.Veyselli de bir PK ilə bütün canli güvvenin garşisini ermini cox asanlig ilə aldi.Bölme polis (ucastkovi)Metleb Şehid oldu)Sari Bulag diversantlar terefindən ALİNMADİ. Beş TANK sürətli MARŞ BROSOK ilə girmizi bazara hücüm etdi.Piyadalar isə poxmeldən hec bir addimda atmadilar.Sari Bulag dan atilan PTUR ilə TANKİMİZİ vura bimedilər.Lakin TANKLARİMİZİN serrast yaylim ateşi (SXODU)POSTU alt üst etdi.Tanklar Girmizi Bzara girdilər.Saat 12 də bölme komandirimiz yoxa cixdi.Onu Kilsenin icində tapdik.Savaş başlayanda komandirimiz Mixaylo yenede yoxa cixdi.Haman döyüşdə iki nefer rusuyali(Rehm Gaziyev terefindən bizim alaya gönderilmişdilər.Eduard ve bir başgasi.her ikisi granatamet ilə yaxşi savaşdilar .PK ni vurdular.kicik mesafe gacarag ermeni sengerinə yaxinlaşirdik.Lakin ermenilərin yardimina artig BTR geldi ve KPVT işlədi.Rizvan YARALANDİ.geri cekilmek zorunda galdik.5 nefer ilə ermeninin sol cinahina cekildik.galanlari isə kilseye geri cekildilər.
ne isə Divanallilar postuna gayitdik.Racya hec kimdə işləmirdi.hec bir rabite alay bölmelərinin arasinda yox idi.Duvannalilarda BABEK var idi.Lakin hec ne etmirdilər..Veyselli hendürlüyündə isə ERMENİ PULEMYOTCUSU tam alayi yere sixmişdi..Minyamyet lar işləsə id cox telefat erecekdi .Ne geri cekilə bilirdilər ne de ireli gede bilirdilər.Ovcuyev artig yaralanmişdi.723 batalyonda yegane merd bir zabit idi Ovciyev,Yalvar yaxardan sonra BABEK gurğusundan pulemyot(PK)GNEZDOSUNA ateş acdi divanali postu.bir az kecmedi ki PK susdu.Alay geri gayidirdi ki 4 VERTALYOT yardima geldi.Lakin cox uzagdan atdiği nurs lar hedefi vurmadi.batalyon artig tehlükesiz yere kecdi.haman zaman (iş işdən kecmişdi)GRAD lar işləməyə başladi. Bütün batalyonu susuzlugdan tagetsiz idi.(icilmiş aragin tesiri)poxmel.hec kim hec ne anlaya bilmirdi.tam bardak.
TUĞ istigametində Gusar batalyonu VATERLOO düzündə Napalion Gvardiyasi kimi hücüma gecdi.gup guru sünbüllük ilə.Ermeni sünbüllüyü yandirdi batalyon ilə birlikdə.Gusar batalyonu mehv oldu.Yerli alaylar isə yük maşinlari ilə bütün trassani tutmuşdular.Girmizi Bazarin işxalini gözləyirdilər.ki garet etsinlər.AXŞAMA YAXİN hec bir destek olmadiği ücün TANK larimiz GİRMİZİ BAZARDAN geri gayitdilar.
dostlar xaiş edirəm mendə güsur görmeyesiz.Yazi pozu barede cox zeifəm.tam infarmasya ni isə sual cavab ilə də etrafli araşdirmag olar...

mamed813
Новобранец
Сообщения: 4
Зарегистрирован: 07 мар 2014, 02:39

Поблагодарили: 3 раза

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#4 Сообщение mamed813 » 07 мар 2014, 02:46

721 SAYLI HERBI HISSENIN KOMANDIRI PESHAKAR VE SECILEN ZABITIMIZ AYBAR VELIYEV OLUB,MENCE ONUN ADINI YAZMAMAQ ONU UNUTMAQ DUZGUN DEYIL,CUNKI AYBAR VELIYEV PESHEKAR ZABIT IDI MEHS ONUN REHBERLIK ETDIYI TABOR NIZAM INTIZAMI ILE SECILIRDI,MENDE OLAN MELUMATA GORE OZUNUN LEQEBI (RIJI)TABORUNUN LEQEBI ISE KASKALILAR IDI

mamed813
Новобранец
Сообщения: 4
Зарегистрирован: 07 мар 2014, 02:39

Поблагодарили: 3 раза

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#5 Сообщение mamed813 » 07 мар 2014, 02:53

AYBAR VELIYEVIN TABORU ASHAQI VEYSELLI KENDINDE IDI,VE MENDE OLAN MELUMATA GORE MEHS ONUN BATALYONU 5 GUN MUHASIREDE QALDI AMMA OZ MOVQEYINEN 1 ADIMDA OLSA GERI CEKILMEDI.BATALYONUN QEYRETLI OGULLARI VE KOMANDIR MAYOR VELIYEV DUSHEMENE LAIQLI CAVAB VERE BILIRDI,AMMA 723 SAYLI TABOR ANCAQ UGURSUZLUQLAR ILE QARSHILASHIRDI

mamed813
Новобранец
Сообщения: 4
Зарегистрирован: 07 мар 2014, 02:39

Поблагодарили: 3 раза

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#6 Сообщение mamed813 » 07 мар 2014, 02:59

Nazim Bayram писал(а):1991- ci ilin sonu, 1992-ci ilin əvvəllərində Xocavənd rayonunun Tuğ, Salakətin və Axullu kəndləri işğal olunduqdan sonra Füzuli rayonunda erməni silahlı birləşmələrinə qarşı 3 özünümüdafiə batalyonu təşkil olunmuşdu ki, bunlar 814, 839 və 848 saylı batalyonlar idi. 1992- ci ilin mart ayında həmin batalyonlardan ibarət 860 saylı hərbi hissə - polk təşkil olundu 1992-ci ilin aprel ayında isə Bakı şəhərində 702 saylı briqada yaradıldı və briqada tərkibində 720, 721, 723 saylı batalyonlar olmaqla Füzuli bölgəsinə gətirildi. Yerli batalyonlardan təşkil olunmuş 860 saylı polkla birlikdə 831 saylı Xocavənd və 849 saylı Beyləqan batalyonları da 702 saylı briqadanın tərkibinə verildi. Briqada komandiri İsa Qasımov idi.
Briqadanın müdafiə xətti böyük bir ərazini əhatə edirdi. Piralbulaq yüksəkliyindən Muğanlı, Əmirallar kəndləri və Qaraçuğ dağı 831 saylı Xocavənd özünümüdafiə batalyonunun (komandir Əbdürəhman Əsgərov), Qaraçuğ dağının sol istiqaməti 849 saylı Beyləqan özünümüdafiə batalyonunun( komandir Elçin Cəfərov), Aşağı Veysəlli kəndindən “Uryandağ” yüksəkliyinə kimi olan ərazi 814 saylı Füzuli özünümüdafiə batalyonunun (komandir Mobil Yusifov) müdafiə etdiyi zonaya aid idi. Akif Məmmədovun komandir olduğu 720 saylı, Vahid Osmanovun komandir olduğu 723 saylı və komandir Aybar Vəliyev 721 batalyonlar Divanallar- yuxarı Yağlıvənd – Qacar kəndləri və strateji əhəmiyyətli “Xəzəz” yüksəkliyində müdafiə mövqeləri tuturdular. 839 saylı Tuğ özünümüdafiə batalyonunun (komandir Rasim İbrahimov) müdafiə zonasına “Şahrüvənyal” yüksəkliyindən başlayaraq Axullu- Çimən və Cuvarlı kəndləri daxil idi. Cuvarlı kəndindən Qaradağlı kəndinə qədər olan ərazi isə Zahir Həsənovun komandir olduğu 848 saylı Axullu özünümüdafiə batalyonunun müdafiə zonasına daxil idi və qeyd olunan cəbhə xətti bütövlükdə Xocavənd rayonu ilə həmsərhəd ərazini əhatə edirdi.
1992-ci ilin iyun ayında Müdafiə nazirliyinin Baş Qərargah rəisi Valeh Bərşadlı tərəfindən Əməliyyat İdarəsinə cəbhənin cənub istiqamətindəki vəziyyəti öyrənmək və hücum üçün əsas zərbənin hansı istiqamətdən vurmaq lazım olduğunu müəyyənləşdirmək haqqında tapşırıq verilir. Hazırlanan əməliyyat planına görə əsas qüvvələr Füzuli rayonunun Qacar kəndinin 8 kilometrliyində yerləşən “Qırmızı Bazar” qəsəbəsi istiqamətində hərəkət edərək bu yaşayış məntəqəsini erməni qüvvələrindən azad etməli idilər. Əsas məqsəd isə bu qəsəbədən keçən strateji əhəmiyyətli şimal – cənub magistral yolunu nəzarətə götürməkdən ibarət idi. Bu yol 1988-90-cı illərdə ermənilər tərəfindən dağlıq, meşəlik ərazidən çəkilmişdi və keçmiş Hadrut rayon mərkəzi də daxil olmaqla demək olar ki, rayonun bütün yaşayış məntəqələrini Xankəndi ilə birləşdirən yeganə yol olması ilə seperatçılar üçün olduqca həyatı əhəmiyyətli idi. Belə ki, həmin yol çəkilməmişdən əvvəl Hadrut qəsəbəsinə eləcə də bu ərazidəki digər yaşayış məntəqələrinə gedən yol yalnız Füzuli şəhərindən keçirdi .
Həmin vaxt ikinci bir hücum variantı da irəli sürülürdü. Belə ki, briqada komandiri ilə birlikdə Müdafiə Nazirliyinə çağrılan 23-cü divizyanın zabiti hücum əməliyyatının bütövlükdə Çartaz kəndi və keçmiş Martuni, indiki Xocavənd şəhəri istiqamətində aparılmasının daha məqsədəuyğun olduğunu bildirsələr də Baş Qərargah birinci qərarı qüvvədə saxlamışdı.

Kifayət qədər kəşfiyyat- müşahidə işləri aparılmadan, düşmənin real gücünü müəyən etmədən, döyüşən qüvvələri arasında lazımı səviyyədə rabitə əlaqəsi olmadan qısa müddətə hazırlanan və keçirilən əməliyyatın çox riskli bir addım olduğunu batalyon komandirləri də bildirirdilər.

Qırmızı Bazar əməliyyatında iştirak edən qüvvələr:
848 saylı batalyon – komandir Zahir Həsənov- istiqamət Xırmancıq, Məlikcan kəndləri
839 saylı batalyon – komandir Rasim İbrahimov – istiqamət 1991-ci ildə
işğal olunmuş Tuğ kəndi. Əsas məqsəd - Qırmızı Bazar- Hadrut yolunu bağlamaq.
720 saylı batalyon – komandir Akif Məmmədov istiqamət Qırmızı Bazar
qəsəbəsi
721 saylı batalyon – komandir Aybar Vəliyev istiqamət Qırmızı Bazar qəsəbəsi
723 saylı batalyon – komandir Vahid Osmanov istiqamət Qırmızı Bazar
qəsəbəsi
814 saylı batalyon – komandir Mobil Yusifov istiqamət Çartaz kəndi

Əməliyyatdan bir gün əvvəl Füzuli bölgəsinə gətirilmiş batalyonlardan-
772 və nömrəsi məlum olmayan digər bir batalyon Masqalaşen və Sos kəndləri istiqamətində döyüş əməliyyatını həyata keçirirdilər. (Aparılan təhlillərdən məlum olur ki, ən çox itki verən də məhz həmin batalyonlar olmuş, isti hava şəraitində odlanmış taxıl zəmilərində yanan və həlak olan əsgərlər də həmin hərbi hissənin döyüşçüləri olmuşdular)
771 saylı batalyon - komandir Əzizağa Qənizadə
776 saylı batalyon – komandir Eldar Ağayev. Hər iki batalyon reyd dəstəsi olaraq döyüşən hissələrə əlavə dəstək verməli idilər.
Tank batalyonu- komandir Ramiz Məmmədov – istiqamət Masqalaşen, Sos kəndləri. Tankların sayı 29
Döyüşə atəş dəstəyi -702 saylı briqadanın artileriya dvizyonu- komandir Nizami Mirzəmmədov (Drakon)
Döyüşü idarəetmə məntəqəsi -“Uryandağ” yüksəkliyi.

Həmin ərəfədə Füzuli briqadasının tərkibində ümumilikdə 6 tank var idi. 28 iyun əməliyyatından bir gün əvvəl isə, yəni 27-si iyun tarixdə briqadaya 29 tank verilmişdi ki, bunlar da rus ordusundan say hesabı qəbul edilərək heç bir sınaq keçirilmədən bir başa döyüş mövqeyinə çıxarılmışdılar.

Ümumi sayı 35 olan bu Т72 tankları Gəncədə yerləşən keçmiş sovet ordusuna məxsus 23-cü dvizyadan alınaraq iyun ayının 26-da Ağcabədi rayonuna gətirilmişdi. Ağcabədi rayonundan döyüş bölgəsinə yola çıxan və bir gün sonra çox mühüm döyüş əməliyyatında iştirakı nəzərdə tutulan 35 tankdan 6-sı texniki nasazlıq səbəbindən mənzil başına gəlib çatmamışdı. (zirehli texnikaların qəbulu zamanı onların texniki vəziyyətləri öyrənilərkən ekipaj üçün nəzərdə tutulmuş “şlemofonlar”ın, daxili və xarici əlaqə üçün “tangetka”ların olmaması və ya işləməmələri, mərmi konveyrlərində qum, çınqıl və kərpic qırıntı qalıqlarının olması, tankların lülələri “stopora” (kildə) düşərkən onu açmaq üçün açarın cəmi bir tankda olması, bir tankda isə yaddaş qurğusundakı kabellərdən birinə iynənin sancılması müəyyən edilsə də bütün bunlar ciddiyə alınmamışdır) 27 iyun tarixdə Qərvənd kəndi yaxınlığında qərarlaşan batalyonun 29 ədəd tankından növbəti gün keçirilən hücum əməliyyatı zamanı cəmi 11 tank döyüş xəttini keçə bildi ki, onlardan da yalnız 2- si normal atəş hazırlığına malik idi. Əməliyyatın uğursuz alınmasının ən böyük səbəblərindən biri də məhs bu tankların döyüş üçün yararsız olmaları idi.
Tank batalyonunda tək ixtisaslı mütəxəsis və hərbçi olan batalyon komandir Ramiz Məmmədov idi. Digər ekipaj üzvləri isə əsasən Politexnik institutun tələbələrindən təşkil olunmuşdular ki, onların da texnikanı idarə etmək üçün kifayət qədər təcürbələri yox idi
Briqadaya məxsus digər 6 tankdan 4 isə hücumu davam etdirərək Qırmızı Bazar qəsəbəsinə qədər gedib çıxa bilmələrinə baxmayaraq, əlavə qüvvəllərin gəlməməsi səbəbindən geriyə qayıtmaq məcburiyyəti qarşısında qalmışdılar.

Hücum zamanı nisbətən irəliləyə bilmiş 839 saylı batalyon “Dırbanabənd” deyilən ərazidə, Quruçayın üzərindən keçən körpüyə qədər yaxınlaşmışdı. Deyilən ərazidə açıq bir sahədə mövqe tutmuş tabor bir anın içərisində bütün istiqamətlərdən - sağ tərəfdən Zoğalbulaq kəndi, 1991-ci ildə işğal olunmuş Salakətin kəndi və Azıx kəndləri ərazisindəki yüksəkliklərdən, sol tərəfdən isə ermənilərin işğal etdikləri Fizuli rayonunun Üçbulaq kəndi və ermənilər yaşayan Çıraqüz kəndləri ərazisindəki yüksəkliklərdən güclü top və pulemyot atəşi altına düşür. 839-saylı batalyonun komandiri mayor Rasim İbrahimov ağır yaralanır və şəhid olur. Həmin döyüşdə göstərdiyi şücayətə görə batalyon komandiri Rasim İbrahimova Milli Qəhrəman fəxri adı verildi. (ölümündən sonra)
Çartaz istiqamətində hərəkət etməli və Martuni (Xocavənd) – Fizuli magistral yolunu nəzarətə götürməli olan 814 saylı batalyonun qarşıya qoyulan tapşırığı yerinə yetirə bilməməsi və itkilər verərək geri çəkilməsi də əməliyyatın gedişindəki ümumi uğursuzluğun bir hissəsi idi.
Xırmancıq, Məlikcan kəndləri istiqamətində hücuma keçən 848 saylı batalyonun sürətli hərəkətlə atəş xəttinə qədər irəlliləməsi və düşmən mövqelərinə həmlələr etmək cəhdləri də bu əməliyyatın gedişinə əhəmiyətli təsir edə bilməzdi. Əməliyyat uğursuzluqla bitmişdir.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#7 Сообщение Nazim Bayram » 08 мар 2014, 14:07

mamed813 писал(а):721 SAYLI HERBI HISSENIN KOMANDIRI PESHAKAR VE SECILEN ZABITIMIZ AYBAR VELIYEV OLUB,MENCE ONUN ADINI YAZMAMAQ ONU UNUTMAQ DUZGUN DEYIL,CUNKI AYBAR VELIYEV PESHEKAR ZABIT IDI MEHS ONUN REHBERLIK ETDIYI TABOR NIZAM INTIZAMI ILE SECILIRDI,MENDE OLAN MELUMATA GORE OZUNUN LEQEBI (RIJI)TABORUNUN LEQEBI ISE KASKALILAR IDI
Salam Mamed813. Əlavəniz üçün sizə təşəkkür edirəm. Biz də bu əməliyyat haqqında yazıda qeyd etmişdik ki, "...və komandirinin kim olduğu tam dəqiqləşdirilməmiş 721 batalyonlar...".
Unutmamışdıq, sadəcə məlumat əldə edə bilməmişdik. Mümkündüsə, bildiklərinizlə bölüşün, onları da məqaləyə əlavə edək.
Bir daha təşəkkür edirəm.

mamed813
Новобранец
Сообщения: 4
Зарегистрирован: 07 мар 2014, 02:39

Поблагодарили: 3 раза

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#8 Сообщение mamed813 » 04 июн 2014, 22:35

Nazim Bayram писал(а):
mamed813 писал(а):721 SAYLI HERBI HISSENIN KOMANDIRI PESHAKAR VE SECILEN ZABITIMIZ AYBAR VELIYEV OLUB,MENCE ONUN ADINI YAZMAMAQ ONU UNUTMAQ DUZGUN DEYIL,CUNKI AYBAR VELIYEV PESHEKAR ZABIT IDI MEHS ONUN REHBERLIK ETDIYI TABOR NIZAM INTIZAMI ILE SECILIRDI,MENDE OLAN MELUMATA GORE OZUNUN LEQEBI (RIJI)TABORUNUN LEQEBI ISE KASKALILAR IDI
Salam Mamed813. Əlavəniz üçün sizə təşəkkür edirəm. Biz də bu əməliyyat haqqında yazıda qeyd etmişdik ki, "...və komandirinin kim olduğu tam dəqiqləşdirilməmiş 721 batalyonlar...".
Unutmamışdıq, sadəcə məlumat əldə edə bilməmişdik. Mümkündüsə, bildiklərinizlə bölüşün, onları da məqaləyə əlavə edək.
Bir daha təşəkkür edirəm.
Salam. men elede deqiq melumat vere bilmirem,sadece onu deye bilerem ki eshidiylerimden,onun Batalyonu yeni 721 sayli batalyon Fuzuli rayonu Ashsgi veyselli kendinde idi.Mence bunu orda vurushanlar daha deqiq deye bilerler.mende size teshekur edirem

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#9 Сообщение smersh70 » 09 дек 2014, 21:10

Nazim Bayram писал(а):iz də bu əməliyyat haqqında yazıda qeyd etmişdik ki,
məndə olan məlumata görə, bu əməliyyatda 25-30 itirdik...özü də hamısını elə-belə dağ yolunda ermənilərə verdik...kolon şəklində..vurublar birincini, o birisinlərdən bizimkilər qoyub qacıb...ona görə də hucum alınmadı..amma orda olan QSMşik-zabit mənə əksini deyirdi...
Nazim müəllimim bu haqda fikirlərini hardasa oxumuşam, amma o məğlubiyyəti tam acıqlamadı...eləcə deyir ki, qüvvə az idi,tanklar işləmirdi və sairə....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 146164
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 10661 раз
Поблагодарили: 15908 раз

Re: 28 iyun 1992 il “Qırmızı Bazar” əməliyatı.

#10 Сообщение smersh70 » 12 дек 2014, 03:11

smersh70 писал(а):bu əməliyyatda 25-30 nfyr itirdik.
nəfər yox, tank....

Ответить

Вернуться в «Yaxın Tariximiz»