GƏNCƏ ÜSYANI.1920-сi il....

Ответить
Автор
Сообщение
Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

GƏNCƏ ÜSYANI.1920-сi il....

#1 Сообщение smersh70 » 26 май 2016, 01:55

Müzadil Zauroğlu.

Bu gün Gəncə Üsyanının başlanmasının 96 illiyidir!

Gəncə Üsyanı- Azərbaycan tarixinin ən şanlı, ən qürurverici səhifələrindən biridir!
Gəncə Üsyanı Millətimizin bir Qəhrəmalıq səlnaməsi, Xalqımız yazdığı Mərdlik və Əyilməzlik hekayəsidir!

96 il əvvəl, 1920-ci ilin məhz bu günü, yəni 24 May tarixində üçrəngli müqəddəs bayrağımız Azərbaycan səmasında yenidən yüksəldilərək iyun ayının 3-nə kimi şərəflə dalğalandı!
_________________________

Biz bu həftəmizi "Gəncə Üsyanı həftəsi" elan edirik!

Bu mərd babalarımızın qəhrəmanlığı və əyilməzliyi qarşısında göstərə biləcəyimiz ən cuzi təzim, anım və minnətdarlıq ifadəsi olar.

Beləliklə, "Gəncə Üsyanı həftəsi" çərçivəsində Üsyanının tarixiylə bağlı planlaşdırdığımız silsilə yazılardan ilk kiçik məqaləni sizə təqdim edirik.
Изображение

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#2 Сообщение smersh70 » 26 май 2016, 01:55

Gəncə Üsyanı. Başlanğıc.
I-ci hissə

Bildiyimiz kimi, 1920-ci ilin aprel ayında Rusiya XI-ci Qızıl Ordusunun gücü və "milli" bolşeviklərin vasitəçiliyi ilə Azərbaycan ərazisini zəbt etdi. Bununla 23 aylıq, gənc Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradı.
İşğalın asan, demək olar ki müqavimətsiz ötüşməsinin bir çöx obyektiv və subyektiv səbəbləri var idi. Bu səbəblər və faktorlar toplusu, o cümlədən işğalın geosiyasi aspektləri haqda fikirlərimizi növbəti yazılarda mütləq bölüşəcəyik.

İndi isə keçək birbaşa Gəncə Üsyanının özünə, daha doğrusu hələlik onun baş vermə səbəblərinə.

Bolşevik işğalından sonra Azərbaycanın bütün bölgəldərində çox ağır bir vəziyyət yaranmışdı.
Ölkədə terror tüğyan edirdi, bolşevik ordusunun özbaşınalığı, təhqir və talanı baş alıb gedirdi.
Günahsız insanlar sorğusuz-sualsız güllələnir, millətimizin qaymağını təşkil edən aydınlar - ictimai, siyasi, dini xadimlər planlı şəkildə məhv edilirdi. Əhalinin mülkiyyəti və varı-yoxu bəy, xan, mülkədar, müsavatçı adı ilə müsadirə edilir, müqəddəs yerlər və milli duyğular aşağılanırdı.
Gəncədə ən görkəmli şəxsiyyətlər - şəhərin general-qubernatoru, Gəncəlilərin sevimlisi- "Xudu Bəy"- Xudadat bəy Rəfibəylinin, İsmayıl xan Ziyadxanovun, Məmmədbağır bəy Şeyxzamanlının həbs olunaraq güllələnməsi, Nəsib bəy Yusifbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əslən Gəncədən olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil bəy Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı bəy Şeyxzamanlının və başqalarının ölüm təhdidiylə vətəndən iraq salınması və digər tükürpədici olaylar, axır nəticə olaraq millətimizin haqlı hiqqətinə səbəb oldu və bütün Gəncə işğalçılara qarşı Xalq Üsyanına qalxdı.
Beləliklə, tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Gəncə Üsyanı başladı!

M.Ə. Rəsulzadə Gəncə Üsyanı və onun səbəbləri haqqında belə yazırdı:

"Ixtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi.
...sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb Xalq təhəmmül edəmədi.
Üsyan etdi.
Bu üsyan ibtida Gəncədə başladı.
Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən CAVAD XAN Şəhəri bu dəfə də kəndisini göstərdi! Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü!"

Gəncə Üsyanın birbaşa rəhbərlərindən biri olmuş polkovnik Cahangir bəy Kazımbəyli Üsyan öncəsi yaranmış durumdan və insanların keçirdiyi hisslər haqda belə yazırdı:

« İndi içində olduğumuz dəhşətə inanmaq istəmirdim.
Doğrudanmı bizlər – azərbaycanlılar belə asanlıqla, heç bir dirənişsiz və etirazsız öz zəngin və çiçəklənən ölkəmizi bolşevik vəhşilərinə buraxacaqdıq?..
Doğrudanmı bu rüsvayçı zülmdən qurtulmaq üçün əlimizi ağdan-qaraya vurmayacağıq?..
Hanı bizim mənliyimiz?..
Hanı bizim şərəfimiz?..
Adamın içini oyub ağrıdan bu sualları hər bir azərbaycanlının, hər bir əsgərin, hər bir zabitin üzündən oxumaq olardı..»

"Azərbaycan" qəzetinin redaktoru, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli Gəncə Üsyanını belə qiymətləndirirdı:

“Gəncə Üsyanı- Millətimizin Şərəf və Namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır!
Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”

Gəncə Üsyanı 1920-ci il mayın 24-ndə başladı.

Üsyanı təşkilində, idarə olunmasında və birbaşa həyata keçməsində general-mayor Mirzə Qacar, general Cavad bəy Şıxlinski, general Teymur bəy Novruzov, polkovnik Cahangir Kazım bəy, Bağırbəy Rəfibəyli, Qaçaq Qəmbər, Sarı Ələkbər, Hacı Əsgər oğlu Məhəmmədəli, Tatoğlu Həsən, Hüsamətdin Tuğac və onlarla başqa adları tarixdə düşməmiş mərd və qorxmaz babalarımız iştirak edirdilər.
Mayın 22-də Bağman məscidində Üsyanın hərbi rəhbərləri və öz partizan dəstələri ilə ayağa qalxacaq Sarı Ələkbərlə Qaçaq Qəmbər, eləcə də Milli Ordunun tabor və bölük komandirləri birgə müşavirə keçirdilər və ümumi əməliyyat planını dəqiqləşdirdilər.

Mayın 24-ü, axşam saat 8-də tam döyüş gücüylə hücuma keçən taborlar sürətli həmləylə öncədən müəyyənləşdirilən yerləri tutdular və öz öhdələrinə düşən tapşırıqlarını gerçəkləşdirməyə başladılar.
İlk atəş səslərini eşidincə, əlinə nə gəldi silahlanan Gəncənin demək olar ki, bütün kişi əhalisi küçələrə axışdı!

Onların əsas qismi Qırmızı Ordu hissələriylə döyüşə girən partizan dəstələrinin köməyinə tələsdi, bir qismi də kiçik bolşevik hissələrin komanda heyətini tərksilah etdi.

Sıralarına minlərlə adi gəncəlinin də qoşulduğu Qaçaq Qəmbərin və Sarı Ələkbərin partizan dəstələri Bağman tərəfdən hücuma başlayaraq, Gəncə-çayını keçib, ermənilər yaşayan hissədə yerləşən Qırmızı Ordu bölüyünü tamamilə darmadağın etdilər!

Artıq axşam saat 11-də, demək olar, tam komanda heyəti və artilleriyasıyla birgə bütün Qırmızı Diviziya və bolşeviklərin "milli" başıpozuq-avantüristlərdən təşkil etdiyi «Şəriət Alayı» tərksilah olundu və 3000-dən artıq bolşevik şəhər həbsxanasına salındı.

Beləliklə, mayın 24-dü gecə Gəncə tam olaraq üsyançıların əlinə keçdi!
Bundan sonra bir neçə gün şəhər ətrafında irili-xırdalı bir çox qanlı toqquşmalar baş verdi və bolşeviklər hər dəfə məğlubiyətə uğradılar.

Beləcə, qürurverici bir gün gəlib yetişdi!

28 May İstiqlal Bayramında üçrəngli bayrağımizı Azərbaycan səmasında yenidən dalğalandıran yenə də Gəncə oldu !

Üsyanın rəhbərlərindən biri polkovnik Cahangir bəy Kazımbəyli bu gün haqda görün nə yazır, çox təsirlidir:

"Ağlagəlməz dərəcədə gözəl bir 28 May gəlmişdi!

Elə bil, ana təbiət də bu gündən dolayı sevinir və bərabər olmayan döyüşdə əldən düşən üsyançı xalqa təskinlik verirdi...

Həmin gün Azərbaycanın İstiqlalı münasibətilə Dairə Məhkəməsinin binasında axşam saat 8-də Şeyxülislam başda olmaqla ən hörmətli şəxslər toplaşmışdı. Ümumi durumla tanışlıqdan sonra, demək olar ki, toplaşanların hər biri öz fikrini söylədi.

Hamı sonacan mübarizəyə səsləyirdi!
Qoy yenilək, amma düşmən yüzlərcə, minlərcə ölümüzün üstündən keçərək qələbə çalsın!

Qoy 28 may günü Vətən uğrunda canından keçən möhtəşəm qurbanlar günü kimi tariximizə yazılsın. Qoy 28 mayda düşmən qəddar və amansız dirənişlə, dişə-diş, qana-qan mübarizəylə üzləşsin. Qoy 28 may günü layiqli dirəniş möhtəşəm ruhumuzun, mənəvi qələbəmizin rəmzinə çevrilsin!..

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#3 Сообщение smersh70 » 26 май 2016, 01:56

Изображение
Üsyanın getdikcə geniş miqyas aldığını görən bolşeviklər, onun yatırılması üçün təcili tədbirlər görməyə başladı. Bakıdan, Gürcüstan sərhəddindən 179-cu alay və 20-ci diviziyanın süvari briqadası dərhal Gəncəyə gətirildi. İki gündən sonra Zaqatala bölgəsindəki 18-ci süvari diviziyası da Gəncə ətrafında yerləşdirildi.
Erməni qüvvələri elə ilk gündən rus-sovet işğalçılarına yaxından kömək edirdilər.
Mayın 28-da Qırmızı Ordu qüvvələrinin Şəmkir tərəfdən üsyançıların üzərinə ilk mütəşəkkil hücumu başladı. Hərəsində təxminən 2 eskadron olan 4 süvari qolunun üsyançıların mövqeyinə doğru hərəkətlənirdi. Lakin, 6 topdan, 22 pulemyotdan, nişançı və partizanlardan ibarət tabordan hüçuma keçən süvarilərə açılan çox şiddətli cinah atəşi ilə darmadağın edildı!
Üsyançıların mövqelərinin önündəki sahə büsbütün ölü və yaralılarla örtülmüşdü, bolşeviklərin süvari diviziyası bu itkilərin sayı nəzərə alınsa, əslində, demək olar ki tam məhv edilmişdi!
Elə həmin gün bolşeviklər Helenendorf (indiki Göy-Göl) səmtindən də hücuma keçdilər. Milli Orduınun 1-ci pulemyot bölüyü Gəncənin ermənilər yaşayan hissəsində olan taboru və partizanları gücləndirmək üçün ayrıldı. Həmin tabor və partizanlar birgə dirənişlə bolşeviklərin o istiqamətdəki həmlələrini dəf edib, onları orda da olduqca ağır itkiyə uğratdı.

Ağır, qanlı, lakin tariximizin ən Şərəfli və Mübariz 28 May günü belə keçdi!
28 May İstiqlal Bayramında üç rəngli bayrağımizı Azərbaycan səmasında dalğalandıran yenə də Gəncə oldu !
Gəncə öz qədim ənənəsinə sadiq qalaraq bir daha göstərdi ki, İstiqlal və Azadlığın keşiyində möhkəm və şərəflə dayanıb!
Həmin günü Gəncənin timsalında bütün Azərbaycanın və Milli Ruhun mənəvi qələbəsi günü saymaq olar!
Üsyançıların qəhrəmancasına müdafiyəsi və əks-hücumları bolşevikləri çox ağır vəziyyətə saldı. Belə olduqda XI Qırmızı Ordu komandanlığı Gəncəyə yenə də durmadan əlavə qüvvələr gətirirdi.
Mayın 30-da Gəncə ətrafında XI Ordunun 5 piyada, 6 süvari alayı, 7 əlahiddə hissəsi, 57 ədəd topu və 2 zirehli avtomobili var idi.
Ümumiyyətlə bolşeviklərin Gəncə Üsyanını yatırtmağa cəlb etdiyi güvvələrin sayına və sürsatına nəzər yetirsək üsyanın hansı miqyasda olduğu haqda təsəffürümüz olar.
Buyurun:
Bakıdan gətirilmiş 8 Zirehli Qatar, Erməni Dağ Batareyası(!), 57 Ağır Top, 20-ci Süvari Briqadası, 1 Artilleriya Divizionu, 30 İriçaplı Pulemyot, 18-ci Süvari Diviziyası, Qaubitsa Divizionu, İkinci Briqada tərkibində: 175-ci, 176-cı Atıcı Alaylar, Yüngül Artileriya Divizionu, Zirehli Divizion. Üçüncü Briqadanın nəznində: 178-ci, 179-cu, 180-ci Atıcı Alayları, Rabitə Batalyonu
Bu qüvvələrin çoxu şəhərin şimalında yerləşirdi.
Mayın 28-dən sonra hücumlar genişləndi. Mayın 31-dən iyunun 1-nə keçən gecə şiddətli hücumlar oldu əsas hücum başladı. Çoxlu sayda canlı qüvvənin, topların və zirehli avtomobillərin işə salınması şəhərdə son dərəcə böyük dağıntılara səbəb oldu. İyunun 2-dən Vağzal tərəfdən zirehli qatarlardan şiddətli atəş açmağa başladılar
Qüvvələr qeyri-bərabər idi. Təpədən-dırnağa silahlanmış nizami orduya tab gətirmək heç də asan deyildi. Lakin, buna baxmayaraq üsyançılar çox mərdliklə vuruşub, müvəffəqiyətlə müdafiyə olunurdular və bolşeviklərə olduqca ağır zərbələr vurmaqda idilər.
Amma elə bu məqamda yenə də sapı özümüzdən olan baltalar işə salındı...
Bu barədə Gəncənin ziyalı ağsaqqalı, rəhmətlik Tofiq Bağırov "Gəncə- üsyanmı, qiyammı?" məqaləsində belə yazırdı:
- "Bakıdan xüsusi missiya ilə Gəncəyə gələn Azərbaycan Kommunist (bolşevik) Partiyasının fövqalədə komissarı Həmid Sultanov və M.Əfəndiyev Gəncə qalasında saxlanan 2000 nəfərədək soldat və zabiti özləri ilə gələn bolşeviklərin köməyi ilə azad etmişdir, təzədən silahlandıqdan sonra şəhərin mərkəzində müdafiəçilərə arxadan zərbə vurmaqla hadisələri bolşeviklərin xeyrinə dəyişmişlər"
Bu fakt, üstəgəl Gəncədə yaşayan ermənilərin bolşeviklərə silahlı yardım etməsi bu savaşın müqəddəratını həll etmiş oldu.
Gəncə üsyanının yatırılmasında "qəhrəmanlığa" görə isə Həmid Sultanov 1920-ci ildə "Qırmızı bayraq" ordeni ilə təltif olundu...

"Mayın 30-31-də və iyunun 1-də qəhrəman müdafiəçilər hər gün bir neçə dəfə bolşeviklərin hücumunu dəf edərək, onları geri oturdur və çox böyük itkilərə uğradırdı. Həmin günlər lap ağır keçdi. Mövqelərdə silahlı qadınların görünməsi və onların heydən düşüb üzülmüş döyüşçüləri ruhlandıraraq mübarizəni davam etdirməyə çağırması insanı titrədir və unudulmaz təəssürat oyadırdı. İyunun 3-də, dan ağaran kimi, bolşeviklər hər cür çaplı toplardan şəhərə mərmi yağdırmağa başladılar. Təxminən gündüz saat 12-də vəziyyət lap dözülməz oldu. Geri çəkilmək lazım idi. Amma bundan ötrü düşmənin mühasirəsini yarmalıydın. İyunun 4-də, dan doğarkən, yarımçıq taborla özümüzü toplayıb hücuma keçdik və mühasirəni yardıq. Tabor irəliləyərək şəhərin şimal-qərbindəki yüksəkliyə çatdı və orada möhkəmlənib düşmənin cinahlarını atəşə tutdu. Mühasirənin yarıldığı istiqamətdə bir neçə saat boyunca şəhəri tərk edən əhalinin gediş-gəlişi kəsilmədi. İyunun 4-dən 5-ə keçən gecə 3-cü Gəncə alayından və yurdsevərlərdən sağ qalanları sərbəst buraxdım. Beləcə, Azərbaycan xalqının silahlı üsyanı başa çatdı. Azərbaycan milli qoşunlarının və əhalinin apardığı qəhrəmanca mübarizə və axıtdığı qan, öz canlarını belə Vətənə əsirgəməmələri Azərbaycan xalqının əzəmətli ruhunu üzə çıxardı. Tarix bu qurbanları unutmayacaq. Onlar gələcək milli AZƏRBAYCANIN sementi və təməlidir."(Cahangir Kazımbəyli).

Üsyançılar nə qədər mərdliklə mübarizə aparsalar da sonunda Gəncə üsyanı məğlubiyyətə düçar oldu. Üsyan top-tüfəng gücünə yatırıldı.
Şərəfsizliyi qəbul etməyən üsyançılar müqaviməti davam etdirmək üçün dağlara çəkilib qaçaq dəstələri düzəldərək mübarizəni bir neçə il daha davam etdirdilər.
Bir az sonra Gəncə üsyanı Azərbaycanın bir çox yerinə yayıldı.
Amma, əfsuslar olsun ki, Gəncə Üsyanının baş verdiyi vaxt, gəncəlilərin vətənimizin azadlığı və istiqlalı uğrunda apardığı savaşa, mübarizəyə qoşulub, dəstək olan şəhərlərimiz və bölgələrimiz olmadı, eynən 1804-cü ildə olduğu kimi...
Üsyan yatırılandan sonra bolşevik-erməni qüvvələri üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar.

Vağzal tərəfdən və şəhərin yuxarı hissəsindən atılan top mərmiləri şəhərin bir çox binalarını dağıtdı, Şah Abbas və Ozan məscidləri də bu aqibətlə üzləşdilər. Şah Abbas cümə məscidinə düşmüş mərmi zərbəsi nəticəsində minarələrdən biri əyilmişdir və bu hal bu günümüzdə də müşahidə olunmaqdadır.

Ozan məscidində başqa, çox dəhşətli bir faciə də baş vermişdir. O faciənin canlı şahidi olmuş Məmməd Ibrahim oğlu Altunbəy Ankarada çıxmış "Hürriyyətə uçan ilk pilot" kitabında o günləri xatırlayaraq yazırdı:
"Ən böyük faciə Ozan məscidindəydi... Açıq qalan qapı önündən keçərkən duyduğumuz dəhşətdən qanımız dondu. Məscidnin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaratmışdı... Diridiri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət qaralıb qalan əllər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı...".
Bolşeviklər şəhərdən çıxa bilməyən dinc əhalini mühasirəyə alaraq kütləvi şəkildə güllələyirdilər. Qeyri-rəsmi məlumatlara görə 12 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşalmışdı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə, yəni üsyandan 3 il il sonra, insanların artıq şəhərə qayıtdığından sonra bu rəqəm ancaq 38.880 idi...
Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən neçə min adam məhkəməsiz güllələndi. Qırmızı ordu Gəncə döyüşlərində çox da dəqiq olmayan məlumata görə 9 min nəfər itirdi.
Gəncə üsyanının mübarizlərindən general-mayor Mirzə Qacar, kapitan Mirizadə, hüquqşünas İsmayılxan Ziyadxanov, habelə ədəbiyyatımızın mahir tədqiqatçısı Firudinbəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, görkəmli maarifci-müəllim Mirzə Abbaszadə və başqaları namərd güllələrinin qurbanı olub.
Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovla birlikdə 79 nəfər yüksək çinli zabit məhkəməsiz, sübutsuz qətlə yetirildi...

Gəncə Üsyanı Bolşevikləri çox böyük təşvişə saldı və üsyandan həmən sonra onlar xüsusi sərəncamlar verdilər.
"Təlqin olunmuş milli və dini ideyalar zəminində köklənən qarışıqlığın kütləvi xarakter ala biləcəyi" imkanı nəzərə alınırdı.
Digər bir sərəncamda xalq narazılığını doğuran halların dərin səbəblərini araşdırılaraq, qarşısı alınmaq üçün yeni qaydalar qoyuldu:
"Bir şeyin pulu ödənilmədən müsadirəsi əsla yolverilməzdir. Qəbz təqdim etmədən, yerindəcə haqqını nağd pulla ödəyin. Hər bir adama izah edin ki, insanların öz dininə ehtiram bəsləməyə haqqı var və hazırkı vaxtda din xadimlərinə qarşı təbliğatı dayandırmaq, adət-ənənələrə hörmət etmək lazımdır!"
Bir azca keçmişə nəzər salsaq, XI Qızıl Ordunun baş komandanlığının həyəcanlı tonlu əmrlərinin məhz Gəncə Üsyanının təsiri altında verdiyi çox açıq şəkildə duyulur.

Yazını "Azərbaycan" qəzetinin redaktoru, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin Gəncə Üsyanını haqda sözləriylə bitirmək istəyirik:

“Gəncə Üsyanı- Millətimizin Şərəf və Namusunun yenidən kəsbi, etibar qazandığı bir dastandır!
Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsində millətimizə atılan şərəfsizlik ləkəsini silib götürdü!”

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#4 Сообщение smersh70 » 01 июн 2016, 02:32

Müzadil Zauroğlu.

Cahangir bəy Kazımbəyli - Gəncə Üsyanının əsas rəhbərlərindən biri idi.
__________________
Изображение
Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində dünyaya gəlib. Gəncə gimnaziyasında təhsil almış, sonra Sankt-Peterburq Hərbi Akademiyasını bitirib. Cahangir bəy peşəkar hərbçi, polkovnik idi. Birinci dünya müharibəsində iştirak etmişdir.
Azərbaycan Demokratik Respublikasının Milli Ordusu yaradılanda vətənə dönüb, 3-cü Şəki süvari alayının komandiri təyin olunmuşdur. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxıb.
Cahangir bəy Cümhuriyyətimizin ilk baş naziri Fətəli Xan Xoyskinin qardaşı, general-mayor Hüseynqulu xan Xoyskinin qızı Valiyyə xanımla ailə qurmuşdu.
Abbas bəy, Mustafa bəy, Əli bəy adlı oğulları vardı.
O, Gəncə Üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyyə Xoyskini, altıaylıq oğlu Abbası İrana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.
Üsyan yatırılandan sonra döyüşərək Gürcüstana keçə bilmiş, oraradan da Türkiyəyə mühacirət etmişdi.
Bir müddət sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub. "Prometey" cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Valiyyə xanım Xoyskiylə birgə çalışıb.
Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr etmiş, "Azəri-türk" dərnəyini yaratmışlar. Əllinci ildə yenidən İstanbula gəlib, ağır güzəran keçirdiyindən Almaniyaya köçüb, ömrünün sonuna kimi "Azadlıq" radiosunda əməkdaşlıq edib.
Xaricdə yaşayan azərbaycanlıları bir yerə toplamağa, birgə antisovet təbliğatı aparmağa çalışan, Müstəqil Azərbaycan ideyasını yaşadan “Milli Birlik Məclisi” daim Sovet kəşfiyyat orqanlarının diqqətində olmuşdur.
Изображение
İkinci Dünya Savaşı başa çatdıqda Sovet xüsusi xidmət orqanları, eləcə də müttəfiq orduların xüsusi xidmət orqanları Cahangir bəy və məsləkdaşlarını həbs etməyə çalışdılar.
Türkiyə hökuməti təzyiqlərdən qorxduğu üçün ona sığınmaq istəyən mühacirləri və hərbi əsirləri Sovetlərə təhvil verdi. Bu da onların işgəncələrə məruz qalmalarına və öldürülməsinə yol açırdı.
Misir kralının şəxsi xahişi sayəsində Cahangir bəy ailəsiylə Romada yaşamaq hüququ qazandı. Lakin 1947-ci ildə Cahangir bəyin xanımı Valiyyə 12 azərbaycanlı hərbçisiylə Türkiyədən Romaya gedərkən təyyarə Afina yaxınlığında şübhəli bir şəkildə qəzaya uğradı.
Təyyarədəkilərin hamısı həlak oldu...
Изображение
1955-ci ilin yazında bir qadın tərəfindən Berlinə dəvət edilən Cahangir bəy Kazımbəyli orada müəmmalı şəkildə ölür.
Bu ölümün təşkilində Sovet kəşfiyyatının barmağı olduğu güman edilir...
Cahangir bəy Kazımbəyli və mübariz məsləkdaşları nə qədər təqib və təzyiqlərlə üzləşsələr də, öldürülsələr də onların İstiqlal ideyalarını məhv etmək mümkün olmadı.
Azərbaycanımız yenidən azadlığa qovuşdu!
Allah onların hamısına rəhmət eləsin!

1953-cü ildə Amerikada nəşr edilən "Azərbaycan" milli jurnalının 12-ci nömrəsində polkovnik Cahangir bəy Kazımbəylinin "Gəncə üsyanı haqqında xatirələr" adlı yazısı dərc olunub. Bu gün də Gəncə Üsyanı haqda ən dəyəli mənbə onun bu xatirələridir.
Cahangir bəy Kazımbəylinin Gəncə üsyanı haqqında xatirələrini aşağıdaki keçidlərdən oxuya bilərsiniz.
Bu xatirələr 1953-cü il mayın 27-də – Cümhuriyyətin qurulmasının 35 illiyində «Radio Osvobojdeniye»də (Azadlıq Radiosunun da ilk adı «Qurtuluş» olub) efirə gedib:
1-ci hissə
http://www.azadliq.mobi/a/24986751.html" onclick="window.open(this.href);return false;
2-ci hissə
http://www.azadliq.mobi/a/24988978.html" onclick="window.open(this.href);return false;

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#5 Сообщение smersh70 » 04 дек 2019, 23:07

UNUDULAN QƏHRƏMAN
Изображение
(Rus əsgərlərinin silahlarını əllərindən alırdılar)

İnqilabdan sonra rus əsgərləri silalarını təhvil verərək sağ salamat ölkələrinə gedə bilərdilər.
Lakin ruslar hər zaman buna əməl etmirdilər.
Bunlardan biri də 9 Yanvar 1918-ci ildə olmuşdu. Çoxlu sayda insan təlafatı ilə nəticələnən döyüşdə Şəmkir stansiyasında rus ordusu tərki silah edilərək 20 ədəd top, 70 ədəd pulemyot, 15000 ədəd tüfəng ələ keçirilmişdir.
Bu döyüşdə qəhrəmanlıq göstərən qəhrəmanlardan biri də Aslan Hacızadə (Aslan Berkan) idi.
Qarabağın erməni rus birləşmələrindən təmizlənməsində Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində döyüşmüşdü.
Cümhuriyyət süqut etdikdən sonra Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, daha sonra isə 5 iyun 1920-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üsyanında iştirak edir.
Hər iki üsyan böyük amansızlıqla yatırılır. Aslan bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər savaşa–savaşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayından keçib İrana daxil olurlar.
Türkiyənin istiqlal savaşında iştirak edən Aslan bəy polkovnik rütbəsinə yüksəlmişdi.

1957-ci ildə vəfat edib. Allah rəhmət etsin.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6084 раза

Re: GƏNCƏ ÜSYANI.1920-сi il....

#6 Сообщение smersh70 » 04 дек 2019, 23:13

RUSLARI BİR GECƏDƏ TƏRKİ SİLAH ETDİLƏR

Azərbaycan kəşfiyyatının qurucusu Nağı bəy Şeyxzamanlı nəql edirdi ki:
- rusların hərkətlənməsindən şübhələndiyimiz üçün gecə 24:00-a qədər davam edən iclasda şəhərdəki 4 kazarmanın səhər açılmadan xalq tərəfindən mühasirəyə alınmasını qərarlaşdırdıq. Əsgərlər təslim alınacaq, təslim olmayanlar məhv ediləcəkdi.
Gecə saat 4-də kazarmaları mühasirəyə aldıq. Ruslardan Milli Komitə adından təslim olmalarını tələb etdik.
Ruslar təslim olduqdan sonra həyatları üçün təminat istəyirdilər.
Mən hamının eşidəcəyi tonda dedim:
" Sizi əhatə edən və silahları almaq istəyən xalq türk xalqıdır. Hər qüvvə və qüdrətə sahib olsalar da vəhşi deyillər. Silahlarınızı aldıqdan sonra sizi evinizə yola salacağıq."
Səhəri gün artıq şəhərdə rus ordusuna aid heç nə qalmamışdı.
Изображение
Qeyd: Fotodakı şəxslər qaçaq Quşdanın dəstəsidir.

Ответить

Вернуться в «TARIX»