Qazi Fazil Hüseynəliyevin döyüş xatirələrindən.
Добавлено: 12 ноя 2013, 23:39
İYULUN 3-DƏ MƏNİM İŞTİRAK ETDİYİM İLK UĞURLU ƏMƏLİYYATDAN 21 İL ÖTÜR..
1992-ci ilin iyul ayının 3-də günduz günorta saatlarında həyəcan siqnalı verildi və 701-ci briqada Kəlbəcərin Qılışlı kəndindəki əsas yerləşmə rayonundan iki hissəyə bölünərək uzun bir marş keçdi və bir hissəsi Ağdaban-Çapar istiqamətində, digər əsas hissəsi isə Ağdərənin Aterk kəndinin üst tərəfindəki yamaclarda hücum xəttinə çatdılar və səhərin açılmasını, həmlə saatını gözləməyə başladılar.
Mənim olduğum istiqamətdən – Aterk kəndinin üst tərəfindən, demək olar ki, ermənilərin qətiyyən gözləmədiyi bir istiqamətdən iyulun 4-də sübh tezdən genişmiqyaslı hücuma keçdik. Bizdən təxminən bir saat əvvəl isə briqadanın digər hissəsi Ağdaban-Çapar tərəfdən düşmənin fikrini yayındırmağa və öz üzərlərinə çəkməyə başlamışdı.
Mən Ural-4320 markalı maşının üzərinə yerləşdirilmiş ZU-23-2 qoşalaşdırılmış zenit qurğusunun həm komandiri, həm də atıcısı olmuşam. Bizim işimiz hüğuma keçən quvvələrimizə maneçilik tərədən atəş nöqtələrini susdurmaq, bir neçə saniyəlik də olsa düşməni səngərə gizlənməyə məcbur etmək və piyadalarımızın səngərlərə yaxınlaşmasina kömək etmək idi. Piyada bölmələrlə etibarlı rabitə əlaqəsi olduqda, əvvəlcədən nəzərdə tutulmuş siqnallara uyğun işlədikdə effektli iş alınırdı. Bircə ədəd də T-72 tankımız var idi bu istiqamətdə. Biz Aterk kəndinin yuxarı tərəfində, kənddən təxminənə 5 km məsafədə olan ermənilərin yeganə müdafiə mövqelərini təxminən iki saat ərzində aldıq və kəndə dogru irəliləməməyə başladiq. Kəndin bilavasitə ətrafında da onların səngərləri olsa da orda demək olar ki, müqavimət göstərə bilmədilər. Bizim o biri istiqamətdə olan bölmələrimiz də uğurla irəliləyirdilər.
2 gün ərzində bir neçə kənd alındı, iyulun 6-da mənim də iştirak etdiyim istiqamətdən, Aterkdən əlavə Sərsəng su anbarının şimal tərəfi, Zəylik və Umudlu kəndləri də azad edildi.
O biri istiqamətdən isə bizim bölmələr Ketavan kəndindən Tərtər çayının üzərində ermənilərin körpünü partlaması ilə əlaqədər hücumu Vaquas istiqamətində inkişaf etdirə bilmədilər.
Amma Kəlbəcər-Ağdərə yolu atəş nəzarəti altına tam alındı. Kənd sayı az olsa da miqyas baxımından azad edilmiş ərazilər çox böyük idi. Həm də Aterk kəndi elə Mardakert rayon mərkəzi boyda idi deyilənən görə.
O vaxtkı komandanlıq necə bir incəliklə bu hücum planını işləmişdilərsə ermənini tamam çaşdırmışdılar. Biz Aterk kəndinə daxil olanda maraqlı bir mənzərənin şahidi olduq. Ermənilərin qazanlarda yeməkləri odun üstündə qalmışdı, işlək maşınları küçələrdə tökülmüşdü. Onların başının üstünü yaman kəsdirmişdik. Sonra biz kəndin küçələri ilə üzüaşağı kəndi təmizləməyə başladıq. Hiss olunurdu ki, evlərdə, həyətlərdə qaçmağa macal tapmiyan ermənilər var. Həmin gün 10- yaxin kənd sakini yaxalandı, hətta bir qoca arvadı xəstə olduğuna görə apara bilməmiş, elə küçədə darvazanın ağzında yorğan döşəyə uzadıb getmişdilər.
Bu vəziyyət ona görə yaranmışdı ki, onlar əsas hücumu Ağdaban tərəfdən gözləyidilər. Qüvvələrini də o tərəfdə cəmləşdirmişdilər. Elə biz özümüz də son ana qədər haradan hücum edəcəyimiz istiqamətdən xəbərimiz yox idi. Ona görə də çox uzun bir dövrə vurub dağlarla marş keçərək Aterk kəndinin yuxarısına çıxmışdıq. Bu da komandanlımın və kəşfiyyatçıların bir aydan çox çəkdiyi zəhmətin nəticəsi idi.
Həmin ərazi demək olar ki, itkisiz azad edildi. Çünkü düşmən lap çaş-baş qalıb ancaq başını götürüb qaçmağa macal tapmışdı. Onların tanklarına biz Zenit qurğusundan atəş açırdıq. Amma onlar biz tərəfə bir dənə də mərmi atmırdılar. Drambondan Sırxavənd, Vənk istiqamətinə gedən yolla üzü yuxarı onların qaçan maşınlarinin sayı-hesabı yox idi.
Onların son nəfəsləri idi demək olar ki. Amma hansısa qüvvələr bizim üçün çox əlverişli bir vəziyyətda və vaxtda, iyul ayının 9-da atəşkəs razılığına gəldilər. Bundan istifadə edən duşmən özünü toparlayıb həmin ayın 19-da əks-hücuma keçdi və bizim aldığımız əraziləri bir gündə geri qaytardı. Bu dəfə itkilərimiz çox oldu. Biz zenitçiklər və 80 nəfərə yaxin piyadalar səhər tezdən Umudlu kəndinə, bizim üstümüzə hücuma keçən ermənilərlə ciddi döyüşə başladıq. Onlar bizi kəndin ətrafında olan mövqelərimizdən çixardılar və biz kəndin içərisinə çəkildik. Amma qoçaq komandirlərimiz yenə özlərinini ititrmədilər, hamını təzədən qruplaşdırdılar, biz zenitçiklər də, rabitəçilər də, hətta sanitarlar da tam səfərbər olub kəndin içərisindən 3 istiqamətdən əks hücuma keçib axşama yaxın mövqelərimizi geri aldıq. Amma sevincimiz uzun çəkmədi.
Bu döyüş gedən vaxtı hamı silaha sarılmışdı. Həm də Umudlu kəndi briqadanın qərargahından ən uzaqda yerləşən kənd idi. Rabitəçilər də döyüşürdülər deyə briqada ilə əlaqəmiz kəsilmisdi. Sonra mövqelər bərpa olundu, əhvalımız super idi kəndi geri almışdıq deyə. Postlari qurduq, mən Zenitkamı təmir etdim, ona dəyən güllələr bəzi xirda detalları sıradan çıxarmışdı. Zenitka olan Ural maşının təkərləri hamısı güllədən deşilmişdi, onları dəyişdik, rabitəçilər də işıq aqreqatlarını düzəldib, KŞM-lərini işə sala bildilər, birtəhər briqada ilə əlaqə yaratdılar. Məqsəd qərargaha şad xəbəri çatdirmaq və 2 nəfər yaralımızı, orda həlak olan şəhidlərimizi aparmaq üçün sanitar maşını və mövqelərimizi mşhkəmlətmək üçün kşmək istəmək idi. Amma məlum oldu ki, sən demə briqada alinan bütün əraziləri tərk edibmiş. Ən ucqar nöqtədə təkcə biz qalmışıqmış. Hətta biz əlaqəyə girəndə ordan demişdilər ki, biz sizdən tamam əlimizi üzmüşdük ki, bunlar hamısı ya qırıldı, ya da əsir düşdülər. Ordan bizə dedilər ki, heç bir kömək olmayacaq, oranı tark etməlisiniz təcili. Bizim isə geriyə yolumuz qalmamışdı. Artıq yollar hamısı tutulmuşdu, yarımmühasirə vəziyyətində idik. Briqadanın qərargahından göstəriş gəldi ki, bütün texnikanı, agir silahları məhv edib ancaq Murov dagini aşmaqla Gəncə-Goranboy tərəfə çıxın. Biz də maşınları, qurguları bacardıgımız qədər söküb yararsız hala saldiq. Yandira bilməzdik, çünki ermənilər o dəyqə başa düşərdilər ki, kəndi tərk edirik. 20-si səhər dan yeri sökülənə yaxın kəndi tərk etməyə başladiq. Gecə ilə 5 nəfər həlak olmuş uşaqları elə həyətlərdə dəfn etdik, iki yaralımızı isə özümüzlə apardıq. Ayın 22-də böyük məşəqqətlər və aclıqdan sonra Goranboyun artıq bizim ordunun nəzarətində olan Gülüstan kəndinə çatdiq. Axmaq və savadsız adamların elan etdiyi atəşkəs bizim başımızda belə çatladı.
Həmin vaxt döyüşlərə 701 nömrəli briqadanın komandiri polkovnik Zaur Rzayev və qərargah rəisi podpolkovnik Vahid Tacibov rəhbərlik edirdi.
Mən həmin vaxt baş serjant rütbəsində Zenit qurgusu komandiri idim, tağım komandiri vəzifəsini də icra etmişəm hərdən, amma realda o qurğuda atıcı idim. Ancaq bizə əsas rəhbərliyi çox igid bir adam olan batareya komandirimiz Məhəmməd Novruzov edirdi.
Biz mənim danışdığım həmin ərazilərə avqust ayının 12-də yenidən daxil olduq.