Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlamalar

Şərəfli yolun anları.
Ответить
Автор
Сообщение
shahkulu
партизан
Сообщения: 117
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlamalar

#1 Сообщение shahkulu » 28 окт 2013, 23:12

Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlamalar

Cavab haqqı.
Mən mətbuatda son günlər əsasən, 4 iyun gəncə qiyamı, AXC İK-nın 9 fevral 1993-cü il bəyanatı ilə baglı yazılara münasibət bildirmək istəmirdim və mətbuat tərəfindən verilən suallara “20 il öncəki məsələlərdən danışmaq istəmirəm, hamıya hər şey aydındır” deyirdim. Açığı, məqsədli oyunçuların kecmiş hərəkatçıları (hansı səhv və günahları olmasına baxmayaraq keçmiş hərəkatda olanlarla qarşı-qarşıya gəlmək xoş deyil) kullana bilməməsi üçün, bu mənasız səs-küyə əhəmiyyət vermək fikrim yox idi. Amma, yeni personalar peyda olur, artıq məsələ fərqli məcraya yönəlir. Rusiyapərəst və iranpərəstlər revanş üçün restavrasiya olunur, hakimiyyət üçün alışıb-yananlar isə hər kəs və hər məsələdən yararlanmaqla bu prosesə dəstək verirlər. Yeni müstəvinin konturları, danışanların danışdıranları cəmiyyətə cox yaxın zamanda məlum olacaq. Bu prosesdə bilərəkdən və bilməyərəkdən iştirakçıların və agalarının da son hədəfinin bir bəyanat olmadığı aydınlaşacaq. Bunlar yaxın gələcəyin işidir. İndi isə adımın hallandırılmasına (artıq təkcə hərəkatçı tərəfindən deyil) görə, bəzi xatırlatmalarımla yaddaşlarınızı təzələmək istəyirəm. Kampaniyaya Sahib Hüseynovun imzası ilə start verildiyindən, onun məktubuna ötəri nəzər salıb, əsas mətləbə keçəcəm.

Mən xaricdə səfərdə olduğum müddətdə, Nazim Bayramovdan əvvəl yazı vermiş keçmiş hərəkat yoldaşım Sahib Hüseynova cavab vermək istəmirdim. (yazının əvvəlində səbəbini göstərmişəm) Hətta yaxın günlərdə bir hərəkatçı dostumun ovladının toyunda rastlaşsaq da üzünə vurmadım. Həm də yeri deyildi. Amma göründüyü kimi adam böyük layihədə kullanılır. Ona görə mən bir hərəkatda olmuş adama yox, layihədəki elementə, yazdıqlarına münasibət bildirmək zorundayam.
Sahib yazır: ”1993- cü ildə Gəncə hadisələri zamanı mən 300 nəfər döyüşçü ilə Bakıya gəldim və Nəvai postunda DİN, Daxili qoşunlar, Milli ordunun əskərləri ilə birlikdə müdafiə mövqeyi tutdum.” "Gündəlik Bakı"qəzetinin "Araşdırma" rubrikası çərçivəsində bu məsələlərə aydınlıq gətirmək üçün məktubda adıçəkilən "Ağ ayı" ləqəbli Fəxrəddin Qurbanovdan müsahibə alınıb. Fəxrəddin Qurbanovun dedikləri: ”Sahib Hüseynov Gəncə qiyamı zamani döyüşlərdə olmayıb. Nəvaidə rəhmətlik Şahmərdanın əsgərləri olub. Bununla yanaşı, orada Ordubad və Naxçıvandan da əsgərlər olub. Sahib Hüseynov Nəvaidə Surət Hüseynovun qiyamçı qüvvələri ilə döyüşdə olmayıb”
S.Hüseynov yazır: ”Müalicədən sonra rəhmətlik Elçibəylə Kələkidə görüşəndə o məndən soruşdu;
— Sahib bəy, siz niyə özbaşına Nəvai postunu qoyub qayıtdınız Naxçıvana? Siz axı mənim əmrim olmadan oradan çıxmamalıydınız. Axı Azərbaycanın müqəddəratı orada həll olunurdu və mən sizə özüm qədər inanırdım!
Mənim elə bil başıma bir qazan qaynar su tökdülər. Mən dedim;
— Bəy sizin Fərəc Quliyev vasitəsi ilə mənə etdiyiniz əmrə əsasən. Mən sizin əmr olmasaydı oradan bir addım da geri çəkilməzdim.
Bəy dedi;
— Mən elə əmr verməmişəm.
Mən zəng elədim Naxçıvandan İntiqmla, Fəxrəddin gəldi. Bəy onları dinlədi və mənə dedi;
— Sahib bəy siz dediniz mən eşitdim. Qalanı mənlikdir və mən ayırd edəcəyəm”.
Bu məsələyə münasibətdə Fəxrəddin Qurbanov "mən orda olmamışam, amma Sahib adımı yazıb" cavabını veribdi: "Çox səhv edib yazıb. Mənim, "Borman"ın, bir də yoldaşlarımızdan birinin adını yazıb. Bu, doğru deyil, yalandır. Biz heç vaxt üçümüz bir yerdə Əbülfəz bəyin yanında olmamışıq".
“Gündəlik Bakı" qəzeti yazır - araşdırmalarımızı davam etdirərək hazırda Rusiyada yaşayan Şıxov batalyonunun komandiri, Surət qiyamına qarşı döyüşlərin rəhbəri Mehrac Babayevlə də əlaqə saxladıq. O da Sahib Hüseynovun söylədikləri ilə razılaşmadığını və Sahibin Nəvai döyüşündən imtina etdiyini bu döyüşdə ümumiyyətlə, olmadıgını bildirdi. Bunlar döyüşlərdə iştirak edən komandirlərin münasibətidir. Sahib Nəvai döyüşünə istinad edib sonrakı ”ittihamları” yağdırır. Bilirsiniz bu nəyə oxşayır? Birisi saatlarla Marsda başına gələnlərdən danışır və sonradan məlum olur ki, adam heç marsda olmayibmış.
Amma maraqlıdır, Sahib niyə döyüşdən yayınıb? Fəxrəddin bəyin müsahibədə dedikləri. "Sahib Hüseynov nə üçün Nəvaidə qiyamçı qüvvələrlə döyüşdən imtina etdi?" sualına cavab verən Fəxrəddin Qurbanov bunun səbəblərini bilməsə də, ona qərargahda qalmaq tapşırığı verildiyini dilə gətirdi: "Qərargahda qalıb bura gəlib-gedənləri yoxlayırdım. Sahib bu arada yoxa çıxdı, harasa, kimlərləsə görüşə getdi. Amma onun kimlərlə görüşdüyünü bilmədim". Sahib kimlə görüşdüyünü özü söyləyir. Sahibin məktubundan: ”Mən bundan istifadə edərək Bakıya gəldim və “İnturist” mehmanxanasının 14 –cü (on dörd) mərtəbəsində nömrədə paltarımı dəyişdim. Bu zaman nömrənin qapısı döyüldü. İçəri üç nəfər tanımadığım adam daxıl oldu. Birinin əlində diplomat var idi. Mən onları tanımadım. Onlar mənə müraciət edərək;
— Sahib bəy, sən Nəvaidə dayanan qüvvələrini geri çək. Əvəzində bu pulu götür və qayıt get Naxçıvana. Burada hər şey həll olunub. Biz qansız Bakıya girmək istəyirik.
Mən dedim:
— Birinci mən Bakıya öz xoşumla gəlməmişəm. Əmrə tabeyəm. İkincisi siz kimsiniz axı? Rədd olun buradan.
Cavabında dedilər;
Nə dəxli var biz kimik, sadəcə gəlmişik sənə pul verək ki, qüvvələrinidə götürüb evə gedəsən. Təəssüf ki, sən bu pulu götürmədin.”
İkinci Dünya savaşı iştirakçısı uşaqlara xatirələrini danışır. Deyir ki, almanlar bizi əsir tutdu. Bizi düzüb dedilər ki, ya bizim dediyimiz ən pis şeyləri edəcəksiniz, ya da etməyənləri güllələyib, cəsədini sobada yandıracağıq. Uşaqlardan biri soruşur ki, baba sənin aqibətin necə oldu? Qoca bir az duruxub, deyir: məni güllələdilər! Deyəsən Sahibi güllələyiblər. Hər halda Nəvai döyüşündən imtina edib.
Sahib məktubunda yazır:
“Yadıma gəlir bir dəfə Naxçıvanda Heydər Əliyev Fərəcə üzünü tutaraq dedi;
— Fərəc sənin atan mənimlə işləyib, sən ki bunu bilirsən!
Fərəc gülərək heç nə cavab vermədi”
Əgər sahib bu ifadəni Bandotdeldə istintaq zamanı Aydın Mədətoglunun yalandan üzünə durub infakt olmasına səbəb olduğundan əvvəl yazsaydı, mən təəccüblənərdim. İndi təəccüblənmədim. Bu artıq vərdiş sayılar. Vərdişdi, amma siyasət deyil. Dünyasını dəyişmiş adamın ünvanına da (həm də çörək kəsdiyi, özü ağırlıqda çörəyini yediyi adamın) nə səbəbdən olur-olsun böhtan deyənin adı nə olar?
İkinci yazısının adına baxın: ” FƏRƏC QULİYEV GECƏLƏR HƏBSXANADAN EVƏ BURAXILIRDI» Buna bir cavab yazmağa ehtiyac varmı? Quzey Azərbaycanda 10 milyonluq xalqdan neçə nəfər (uşaqlar da daxil olmaqla) buna inanar?
Daha neçə-neçə məsələyə toxunmaq istədim. Amma ...Heç bunlara da toxunmazdım. Amma məsələ Sahib məsələsi deyil.
Əvvəla-1993-cü ildə verilən 9 fevral bəyanatı mənim şəxsi bəyanatım deyil, AXC İcraiyyə komitəsinin 20 nəfərdən çox üzvünün iştirakı ilə keçirilmiş müzakirədə yekdilliklə qəbul ounan çox doğru, tarixi bir bəyanatdır. Mən AXC İcraiyyə komitəsinin sədri kimi bəyanatı imzalamışam. Bəyanat, əsasən, 108 saylı əmrə münasibət idi. Əleyhimizə yazilanlara münasibətdən əvvəl Azərbaycanda 123-cü motoatıcı alayın qərargah rəisi Nazim Bayramovdan fərqli olaraq çox yaxşı tanınan polkovnik İsa Sadıqovun 14 Aprel 2012-ci il tarixdə “Azadlıq” qazetinə verdiyi müsahibədən məsələyə aid hissəni olduğu kimi təqdim edirəm:
“ Amma qış kampaniyasının başlanğıcında inanılmaz bir şey baş verdi. Həmin günə qədər Qarabağın ermənilərdən tamamilə təmizlənməsinə təkid edən və hər cür danışıqları rədd edən Surət Hüseynov gözlənilmədən 108 saylı əmr imzaladı. Bu əmr hərbi birləşmələrin və hərbi hissələrin ön cəbhədən çıxarılması və daimi dislokasiya yerinə dönməsi haqqında əmr idi. Bu o demək idi ki, Xankəndiyə sıxışdırılmış və oradan da qovulmaq anlarını gözləyən erməni birləşmələrinin Azərbaycanın içərilərinə doğru yolu açıq elan edilirdi. Əmrdə göstərilirdi ki, hərbi hissələr bir sutka ərzində öz yerini təhvil verməli və geriyə dönməlidirlər. Bu, faktiki və fiziki baxımdan mümkün olmayan bir əməliyyat idi. Bu cinayəti kimsə ağlına gətirə bilməzdi və bu, əsl xəyanət idi. Necə ola bilərdi?! Bu qədər uğurlar, qələbələr əldə edilib, bu qədər insanlar qurban gedib və birdən-birə bütün bunların hamısının üstündən xətt çəkərək son qələbə təminatından imtina edilirdi! Bu, həmin döyüş mövqelərinin düşmənə təhvil verilməsi demək idi və bunun başqa adı yoxdur.
Hər şeydən əvvəl, bu, qanunsuz əmr idi. Ona görə ki, hərbi birləşmə komandirinin belə bir əmr vermək səlahiyyəti yox idi. Müharibə zamanı hərbi hissə və orduların hər cür yerdəyişməsi ilə bağlı əmrləri yalnız Ali Baş Komandan verə bilər. Hərbi hissə komandirinin bu ağlagəlməz dərəcədə qısa müddət ərzində hərbi hissələrin dislokasiya yerini dəyişməsi ilə bağlı əmrinin heç bir hüquqi əsası olmadığı kimi, əməliyyat perspektivi də yox idi. Bu müddətdə yeni hərbi hissənin əməliyyat vəzifələrini öyrənməsi, hədəfləri, situasiyanı mənimsəməsi mümkün deyildi.”
Buradan hər şey aydın olmasına baxmayaraq məsələlərə münasibət bildirmək də israrlıyam (Bəzi hərəkat yoldaşlarım da məsələlərə geniş aydınlıq gətirməyimi istəyirlər-bəzən ifrata varıb, mətbuatda musahibələri vasitəsilə bunu bildirirlər)
Bəyanatda göstərilənləri, buna etraz edən, Nazim Bayramov özü də təsdiqləyir. Baxın: “123-cü h/h, yeni tutduğu mövqeləri yerli briqadaya təhvil verib, bərpa üçün öz daimi bazasına qayitmalı idi. 123-cü alayın yaradılmasının məqsədi məhz hücüm əməliyyatları keçirib, tutduğu mövqeyi yerli briqadaya aktla təhvil verib, yeni hücum əməliyyatları üçün hazırlaşmaq idi”. Dogrudur. Amma əmrdən də görünür ki, çıxarılan qüvvələri əvəz edən hissələr də mövqelərdən çıxarılır və Seyfəlliyə göndərilir. Yəni mövqelər tam boşaldılır. Bu məsələyə peşakar hərbçi münasibəti İsa Sadiqov tərəfindən yuxarıda göstərildi.
- Nazim Bayramov yazısında göstərir “Həm Ağdamda, həm Ağdərədə hücum əməliyyatlarına rəhbərlik edən İstiqamət komandirləri siyasi rəhbərlik nümayəndələrindən gələn göstərişləri yerinə yetirərək, əməliyyatı pozan hərəkətlər etdilər. Misal kimi, Ağdam istiqamətində hücuma keçən 123-cü alayın bölmələri öz artileriyamız tərəfindən atəşə tutulmasını və buna bənzər başqa faktları gətirə bilərəm”. Biz də bəyanatda ya vəlvələdən ya zəlzələdən əməliyyatların ordu daxilində rəhbərlik səviyyəsində pozulduğunu qeyd edirdik.
N. Bayramov bəyanat müəlliflərini - AXC İK və birbaşa məni baş verən hərəkətlərdə kimləri isə xəyanatkar adlandırmaqda ittiham edir, amma özü də aşağıdakı ifadələrində, xəyanətkarlığı təsdiq edir. Yəni özünü təkzib, bizi təsdiq edir.“Korpus rəhbəri Sürət Hüseynov hər iki İstiqamət komandirlərinin hücumu pozan fəaliyyətlərini araşdırmağa başladı. Etdikləri xəyanətin ifşa olunması ərəfəsində, Ağdərə İstiqaməti komandiri 123-cü alayın geri çəkilməsi haqqında məxfi əmrı mətbuata çapa verdi.”
“93-cü ilin qış hücum kampaniyasının Sürət Hüseynova qarşı hazırlanmış təxribat” adlandiran müəllif yazısını əvvəlində göstərir” 1993-cü ilin yanvarında Ali Baş Komandan 2-ci Ordu Korpusuna Qarabağda hücuma keçməyi əmr etdi. ”Elçibəyin əmri Sürət Hüseynova qarşı hazırlanmış təxribat idimi? Buradan aydın görünür ki, müəllifin Elçibəyə münasibəti nədən ibarətdir, kimin adamıdır (kimin dəyirmanına su tokdüyün aydındırmı, bədbəxt hərəkatçı)
Surətin “qərargah rəisi” yazır:
“Qarabağın yolunu belə tanımayan, Bakıda əyləşmiş AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev cəbhə xəttində yaranmış vəziyyətlə bağlı 9 fevral 1993-cü ildə fətvaya bənzər bəyanat verdi. Bəyanatda deyilirdi ki, Sürət Hüseynov Ağdərədən güya bütün qoşunları geri çəkərək, müdafiə xəttini boşaldıb və bununla da xəyanət edib.”
Əmri nəzərinizə çatdırıram:
«Противник перейдя к активной обороне и используя погодные условия старается удержатсья на рубежах Ванк-Шазмасур-Арачадзор-Сырхавенд. Его разведывательно-диверсионные группы ведут активные действия. ПРИКАЗЫВАЮ: 1. Командиру 703 ОМСБР своими силами занять устойчивую оборону на рубажах высот. К 20:00 29.01.93 заокнчить все мроприятия и организовать взаимодействия. 2.Командиру 703 ОМСБР всю пришедшую бронетехнику направить в учебный центр «СЕЙФАЛЛЫ» в распорядение подполковника Касымова. 3.Командиру 123 МСП к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в пункте постоянной дислокации к 09:00 30.01.93. 4. Командиру в/ч № 14 к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в учебном центре «СЕЙФАЛЛЫ» к09:00 30.01.93.»
Şərhə ehtiyac varmı?
9 fevral bəyanatı ucbatından yox, Məhz bu əmrdən sonra Nazim Bayramovun yazdığı kimi ”cəbhədə əsgərlərin komandirlərinə inamını qırdı, idarəetmə pozuldu, cəbhə xətti tamamilə dağıldı. Ermənilər Ağdərəni, Laçının bizim nəzarətimizdə qalan hissəsini, martın sonlarında isə Kəlbəcəri işğal etdilər. Bu təxribat, Azərbaycanı Vətən muharibəsində məğlubiyyətə uğradan əsas səbəblərdən biri oldu. Bundan sonra Azərbaycan ordusu bir daha müdafiə vəzifəsini tam həcmdə yerinə yetirə bilmədi, Azərbaycan höküməti ərazi bütövlüyünü qoruya bilmədi.”
Nazim Bayramov yazısında bildirir ki, guya biz “əskərlərimizi özümüzünkilər arxadan vururlar” ifadəsi işlətmişik. Bəyanatda belə bir fikir yoxdur. Amma Nazimin yazısında var və özünün dediyi kimi məqsədsiz də deyilmir. Nazimin yazısında ifadə oduğu kimi: ”Misal kimi, Ağdam istiqamətində hücuma keçən 123-cü alayın bölmələri öz artileriyamız tərəfindən atəşə tutulmasını və buna bənzər başqa faktları gətirə bilərəm.“ Ardınca da yazır ki ”işə salınan köhnə DTK şaiə yayma mexanizmləri- “döyüşməyin mənası yoxdu, onsuzda torpaqlar satılıb”, “əskərlərimizi özümüzünkilər arxadan vururlar” və s.“uğursuzluğa zəmindir. Razılaşıram. İşlətmə bu ifadələri! Restovrasiya, revanş və böhtan kompaniyanızda heç olmazsa xalqa kiminsə göstərişi ilə şüuraltı özünə inamsızlıq, torpaq itkisi ilə barışıq aşılamayın.
Bir məsələyə də mütləq toxunacam. Niyə bir qrup KİV bu kompaniyada canfəşanlıq edir? Onların istəyi nədir? Cəmiyyətin mətbuatdan gözləntiləri bu deyil.

Oxuculara sayğılarla

Fərəc Quliyev-Milli Dircəliş Hərəkatı Partiyasının sədri, millət vəkili.

http://www.olaylar.az/news/politics/611 ... 4.facebook" onclick="window.open(this.href);return false;

shahkulu
партизан
Сообщения: 117
Зарегистрирован: 18 окт 2013, 20:49

Благодарил (а): 3 раза
Поблагодарили: 7 раз

Re: Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlam

#2 Сообщение shahkulu » 28 окт 2013, 23:25

Qazilerin xususen de Nazim Bayramin munasibeti maraqli olardi...amma men de isterdim bezi meselelerle bagli oz fikrimi bildirim
Hər şeydən əvvəl, bu, qanunsuz əmr idi. Ona görə ki, hərbi birləşmə komandirinin belə bir əmr vermək səlahiyyəti yox idi. Müharibə zamanı hərbi hissə və orduların hər cür yerdəyişməsi ilə bağlı əmrləri yalnız Ali Baş Komandan verə bilər. Hərbi hissə komandirinin bu ağlagəlməz dərəcədə qısa müddət ərzində hərbi hissələrin dislokasiya yerini dəyişməsi ilə bağlı əmrinin heç bir hüquqi əsası olmadığı kimi, əməliyyat perspektivi də yox idi. Bu müddətdə yeni hərbi hissənin əməliyyat vəzifələrini öyrənməsi, hədəfləri, situasiyanı mənimsəməsi mümkün deyildi
tabor komandirinden bashlayaraq duz korpus komandirine qeder, butun komandirlerin ixtiyari catir ki tabeliklerinde olan bolmelerin yerlerini istedikleri shekilde(sheraite uygun olaraq) deyisdirsinler...Burada sohbet movqenin boshaldilmasindan deyil yerdeyismeden gedir ki birleshme komandirinin tem bolee Komkorun tam ixtiyari catir ki bolmeleri istediyi shekilde yerlesdirsin..
Bəyanatda göstərilənləri, buna etraz edən, Nazim Bayramov özü də təsdiqləyir. Baxın: “123-cü h/h, yeni tutduğu mövqeləri yerli briqadaya təhvil verib, bərpa üçün öz daimi bazasına qayitmalı idi. 123-cü alayın yaradılmasının məqsədi məhz hücüm əməliyyatları keçirib, tutduğu mövqeyi yerli briqadaya aktla təhvil verib, yeni hücum əməliyyatları üçün hazırlaşmaq idi”. Dogrudur. Amma əmrdən də görünür ki, çıxarılan qüvvələri əvəz edən hissələr də mövqelərdən çıxarılır və Seyfəlliyə göndərilir. Yəni mövqelər tam boşaldılır.
Противник перейдя к активной обороне и используя погодные условия старается удержатсья на рубежах Ванк-Шазмасур-Арачадзор-Сырхавенд. Его разведывательно-диверсионные группы ведут активные действия. ПРИКАЗЫВАЮ: 1. Командиру 703 ОМСБР своими силами занять устойчивую оборону на рубажах высот. К 20:00 29.01.93 заокнчить все мроприятия и организовать взаимодействия. 2.Командиру 703 ОМСБР всю пришедшую бронетехнику направить в учебный центр «СЕЙФАЛЛЫ» в распорядение подполковника Касымова. 3.Командиру 123 МСП к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в пункте постоянной дислокации к 09:00 30.01.93. 4. Командиру в/ч № 14 к 12:00 29.01.93 закончить сдачу позиций командиру 703 ОМСБР и сосредоточиться в учебном центре «СЕЙФАЛЛЫ» к09:00 30.01.93.»

Menim Ferec Quliyevle tanisligim o qeder de yoxdur,amma bele gorunur ki onun rus dilinde savadi cox ashagi sevyyededir..Emrden aydin gorunur 123-cu h/h-ye emr olunub ki,movqelerini 703-e tehvil verib Seyfeli TM-ne qayitsin...yani movqelerin boshaldilmasindan sohbet getmir....
Nazim Bayramov yazısında göstərir “Həm Ağdamda, həm Ağdərədə hücum əməliyyatlarına rəhbərlik edən İstiqamət komandirləri siyasi rəhbərlik nümayəndələrindən gələn göstərişləri yerinə yetirərək, əməliyyatı pozan hərəkətlər etdilər. Misal kimi, Ağdam istiqamətində hücuma keçən 123-cü alayın bölmələri öz artileriyamız tərəfindən atəşə tutulmasını və buna bənzər başqa faktları gətirə bilərəm”. Biz də bəyanatda ya vəlvələdən ya zəlzələdən əməliyyatların ordu daxilində rəhbərlik səviyyəsində pozulduğunu qeyd edirdik.
Her halda ordu rehberlerin cinayetini mulku shexslerin tv canli cixislari ile yox,istintaqla mexfi suretde arasdirmaq lazim idi..

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 5 раз

Re: Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlam

#3 Сообщение revolution » 30 окт 2013, 00:45

Fərəc Guliyev Ordubadin mudafiyəsinə rəhbərlik edirdir.Naxcivanda atəskəsdən sonra hardasa 1992 noyabr dekabr aylarinda prezident apparatinda peyda olundu,həmisə onu orda gerurdulər,amma xansi vəzifədə,nə isə baxir-onu hec kim bilmirdi.Prezident Elcibəyə cox yaxin idi.Sonradan bəlli oldu ki ara gizichdirmagla məsgul olub.Əvvəlcə Elcibəy və Surətlə arani kəsdi,sonra İskəndəri uzaglasmaya məsləhət verdi,lap axirda Gəncə giyamina fitva verdi.Hər sey əsas verir ki o Əliyevin agenti idi.İndi hardadir-deputatdir.Kimsə yuxaridan icazəsiz deputat ola bilərmi?

Аватара пользователя
Herbi jurnalist
Новобранец
Сообщения: 10
Зарегистрирован: 22 сен 2013, 16:01
Откуда: Bakı

Благодарил (а): 13 раз
Поблагодарили: 1 раз

Re: Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlam

#4 Сообщение Herbi jurnalist » 23 дек 2013, 04:51

Salam. Bu beyanati ve etrafinda geden hadiseleri men de arashdirmisham, ashagidaki linkde geldiyim neticeni yazmisham, ancaq bir neticemde hele de emin deyilem. Mene ele gelir ki, Ferec Quliyevin arxasinda duran fiqur Heyder Eliyev olub, bu subhesizdir, amma onun beyanatinin Bakida da havadarlari vardi. Bele ki, Ferec Quliyev beyanati 9 fevralda oxuyub, AzTV'de, prezident Gencede olub ve Bakida olan yuksek vezifeli shexslerden hech kimse bu beyanatin tehlukesi ve getire bileceyi sonlugu dushunmeyib, daha dogrusu dushunmek istemeyib ve buna qarshi tedbir gormeyib. Demek ki, Bakida oturanlar da bu beyanatda maraqli olub.

http://konulsardarova.wordpress.com/201 ... l%c9%99r/a" onclick="window.open(this.href);return false;
я смею все, что можно человеку, кто смеет больше, тот не человек

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 5 раз

Re: Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlam

#5 Сообщение revolution » 23 дек 2013, 23:29

Fərəc Guliyev 1995-2002 həbsdə olub.Axsam evə gedirdi səhər razvoda gəlirdi.Belə də həbs olar?

revolution
ополченец
Сообщения: 69
Зарегистрирован: 20 сен 2013, 00:20

Благодарил (а): 5 раз
Поблагодарили: 5 раз

Re: Fərəc Quliyevdən “Gəncə qiyamı” hadisələrinə şok açıqlam

#6 Сообщение revolution » 24 дек 2013, 01:31

http://www.youtube.com/watch?v=iIne0mvrftU" onclick="window.open(this.href);return false;

Ответить

Вернуться в «Veteranların Xatirələri»