28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#1 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:47

92-ci ilin avqustun 26-da qərargah rəisi olduğum 123-cü alaya Sərsəngin cənub sahili ilə keçən əsas Tərtər- Kəlbəcər yolunu sentyabrın 1-ə qədər açmaq məqsədilə yolun üstündə yerləşən yüksəklikləri və Aryutunaqomer, Verin Orataq, Koçoqot kəndlərini tutmaq və Böyük və Kiçik Paqosoqomer kəndlərinə nəzarəti ələ küçirmək əmri verilmişdi. Həmin gün fotoda gördüyünüz Ağdərə rayonun Aterk kəndinə gəldim.
Aterk Tərtər çayının sol(şimal) sahilində, Sərsəng su ambarının və Tərtər- Kəlbəcər yolunun üstündə yerləşən çox mənzərəli iri erməni kəndidi.
Aterki Kəlbəcərdən Ağdərə istiqamətində hücuma keçmiş rəhmətlik general Z. Rsayevin rəhbərlik etdiyi 701-ci briqada 1992-ci ilin iyulun 6-7-si azad etmişdi. Bu döyüşlərə bilavasitə briqadanın qərargah rəisi p/l-nt Vahid Tacibov rəhbərlik etmişdi.
O bölgədə döyüşlərdə iştirak etmiş qazilərimiz yaxşı bilirlər ki, bu kəndlərin hər birinin coğrafi şəraiti təbii qala şəklində idi. Yəni çox ağır döyüş vəzifəsini çox qısa zamanda yerinə yetirməli idik. Aryutunaqomer(Qızıl Qaya) kəndinə əvvəlki 4 uğursuz hücumun təcrübəsini təhlil edərək, fərqli, icrası riskli və yüksək peşəkarlıq və intizam tələb edən plan hazırladım. Düşmənin əsas qüvvələrinin Arqomerdə cəmləşdiyini nəzərə alaraq, onu mühasirəyə alıb, oradakı düşmən qüvvələrini tam məhv etmək qərarına gəldik(dinc əhali kənddən çoxdan çıxarılmışdı). Kəndin coğrafi vəziyyətinə görə bu, nə qədər mümkünsüz görünsə də, Arqomerin alınmasının yeganə həlli idi.
Planın elementlərindən biri bizim 17 nəfərlik kəşfiyyat- təxribat qrupumuzun(KTQ) düşmənin arxasına keçmək idi. Bunun isə yalnız bir yolu var idi. Şəkildə sağda gördüyünüz Aterkin sıldrım qayalığından bizim KTQ bu qayalardan gecə kəndirlərlə birbaşa Tərtər çayının sahilinə düşdü və çayın o yerində gurluğuna görə keçilməz sayılan Tərtəri keçdi və səhərə yaxın Arqomerin arxasında əmrdə göstərilən mövqelərini tutdu. Ermənilər bunu, əlbəttə ki, gözləmirdilər.
123-cü alayın 1-ci batalyonun bölmələri isə Vaquazdan gecədən düşmənə hiss etdirmədən iki istiqamətdə hərəkət edərək, kəndin sağ(cənub) və solundakı(şimal) uzaq yüksəkliklərində səhərə yaxın ağır dağ keçidini başa vuraraq, döyüş mövqelərini tutdular. Bu iki bölmənin hər birinə əlavə olaraq 50-60 ədəd Pk(7.62 mm) pulemyotları verilmişdi.
Bundan sonra avqustun 28-si səhər saat 6-da bir bölməmiz və 3 tankımız Vaquaz istiqamətindən frontal hücum imitasiyasına başladı. Düşmən inandı ki, biz buradan hücuma keçmişik və tədricən bütün atəş nöqtələrini, texnikasını və artilleriyasını bu bölməmizə qarşı işlətməklə biruzə verdi.
Bizim, ətraf dağlarda mövqelərdə döyüşə hazır dayanmış bölmələrimiz düşmənin bu qüvvələrini çox aydın müşahidə edir və onların koordinatlarını əməliyyatı atəş dəstəyi ilə təmin edən 701-ci briqadanın artilleriyasına verdilər. Artilleriya işləyəndən dərhal sonra bölmələrimiz düşməni dağlardan sadəcə güllələdilər. Bizə 701-ci briqadanın sərəncamında olan Fazil Hüseynəliyevin zenit qurğusu da atəş dəstəyi verirdi.
Vəziyyəti qiymətləndirən düşmən kənddən çəkilib, geridəki yüksəkliklərdə mövqe tutmağa cəhd edəndə(bunu etsəydi, bizim bölmələrimiz əlverişsiz vəziyətə düşəcəkdilər), Aterkdən gecə düşmüş KTQ-un atəşi altına düşdülər və kəndə qayıtmağa məcbur oldular. Tam mühasirədə olduğunu anlayan düşmən şiddətli müqavimət göstərdi.
Döyüş, daha doğrusu dığaların bizim tərəfimizdən güllələnməsi saat 19.35-ə qədər davam etdi, Səhərisi, avqustun 29-u kəndin "zaçistkasını" aparan 123-cü alayın komendant rotası 116 erməni silahlısı meyiti saydı. Bizim itkilərimiz 4 nəfər yaralı olmuşdu, ölən olmamışdı. Həmçinin kənddə bir çox qənimət silah, bir salamat tank, iki üstündə DŞK pulyemotu UAZ, 11 "İqla", iki stanoklu təkər üstündə DŞK və s. qənimətlər götürüldü. Kənddən yalnız bir erməni qaça bilmişdi. Onu da özümüz buraxmışdıq, o, döyüş yeni başlayanda boş samosval KAMAZla qaçdı və biz onu vurmadıq ki, KTQ-u vaxtından əvvəl yerini biruzə verməsin. Sonradan öyrəndik ki, həmin döyüşdə "DQR"-in "milli qəhramanı", "DQR" ordusunun 1-ci rotasının komandiri "Oskolka" ləqəbli Aşot Qulyan da orada məhv edilib. Biz isə avqustun 29-u Verin Orataqı, avqustun 30- u Koçoqotu tutduq, avqustun 31-i isə B. və K. Poqosaqomerlər üzərində nəzarəti ələ keçirdik.
Həmin gün OMON və "Qurtuluş" Ağdərə istiqamətindən Drmbona hücum edərək, onu tutdular və bununla sentyabırn 1-i Tərtər- Kəlbəcər əsas yolu açıldı.
Bu döyüşlərdə 123-cü alayın 1-ci batalyonun komandiri Xosrov Əhmədov Şəhid oldu. Allah cəmi Şəhidlərimizin ruhlarını şad eləsin, bizə Zəfər qismət eləsin.
Вложения
ATERK.jpg
ATERK.jpg (71.1 КБ) 12426 просмотров
ATERK.jpg
ATERK.jpg (71.1 КБ) 12426 просмотров

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#2 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:50

Qızıl Qaya(Aryutunaqomer)
Вложения
ARQOMER.jpg
ARQOMER.jpg (11.07 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#3 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:51

Tərtər çayı
Вложения
TERTER CAY.jpg
TERTER CAY.jpg (45.47 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#4 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:53

123-cü alayın 1-ci batalyonun komandiri Şəhid Xosrov Əhmədov
Вложения
10559908_558974084214985_4069258937838867194_n.jpg
10559908_558974084214985_4069258937838867194_n.jpg (32.05 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#5 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:55

123-cü alayın kəşfiyyat bölməsinin komandiri baş l-nt Bayram Bayramov(2014-cü ilin aprelin 28-i dünyasını dəyişmişdi).
Вложения
582369_324959354245401_1126699408_n.jpg
582369_324959354245401_1126699408_n.jpg (49.57 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#6 Сообщение Nazim Bayram » 24 ноя 2014, 20:59

Qazi Fazil Hüseynəliyevin zenit qurğusu və zenit bölməsinin döyüşçüləri.
Вложения
5312_589991997786704_7804528243805043528_n.jpg
5312_589991997786704_7804528243805043528_n.jpg (81.72 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#7 Сообщение Nazim Bayram » 24 ноя 2014, 21:01

701-ci briqadanın qərargah rəisi p/l-nt Vahid Tacibov
Вложения
10544418_696011390451883_6838711234156648836_n.jpg
10544418_696011390451883_6838711234156648836_n.jpg (31.68 КБ) 12424 просмотра

Nazim Bayram
ополченец
Сообщения: 96
Зарегистрирован: 03 сен 2013, 03:38

Благодарил (а): 34 раза
Поблагодарили: 76 раз

Re: 28.08.92 ildə ARYUTUNAQOMER UĞRUNDA DÖYÜŞ

#8 Сообщение Nazim Bayram » 24 ноя 2014, 21:02

701-ci briqadanın komandiri general Zadir Rzayev
Вложения
250px-General_Zaur_Rzayev.jpg
250px-General_Zaur_Rzayev.jpg (10.9 КБ) 12424 просмотра

Ответить

Вернуться в «Veteranların Xatirələri»