Azeri Defence News

Автор
Сообщение
Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Azeri Defence News

#1 Сообщение mirotvores70 » 21 дек 2013, 13:28

Azəri Defence News saytının aktual xəbərlərinin şərhi:

6:53 20-12-2013: Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər.

Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Fərmanı kollegiya iştirakçılarına elan edib.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. General-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb.

Kollegiya iclasında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.


Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.
Изображение
http://www.azeridefence.com/news.php?id=8292" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#2 Сообщение mirotvores70 » 21 дек 2013, 13:31

Mübariz yenidən cəbhəyə gəlir

15:14 17-12-2013: Müdafiə Sənayesi Nazirliyi (MSN) mühəndisləri tərəfindən yaradılmış 12.7 millimetr çaplı “Mübariz” antimaterial snayper tüfəngi yaxın vaxtlarda silahlanmaya qəbul olunacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Nazirin sözlərinə görə, silah üzərində aparılan təkmilləşdirmə işləri yekunlaşıb.

“Yaxın vaxtlarda snayper tüfəngi silahlanmaya qəbul ediləcək”, deyə nazir əlavə edib.

Qeyd edək ki, “İstiqlal” antimaterial snayper tüfəngi ailəsindən olan 12.7 mm çaplı bu silah Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.

Tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
Изображение
http://www.azeridefence.com/news.php?id=8281" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#3 Сообщение mirotvores70 » 21 дек 2013, 13:34

Bakıda aviaşou keçirilməsi planlaşdırılır


14:28 15-11-2013: Azərbaycanda 2014-cü ilin sentyabr ayında təşkil olunacaq ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisinin açılış günü aviaşounun keçirilməsi planlaşdırılır. “AzeriDefence.com” saytının öz mənbələrindən əldə etdiyi məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri tərəfindən təşkil olunacaq aviaşou Bakı Expo Mərkəzi və Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisinin üzərində icra olunacaq.

Hazırda aviaşou və sərgi çərçivəsində təşkil olunacaq digər maraqlı tədbirlər üzərində işlər aparılır.

ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi 2014-cü il sentyabrın 11-13-ü tarixlərində keçiriləcək.

Artıq sərgidə 50-dən artıq firmanın iştirakı təsdiqlənib. Bu günədək Türkiyə və Polşa Milli pavilyonla təmsil olunacaqlarını rəsmən təsdiqləyiblər.
Изображение
http://www.azeridefence.com/news.php?id=8245" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#4 Сообщение mirotvores70 » 21 дек 2013, 13:40

Azərbaycan üçün xüsusi səhra hospitalları
Ordumuzda yenilik

18:00 05-11-2013: Mobil hospitallarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmış Turmaks şirkəti iyun ayında Azərbaycan Silahlı Qüvvələrinə iki səhra hospitalının çatdırılmasını tamamladı. İyunun 25-də dövlət başçısına təqdimatı keçirilən bu hospitallar istənilən əməliyyat ərazisinə daşına və qısa müddətdə qurularaq işlək vəziyyətə gətirilə bilir.
On ildir mobil hospitalların və açılıb-yığılan konteynerlərin istehsalı sahəsində fəaliyyət göstərdiyini deyən Turmaks şirkətinin sədr müavini İlkər Hunərin sözlərinə görə, onların təqdim etdiyi hospitalların özəlliyi konteynerlərdir: “Konteynerlər işlərimizin təməl hissəsindədir. Hazırda dünyada bu işlə məşğul olan 3-4 firma var. Açılıb-yığılan konteynerlərdə öz dizaynımız mövcuddur, daha doğrusu, biz burada nou-hau yaratmışıq. Çadırları hər yerdən əldə etmək mümkündür. Konteyner isə obrazlı şəkildə desək bu işin qəlbidir. Turmaks olaraq biz konteynerlər sahəsində xüsusi araşdırmalar aparırıq. Örnək olaraq deyə bilərəm ki, BMT-yə verdiyimiz konteynerlər ilə Azərbaycana verdiyimiz konteynerlər arasında çox fərq var. Sonuncular daha təkmilləşdirilib.
Şirkət nümayəndəsi konteyner istehsalından sonra əsas işin sistemin inteqrasiyası olduğunu deyib: “Bir yerdən çadırın, digər yerdən konteynerin alınıb bir yerə yığılması ilə iş bitmiş hesab olunmur. Bunun içindəki avadanlıqlar da var. Sistem inteqrasiyası konteyner, çadır, içindəki medikal avadanlıqların, eləcə də generatorun, kondisionerin hamısının sistemləşdirilməsi və bir araya gətirilməsidir. Bildirmək istəyirəm ki, bizim istehsal etdiyimiz konteynerlər tək hospital kimi deyil, uzaq dağlıq və çöllük ərazilərə helikopterlərlə götürülüb müvəqqəti yaşama yeri, komanda-qərargah mərkəzi və s. kimi də istifadə oluna bilər”.
Изображение
Изображение
İ. Hunərin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyi ilə görüşmələrə 3 il yarım əvvəl başlanıb. Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bakıda təqdimat keçirilib, eyni zamanda Azərbaycan tərəfi Türkiyədə şirkətin istehsal prosesi ilə tanış olub. Bundan sonra Azərbaycan tərəfinin istəyi nəzərə alınmaqla yeni modelin dizaynı hazırlanıb. İl yarım davam edən müzakirələrin nəticəsində tərəflər arasında 2 ədəd mobil səhra hospitalının alğı-satqısına dair 13 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilə çərçivəsində iki hospitalın 10 ay içində sifarişçiyə çatdırılması nəzərdə tutulsa da, Turmaks işləri 6 ay ərzində həyata keçirərək iyun ayının birinci yarısında müqaviləni yerinə yetirib. Həmçinin bu hospitalları istifadə edəcək heyətə təlimlər verilib.
Şirkət rəsmisi Azərbaycan üçün istehsal olunan mobil hospitalların özəllikləri barədə də danışıb: “Bu konteynerlər özünü nəqliyyat vasitəsindən endirmə xüsusiyyətinə malikdir. Eləcə də genişliyi ilə fərqlənir. Dünyada ilk dəfə olaraq bir ədəd açılıb yığılan konteyner içərisində iki (bir hospitalda 4 ədəd) əməliyyat masası yerləşdirilib. Bu hospitalların hər birinin ayrıca qoşqu üzərində isitmə-soyutma sistemi, su təmizləmə, ayaqyolu, duş kabinəsi və s. mövcuddur. Bu qoşqular konteynerlərlə birlikdə daşınır. Yəni bir mobil hospitalı hər birinin 8 qoşqusu olan 8 maşın daşıyır. Konteynerlərdə həmçinin hava təmizləyici və iki elektrik generatoru var. Bu generatorlar sinxron çalışırlar. Əməliyyat zamanı iki generatorun sıradan çıxma ehtimalını nəzərə alaraq konteynerə səssiz işləyən kiçik bir generator da yerləşdirmişik. Qeyd etmək istəyirəm ki, konteynerə qablaşdırılması hospitalın istənilən əraziyə nəql olunaraq, hazır vəziyyətə gətirilməsini asanlaşdırır və bu çox az bir vaxta həyata keçirilir. Bizim konteynerlərin kənarlarında hidravlik ayaqları var. Müəyyənləşdirilmiş ərazidə konteynerin ayaqları açılır. Konteyner özünü qaldırdıqdan sonra nəqliyyat vasitəsi kənara çəkilir və konteyner özünü endirir. Yəni konteynerin endirilməsində krana gərək qalmır.
Konteyner endirildikdən sonra çadırlar qurulur. Çadırlarımız NATO standartlarına uyğun şəkildə ən son texnologiyalarla istehsal edilib və hündürlüyü 2.4 metrdir. Hər bir çadırın özünün kompressoru var və 7 dəqiqə ərzində şişərək hazır vəziyyətə gəlir. Xüsusi sistem sayəsində çadırların havasına avtomatik nəzarət olunur. Konteynerlərin özünü endirməsi isə 5-7 dəqiqə, açılması 70 saniyə çəkir. Hər bir konteyner 28-29 kvadratmetr sahə yer tutur. Bundan sonra içərisindəki avadanlıqların düzənlənməsi başlayır. Ümumilikdə hospital 1 saat içində ilk xəstələri qəbul edə, iki saat içində isə ilk əməliyyata başlaya bilər. Toplam olaraq iki hospitalın qurulub işə hazır vəziyyətə gətirilməsi 6-7 saat vaxt tələb edir. Çox ciddi əməliyyat tələbi varsa, əməliyyat çadırı 10-15 dəqiqəyə hazır edilə bilər”.
Изображение
İ. Hunər bildirib ki, hər bir hospitalda 36 yataq, 8 ədəd reanimasiya yatağı, 12 ədəd müayinə masası və 4 əməliyyat masası mövcuddur. Ümumilikdə iki mobil hospitalın yataq sayı 120 çarpayıdır. Hospitalın içində çeşidləmə bölməsi, komanda-idarəetmə və rabitə bölməsi, diaqnostika bölməsi, əməliyyat bölməsi, reanimasiya və hospital bölmələri mövcuddur. Bir çadır kompleksinin tutduğu ərazi 2500 kvadratmetrdir. Azərbaycan üçün hospital dizayn olunarkən yerli şərait öyrənilib və nəzərə alınıb. Çadırların içərisində istifadə olunan ləvazimatlar da sifarişçi ilə razılaşdırılıb.
Hazırda Turmaksın analoji hospitallarına bölgə ölkələrindən böyük marağın olduğunu deyən İ. Hunərin sözlərinə görə, Qatar, Küveyt, Səudiyyə Ərəbistanında bir neçə belə layihələrə qatılıb. Şirkət Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə də görüşlər keçirməyi, Müdafiə Nazirliyi ilə yeni sifarişlər üzrə müzakirələrə başlamağı planlaşdırır.

AZERİ DEFENCE jurnalı №4 (06)
http://www.azeridefence.com/news.php?id=8225" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#5 Сообщение mirotvores70 » 21 дек 2013, 13:47

Azərbaycan S-300 kompleksləri döyüşə hazırdır
Səmamız etibarlı əllərdə

Bu gün Milli Məclisin bir qrup deputatı və jurnalistə Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket briqadasında S-300 PMU-2 “Favorit” zenit raket komplekslərinin (ZRK) təqdimatı keçirilib. “AzeriDefence”nin məlumatına görə, hərbi hissəyə gələn qonaqları burada əvvəlcə müdafiə nazirinin müavini, general-mayor Altay Mehdiyev qarşılayıb. Öncə şəxsi heyətlə görüşən millət vəkilləri öz tövsiyyələrini hərbçilərlə bölüşüblər.

Görüşdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, millət vəkili olaraq tez-tez müxtəlif hərbi hissələrə səfərlər edirlər: “Hərbi hissələrdə gördüklərimiz, əldə olunmuş uğurlar, nümayiş etdirilən yeni silahlar Azərbaycan Ordusunun gücünü göstərir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirə biləcək gücdədir. Onun qarşısında həll edilməyəcək hansısa məsələ yoxdur”.

Çıxış edən millət vəkilləri Hadı Rəcəbli, Gövhər Baxşəliyeva, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlərdən danışıblar.

Daha sonra zenit-raket briqadasının qərargahında hərbi hissə komandiri polkovnik-leytenant Cəlil Seyfullayev tərəfindən S-300 kompleksinin taktiki-texniki göstəriciləri barədə təqdimat keçirilib. Qeyd olunub ki, S-300 divizionu eyni anda 6 hədəfi müşayiət edir və atəş altında saxlayır. Məlumat verilib ki, S300 «Favorit» kompleksləri özünün hədəf izləmə imkanlarının genişliyinə görə fərqlənir. Bir ZRK divizionu eyni anda 6 hədəfi müşahidə edə və atəş altında saxlaya bilir. Bir zenit-raket briqadası isə 36 hədəfi müşahidə edib atəş altında saxlamaq imkanına malikdir. Bir neçə il əvvəl, Rusiyadan S300 kompleksləri alınarkən Həştərxanda keçirilmiş sınaq atışlarında uzunluğu 2 metr, diametri 20 sm olan ballistik hədəf yüksək dəqiqliklə məhv edilib.

MAZ tipli nəqliyyat vasitələrinin şassisi üzərində yerləşdirilmiş bu ZRK-lər mobilliyə və manevrliyə malikdir. Atışdan sonra yerini sürətlə dəyişən maşın 5 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir. Sistem eyni zamanda aktiv və passiv maneələrə qarşı qoruma imkanlarına malikdir. Raketlərin məhvetmə uzaqlığı 3 kilometrdən 200 kilometrə, yüksəkliyi isə 27000 metrədəkdir. Bu raketlər saniyədə 2800 metr hərəkət edən hədəfləri məhv etməyi bacarır.

C. Seyfullayev qeyd edib ki, Hava Hücumundan Müdafiə Qoşunlarının mütəxəssisləri S300 komplekslərini artıq mənimsəyib. Sistemi idarə edəcək heyət üçün təlimlər təşkil olunur.
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı Altay Mehdiyev qeyd edib ki, bu texnikalar hərbi paradda ictimaiyyətə nümayiş etdirilib: “Azərbaycanın malik olduğu S300 zenit raket kompleksləri öz sinfinin ən müasiridir. Zenit raket kompleksləri Azərbaycanın hava hücumundan müdafiə sisteminə əlavə güc qazandırır”.

Generalın sözlərinə görə, Azərbaycan postsovet məkanında az sayda ölkənin malik olduğu ən güclü hava hücumundan müdafiə sistemlərinə malikdir. Azərbaycan HHM sistemi respublikanın hava məkanını tam nəzarətdə saxlamaqla yanaşı, Ermənistan hava sahəsinə də nəzarət edə bilir.

Tanışlıq zamanı qeyd olunub ki, artıq Azərbaycanın bütün mülki və hərbi təyyarələri «dost-düşmən tanıma» (İFF) sistemi ilə təchiz olunub. Bu da HHMQ-yə ölkənin hava sahəsinə daxil olan bütün təyyarələr barədə anında məlumat əldə etməyə imkan verir.

Təqdimatdan sonra jurnalistlər və millət vəkilləri kompleksin döyüşə hazırlıq vəziyyətini izləyib, zenit raket briqadası üçün yaradılan şəraitlə tanış olublar.

Tədbirdə o da bildirilib ki, zenit-raket briqadası günün 24 saatı fasiləsiz döyüş növbətçiliyini təmin edərək Azərbaycanın hava sərhədlərini mühafizə edir. Ehtiyac duyulan təqdirdə divizionlar respublikasının istənilən bölgəsinə müvəqqəti dislokasiya oluna bilər. Bunun üçün briqadasının səyyar komanda məntəqəsi, kazarmaları, anbarları, tibb məntəqəsi mövcuddur.
Изображение
Изображение
Изображение
Изображение
http://www.azeridefence.com/news.php?id=8189" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#6 Сообщение mirotvores70 » 21 дек 2013, 14:43

Dünya müdafiə sənayesinin tanınmış şirkətləri Bakıya gəlir
ADEX-2014-ə hazırlıq davam edir

13:06 02-12-2013: Azərbaycanda 2014-cü ilin sentyabr ayının 11-dən 13-dək keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində dünyanın bir sıra ölkələrindən tanınmış şirkətlər iştiraklarını təsdiqləyiblər. Bu barədə “AzeriDefence.com” saytı sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Bu günədək Türkiyə, Polşa, Serbiya və Cənubi Koreya sərgidə Milli pavilyonla iştiraklarını təsdiqləyib.

Sərgidə iştirakını təsdiqləyən şirkətlər arasında müdafiə sənayesi sektorunda tanınmış Çinin CETC International Co.Ltd, İsrailin Elbit Systems, Rafael, Fransanın MBDA, Rusiyanın Rosoboroneksport, Roshelikopter, Rostexnologiya, Hindistanın MKU Pvt.Ltd, Cənubi Afrikanın Paramount Group, Türkiyənin Aselsan, TAİ, Havelsan, MKEK, STM, Yakupoclu, Polşanın AMZ- Kutno, Bumar, HUTA STALOWA WOLA, Radmor, Serbiyanın Yugimport kimi şirkətləri yer alır.

Изображение
http://www.azeridefence.com/news.php?id=8261" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#7 Сообщение mirotvores70 » 22 дек 2013, 17:32

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində cari ildə 30 ədəd “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. “AzeriDefence”nin məlumatına görə, bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, maşınlar 14.5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.

Qeyd edək ki, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri CAR-ın Paramount Group şirkəti ilə əməkdaşlıq çərçivəsində istehsal edilir.
Изображение
http://azeridefence.com/news.php?id=8286" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#8 Сообщение mirotvores70 » 24 дек 2013, 19:06

Ukrayna T-64 tanklarını beynəlxalq bazara çıxarır
“Ukroboronservis” şirkəti T-64 tanklarının beynəlxalq bazara çıxarılması üzərində işləyir.

14:59 24-12-2013: Bu barədə “AzeriDefence” Ukraynanın “Ukroboronprom” şirkətinin saytına istinadən məlumat verib.

“Ukroboronservis”in direktoru Serqey Mikityuk bildirib ki, hazırda xarici sifarişçilərlə bu istiqamətdə işlər aparılır.

“T-64 layihəsinin reallaşması “Ukroboronservis”in və bütünlükdə “Ukroboronprom”un tarixində yeni səhifəni açacaq. Bu məhsulun müvəffəqiyyətinə əminik. Hansı ki, “qiymət-keyfiyyət” meyarı üzrə çox sayda analoqları üstələyir”, - deyə S. Mikityuk bildirib.

T-64 tankı ötən əsrin 60-cı illərinin əvvəllərində Xarkov zavodunda (indiki V.A.Malışev adına Zavod) yaradılıb və istehsal edilib.

Hazırda Ukrayna T-64 tanklarının əsas istismarçısıdır. “Ukroboronprom” müəssisələrində Ukraynanın Müdafiə Nazirliyi üçün bu tankın “Bulat” versiyasına qədər müasirləşdirməsi həyata keçirilir.
Изображение
http://azeridefence.com/news.php?id=8298" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#9 Сообщение mirotvores70 » 27 дек 2013, 11:33

Azərbaycanın müdafiə naziri Türkiyənin TAI və ASELSAN şirkətində olub

18:23 25-12-2013: Müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərində olub. “AzeriDefence”nin məlumatına görə, əvvəlcə müdafiə naziri Türkiyə Aviasiya Sənayesi (TAI) şirkətində olub. Burada müdafiə nazirinə TAI tərəfindən istehsal olunan “Anka” pilotsuz uçuş aparatı, “Hürkuş” təlim təyyarəsi, T-129 ATAK döyüş helikopteri, dronlar (hədəf təyyarələr) və s. barədə məlumatlar verilib.

Daha sonra Azərbaycan nümayəndə heyəti ASELSAN şirkətinə baş çəkib. Burada nazirə ASELSAN istehsalı olan müxtəlif məhsullar nümayiş etdirilib, geniş məlumatlar verilib.
http://azeridefence.com/news.php?id=8305" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Аватара пользователя
mirotvores70
партизан
Сообщения: 2833
Зарегистрирован: 28 янв 2012, 14:04
Откуда: Баку

Благодарил (а): 387 раз
Поблагодарили: 401 раз

Re: Azeri Defence News

#10 Сообщение mirotvores70 » 30 дек 2013, 11:40

Bakı Tikiş Evi 2013-cü ildə hərbi qurumlardan 6.8 milyon manatlıq sifariş alıb

19:36 29-12-2013: Azərbaycanın Müdafiə Nazirliyi və Daxili Qoşunları 2013-cü ildə Bakı Tikiş Evi Səhmdar Cəmiyyətindən (BTE) 6 milyon 877 min 871 manat dəyərində müxtəlif tekstil məhsulları satın alıb. “AzeriDefence”nin məlumatına görə, bunun 2 milyon 50 min manatını Müdafiə Nazirliyinin, qalan 4 milyon 827 min 871 manatını isə Daxili Qoşunların satınalmaları təşkil edib.

Alınmış məhsullar arasında şəxsi heyət üçün müxtəlif mövsümi səhra və parad geyimləri, yataq kisələri, yük çantaları və s. yer alır.

BTE ilə yanaşı hərbi qurumlar Azərbaycanın aparıcı hərbi ayaqqabılar istehsalçısı olan BOT şirkətinə 6 milyon 213 min 500 manat dəyərində sifarişlər verib. Bunun 6 milyon 48 min 500 manatı Müdafiə Nazirliyinin, 165 min manatı isə Dövlət Sərhəd Xidmətinin sifarişi olub.

Qeyd edək ki, Azərbaycanın aparıcı tekstil müəssisəsi olan BTE hazırda Silahlı Qüvvələrin yeni səhra kamuflyajı üzərində işləyir.
http://azeridefence.com/news.php?id=8307" onclick="window.open(this.href);return false;
Ən böyük cihad,zalimin qarşısına cıxıb"sən haqsızsan" deməkdir. Hz.Hüseyn
Прости меня Всевышний за каждый глоток воздуха, которым я дышал, забыв о тебе.

Ответить

Вернуться в «Hərbi sahədəki digər xəbər və yeniliklər»