BAKI QOCULARI

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: BAKI QOCULARI

#11 Сообщение mirotvores70 » 14 ноя 2015, 15:13

Novxanılı qoçu - Manafov Mirzəbala Məmmədhüseyn oğlu

Bakının tanınmışlarından olan, şəhərimizin mənəvi iqlimində özünün dəst-xəttini qoyan Mirzəbala Manafov 1914-cü ildə doğulub. Atası Dəniyar oğlu Məşədi Məmmədhüseyn 19 yaşında Novxanıdan şəhərə köçüb. Bakının sayılıb-seçilən qoçularından biri kimi ad çıxarıb. Ən böyük arzusu Mirzəbalanı oxudub savadlandırmaq, ziyalı etmək idi.
Cəsurluqda atasına oxşayan Mirzəbala 1932-ci ildə N.Nərimanov adına texnikumun mühəndislik fakultəsinə daxil olur. Lakin mühəndis olmaq ona nəsib olmur. 1933-cü ildə aci tale onu neçə ildən bəri şəhərə qan udduran həmşəri Höccətlə üzbəüz qoyur. Mirzəbalanın cavan ömrünə son qoymaq üçün Höccət odlu silaha əl atır. Lakin 19 yaşlı cavan ona qalib qəlir. Heç kəsin tanımadığı bakılı tələbənin canavar Höccəti öldürməsi böyük əkssədaya səbəb olur. O zaman Bakı milisinin yüksək rütbəlilərindən olan Dudko Bayıl qazamatına gəlir, "sən şəhərimizi böyük bəladan qurtardın!” deyib Mirzəbalanın alnından öpür...
Mirzəbala Bakıdan uzaqlarda da tanınıb, onunla hesablaşıblar. O vaxt Novxanıdan yeddi nəfər, o cümlədən rəhmətlik Meyranqulu, Kavus və Mirzəbala mal-qara almaq üçün Həştərxana gedir. Necə olursa, oraya – bizimkilərin qaldıqları yerə Rostovdan bir neçə tanınmış oğru gəlir. Bunlar yatanda oğrular pusurlar ki, görsünlər pulları hara qoydular. Fikirləri bu imiş ki, başlarını əkib, nələri varsa, aparsınlar. Bunu hiss eləyən Mirzəbala Kavusa tapşırır ki, pulları gizlətməsin, çıxarıb ortaya qoysun. Kavus başlayır ki, sən nə danışırsan, ay kişi, müamilə ilə pul almışıq, batıb gedərik. Mirzəbala deyir ki, bunlar gəliblər, ya pulumuzu aparacaqlar, ya da canımızı alacaqlar. Əgər puldan keçmək istəmirsinizsə, onda alın bu silahları, içəri girən kimi hərəsinin alnından bir güllə vurun. Sonra o, rostovluları çağırtdırır. Onlara tanışlıq verir ki, bəs filankəsdir, filan-filan zonalarda olub, qollarını açıb "nakolkalarını” göstərir. Daha sözə ehtiyac da qalmır. Məmmədhüseyn oğlu onlara deyir ki, bu gördüyünüz puldan sizə bir qədər xərclik verə bilərik, vəssalam. Çünki burada gördüyünüz kişilərin balaları inəklərin yolunu gözləyirlər. Bu, bank pulu deyil ki, apara biləsiniz. Rostov oğruları onu anlayırlar. Məsələ bununla da bitir. Bizimkilər mal-qara alıb, sağ-salamat Bakıya çatdırırlar...
1957-ci ildə açılmayan ölüm işi çox olub, onlardan biri də novxanılı Kamalın qətli ilə bağlı idi. Şəhərin milis rəhbərləri düzüb qoşurlar, işlərin ikisini qoyurlar Mirzəbala kişinin boynuna.
Həmin günlər o, çox fikir çəkirmiş. Dərdini dostu Meyranqulu ilə bölüşərkən deyib ki, elədiyim işlərin üstündə cəza alsaydım, məni qətiyyən yandırmazdı. Dəhşət orasındadır ki, eləmədiyim, tamamilə bixəbər olduğum bir iş üstündə həmkəndlilərimi, qohumlarımı üzümə durğuzalar....
İstəyirdi ki, məhkəmə aşkarlıq şəraitində keçsin. Təbii ki, onun bu arzusunu da nəzərə almadılar.
Bütün məhkəmə boyu bircə dəfə də ağzını açmadı. Axırda son söz veriləndə isə dedi ki, Qüdrət (Kamalın atası), heç kəsin qanı yerdə qalmayıb. Allah qoysa, gec-tez sənin də oğlunu vuran tapılacaq. Onda sənin də dərdin istər-istəməz təzələnəcək, ağlayacaqsan, elə biləcəksən ki, oğlunu lap indi öldürüblər. Bax, onda unutma ki, Mirzəbala nahaq getdi. Onda məni də yadına sal, mənimçün də ağla...
Kişinin o son sözünü bu gün hələ də xatırlayırlar.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: BAKI QOCULARI

#12 Сообщение mirotvores70 » 14 ноя 2015, 15:14

Novxanılı qoçu - Manafov Məmmdhüseyn Dəniyar oğlu

Kənddə toy idi. Qoçu Hacıoglu Məşədi toyxananın yuxarı başında əyləşmişdi. O dövrün adətinə qörə kişilər olan məclisə qadınlar gələ bilməzdilər. Ona görə də qonaqlardan biri öz xoşu ilə başına yaylıq bağlayıb ana-bacı rəqsini oynamalı idi. Hacı oğlu toyxanada bir şəxsi qaralayıb hansısa səhfinə görə onu cəzalandırmaq, camaat arasında rüsvay etmək istəyirdi. Nəhayət, bu rəqsin havasını çaldırıb həmin adamı oynamağa məcbur edir. Bu səhnəni izləyən Məmmədhüseyn adlı bir cavan əsəblərini cilovlaya bilmədiyindən Hacının üstünə silah qaldırıb zorakılığa məruz qalan şəxsə deyir:
- Bu can belə şirindir ki, öz hörmətüvi ona qurban verdin? Sən də, səni oynadan da hələ bir-birinizin tayı - köpəyoğlusuz!
Cavan bunu deyib dərhal toyxanadan çıxır. Aləm bir-birinə qarışır. Bir neçə nəfər silahlarını çıxarıb dikbaş gəncə qulaqburması vermək istəyir. Hacıoğlu onlara təpinir:
- Bir kimsənin o cavanla işi olmasın! Özüm cavabını verəcəyəm!
O gündən də yeni bir düşmənçiliyin təməli qoyulur və bu, uzun çəkir.
Hacıoğlu Məşədinin hökumətlə problemləri olanda İrana qacardı. Bir dəfə Məmmədhüseyn də İrana gedir, tanışının evində qonaq qalır. Təsadüfən Hacıoğlu da o evdə qonaq imiş. Bir-birini görəndə özlərini sakit göstərirlər. Bu, ev yiyəsinə hörmət əlaməti idi. Lakin gecələr hər ikisi bir-birindən ehtiyat edib ayıq yatırdı.
Bir gün Hacıoğlu fürsət tapıb Məmmədhüseynə deyir:
- Dəniyar oğlu, biz düşmənik, amma vətəndə! Yad ölkədə bir-birmizə dayaq olmalıyıq. Sənin ailən məni yaxşı tanıyır, ələlxüsus da, dayın bilir ki, düşmənçiliyi də kişi kimi edirəm və bilirəm ki, sən də elə bir kişinin oğlusan ki, düşmənçilikdə məndən dala qalmazsan!
Onlar belə qərara gəlirlər ki, vətənə çatmayana qədər bir-birinə dayaq olacaqlar. Bir müddətdən sonra Azərbaycana qayıdırlar. Sərhədi keçən kimi başlayırlar atışmaqa.

"Məni Novxanıya aparın "
Çobanların ağsaqqalı Bakının indiki Salyan kazarmaları adlanan ərazısində yerləşən mal-qara bazarına satışa çıxarmaq üçün qoyun sürüsünü gətirir. Hansısa qoçunun ərköyünlüyü ucbatından sübhdən açılmalı olan bazarı bazar xozeyinləri açmağa cürət etmirlər. Bu zaman qoçu Məmmədhüseyn buraya gəlir, bazarın açılmamasının səbəbini biləndə əsəbi halda xozeyinlərə işin başlamasına sərəncam verir. Ağsaqqal çobanın bazarı uğurlu olur. İşi bitirdikdən sonra maraqlanır ki, bazarı açdıran o cavan adam kimdir? Ona izah edirlər ki, bu novxanılı qoçu Məmmədhüseyndir. Qaçaq Xalıqla olan əhvalatı tez yadına salır. Təəccüblənir: "İkinci dəfədir ki, novxanılılar tanımadan mənə belə hörmət edirlər. Görəsən, bu Novxanı kəndi necə olan yerdir?”. Hələ bazarda da bir həmkəndlimizi tapır, onu Novxanıya aparmasını xahiş edir. Faytonla çatırlar Novxanıya. Yay ayı olduğundan, kənd caamatı bağlara köçmüşdü. Yol yoldaşı istəyir qonağı bağa aparsın. Ağsaqqal faytonu saxlatdırıb, yerə düşür, Novxanı torpağını öpür. Arzusuna çatdığını bildırib qayıdır Bakıya.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: BAKI QOCULARI

#13 Сообщение mirotvores70 » 14 ноя 2015, 15:15

Hacıoğlu Məşədi
Ötən əsrin əvvəllərində böyük şöhrət qazanmış Bakı qoçusu

Şəhərin bir məhəlləsinin qoçusu Dəvəçidə digər qoçu ilə düşmənçilik edirmiş. Bir gün qonşusu gəlib ona deyir ki, sənin düşməninin qızını mənim oğlum istəyir. İndi biz nə edək? Qoçu çox fikirləşir, məsləhətləşir, gəlir Hacı oğlu Məşədinin yanına, əhvalatı danışır.
- Qızın hərisini verdim, - deyə Hacı oğlu qətiyyətlə bildirir. - Sabah gəl, gedək elçiliyə.
Səhər Dəvəçiyə yola düşürlər. Xəbər yayılır ki, Hacı oğlu filankəsin düşməni ilə, özü də çalan-oxuyanla Dəvəçiyə tərəf gəlir. Həmin qoçu tez toğlu kəsdirir, süfrə açdırır, evləri sahmana salıb qonaqların qabağına çıxır. Hamı evə dəvət olunur. Ev sahibi Hacı oğlu Məşədidən soruşur:
- Qonağın nə üçün gəlməsini soruşmazlar, ancaq düşmənimlə, həm də çal-çağırla gəlməyin mənə qəribə gəldi.
Hacı oğlu deyir:
- Qızının hərisini vermişəm düşməninin məhəlləsində yaşayan qonşusunun oğluna.
Dəvəçili:
- Allah xeyir versin, adam xeyir işə heç vaxt zərər vurmaz. Sən vermisənsə, elə sözün sözdür. Xoş gəlib səfa gətirmisiz.
Qonaqlar yola düşəndə ev sahibi Hacı oğlu Məşədiyə deyir:
- Qədeş, sənin gördüyün iş xoşuma gəldi, ancaq gətirdiyin adamla düşmənçiliyimiz qalır düşmənçiliyində, sözüm sözdür.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2844
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 388 раз
Поблагодарили: 365 раз

Re: BAKI QOCULARI

#14 Сообщение mirotvores70 » 14 ноя 2015, 15:16

Qacaq Xalıq
Qaçaq Xalıq Şamaxıdan Novxanıya qayıdırdı. Ceyrankeçməz adlanan bir yerdə çobanların yanında gecəməli olur. Onu tanımayan çobanlar qonaqpərvərlik qaydası ilə Qaçaqı qəbul edir, çay-çörəklərini onunla bölüşürlər. O, sübh-tezdən yuxudan oyananda məlum olur ki, gecə quldurlar qoyunları aparıblar. Çobanların ağsaqqalı bildirir ki, quldurlar özlərini Qaçaq Xalıqın dəstəsi kimi qələmə veriblər. Çobanlar Qaçaq Xalıqı da, onun dəstəsini də lənətləyirlər. Quldurların hansı istiqamətə getdiyini öyrənən Xalıq kişi atlanır və oğruların ardınca yollanır. Günortaya yaxın həmin quldurlar qoyunları çobanlara qaytarır, ağsaqqaldan üzr istəyirlər. Həmkəndlimiz sağollaşib yola düşür. Çobanlar quldurlardan soruşurlar ki, bu nə əhvalatdır, qoyunları niyə apardız, niyə də qaytardız, bizimlə gecəliyən bu iqid kişi kimdir?
Quldur başçısı izah edir ki, qonağınız məşhur novxanılı Qaçaq Xalıqdır, oğurluq vaxtı onun adını çəkməklə böyük səhvə yol vermişik. Onun sözündən sonra qoyunları qaytarmaqdan başqa çarəmiz qalmadı.
Qacaq Xalıq XIX əsrin axırlarında, XX əsrin əvvəllərində Şirvanda, Bakıda, hətta onun hüdudlarından xeyli uzaqlarda məşhur olan bir igid idi. Çar polisində ad çıxarmış Qaşqa pristav (polis rəisini novxanılılar belə adlandırdılar) çox əlləşib, müxtəlif planlar cızıb ki, həmkəndlimizi ələ keçirsin, amma buna nail ola bilməyib. Hətta söyləyirlər ki bir dəfə Qurd dərəsində Qacaqla pristav bir tonqal başında çörək də kəsiblər. Qaşqa Xalıqın davranışına, söhbətlərinə heyran olur. Qaçaq məclısı tərk edəndən sonra polis rəisi maraqlanır ki, bu alicənab insan kimdir? Məsələdən hali olanda onun uzun illər ələ keçməməsinin səbəbini başa düşür.
Изображение
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6085 раз

Re: BAKI QOCULARI

#15 Сообщение smersh70 » 14 ноя 2015, 23:55

Əla temadı...ancaq bir şey deyim- Gəncəli qocu barədə temanı oxuyandan sonra, Mirotvorets ilham aldı :D Halaldı!
mirotvores70 писал(а):Türk ordusu gələnədək müsəlman əhalini ermənilərin hücumundan qoruyan elə öz igidlərimiz qoçular,milyonçular və ziyalılar olub
bəs türk ordusu Bakıya gələndən sonra,onların münasibətləri barədə də yazardız,hörmətli Mirotvorets ...Mən bilən onların heç arası olmayıb :) və bunun nəticəsi olaraq,bəzi qocular bolşeviklərə qoşuldu....

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6085 раз

Re: BAKI QOCULARI

#16 Сообщение smersh70 » 31 янв 2016, 04:15

Bakının ən qədim və ərazicə böyük kəndlərindən biri olan Balaxanı həm milyonçuları, həm elm adamları, həm də qoçuları ilə məşhurdur. Bu kəndin neftlə zəngin olması da, onun inkişafında rol oynayırdı. Çox möhtərəm şəxsiyyətlərin vətəni olan bu kəndin adamları həmişə qabağından yeməyən, sözünü yeridən olublar.

Bu dəfə balaxanılı Qoçu Qubadla Qaçaq Adil barəsində danışacağıq.

Qoçu Qubadın boylu-buxunlu, yaraşıqlı bir adam olduğunu söyləyirlər. Deyilənə görə, o, tapançasını başqa qoçular kimi yanında yox, indi bəzi polislərdə olduğu kimi, qoltuğunun altında gəzdirərmiş. Ancaq o qədər cəld hərəkət edirmiş ki, bircə anın içində tapançanı çıxarıb hazır saxlarmış.

Balaxanılıların Kürdəxanı kəndinin yaxınlığında bağ evləri yerləşir. Həmin yeri “Ləhic bağları” adlandırırlar. Bu kəndin ən məşhur adamlarından biri Məşədi Adil idi. Onu əsasən Qaçaq Adil kimi tanıyırdılar. Deyilənlərə görə, əgər o dövrdə at çapmaq üzrə yarış keçirilsə, bu adam dünya çempionu titulunu qazanardı. Günlərin birində Qoçu Qubad Kürdəxanı kəndinə gəlir. Kənddəki ərzaq dükanına girib, nəsə alver etmək istəyir. Qoçu Qubad bir az kefcil adam olub. Belə ki, həm lətifəbaz, həm də içkiyə meylli idi. Dükana girəndə yenə də kefi kök imiş. Keçib dükançıya yaxınlaşır, sıra ilə düzülmüş şərab şüşələrindən birini götürüb:
- Alə, qırışmal, de görüm, bu Kürdəxanıda mənim qabağıma çıxa biləcək bir cayıl tapa bilərəm? – deyə, gözlərini qıyaraq soruşur.

Dükançı Qoçu Qubadın qarşısında nə deyə bilərdi? Çənəsini sinəsinə sıxaraq, susur. Ancaq bu vaxt necə olursa, Qaçaq Adil də dükana girir. Dükançı onun uzaq qohumlarından olub. Qohumunun söyülməsi, üstəlik də bütün kəndin haqqında belə bir aşağılayıcı söhbət ona xoş gəlmir. Adil qəzəblənərək, ucadan:
- Alə, Qubad, bir geri dön görüm, - deyərək arxadan səslənir.

Qoçunun geri dönməsi ilə, Qaçaq Adilin tapançasının açılması bir olur. Adil onun şərab butılkasını tutan əlini nişan almışdı. Ancaq atəş çox sərrast olur. Güllə həm butılkaya, həm də qoçunun sinəsinə dəyir. Qubad müvazinətini itirib yıxılır. Qaçaq Adil:
- Bax, cayıl belə olar, - deyərək ona yaxınlaşır.

Ancaq iş işdən keçmişdi. Qubad aqoniya içərisində ağzını açaraq nə isə demək istəsə də, boğazından çıxan xırıltıdan savayı heç nə eşidilmədi. Qaçaq Adil sözsüz ki, onun içkili vəziyyətdə olduğunu biləndən sonra bu əməlindən peşman olmuşdu. Çünki Qoçu Qubad kimi igidin ölümü hər halda, ağır idi...

Bu xəbər Balaxanı camaatına çatır. Qoçu Qubadın öldürülməsi onları təlatümə gətirmişdi. Kəndin əlisilahlılarından iyirmi-otuz nəfəri atlanıb Kürdəxanıya yollanırlar. Qaçaq Adilin evdə olduğunu dəqiqləşdirdikdən sonra gecəylə evini mühasirəyə alıb, gülləbarana tuturlar. Qaçaq Adil evdə qoca anasıyla qalırdı. Vəziyyəti belə görüb silahını götürür və atışmağa başlayır.

Sözsüz ki, Qaçaq Adil öz həyətinin cikinə-bikinə bələd idi. Odur ki, elə gizləndiyi yerdən balaxanılılardan bir neçəsini yaralayır. Axırda onun təslim olmayacağını görən silahlılar evə od vurmaq fikrində olduqlarını bildirlər. Onlar qaçağın anasının evdə olmasından xəbərdar idilər. Ona görə də ucadan onadan anasının evdən baylra çıxmasını tələb edirlər. Qaçaq Adil çətinliklə anasını onu tək qoyub evdən uzaqlaşmağa razı sala bilir. Balaxanılılar qadının sərbəstcə evdən uzaqlaşmasına şərait yaradır və ananın tam aralandığını gördükdən sonra evə od vururlar. Həyətin dörd tərəfindən tam nəzarət edərək evin artıq yanıb kül olduğunu gördükdən sonra, Qaçaq Adilin də canını tapşırdığını güman edir və çıxıb gedirlər...
Изображение
Lakin elə səhərisi gün Qaçaq Adilin Məhəmmədəli kəndində göründüyünü eşidirlər. Əvvəlcə bu xəbərin yalan olduğunu düşünsələr də, sonradan onun sağ qalması məlum olur. Bu məsələ həqiqətən də möcüzəyə bərabər bir iş idi. O qədər adamın gözü qarşısında Qaçaq Adil yanan evdən necə çıxmışdı, heç kimə məlum deyildi.

Bu hadisədən sonra uzun müddət kürdəxanılılarla balaxanılılar arasında münaqişə davam edir. Ləhic bağlarına gəlməyə çoxları cəsarət edə bilmirdi. Hər şeyi zaman yerbəyer etdiyi kimi, bu qanlıçılıq da yavaş-yavaş aradan götürülür...

Məşədi Adilin qaçağa çevrilməsinin də maraqlı tarixçəsi var. O, Nikolay hökumətindən qaçmışdı...

... Kürdəxanı kəndində kasıb, böyük külfət sahibi olan bir kişi ödəyəcəyi vergiləri heç cürə verə bilmir. Çox get-gəldən sonra məsələ böyüyür. Axırda iş o yerə çatır ki, pristava şikayətə gedirlər. Milliyyətcə rus olan pristav həmin kəndlini çağırtdırıb, pulları ödəməsini tələb edir. Lakin xeyli vaxt keçsə də bir nəticə hasil olmur. Axırda pristav durub gəlir onun qapısına. Sözsüz ki, yanında əshabələri, əlaltıları da vardı. Kəndli and-aman edir, yalvarır, özünü yeyib-tökərək pulunun olmadığını söyləyir.

İşi belə görən pristav əlaltılarına borclunu döymək göstərişini verir. Başlayırlar bu yazığı öz evindəcə, arvad-uşağın qarşısında şillə-təpiyin altına salmağa. Onun hay-harayı, ah-vayı qonşulara da çatır. Səsə gələnlər arasında Adil də olur. Birbaşa içəri keçib pristavın qənşərində dayanır. Ondan bir az aralıda kəndlini necə gəldi vururdular. Adil onlara tərəf çevrilərək, əl saxlamaqlarını tələb edir. Döyənlər dayanırlar. Adil yazığı niyə bu günə qoyduqlarını soruşur. Onlardan biri məsələni olduğu kimi danışır. İşdən hali olan Məşədi Adil:
- A kişi, yazığı niyə bu günə salırsınız? Yoxudur də, olsaydı verərdi. Əl çəkin ondan. Haçan pulu olar, onda mütləq ödəyər, - deyə sakitcə dillənir.

Pristav onun işinə qarşımaq istəyən adamın kimliyi ilə maraqlanmadan:
- Sən kimsən? Elə bilirdim onun borcunu ödəmək fikrindəsən. Rədd eləyin bunu burdan! – deyə əlaltılarına göstəriş verir.

Bu sözü eşidən Adil çevrilib pristavın qulağının dibindən bir qapaz ilişdirir. Qəfil zərbədən pristav yıxılır. Nikolayın dövründə belə hərəkətə görə adamın başına müsibətlər açardılar. Odur ki, pristav da, adamları da mat qalırlar. Silaha əl atmaq istəyəndə, Adil tapançanı çəkib:
- Cəhənnəm olun burdan, bir də ayağınız bu kəndə dəyməsin! Çevrilib arxaya baxanın beynini dağıdacam! - qışqırır. Və həmin gündən Adil qaçaq düşür.
Изображение
Kürdəxanı camaatı o dövrlər əsasən heyvandarlıqla məşğul olardılar. Kəndin böyük qoyun sürüləri vardı. Lakin Abşeron torpağı bu sahə üçün çox da əlverişli deyildi. Qumsal, ot bitməyən ərazidə qoyunları saxlamaq mümkün olmurdu. Elə buna görə də kənd camaatı qoyun sürülərini sürərdilər Qobustan istiqamətinə. Bu yerlərin yaşıllığına görə Bakının bütün ərazilərindən qoyunları bura gətirərdilər, yataqlar düşərdi.

Günlərin birində Kürdəxanılı Adilə xəbər gətirirlər ki, kənd camaatının bütün qoyunlarını əlindən alıb, müsadirə eləyiblər. Bu söhbəti eşidən kimi ata minib birbaşa o tərəfə yolllanmaq istəyir. Ətrafdakılar onu saxlamağa çalışıb, tək getməsini təklif edirlər. Lakin Adil onları eşitmir, atını tərpədib yola düşür. Qovhaqov gəlib yataqlara yetişir. Ha axtarsa da, Kürdəxanı camaatının qoyunlarını tapa bilmir.

Sözsüz ki, Qala cinsindən olan heyvanlarını elə kənardan baxan kimi müəyyən etmək çətin deyildi. Xeyli soraqlaşandan sonra məlum olur ki, çobanları döyüb qovduqdan sonra, heyvanları da bu ərazilərə nəzarət edən bir nəfər, hərəyə bir neçəsini verməklə bölüşdürüb. Qaçaq Adil hər kimə yaxınlaşıb qan-qadasız heyvanların geri qaytarılmasını tələb etsə də, heç kəs bunu edə bilməyəcəyini deyir. Hamı bu yerlərin bircə ağası olduğunu söyləyir. Deməli, həmin adamı tapıb, haqq-hesab çürütmək lazım gəlirdi.

Qaçaq Adil öyrənir ki, əslən Nəvaidən olan həmin adam burada yoxdur, öz evində oturub, sadəcə olaraq tapşırıq verir, işlərə rəhbərlik edir. Qaçaq onun yaşadığı yerin ünvanını öyrənib, birbaş atını qapısına sürür. Gəlib evə çatanda görür ki, bu adam hər kimsə çox imkanlı şəxslərdən biridir. Belə ki, ikimərtəbəli zəngin evin sahibinin elə ilk baxışdan vəziyyətini müəyyən etmək çətin deyildi. Atın başını yığıb qapını döyməyə başlayır. Lakin hay verən olmur. Ev yiyəsini haraylayır, yenə səs-soraq çıxmır.

Evdə adamlar olduğu halda cavab vermədiklərini görən Qaçaq Adil ev sahibinin onun kimliyindən xəbərdar olmasını anlayır və hasardan aşaraq eyvana dırmaşır, pəncərədən içəri keçir. Qarşısına çıxan qulluqçudan ev yiyəsinin yerini soruşur. Çağırılmamış qonağın qəflətən qarşısında peyda olmasından özünü itirən qulluqçu əlinin işarəsi ilə soruşulan yeri göstərir. Qaçaq Adil qapını açıb içəri keçir.

Qat-qat buxaqlı, pendir tuluğuna bənzər göbəkli, qırmızı sifətindən yağ daman kişi oturduğu yerdəcə quruyub qalmışdı. Özünü ələ almağa çalışaraq:
- Vallah, onların sənin kəndçilərin olduğunu bilməmişəm, ay Məşədi, - zarıyır, - Elə indi istəyirdim gedib işləri yoluna qoyam. Qaytarıb heyvanlarını özlərinə verəcəkdim.

Üz-gözündən saxtalıq, harınlıq yağan bu adamın sözlərinin boğazdan yuxarı olduğunu həmin an duymuşdu Qaçaq Adil. Əgər onun həqiqətən belə bir fikri olsaydı, daha niyə qaçıb evində gizlənirdi? Kişi kimi çıxıb onu qarşılayardı, bununla da işi səhmana salardılar. Sadəcə olaraq, o, indi artıq bıçağın sümüyə dirəndiyini görüb, vəziyyətdən çıxmaq üçün özünü tülkülüyə qoyurdu. Odur ki, Qaçaq Adil qəzəblə:
- Qalx ayağa, indi bir yerdə gedəcəyik yataqlara. Orada hər şeyi aydınlaşdırarıq, - deyir.

Kişi ayağa qalxıb qorxa-qorxa ona tərəf irəlilədi. İkiqat əyilmiş bu adamın, bayaq əlaltılarının az qala şişirdib göyə qaldırmaq istədiklərini xatırlayn Adil:
- Yox, bu, sənin üçün böyük şərəf olar. Soyun paltarını, - göstərişi verir və haramzadanın narazı qaldığını hiss edərək tapançanı çıxarır, - Soyun, soyun. Ağlını başına cəm elə. Əgər yaşamaq istəyirsənsə, nə deyirəmsə onu eləginən, - deyir.

Ev sahibini alt tuman-köynəkdə qabağına qatıb həyətə çıxarır, atlara süvar olurlar. Günün günorta çağı Qaçaq Adil bu tərəflərdə sözünün qabağında söz olmayan, hamının tük saldığı bir adamı bu vəziyyətdə ta yataqlara qədər gətirir. Birbaşa atlarını camaatın lap gur yerinə sürürlər. Çobanlar gələnlərdən birinin xozeynləri olduğunu, özü də alt tumanköynəkdə görəndə gözləri kəllələrinə çıxır. Onu bu günə salan adamın kimliyindən isə hələ xəbərsiz idilər. Qaçaq Adil onların mat-mat baxdığını görüb:
- Hə, nədi? Dediyiniz adam bu idi? Baxın, onu da gətirmişəm. Köpək uşağı, sizə bircə gün vaxt verirəm. Sabah bu vaxtacan camaatın bütün heyvanlarını necə paylaşdırmısınızsa, eləcə də yığarsınız bir yerə. Bircə heyvan əskik gəlsə, əlimdən qurtara bilməyəcəksiniz! - qəzəblə dillənir.

Kişi başını aşağı salıb qıpqırmızı olmuşdu. Camaatın içində bu vəziyyətdə dayanması onun üçün ölümdən betər idi. Qaçaq Adil sözünü bitirib onun paltarlarını atın belindən götürərək üstünə atır:
- Götür gey. Mən gedirəm, ancaq sözlərimi yaddan çıxarma. Sabah mənim camaatım gələcək. Elə olmasın ki, bir də buralara ayağım düşsün. Bu gündən kürdəxanılılara burda bir kəlmə də artıq söz deyən olmayacaq. Sən də unutma ki, Kürdəxanılı Məşədi Adil sözünü bircə dəfə deyir. İkinci dəfə artıq sözümü başqa cür söyləyəcəyəm! - deyərək atının başını çevirib dördnala yataqlardan uzaqlaşır...
Kəndə çatıb camaata xəbər verir ki, sabah gedib heyvanlarını götürə bilərlər. Həqiqətən də səhərisi gün camaat gedib Qobustandakı qoyunlarının bir yerə yığılıb onları gözlədiklərini gördülər.

Аватара пользователя
smersh70
пулеметчик
Сообщения: 98533
Зарегистрирован: 29 июл 2013, 14:19

Благодарил (а): 4892 раза
Поблагодарили: 6085 раз

Re: BAKI QOCULARI

#17 Сообщение smersh70 » 20 мар 2019, 17:03

Stalinin xilaskarı, ermənilərin kabusu: kişi paltarlı qaçaq Gülsüm - FAKTLARLA

... Günəşin batışından sonra bir dəstə atlı meşəyə doğru çapır. Onlar əllərində pul kisələri və yanlarında bəstəboy bir kişi ilə ağacın altında bardaş qurub oturanlara yaxınlaşırlar. Biri deyir:

- Süleyman qağa, pulları da, adamı da gətirdik.

- Kərəm qağanın dediyi kişi budurmu?

- Budur.

Əlindəki tüfəngi ağaca söykəyib, ağır-ağır onlara yaxınlaşan ortaboylu başçı qonağa nəzər salıb deyir:

- Adın nədir?

- Soso Cuqaşvili.

- Kərəm qağa səni xüsusi tapşırıb, qonağımızsan. Yoldan gəlibsiz, gedin dincəlin.

Bu başçı uzun illər Qaçaq Süleyman adı ilə dəstəyə rəhbərlik edən şəmkirli Gülsüm, qonaq isə sonradan böyük imperiya quraraq dünyada Stalin kimi tanınan İosif Cuqaşvili idi. Onların tanışlığının səbəbkarı isə Qafqaz, Rusiya, İran və Türkiyədə məhşur olan qazaxlı qaçaq Kərəm idi.
Изображение
Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində adan olub. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı. İki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın onun evinə gələrək ailəsinin qarşısında atasını təhqir etməsi bir yana, qaynar samovarı Əmirqulu kişinin kürəyinə sarıyıb zülm etmələrinə dözə bilməyən Gülsüm evin içində pəncərədən güllə ilə pristavı vurur. Həmçinin bunu görüb qaçmaq istəyən kəndxudanı da güllələyir. Hər ikisi ölür, bu hadisə onun həyatını dəyişir. Səhəri gün hökumət adamları kəndi mühasirəyə alıb qatili tələb edirlər, qardaşlarının qabağa düşüb asılmasına razı olmayan Gülsüm onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.

O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. “Adım Süleymandı” deyib onları inandıran Gülsüm yalandan and içir ki, onların axtardığı Gülsüm onun bacısıdır.

Sonra Gülsüm Şəmkir ərazisində başçısı Çaqqal Səlim olan dəstəyə qoşulur. Lakin Səlimin fikri çoxlu var-dövlət toplayıb İrana qaçmaq idi. Buna görə kasıbların da qarşısını kəsir, əllərində olan-qalanı alırdı. Bu isə Gülsümün xoşuna gəlmirdi. Çaqqal Səlimin öz dostunu öldürüb qızıl-gümüşünü ələ keçirməsi və bir çobanın sürüsünü aparıb Göyçədə satmasını görən Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır və sonra da başını kəsir. Daha sonra Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. Qorxulu bir döyüşdə Süleyman igid şahin kimi böyük hünər göstərib dostlarını qara-qorxudan çıxarır.

O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz Canişinliyində böyük marağa səbəb olmuşdu.

Qaçaq Süleyman, Muxtar bəy kimi ad-san qazanan Gülsümün qəhrəmanlıqlarını görən qaçaqlar onu özlərinə başçı seçirlər. Süleyman artıq hökumətin gözündə təhlükəli qaçaq idi. Dəfələrlə jandarm və kazaklarla döyüşdə qələbə qazanan Gülsüm qiyabi ona dəstək olan Qaçaq Kərəmlə görüşmək üçün gecəliklə Araz çayını keçib Cənubi Azərbaycana gedir. Lakin yemək yedikləri yerdə çoxsaylı qarasoran (İranda asayiş qüvvələri –red.) gəldiyini görüb, atışmaya başlayırlar. Bu zaman o, əsir düşür. Onu zindana salırlar. Həmin vaxt Qaçaq Kərəm də İranda yaşayırdı. Məsələni ona danışırlar. Kərəm onun yanına gedir və onunla tanış olur. Bu çətin vəziyyətdən onu qurtarır. Hətta Kərəm də onun qadın olduğunu bilmir, bir azərbaycanlı, həmyerlisi kimi ona kömək edir. Kərəm Süleymanı azadlığa çıxartdıqdan sonra bütün dəstəni öz evinə dəvət edir. Burda Gülsüm qaçaq Süleyman adından istifadə edən qadın olduğunu Kərəmə etiraf edir. 1890-cı ilə qədər Qaçaq Süleyman Təbrizdə yaşayır. 1890-cı ildə Kərəm onu İrandan öz yerinə göndərir. Süleyman Kərəm adından bir çox işlər görür. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda Süleymana məlumat göndərir. Və bildirir ki, gürcü dostlarının xahişi var ki, qatarda siyasi bir dustaq var. Mütləq onu xilas etmək lazımdır.

Əməliyyat çox uğurla başa çatır. Dustaq azad edilir, pullar götürülür. Soso Cuqaşvili də Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olub Soso. Bir xeyli əməliyyatlarda da iştirak edib.

Soso pul gücünə Qaçaq Gülsümlə birgə Metex qalasından xeyli qaçaq azad edir.

Bir dəfə meşəyə gələn rus komandir Gülsümlə söhbət edir. Komandir onun üzə çıxmasını və Çar ordeni ilə təltif edilməsini təklif edir. Bütün etdiklərinin bağışlanacağını və toxunulmazlıq veriləcəyini vəd edir. Buna Gülsüm belə cavab verir: “Mənə rus çarının heç bir ordeni və təklifi lazım deyil, mən padşahım kimi onu qəbul etmirəm. Öz padşahım olsa, mən qaçaq olmazdım”.

Amma Soso da Soso idi. Qaçaq Süleymanın qadın olduğunu bilir. Ümumiyyətlə, cəmi üç nəfər bilib bunu -Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili-Stalin. Qaçaq Kərəmin göstərişi ilə pulların bir qismi Urmiyada Kazım xan hərəkatı üçün İrana göndərilir. Qalan hissəsi isə müxtəlif adlarla Rusiya və Türkiyə banklarına yatırılır.
Изображение
Bundan sonra Qaçaq Kərəm onun Türkiyəyə getməsini tapşırır. Bir müddət Bitlisdə yaşadıqdan sonra eşidirlər ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, evlərinə qayıdırlar. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyinə heyran olurlar. 1901-ci ildə Kərəm Gülsümə qaçaqlıq etməyi qadağan edir. Ailə-uşaq sahibi olmasını istəyir. Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki, İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.

Bolşeviklər ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.

Deyilənə görə, Gülsüm 101 il ömür sürüb, 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.

Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
AMEA Fəlsəfə və Hüquq İnstitutu

Ответить

Вернуться в «TARIX»