92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlaması.

Cox da uzaq olmayan hadisələr
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlaması.

#1 Сообщение Nazim Bayram » 19 окт 2013, 20:01

1992-ci il Yay hücum kampaniyası iki iri birbirinə bağlı hücum əməliyyatından ibarət olub.

Ermənilər Şuşa və Laçının işğalı ilə 92-ci ilin mayın sonlarında Ermənistanla quru dəhliz açmağa nail olandan sonra, güclərini Ağcakənd(Şaumyan) istiqamətində toplamağa başladılar. Bu məlumatı ilk əldə etmiş Göranboy MTNin şəbəsi olmuşdu.

Ancaq Şuşa və Laçının işğalı şəraitindən fərqli olaraq, Qarabağda bizim tərəfdən "Hərbi Birlik" şəklində vahidkomandanlıq yaradılmış və artıq 10 may 92-ci ildə uğurlu geniş dəstək hücumu da keçirilmişdir. Bu, qoşunların birgə hərəkət təcrübəsi Şuşa və Laçının itki acısına baxmayaraq, ordumuzda özünəgüvən və birliyin gücünü göstərdi.
Haşiyə. Tez-tez soruşurlar ki, Laçının işğalı zamanı Ç. Mustafayevin çəkdiyi, məlum söyüşlərlə müşaət olan, kadrlar .... Cavab verirəm ki, birincisi, Çingiz sağ olsa idi, o, bu kadrlarlı göstərməzdi. Mən onu tanıyırdım. Onu bu gün edənlər, sanki ildə bir neçə dəfə o kadrları göstərməklə, millətə qəsdən o söyüşləri yedizdirirlər, millətə o pis sözləri təlqin edirlər.
Ancaq əsas sözüm odu ki, Çingiz həmin günlər Laçında deyil, Ağdamda, Tərtərdə, Xanlarda, Göranboyda çəksə idi, indi cəmiyyətimiz tamam başqa kadrlar görərdilər. Həmin günlər "Hərbi Birlik" qüvvələri Şuşaya bizimkilərin əkshücumuna dəstək məqsədilə Ağdam, Tərtər, Göranboy, Xanlar istiqamətlərdən ermənilərə zərbələr endirdilər, cəmi 12 kənd tutuldu. Çingizin kamersına tamam başqa azərbaycan döyüşçüsü düşərdi.

Bir ay sonra, Şaumyanda Xanlara hücum və Gəncə- Kəlbəcər yolunu Toğana qovşağında kəsmək üçün cəmləşdirilən erməni qüvvələrinə Ordumuz tərəfdən qabaqlayıcı zərbə endirildi.

12 iyun- 16 iyun 1992 il Əsgəran əməliyyatı.

12 iyun 1992 ildə Azərbaycan Ordusu “Hərbi Birlik” qüvvələri tərkibində Sürət Hüseynovun(“HB” sədri) ümumi rəhbərliyilə 12 iyunda Əsgəran, 13 iyunda isə Şaumyan hücum əməliyyatlarına başladılar.
Əsgəran istiqamətində hücuma bilavasitə rəhbərliyi polkovnik Elxan Orucov edirdi.
Bu istiqamətdə hücuma keçmiş qüvvəllər:
1. 708-ci briqada- komandir Elxan Orucov;
2. Ağdam özünü müdafiə alayı- komandir Azərbaycanın Milli Qəhramanı ölümündən sonra polkovnik-leytenant Şirin Mirzəyev;
3. “Qatır Məmməd” adına Ağdam özünü müafiə batalyonu- komandir Yaqub Rzayev;
4. “Eldar Bağırov” adına Ağdam özünü müdafiə batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı ölümündən sonra Allahverdi Bağırov;
5. Ağdam mühəndis-istehkam batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı ölümündən sonra Asif Məhərrəmov;
6. Ağdam polis batalyonu- komandir Faiq Baxşəliyev;
7. 123-cü alayın 1-ci batalyonu- komandir Xosrov Əhmədov;
8. 820 saylı Lənkəran batalyonu- komandir Mikail Hacıyev;
9. Daxili qoşunlar alayı- komandir polkovnik Sabir Şabanov.

Əməliyyat nəticəsində qoşunlarımız irəliyərək, bir necə mühüm yüksəkliklər və Naxçivanik, Pircamal, Aranzəmin, Xramurd, Dəhraz, Ağbulaq kəndlərini azad etdilər.
Bu döyüşlərdə batalyon komandiri Allahverdi Bağırov, SU-25 təyyarəsini idarə edən baş leytenant Vaqif Qurbanov, telejurnalist Çingiz Mustafayev və başqa, daha az tanınmış, Azərbaycanın qeyrətli oğulları Şəhid olmuşlar.

13- 16 iyun 1992-ci il Şaumyan əməliyyatı.

Şumyan hücum əməliyyatına bilavasitə rəhbərliyi Azərbaycanın Milli Qəhramanı Maşallah Abdullayev həyata keçirirdi.
Bu istiqamətdə hücuma keçmiş qüvvələr:
1. 1-ci Göranboy batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov;
2. 123-cü alayın tank batalyonu- komandir kapitan Nazim Bayramov;
3. 2-ci Göranboy batalyonu- komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkpərov;
4. Gəncə OMONu- komandir baş leytenant Tahir Süleymanov;
5. Gəncə özünü müdafiə batalyonu- komandir Mehman Ələkpərov;
6. Xanlar batalyonu- komandir Saleh İlyasov.
Üç istiqamətdən- 1. Gürzalılar; 2. Xarxaput; 3. Başkənd- keçirilmiş geniş miqyaslı hücum nəticəsində erməni silahlı qüvvələri Şaumyanda darmadağın edilmiş, Göygölün Mənəş, Ərkəc, Başqışlaq, Ballıqaya, Başkənd, Buzluq kəndləri; Ağcakəndin(Şaumyan) Rus Borisı, Erməni Borisı, Qaraçinar, Şəfəq, Xarxaput, Yuxarı Ağcakənd, Gülistan və Şaumyan(Ağcakənd) şəhəri azad edilmişdir. Ağdərənin Talış kəndi də bu hücum zamanı azad edilmişdir.
13 iyun 92-ci ildə Torpaq- Təpə yüksəkliyində Azərbaycanın Milli Qəhramanı ölümündən sonra polkovnik- leytenant Şikar Şikarov Şəhid olmuşdur.
Əsgəran- Şaumyan əməliyyatı nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün döyüş vəzifələrini müvəfəqiyyətlə yerinə yetirmiş, mühüm əhəmiyyətli dağ silsilələrini ələ keçirmiş və Ağdərə hücum əməliyyatını həyata keçirməyə zəruri şərait yaratmışdır.
Yazıya komentlərində bu döyüşlər haqqında xatirələrilə bölüşən veteranlarımıza bəri başdan təşəkkürümü bildirirəm.
Döyüşlərdə qeyd etdiyim silahlı bölmələrimizin əməliyyat tabeçiliyində döyüşmüş daha kiçik silahlı dəstələr haqqında məlumatla bölüşən veteranlarımıza da minnətdar olardım.

16 iyun 1992-ci ildə, Əsgəran- Şaumyan əməliyyatının davamında Ağdərə hücum əməliyyatı başladıldı.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#2 Сообщение Nazim Bayram » 19 окт 2013, 20:15

16 iyun- 9 iyul 1992-ci il Ağdərə əməliyyatı.

1992-ci il Azərbaycan Ordusunun keçirdiyi hücum əməliyyatlarının strateji hədəfi - Qarabağ Hərbi Əməliyyatlar Səhnəsində mühüm hərbi əhəmiyyəti olan Qarabağ dağ silsiləsinin 1992-ci ilin noyabrına qədər tutulması idi. Bu, keçmiş DQMV-nin əhalisinin ən çox və sıx yaşadığı Ağdərə, Əsgəran, Xocalı, Xankəndi rayonları üzərində bizim hərbi nəzarətimizi təmin edir, Ermənistanın işğalçı məqsədlərinə çatmasını istisna edir və bununla da, Qarabağ sülh prosesinin Azərbaycan üçün əlverişli hərbi şəraitdə keçirilməsini və nəticələrinin tamamilə Azərbaycanın dövlət maraqlarına uyğun həllini təmin edirdi.

“Hərbi Birlik” rəhbərliyinin düzgün hazırladığı və Azərbaycan əsgərinin şücaətlə həyata keçirdiyi 12-16 iyun 1992-ci il uğurlu Şaumyan və Əsgəran əməliyyatları, 1991-ci ilin noyabrından sonra, ilk dəfə hücum təşəbbüsünün Azərbaycan Ordusuna keçməsini və Qarabağın şimalını - Ağdərə (Mardakert- ərazisinə görə, Xankəndidən sonra, DQMV-də 2-ci olan) rayonunu azad etmək və komandanlığın strateji planını həyata keçirilməsini davam etmək üçün əlverişli şərait yaratmışdı.

Ağdərə rayonun azad edilməsinin hərbi məqsədləri:
1.Qarabağ dağ silsiləsinin qərb-mərkəz hissəsini tutmaq;
2.Strateji əhəmiyyəti olan əsas Tərtər-Ağdərə-Kəlbəcər yolunu açmaq;
3.Strateji əhəmiyyəti olan Ulubab dağını tutmaq üçün şərait yaratmaq;
4.Kəlbəcərin Laçınla həmsərhəd kəndlərini və Laçını azad etmək;
5.Laçın dəhlizini nəzarətimizə keçirərək, keçmiş DQMV-nin Ermənistanla əlaqəsini kəsmək üçün imkanlar yaratmaq idi.

16 iyun 1992-ci ildə Ağdərə əməliyyatı Tərtərdən 3(üç), Ağdamdan 2(iki) və Kəlbəcər istiqamətlərindən düşmənə döyüş aviasiyası, uzaqvuran və reaktiv artilleriya, sarsıdıcı zərbələr endirilməsi və hücumlarla başlandı. Əməliyyat planını Surət Hüseynov, Nəcməddin Sadıxov, Şikar Şikarov hazırlamışdılar. Əməliyyatın bəzi elementlərinin hazırlanmasında alayların və iri özünümüdafiə dəstələrinin komandirləri və təyyarəçi Vaqif Qurbanov iştirak etmişdilər. Əməliyyata ümumi rəhbərliyi “Hərbi Birliyin” rəhbəri Surət Hüseynov, bilavasitə rəhbərliyi - Tərtər (əsas) istiqamətində 703-cü briqada komandiri Nəcməddin Sadıqov, Ağdam istiqamətində 708-ci briqada komandiri Elxan Orucov, Kəlbəcər istiqamətində 701-ci briqada komandiri Zaur Rzayev həyata keçirmişdilər.

Ağdərə əməliyyatında iştirak etmiş Silahlı Qüvvələrin hissə və bölmələri: Tərtər-Ağdərə (əsas) istiqamətdə: - 703 saylı briqada - komandir Nəcməddin Sadıqov; - “Milli Qurtuluş” batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev; - 123 saylı zərbə-həmlə alayı - komandir mayor Mehman Şirinov;
- 778 saylı xüsusi təyyinatlı batalyon - komandir Viktor Mudrak; - 235 saylı batalyon - komandir Rəsul Süleymanov; - 224 saylı batalyon - komandir Camal Əliyev; - OMON - komandir Rövşən Cavadov; - Bərdə özünümüdafiə batalyonu - komandir Elçin Əliyev; - “Azadlıq” Bərdə özünümüdafiə batalyonu - komandir Ələmşah Məmmədov; - Mingəçevir-1(MB-1) batalyonu - komandir Alı Yahyayev; - Mingəçevir-2(MB-2) batalyonu - komandir Şaiq Mustafayev; - Göranboy-1 batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov; - Göranboy-2 batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov; - Xanlar özünü müdafiə batalyonu - komandir Saleh Ilyasov.

Ağdam-Ağdərə istiqamətində: - 708 saylı briqada - komandir Elxan Orucov; - 836 saylı Ağdam özünümüdafiə alayı - komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Şirin Mirzəyev; - Daxili Qoşunlar alayı - komandir Sabir Şabanov; - “Qatır Məmməd” adına Ağdam özünümüdafiə batalyonu - komandir Yaqub Rzayev; - Ağdam polis batalyonu - komandir Faiq Baxşəliyev; - 820 saylı Lənkaran alayı - komandir Mikail Hacıyev;
Kəlbəcər-Ağdərə istiqamətində: - 701 saylı briqada - komandir Zaur Rzayev.

Ağdərə əməliyyatı zamanı, 29 iyun 1992-ci ildə Həsənqaya yaxınlığında 123-cü alayın 4-cü(Gəncə) batalyonun(komandir- Şəhid Mehaman Ələkbərov), batalyonun kəşfiyyat tağımı, komandir Vaqif Həmidov(Daşkəsənli Vaqif) və Tərtər batalyonu döyüşdə Xocalı, Ağdaban, Qaradağlı qətliamlarını törətmiş ermənilərin elit hərbi bölməsi sayılan 124 nəfərlik “Arabo” dəstəsini mühasirəyə alaraq, 5 saat ərzində tamamilə məhv etmişdi. Qüvvələrin təxmini say bərabərliyi, xəndəkdə mövqe tutmuş, düşmən elit dəstəsinin tamamilə məhv edilməsi ilə bizim itkilərin yalnız 11 nəfər yaralı(onlardan biri ağır) olması Mehman Ələkbərovun hazırladığı döyüş planının və Gəncə və Tərtər batalyonların döyüşçülərinin planının dəqiq icrası əsgərlər və komandirlərimizin döyüş qabiliyyətinin və hazırlığının düşməndən qat-qat yüksək olduğunu göstərir.
Azərbaycan əsgərinin yüksək döyüş peşəkarlığını göstərən bir çox faktlardan biri də 235 saylı Mingəçevir batalyonunun 1-ci bölməsinin komandiri Əbdül Əbdürəhmanovun öz 6 nəfərlik kəşfiyyat qrupu ilə Ağdərənin Maqavuz kəndi yaxınlığında düşmənin arxasına gecə reydi zamanı Ermənistan, Baş Qərargahın zabiti polkovnik Keroyanın əsir alınmasıdır. Onun sürücüsü və cangüdəni bizim döyüşçülər tərəfindən eyni zamanda və səssiz (bıçaqla) öldürülmüş, polkovnik isə avtomaşınında olan məxfi sənədlər, xəritələr və ABŞ istehsalı olan, müşahidə cihazları ilə 2 iyul 1992-ci ildə əsir götürülmüşdü.
Ağdərə (Mardakert) şəhərini erməni bölmələrilə bərabər, Bakıda 20 Yanvar qətliamını törətmiş rus kazak polku müdafiə edirdi. Ağdərə şəhərində kazak polkunun tamamilə məhv edilməsi məqsədilə Ağdərə şəhəri 2 iyulda müasirəyə alındı. Ağdərə (saat əqrəbilə) şimaldan 778, 235, 224, MB-1, MB-2; şimal-şərqdən “Milli Qurtuluş”, Gəncə və Xanlar batalyonları; şərqdən 123-cü alay, OMON, Bərdə-Elçin Əliyevin batalyonu, Bərdə “Azadlıq” batalyonu, 1-ci Göranboy batalyonun 1-ci bölməsi; cənub-şərqdən Daxili Qoşunlar alayı, “Qatır Məmməd” batalyonu, Ağdam xüsusi təyinatlı polis batalyonu və Zaqatala batalyonu; cənubdan - Ağdam 836-cı alayı, 820 saylı Lənkəran alayı, 708-ci briqadanın bölmələri; qərbdən 1-ci və 2-ci Göranboy batalyonları tərəfindən müasirəyə alınmışdı. Komandanlığın əmrinə əsasən 4 iyul 1992-ci il saat 4:50-də Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınmış Ağdərəyə ilk olaraq şimal-şərqdən - “Milli Qurtuluş” batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev; şərqdən - 123-cü alayın tank batalyonu - komandir kapitan Nazim Bayramov, 123-cü alayın 1-ci batalyonu - komandir (şəhid) Xosrov Əhmədov və OMON bölmələri - komandir (şəhid) Rövşən Cavadov daxil oldular. Təəssüf ki, rusların kazak polku Ağdərənin mühasirəyə alınmasını başa düşmüş və 3 gün öncə qaçmaqla canlarını qurtara bilmişdilər.
Ağdərə əməliyyatı zamanı, 18 iyun 1992-ci ildə Sırxavənd-Kiçan yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Aərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Ağdam 836 saylı özünü müdafiə alayın komandiri polkovnik-leytenant Şirin Mirzəyev qəhramancasına şəhid oldu.

Hər üç istiqamətdə qoşunlarımız qarşılarına qoyulmuş bütün döyüş vəzifə və tapşırıqlarını yerinə yetirdilər. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək, qaçmaqla xilas olunmağa çalışır, lakin bizim pusqulara düşərək məhv edilirdi.

9 iyul 1992-ci ildə Azərbaycan hökuməti Roma sülh danışıqlarının 4-cü raundu keçiriləcək ərəfədə xoşməramlı addım ataraq, cəbhədə bir ay müddətinə birtərəfli atəşkəs elan edənə qədər Ağdərə rayonunun, Ağdərə(Mardakert) şəhəri və 3 şəhər tipli qəsəbə daxil olmaqla, 43 yaşayış məntəqəsini tutdu. Daha 10 yaşayış məntəqəsi 92-ci ilin avqust-sentyabr ayları ərzində tutuldu.

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#3 Сообщение shahkulu » 19 окт 2013, 20:26

Salam Nazim muellim,

Hasanqaya kendi yaxinligindaki doyush barede o vaxt Terterde yashayan bir qohumum deyirdi ki hemin emeliyyatda(ARABO bandasinin mehvi) Gence batalyonundan bashqa Qurtulush,Ter-ter batalyonu ve Bakidan gelmish specnaz da ishtirak eliyib..deyir evvel bizimkiler saheni yandirdilar..sahenin boyruynen arx gedirdi..ermeni ele bildi bizimki geri cekilir geldiler hemin yere orda da bizimkiler onlari muhasireye alib bicdi ve 87 nefer ermeni oldu...Qohumumun verdiyi informasiya ne derecede heqiqete uygundur??

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#4 Сообщение shahkulu » 19 окт 2013, 20:35

Sirxavendin Şirin Mirzəyev tərəfindən alınması barədə də o vaxt müharibədə iştirak eləmiş qohumum danışır ki, Sırxavənd 3 istiqamətdən düşmən kəndləri ilə əhatə olunmuşdu..Ağdərə-Xankəndi yolu kendin etrafından keçirdi..Şirin Mirzəyev birbaşa kəndə girdi kəndin girəcəyində 15-20 nəfəri postda qoydu ki,geri çəkilmək lazım olsa onlar arxaya yolu açıq saxlasınlar..həmin adamın sözlərinə görə Şirin Mirzəyev kəndi alandan sonra həmin o yola qoyduğu 10-15 nəfər başlayıblar arağdan vurmağa..İçib sərxoş olub arxayın düşüblər hərəsi bir tərəfdə sərxoş uzanıb..Bu vaxt ermənilər xəbər tutub hücuma keçib..özləri də bizimkilər tanımasın deyə Azərbaycan marşı oxuya oxuya gərlirmişlər..həmən bu 15 nəfər də piyan olduğundan bilməyiblər.Ermənilər onlara yaxınlaşıb hamısını öldürüb..sonra da 4 istiqamətindən kəndi atəşə tutublar..orada olanlar çarpaz atəş altına düşüblər..Şirin Mirzəyev mühasirəni yarıb çıxmağa müvəffəq olub..amma ki geri qayıdanda öz ərazimizdə müəmmalı şəkildə minaya düşüb....

Nazim müəllim mənim yaxın adamımın dediyi bu əhvalat nə dərəcədə həqiqətə uyğundur??Və siz Şirin Mirzəyevin aradan götürülməsi versiyasına inanırsınız mı??

shahkulu
партизан
Сообщения: 106
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#5 Сообщение shahkulu » 19 окт 2013, 20:41

shahkulu писал(а):Salam Nazim muellim,

Hasanqaya kendi yaxinligindaki doyush barede o vaxt Terterde yashayan bir qohumum deyirdi ki hemin emeliyyatda(ARABO bandasinin mehvi) Gence batalyonundan bashqa Qurtulush,Ter-ter batalyonu ve Bakidan gelmish specnaz da ishtirak eliyib..deyir evvel bizimkiler saheni yandirdilar..sahenin boyruynen arx gedirdi..ermeni ele bildi bizimki geri cekilir geldiler hemin yere orda da bizimkiler onlari muhasireye alib bicdi ve 87 nefer ermeni oldu...Qohumumun verdiyi informasiya ne derecede heqiqete uygundur??
bir də Nazim müəllim bayaq yadımdan çıxdı soruşam...həmin o erməni meyitləri sonra necə oldu??qohumum deyir ki onun hamısın biryerdə batinkalı zaddı verdilər ekskavatora hamısın basdırdılar biryerdə Həsənqayada..çox sonra həmin yerdən xəbəri olmayan bir nəfər zabit pamidor əkdiribmiş və bunun nəticəsində qarınağrısından 17 əsgərimiz zəhərlənib ölübmüş..bunlardan da xəbəriniz varmı?

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#6 Сообщение Nazim Bayram » 20 окт 2013, 00:00

Salam Şahqulu,
Döyüş baş verdiyi ərazi ən fəal, sıx və qızğın döyüşlər gedən ərazi idi- Ağdərə hücumunun əsas istiqaməti idi. O an orada bir çox bizim silahlı bölmələr olmuşdu, ancaq "Arabonu" iki batalyonun bölmələri- Gəncə və Tərtər batalyonları məhv etmişdilər. Mən də o an Levonarxna idim(Molokan). Mən, döyüş bitən kimi orda oldum, döyüş mövqeləri təbii xəndəkdə 83 ya 87 meyit var idi. Tərtər batalyonundan Etibar adlı bir oğlan erməniyə "kontrolnu" vuran moment, erməni qranatı açdı. Etibar onu atdı, amma özüdə əyağından yaralandı. Əsgərlərin verdikləri məlumata görə, ətraftakılarla bir yerdə 124 meyit.
Onlar Qırmızıkənddən(Karmiravandan) 27-28 iyunda sıxışdırılıb, çıxarılmış ayrı-ayrı dəstələrdən yığma dəstə idilər. Ermənilər 29 səhər sübhdən Cerabertdən Həsənqayaya və Marquşevana əkshücum hazırlamışdılar. Buna görə, əkshücuma Cerabertdən bilavasitə rəhbərlik etməli olan "Arabonun" komandiri M. Yegizaryan Karmiravandan çıxmış dəstəyə geri qayıtmağı deyil, Marquşevana yaxınlıqda gizlin mövqe tutub, Cerabertdən səhər hücuma keçəsi qüvvələrin ön dəstəsi kimi, döyüş başlayan an, bizim Sağ Tərtər kanalı boyunca mövqelərə gözlənilmədən zərbə endirsinlər.
Bu dəstənin tərkibində "Arabo", "Zeytun", yerli könüllülər və iki erməni sovet kadr zabitlərin hazırladığı bir dəstə var idi. Onları adi kəşfiyyat reydi səhərə yaxın Gəncə batalyonun daşkəsənli könüllülərdən ibarət kəşfiyyat tağımı, komandiri Vaqif Həmidov(Daşkəsənli Vaqif) aşkar etmişlər. Dərhal rabitə ilə M. Ələkbərova məruzə etmiş və ermənilərin geriyə yolunu kəsməyə başlamışlar. 17 nəfər. M. Ələkbərov dərhal Tərtər batalyonu ilə əlaqə saxlayır. Tərtər batalyonu Tərtərdə və Cəmillidə olan döyüşçülərinə təbil siqnalı verir.
Ermənilər Tərtərlilər dayandığı 37-ci postun(Mardakert çöl yolu) arxasından Tərtər batalyonun mövqeləri ilə Gəncə batalyonun mövqelərin arasına keçmişdilər. Elə bu batalyonların bölmələri tərəfindən də(gəncəlilər 144 nəfər, tərtərlilər 100 nəfərə qədər) əməliyyat uğurla başlamış və başa çatdırılmışdır.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#7 Сообщение Nazim Bayram » 20 окт 2013, 00:10

shahkulu писал(а):Sirxavendin Şirin Mirzəyev tərəfindən alınması barədə də o vaxt müharibədə iştirak eləmiş qohumum danışır ki, Sırxavənd 3 istiqamətdən düşmən kəndləri ilə əhatə olunmuşdu..Ağdərə-Xankəndi yolu kendin etrafından keçirdi..Şirin Mirzəyev birbaşa kəndə girdi kəndin girəcəyində 15-20 nəfəri postda qoydu ki,geri çəkilmək lazım olsa onlar arxaya yolu açıq saxlasınlar..həmin adamın sözlərinə görə Şirin Mirzəyev kəndi alandan sonra həmin o yola qoyduğu 10-15 nəfər başlayıblar arağdan vurmağa..İçib sərxoş olub arxayın düşüblər hərəsi bir tərəfdə sərxoş uzanıb..Bu vaxt ermənilər xəbər tutub hücuma keçib..özləri də bizimkilər tanımasın deyə Azərbaycan marşı oxuya oxuya gərlirmişlər..həmən bu 15 nəfər də piyan olduğundan bilməyiblər.Ermənilər onlara yaxınlaşıb hamısını öldürüb..sonra da 4 istiqamətindən kəndi atəşə tutublar..orada olanlar çarpaz atəş altına düşüblər..Şirin Mirzəyev mühasirəni yarıb çıxmağa müvəffəq olub..amma ki geri qayıdanda öz ərazimizdə müəmmalı şəkildə minaya düşüb....

Nazim müəllim mənim yaxın adamımın dediyi bu əhvalat nə dərəcədə həqiqətə uyğundur??Və siz Şirin Mirzəyevin aradan götürülməsi versiyasına inanırsınız mı??
Bu zaman mən başqa istiqamətdə olmuşam. Sırxavənddə həmişə çətinliklərimiz olub, çətin yer idi. Rəhmətlik Şirin Mirzəyev bilirəm ki, UAZla minaya düşmüşdü.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#8 Сообщение Nazim Bayram » 20 окт 2013, 00:20

shahkulu писал(а):
shahkulu писал(а):Salam Nazim muellim,

Hasanqaya kendi yaxinligindaki doyush barede o vaxt Terterde yashayan bir qohumum deyirdi ki hemin emeliyyatda(ARABO bandasinin mehvi) Gence batalyonundan bashqa Qurtulush,Ter-ter batalyonu ve Bakidan gelmish specnaz da ishtirak eliyib..deyir evvel bizimkiler saheni yandirdilar..sahenin boyruynen arx gedirdi..ermeni ele bildi bizimki geri cekilir geldiler hemin yere orda da bizimkiler onlari muhasireye alib bicdi ve 87 nefer ermeni oldu...Qohumumun verdiyi informasiya ne derecede heqiqete uygundur??
bir də Nazim müəllim bayaq yadımdan çıxdı soruşam...həmin o erməni meyitləri sonra necə oldu??qohumum deyir ki onun hamısın biryerdə batinkalı zaddı verdilər ekskavatora hamısın basdırdılar biryerdə Həsənqayada..çox sonra həmin yerdən xəbəri olmayan bir nəfər zabit pamidor əkdiribmiş və bunun nəticəsində qarınağrısından 17 əsgərimiz zəhərlənib ölübmüş..bunlardan da xəbəriniz varmı?
Onları Ermənistan tələb etməyə başladı. Ermənistan rəhbərliyindən bunu erməni xalqı tələb edirdi. Yerevan və Xankəndidə müharibə əleyhinə mitinqlər 3 gün davam etdi. Ancaq isti yay ayı idi, biz hücumda, erməni isə qaçır- şəraitdə meyidlərin verilməsi uzun çəkərdi. Ona görə, onları olduqları xəndəkdə basdırdılar. İndi o xəndək bizim aramızdakı neytral polosadadı.
Ermənilər "Arabo" haqqında film də çəkiblər. Hətta qardaş Türkiyədə göstəriblər- rejisor Türkiyə ermənisidi. Filmdə sənədli kadrlardan geniş istifadə olunub. "Arabonun" komandiri hərbi cinayətkar Yegizaryanın 29 iyunda Cerabertdən rabitə ilə dəstəsi ilə əlaqə yaratmaq istəyir və sonda anlayır ki, dəstəsi məhv edilibdir.

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#9 Сообщение Nazim Bayram » 20 окт 2013, 00:34

92-ci ilin Ağdərə hücumunda bir dəstəni də əlavə etməliyəm- Kəlbəcər tərəfdən 701-ci briqada ilə birlikdə bir yerli kəndən özünümüdafiə dəstəsi də olmuşdu. Sonra onları buraxmışdılar, bəzilərini 701-ə daxil etmişdilər.

Shahmuradov
Новобранец
Сообщения: 17
Зарегистрирован: 20 окт 2013, 22:17

Благодарил (а): 1 раз
Поблагодарили: 4 раза

Re: 92-ci il Yay Hücum Kampaniyasının qısa xronoloji açıqlam

#10 Сообщение Shahmuradov » 14 дек 2013, 02:54

Nazim Bayram писал(а):
shahkulu писал(а):Sirxavendin Şirin Mirzəyev tərəfindən alınması barədə də o vaxt müharibədə iştirak eləmiş qohumum danışır ki, Sırxavənd 3 istiqamətdən düşmən kəndləri ilə əhatə olunmuşdu..Ağdərə-Xankəndi yolu kendin etrafından keçirdi..Şirin Mirzəyev birbaşa kəndə girdi kəndin girəcəyində 15-20 nəfəri postda qoydu ki,geri çəkilmək lazım olsa onlar arxaya yolu açıq saxlasınlar..həmin adamın sözlərinə görə Şirin Mirzəyev kəndi alandan sonra həmin o yola qoyduğu 10-15 nəfər başlayıblar arağdan vurmağa..İçib sərxoş olub arxayın düşüblər hərəsi bir tərəfdə sərxoş uzanıb..Bu vaxt ermənilər xəbər tutub hücuma keçib..özləri də bizimkilər tanımasın deyə Azərbaycan marşı oxuya oxuya gərlirmişlər..həmən bu 15 nəfər də piyan olduğundan bilməyiblər.Ermənilər onlara yaxınlaşıb hamısını öldürüb..sonra da 4 istiqamətindən kəndi atəşə tutublar..orada olanlar çarpaz atəş altına düşüblər..Şirin Mirzəyev mühasirəni yarıb çıxmağa müvəffəq olub..amma ki geri qayıdanda öz ərazimizdə müəmmalı şəkildə minaya düşüb....

Nazim müəllim mənim yaxın adamımın dediyi bu əhvalat nə dərəcədə həqiqətə uyğundur??Və siz Şirin Mirzəyevin aradan götürülməsi versiyasına inanırsınız mı??
Bu zaman mən başqa istiqamətdə olmuşam. Sırxavənddə həmişə çətinliklərimiz olub, çətin yer idi. Rəhmətlik Şirin Mirzəyev bilirəm ki, UAZla minaya düşmüşdü.

Ответить

Вернуться в «Yaxın Tariximiz»